Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5072/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilinə aid hərracın yekunları barədə 63/19-2 saylı 25 avqust 2021-ci il tarixli protokolun və Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzilinə aid hərracın yekunları barədə 63/19-3 saylı 25 avqust 2021-ci il tarixli protokolun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı müvafiq iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-269/2018 saylı 13 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən X3 "xxxx" ASC-nin xeyrinə 479511, 37 manat əsas, 19471, 21 manat faiz borcu olmaqla, cəmi 498982,58 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 150 manat dövlət rüsumlarının tutulması, ipoteka predmetləri olan İddiaçı məxsus, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilinin ilkin satış qiyməti 165000 manat. Bakı şəhəri, Yasamal rayonu. Süleyman Dadaşov küçəsi, 6 saylı evin 62 saylı mənzilinin ilkin satış qiyməti 105000 manat. Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 6 saylı evin 73 saylı mənzilinin ilkin satış qiyməti 80000 manat, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 75 saylı mənzilinin ilkin satış qiyməti 76000 manat, X8 məxsus, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 76 saylı mənzilinin ilkin satış qiyməti 140000 manat müəyyən edilməklə, tutmanın həmin mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına “Exprcssbank" ASC-nin təmin tələblərinin ödənilməsi qət edilmişdir.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 269/2018 saylı 13 fevral 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Yasamal rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Qətnamə üzrə göstərilən borc məbləğindən 300.000 (üç yüz min) manatdan çox ödəniş edilmişdir. Lakin, Yasamal rayon icra şöbəsi tərəfindən ipoteka predmeti olan mənzillərin hərrac vasitəsilə satılması üçün tədbir görülür. Hərracın keçirilməsi barədə mən (İddiaçı) bankın əməkdaşı tərəfindən zəng vasitəsilə xəbər tutmuşam. Belə ki, “Expressbank" ASC-nin əməkdaşı ipoteka predmeti olan mənzillərin hərracda əldə edildiyini bildirmişdir. Bundan sonra tərəfimdən “Külək" MMC-yə müraciət edilərək hərrac protokolları barədə məlumat əldə edilmişdir. Hərracın yekunları barədə 63/19-2 saylı 25 avqust 2021-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzil, Hərracın yekunları barədə 63/19-3 saylı 25 avqust 2021-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzil tələbkar bank tərəfindən hərracda qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Keçirilən açıq hərracda ipoteka qoyan kimi iştirakım təmin edilməmiş və ipoteka saxlayanın tələbini ödəmək hüququ pozulmuşdur. Hesab edir ki, bildiriş hərrac vaxtından 30 gün öncə tərəfə çatdırılmalı olmuşdur. Halbuki qanunvericilikdə bildirişin 30 gün qalmış göndərilməsi nəzərdə tutulur. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək "xxxx" MMC tərəfindən keçirilmiş Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzilinə aid hərracın yekunları barədə 63/19-2 saylı 25 avqust 2021-ci il tarixli protokol və 63/19-3 saylı 25 avqust 2021ci il tarixli protokolun, hərracın keçirilməsi nəticəsində yaranmış nəticələrin (qərarın, alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC mülki iş üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X11 məhkəmə iclasında hərracın qanunvericiliyin tələbləri pozulmadan keçirilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Respublika Xammal və Əmtəə Birjası Cavabdeh 25.08.2021-ci il tarixli hərracın yekunları barədə 63/19-2 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, ev 6-nın 74 saylı mənzilin ilkin satış qiyməti 165000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 140250 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 105187,5 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Buna dair 25.08.2021ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh 25.08.2021-ci il tarixli hərracın yekunları barədə 63/19-3 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 6-nın 62 saylı mənzilin ilkin satış qiyməti 105000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 89250 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 66937,5 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir. Buna dair 25.08.2021-ci il tarixdə hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli, 2(009)-269/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X3 "Expressbank” ASC-nin xeyrinə 479.511,37 manat əsas və 19.471.21 manat faiz borcu olmaqla, cəmi 498.982,58 (dörd yüz doxsan səkkiz min doqqıız vüz səksən iki marat, əlli səkkiz qəpik) manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumları tutulması, ipoteka predmetləri olan İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilinin ilkin salış qiyməti 165.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 6 saylı evin 62 saylı mənzilinin ilkin satış qiyməti 105.000 manat. Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi 6 saylı evin 73 saylı mənzilinin ilkin satış qiymətiini 80.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 75 saylı mənzilinin ilkin satış qiyməti 76.000 manat: X8 məxsus, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 6 saylı evin 76 saylı mənzilinin ilkin satış qiyməti 140.000 manat müəyyən edilməklə, tutma həmin mənzillərə yönəldilməsi, mənzillər açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına "Expressbank” ASC-nin təmin edilmiş tələbləri ödənilməsi, mənzillər satıldıqdan sonra ən geci bir ay ərzində İddiaçı üli qızı və X14 Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 savlı evin 74 saylı mənzilindən, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 75 saylı mənzilindən, habelə onlarla birlikdə X9 və X12 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 6 saylı evin 62 saylı mənzilindən İddiaçı və Araz Maqsııdovla birlikdə X15 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 6 saylı evin 73 saylı mənzilindən; Əliyeva Kifayət Ağali qızı Bakı şəhəri. Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 6 saylı eviıı 76 saylı mənzilindən çıxarılsınlar, həmin mənzillər boşaldılması (iddiaçıya satıldığı təqdirdə). "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq cavabdehlər İddiaçı və X8 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan: 300 (üç yüz) manat X3 tutularaq "xxxx" MMC-nin hesabına, 100 (yüz) manat məbləğində pul isə dövlət nəfinə ödənilməsi qət edilmişdir. İpoteka predmetinin əldə olunmasına dair 11.06.2021-ci il tarixli, 30151/18 saylı təklifdən görünür ki, Səbail rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli, 2(009)-269/2018 saylı sənədlri üzrə icraatda borclu İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu. Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzilə dair hərracın keçirilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 13.07.2021-ci il tarixli 01/3695 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzilin açıq auksion formasında hərracın keçirilməsi 28 iyul 2021-ci il tarixə saat 11:00-17:00-a növbəlik əsasında təyin edilmişdir; "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 16.06.2021-ci il tarixli 01/3326 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilin açıq auksion formasında hərracın keçirilməsi 08 iyul 2021-ci il tarixə saat 11:00-17:00-a növbəlik əsasında təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 03.08.2021-ci il tarixli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir; “Birja yenilikləri” qəzetinin 13.07.2021-ci il tarixli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir; “Birja yenilikləri” qəzetinin 16.06.2021-ci il tarixli buraxılışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilin hərracı barədə elan dərc edilmişdir; 64 saylı MKİS-in 03.11.2021-ci il tarixli, 64№-li arayışından görünür ki, Maqsudova X1, 5 saylı evin 95 saylı mənzildə qeydiyyatdadır, lakin yaşamır. X5 ilə alıcı X2 arasında bağlanmış 26.12.2019-cu il tarixli, AN-İ seriyalı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi, ev 5, mənzil 95-i alıcının mülkiyyətinə vermişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beç) faizi məbləğində beh ödəməlidir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi - göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13.02.2018-ci il tarixli, 2(009)-269/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X3 "Expressbank” ASC-nin xeyrinə 479.511,37 manat əsas və 19.471.21 manat faiz borcu olmaqla, cəmi 498.982,58 (dörd yüz doxsan səkkiz min doqqıız vüz səksən iki marat, əlli səkkiz qəpik) manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumları tutulması, ipoteka predmetləri olan İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilinin ilkin salış qiyməti 165.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 6 saylı evin 62 saylı mənzilinin ilkin satış qiyməti 105.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi. 6 saylı evin 73 saylı mənzilinin ilkin satış qiyməti 80.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 75 saylı mənzilinin ilkin satış qiyməti 76.000 manat: X8 məxsus, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 6 saylı evin 76 saylı mənzilinin ilkin satış qiyməti 140.000 manat müəyyən edilməklə, tutma həmin mənzillərə yönəldilməsi, mənzillər açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına "Expressbank” ASC-nin təmin edilmiş tələbləri ödənilməsi, mənzillər satıldıqdan sonra ən geci bir ay ərzində İddiaçı üli qızı və X14 Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 savlı evin 74 saylı mənzilindən, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 75 saylı mənzilindən, habelə onlarla birlikdə X9 və X12 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 6 saylı evin 62 saylı mənzilindən İddiaçı və Araz Maqsııdovla birlikdə X15 Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 6 saylı evin 73 saylı mənzilindən; Əliyeva Kifayət Ağali qızı Bakı şəhəri. Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 6 saylı eviıı 76 saylı mənzilindən çıxarılsınlar, həmin mənzillər boşaldılması (iddiaçıya satıldığı təqdirdə). "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi müvafiq olaraq cavabdehlər İddiaçı və X8 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan: 300 (üç yüz) manat X3 tutularaq "xxxx" MMC-nin hesabına, 100 (yüz) manat məbləğində pul isə dövlət nəfinə ödənilməsi qət edilmişdir. Bundan sonra Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzilinə dair keçiriləcək hərracın vaxtı və yeri barədə İddiaçı, X13, "xxxx" ASC-yə və Yasamal rayon icra şöbəsinə bildiriş göndərilmişdir. Məhkəmə tərəfindən bildirişlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı, X13 ünvanlanmış məktublar ünvan 1nvanına göndərilmişdir və poçt qəbzinin müəyyən olunmuşdur ki, qeyd edilən bildirişlərin alınmasından imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X16 tərəfindən hərrac bildirişlərinin göndərildiyi mənzil 26.12.2019-cu il tarixdə digər şəxsə satılmışdır. Mülki iş materiallarına əlavə edilmiş arayışla da müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman ünvan 2 ünvanda yaşamır. Bu səbəbdən məhkəmə hesab edir ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər göndərilsə də, bildirişlər doğru ünvana göndərilmədiyindən hərracın keçirilməsi ilə bağlı İddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Göründüyü kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən qanunun göstərilən tələbinə riayət olunmadan hərrac keçirilmişdir. Hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana (iddiaçıya) hərracın keçirilməsi barədə bildirişin göndərilməməsi qeyd edilən qanunun 42-ci maddəsinin tələbləri baxımından qanuna uyğun hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəf hərrac təşkilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Bu baxımdan Mülki Məcəllənin 416-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilmiş bu hərrac etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, "xxxx" MMC tərəfindən keçirilmiş Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilə və Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzilə aid hərracın yekunları barədə 63/19-2 saylı 25 avqust 2021-ci il tarixli protokol və 63/19-3 saylı 25 avqust 2021-ci il tarixli protokol və mənzillərə dair alqı-salqı müqavilələri etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. "xxxx" MMC tərəfindən keçirilmiş Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 518-ci məhəllə, 6 saylı evin 74 saylı mənzilinə dair və Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, ev 6 saylı evin 62 saylı mənzilə aid hərracın yekunları barədə 63/19-2 saylı 25 avqust 2021-ci il tarixli protokol və 63/19-3 saylı 25 avqust 2021-ci il tarixli protokol, mənzillərə dair alqısalqı müqavilələri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5072/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5072/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver