Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5033/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisinə və X17rşı “miras əmlak üzrə açıq qalmış payın əlavə olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “miras əmlak üzrə açıq qalmış payın əlavə olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Miras qoyan X2 ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə açıq qalan 1/2 hissəsini vərəsəlik payına əlavə olunaraq, müvafiq qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, miras qoyan anası X13 28.03.20007-ci il tarixində vəfat etməsi səbəbindən Bakı Şəhəri 9 saylı Notariat Kontorunda (Ofisdə) vərəsəlik işi açlmışdır. Miras qoyan anasının 2 övladı olduğundan o və bacısı Alla Bakulina qanun üzrə vərəsələr hesab olunmuşlar. Çünki anası vəfatından əvvəl vəsiyyətnamə tərtib edərək bütün əmlakı nəvəsi olan X21 vəsiyyət etmişdir. Nəticə etibarı ilə o, qanuna müvafiq qaydada və müddətdə vərəsəlik işinin aparılması ilə əlaqədar cavabdehə müraciət etmiş və nəticədə, 09.11.2007-ci il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərək həm ona, həm də bacısı Alla Bakulinaya (bacısı daimi olaraq xaricdə yaşadığından, etibarnamə əsasında mirası qəbul etmişdir) hər birinə 1/4 hissədə məcburi pay verilmişdir. Sonradan bacısı X14 öz payını ona ötürmüş və nəticədə, miras əmlakı olan mənzilin 1/2 hissəsi onun mülkiyyətinə keçmişdir. Lakin digər vərəsə X24 vəsiyyətnamə üzrə vərəsə hesab olunsa da, həmin əmlakı nə faktiki qəbul etmiş, nə də ki, mirasın qəbulu ilə əlaqədar müvafiq ərizə ilə hər hansı bir notaiat ofisinə müraciət etməmişdir. Miras qalan hissədə isə açıq saxlanılmışdır və faktiki olaraq miras qoyan anasının adında qalmışdır. Qeyd edir ki, illər keçməsinə baxmayaraq, miras qoyanın vəfatından xəbəri olan vərəsə X24 mirası qəbul etməmiş və mirasın qəbul olunması haqqında ərizə ilə notariusa müraciət etməmişdir. Ona məlumdur ki, o xarici dövlətdə daimi olaraq yaşayır və fasiləsiz olaraq oradadır. Vərəsə mirası qəbul etməkdən boyun qaçırır və açıq-aşkar nümayiş etdirir ki, vəsiyyətnamə üzrə ona düşən mirası qəbul etmək istəmir. Lakin buna baxmayaraq cavabdeh Bakı Şəhəri 9 saylı Notariat Ofisi onu susmuş vərəsə kimi tanısa da, miras əmlakı üzrə açıq qalmış payın onun xeyrimə əlavə olunmasından boyun qaçırır. Nəticə etibarı ilə 14 ildən artıq vaxt keçməsinə baxmayaraq miras əmlakı olan mənzilin 1/2 hissəsi açıq olaraq qalmışdır. Yəni, bu günə qədər miras qoyanın adınadır. Halbuki, bu yolverilməzdir və qanunsuzdur. Bununla mirası qəbul etmiş digər vərəsənin vərəsəlik hüququnu, eləcə də mülkiyyət hüququnu kobud surətdə pozulmasına gəlirib-çıxarır. Bununla əlaqədar olaraq nümayəndəsi və vəkili olduğu şəxs İddiaçı cavabdehə ərizə ilə müraciət etmiş və ərizədə miras qoyan X1 ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə açıq qalan 14 hissəsini vərəsəlik payına əlavə edərək müvafiq qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin cavabdeh vərəsəlik işinin tam araşdırıldığını bildirsə də, eləcə də X22 susmuş vərəsə kimi qəbul etsə də, vəsiyyətnamə əsasında açıq qalan paya görə vərəsəlik hüququ haqqında şəhadətnamənin İddiaçı adına verilməsi imkanı xaricində olmasını qeyd edərək 20.09.2021-ci il tarixli, 2431 nömrəli cavab məktubu ilə imtina etmişdir. Hesab edir ki, bu yolverilməzdir və qanunsuzdur, ona görə də həmin imtina əsassız hesab olunmalı və iddiasının təmin olunması haqqında qətnamə çıxarılmalıdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, miras qoyan X2 ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə açıq qalan ½ hissəsini vərəsəlik payına əlavə olunaraq, müvafiq qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə baxışı zamanı digər şəxsin X18 əlavə cavabdeh qismində cəlb olunmasına zərurət yaranıbdır. Ona görə də iddia ərizəsinə dair müvafiq əlavəni indi verir. Miras qoyan X1 ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə açıq qalan 1/2 hissəsini vərəsəlik payına əlavə olunaraq, müvafiq qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, miras qoyan X1 ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə açıq qalan ½ hissəsinin onun tərəfindən qəbul edilmiş hesab olunaraq, vərəsəlik payına əlavə edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə qəbul edilməsi, eyni zamanda işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisinə və X20 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və X18 lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və X18 iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan Bakı şəhəri 9 saylı Notariat Ofisinin 20.09.2021-ci il tarixli 2431 №-li İddiaçı ünvanlanmış məktubundan görünür ki, 28.03.2007-ci ildə vəfat etmiş X15 vərəsəlik işini tam araşdıraraq bildirilir ki, müraciətdə göstərilən AR Mülki Məcəllənin 1246, 1243.1, 1243.2,1273, 1262, 1263 maddələrinə nəzərə alsalar da, X24 susmuş vərəsə olsa da vəsiyyətnamə əsasında açıq qalan paya görə vərəsəlik hüququ haqqında şəhadətnamənin adına verilməsi imkan xaricindədir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Orucəliyev küçəsində istifadədə olan 0.09136 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 4 mərtəbəli binada 60 kv.m ümumi, - kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissə, X11 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 615 nömrəli reyestr kitabının 56475 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarında olan 29 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 28.03.2007-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi: Bakı ş, R.Rza küç, ev 11,m.36 qeydiyyatda olan qızı- İddiaçıdır -1/4 hissə. Şəhadətnamə verilən miras əmlak: Ə/kassasında olan hesab №46753 olan miras qoyan X8 məxsus olan əmanət hesabından (pul məbləği faizi ilə birlikdə) ibarətdir. Miras əmlakın qalan ¾ hissəsi açıq saxlanılmışdır. İşin materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 242396 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X16 28.03.2007-ci il tarixdə Bakı şəhərində çox saylı metastazdan ölmüşdür. İşin materiallarında olan Bakı şəhəri Şaumyan rayon ZAQS şöbəsi tərəfindən 10.02.1952-ci il tarixdə verilmiş İE seriyalı 821278 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx xxxxxx 1952-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X27 Semyonoviç, anası X3. İşin materiallarında olan Səadət Sarayı tərəfindən verilən nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X19 25.07.1975-ci il tarixdə 2374 №-li akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar və arvada nikahdan sonra Zeynalova soyadı verilmişdir. İşin materiallarında olan 09.11.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov təsdiq etmişdir ki, 28.03.2007-ci il tarixdə vəfat etmiş X6 vərəsələri bunlardır: ¼ hissəsi Bakı ş, R.Rza küç, ev 11,m.36 qeydiyyatda olan qızı- İddiaçıdır və ¼ hissəsi İsrail, Rişon- Le-Sion şəhəri, Xa-Qdud-Xa-İvri küçəsi, ev 39/7 ünvanında yaşayan qızı X7. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Daşınmaz Əmlakın DövləT Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18.07.2007-ci ildə verilmiş 11/20312 arayışa və 22.10.1992-ci il tarixdə Bakı şəhəri Tİ və MHQİ-dən verilmiş 42 kitab, 8215 səhifə, 30/8215 qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus olan ünvan 2 ünvanda yerləşən – kv.m yaşayış sahəsi, 60,0 kv.m ümumi sahəsi olan iki otaqlı mənzildən ibarətdir. Qalan ½ hissəsi açıq saxlanılır. Bakı şəhəri Səadət Sarayı tərəfindən 28.09.2007-ci il tarixdə verilmiş 938№-li arayışdan görünür ki, X25 ilə X12 14.08.1979-cu il tarixdə 456 №-li aktın qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Bakulina” soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-ci maddəsinə əsasən Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, mərhum X13 28.03.20007ci il tarixində vəfat etmişdir. Vəfatından əvvəl öz əmlakını nəvəsi X20 vəsiyyət üzrə vəsiyyətnamə üzrə miras qoymuşdur. Bundan əlavə məhhumun məcburi pay hüququna malik olan 2 övladı İddiaçı və Alla Bakulina qanun üzrə vərəsələr hesab edilmiş və miras əmlakdan onlara da miras əmlakın ¼ hissəsi həcmində pay ayrılmışdır. Hazırda mülki iş üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, vəsiyyət üzrə vərəsə olan X24 miras əmlakdan ona ayrılmış payı bu günə qədər qəbul etməmiş, həmçinin miras əmlakın qəbul edilməsi üçün notariusa müraciət etməmişdir. Hazırda X18 payına düşmüş miras əmlakiş üzrə ərizəçi İddiaçı tərəfindən idarə edilir. İş üzrə maraqlı şəxs X24 14 ilə yaxın müddətdə mirası qəbul etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, miras əmlak hazırda onu idarə edən qanun üzrə vərəsə İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməli, İddiaçı vərəsəlik payına əlavə edilməli və ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Miras qoyan X1 ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə açıq qalan ½ hissə İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməli, vərəsəlik payına əlavə edilməli və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Miras qoyan X4 miras qalan ünvan 1 ünvanında yerləşən miras əmlakı üzrə açıq qalan ½ hissə İddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin, vərəsəlik payına əlavə edilsin və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsin. Cavabdehlər qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5033/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-5033/2021
02.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver