Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5067/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vəsiyyətnamə üzrə müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vəsiyyətnamə üzrə müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən X2 ölən günədək xəsarətə görə ödənilməmiş 2170 (iki min yüz yetmiş) manat məbləğində müvinətin vəsiyyətnamə üzrə vərəsəsi olaraq ona ödənilməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 29 fevral 2020-ci ildə vəfat etmiş X1 vəsiyyət üzrə vərəsəsidir. Belə ki, E.Molçanova Bakı şəhəri 53 saylı notariat ofisində 01.02.2020-ci il tarixində təsdiq edilən vəsiyyətnaməyə ilə ona məxsus olan bütün daşınan və daşınmaz əmlakı ona vəsiyyət etmişdir. Baki şəhəri 53 saylı notariat ofisi tərəfindən ona 29.02.2020-ci ildə ölmüş Emma Molçanovanın vərəsəsi kimi 4 setiyabr 2020-ci il tarixi "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqmda Şəhadətnamə" verilmiş və həmin şəhadətnamə əsasında o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Həmin Şəhadətnamədə "xxxx" ASC tərəfindən Emma Molçanovaya ölən günədək ödənilməli olan 2170 manat məbləğində xəsarətə görə müavinət də göstərilmişdir. Nəzərə çatdırır ki, cavabdeh tərəfindən işdə xəsarət almış işçiyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq olunmuş qaydaların şərtlərinə uyğun olaraq hər ay xəsarətə görə müavinət ödənilməli idi. Lakin cavabdeh həmin müavinəti vaxtında ödəmədiyinə görə ölən günədək 2170(iki min yüz yetmiş ) manat borc yaranmışdır. Yaranmış borcun vərəsəyə ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq həmin borc ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ №190004 saylı ölüm haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X4 29.02.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 04.09.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.02.2020-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-13 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 29.02.2020-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx"ASC-dən X2 verilən 2170 manat xəsarətə görə müavinət məbləğindən ibarətdir. "xxxx" ASC-nin 25.09.2020-ci il tarixli, 42 nömrəli məktubundan görünür ki, X1 vərərəsəsi İddiaçı ödəniləcək 2170.00 manat məbləğin maliyyə çətinliyi ilə bağlı olaraq hər ay 100 manat olmaqla ödənilməsi qərarına gəlinmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 "xxxx" ASC-də işləmişdir. 29.02.2020-ci il tarixdə vəfat etmiş X4 vəsiyyətnamə ilə özünə məxsus bütün daşınar və və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. 04.09.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunmuşdur ki, şəhadətnamə verilən miras əmlak "xxxx" ASC tərəfindən miras qoyana peşə xəstəliyinə görə veriləcək 2170 manat müavinətdən ibarətdir. Həmçinin "xxxx" ASC miras qoyan X1 vərərəsəsi İddiaçı ödəniləcək 2170.00 manat məbləğin maliyyə çətinliyi ilə bağlı olaraq hər ay 100 manat olmaqla ödənilməsinin qərara alınması ilə bağlı məlumat verilmişdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hazırkı iddianın qaldırılması ilə əlaqədar hər hansı tələb olmadığından 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı xeyrinə 2170 ( iki min yüz yetmiş) manat müavinət tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-5067/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5067/2021
02.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver