Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5026/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12) qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12) qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də çalışdığı 01.12.2019-cu il tarixdən iddia verilən tarixədək, aylıq 500 manat olmaqla hesablanmış əmək haqqı məbləği və məzuniyyət hüquqununda irəli gələrək illər üzrə hesablanmış məzuniyyət haqqının və mediasiya xidmət haqqının Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, "xxxx" MMC-də əvvəlki ştat vahidi üzrə işə bərpa edilməsi, 01.12.2019-cu il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək, məcburi iş buraxma müddəti də daxil olmaqla, əmək haqqı məbləğ və məzuniyyət haqqının hesablanaraq cavabdeh "xxxx" MMC-dən onun xeyrinə tutulması, tərəfindən ödənilmiş 50 manat mediasiya xidmət haqqının və 110 manat vəkil xərcinin "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin noyabr ayında "xxxx" MMC-də satış direktoru vəzifəsi üzə işə qəbul edilmiş və 500 manat əmək haqqı ilə razılığa gəlmişlər. Lakin əmək haqqının ödənilməsi üçün ona bank kartı təqdim edilsə də, bu illər ərzində əmək haqqı ala bilmişdir. Şirkətin direktoru və təsisçisi Rüfət Əliyevə dəfələrlə bununla bağlı müraciət etsə də, hər dəfə növbəti ay veriləcək deməklə vəzifəsini bitmiş hesab edirdi. 06.08.2021-ci il tarixdə X8 şikayət edən zaman məlum olmuşdur ki, şirkətdə 2019-cu ilin noyabr ayından müddətsiz müqavilə ilə işə qəbul edildiyi halda, elektron rəsmiləşdirmə 23.04.2020-ci il tarixdən 250 manat əmək haqqı olmaqla elektron qeydiyyata alınmışdır. Şirkətə məxsus məhsulları çatdırma etdiyi gözəllik salonlarıda təsdiq edir ki, həqiqətən 2019-cu il noyabr tarixindən "xxxx" MMC-dən sifariş verilmiş məhsulları onun vasitəsi ilə çatdırılmışdır. "xxxx"' MMC tərəfindən onun əmək qanunvericiliyində nəzərdə tutulan hüquqları pozulmuşdur. Əmək müqaviləsi üzrə rəsmi çalışdığı hesab etsə də, uzun müddət rəsmiləşdirmə aparmadan çalışdırmışdır. Əmək haqqı ödənilməmiş, məzuniyyət hüququ pozulmuş, eyni zamanda əmək haqqı üzrə sosial və vergi ödənişlərinin edilməməsi gələcəkdə yaranacaq sosial hüquqlarınında pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, onunla əmək müqaviləsi bağlanmış yəni, işəgötürən "xxxx" MMC ilə arasında əmək münasibətləri yaranmış olsa da, əmək münasibətlərindən doğan bütün hüquqları pozulmuşdur. Əmək müqaviləsinin surətini dəfələrlə tələb etsə də, əmək müqaviləsi təqdim edilməmişdir. Aylıq 500 manat məbləğində əmək haqqı təyin edilmiş və əmək haqqının ödənilməsi üçün bank kartı təqdim edilmişdir. Lakin çalışdığı müddət ərzində əmək haqqı köçrülməmişdir. Məzuniyyət hüququ ümumiyyətlə tanınmayıb. Bütün bunlar işəgötürən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər qanunvericilik normalarının kobud pozuntusudur. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X11 ərizə təqdim edərək, iddia müddəti tətbiq edilərək, iddianın rədd olunmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Dövlət Əmək X1 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; X3 ilə X14 bildirişindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında 02.07.2001-ci il tarixdə əmək müqaviləsi imzalanmışdır. Əmək müqaviləsi müddətsizdir. İddiaçının aylıq əmək haqqı 250 manatdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə PM-C/20/2021 saylı arayışdan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi 27.09.2021-ci il tarixdə, saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin İddiaçı 20.09.2021-ci il tarixdə ünvanladığı məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-də çalışdığı dövrdə əmək və məzuniyyət haqları hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi məlum olmuşdur. Bununla da müəssisə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinə əsasən 15.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X12 Xidmətinin informasiya sistemindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC İddiaçı ilə aralarındakı əmək müqaviləsinə 28.06.2021-ci il tarixdə xitam vermişdir. İnzibati tənbeh vermə haqqında 15.09.2021-ci il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, "xxxx" MMC X2, İddiaçı və X5 əmək haqları qanunvericiliyin tələblərinə uyğun ödənilməmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli protokolun surətindən görünür ki, "xxxx" MMC X2, İddiaçı və X5 əmək haqları qanunvericiliyin tələblərinə uyğun ödənilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə X14 bildirişindən görünür ki, "xxxx" MMC ilə İddiaçı əmək müqaviləsinə 28.06.2021-ci il tarixdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları kimi sadalanan hallar sırasında “tərəflərin iradəsindən asılı olmayan hallar” da göstərilmişdir. 74-cü maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə; ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə. 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması, habelə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi "xxxx" MMC ilə İddiaçı arasında 23.04.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə "xxxx" MMC tərəfindən 28.06.2021-ci il tarixdə xitam verilmişdir. X12 Xidməti Bakı şəhər idarəsinin İddiaçı 20.09.2021-ci il tarixdə ünvanladığı məktubda İddiaçı "xxxx" MMC-də çalışdığı dövrdə əmək və məzuniyyət haqları hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinə əsasən 15.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bundan başqa İnzibati tənbeh vermə haqqında 15.09.2021-ci il tarixli, ******* nömrəli qərarın və İnzibati xəta haqqında MN ******* nömrəli protokolun surətinlərində "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqının ödənilməsində qanuzuntusu olması öz əksini tapmışdır. Lakin iddiaçı tərəf iddia ərizəsində 01.12.2019-cu il tarixdən işə başladığını qeyd etsə də, X3 ilə X14nin bildirişindən görünür ki, tərəflər arasında əmək müqaviləsi 23.04.2020-ci il tarixdə bağlanmış və həmin tarixdən aralarında əmək münasibətləri başlanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçı Nurlanə Xudiyevanın öz təşəbbüsü ilə ərizə verməsini təsdiqləyən sübut təqdim edə bilməmişdir. Odur ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verərkən, Əmək Məcəlləsinin tələblərinə əməl etməyərək, əmək qanunvericiliyinin tələblərini pozduğundan, iddiaçının iddia tələbi əsaslı sayılmaqla təmin olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçı X7iddia tələbinin təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Məhkəmə yuxarıda sadalanan maddi və prossesual hüquq normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “A” bəndi ilə azad olunmasına dair 28.06.2021-ci il tarixli əmr ləğv edilməli, İddiaçı "xxxx" MMC-də əvvəlki işinə bərpa edilməli, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqısı və məzuniyyət haqqısı hesablanaq ödənilməli, mülki iş üzrə mediasiya görə ödənilmiş olan 50 (əlli) manat rüsumun əvəzi cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-dən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “A” bəndi ilə azad olunmasına dair 28.06.2021-ci il tarixli əmr ləğv edilsin. İddiaçı "xxxx" MMC-də əvvəlki işinə bərpa edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqısı və məzuniyyət haqqısı hesablanaq ödənilsin. Mülki iş üzrə mediasiya görə ödənilmiş olan 50 (əlli) manat rüsumun əvəzi cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-5026/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5026/2021
17.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver