Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5074/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan kooperativ üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) sənədlərin verilməsi öhdəliyinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan kooperativ üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) sənədlərin verilməsi öhdəliyinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 05.10.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 188,65 kv.m. təşkil edən 175 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) üçün tələb olunan "mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qəran"nın və digər müvafiq sənədlərin (plan-sxem və s.) ona verilməsi vəzifəsinin cavabdeh "Qız Qalası” Mənzil- Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi (bundan sonra "cavabdeh" adlanacaq) arasında 29 oktyabr 2011-ci il tarixdə "Kooperativ mənzil tikintisi haqqında" müqavilə bağlanmışdır. Müqaviləyə görə, cavabdeh ünvan 1 ünvanında yaşayış binasını inşa etməyi və inşa ediləcək binanın 3-cü giriş, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 188,65 kv.m. təşkil edən 4 otaqlı, 175 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.6-cı bəndinə uyğun olaraq, cavabdeh qarşısında üzərinə düşən öhdəliyini yerinə yetirmişdir, yəni mənzilin dəyərini tam şəkildə Cavabdehə ödəmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən verilmiş maliyyə arayışı ilə sözügedən mənzil üzrə Cavabdehə borcunun olmaması öz təsdiqini tapmışdır. Bundan sonra, mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü, müvafiq sənədlərin (mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və s.) ona verilməsini həm şifahi, həm də yazılı qaydada Cavabdehdən xahiş etmişdir. Lakin Cavabdeh həmin sənədlərin verilməsindən imtina etmiş və şifahi olaraq bildirmişdir ki, mənzilə görə əlavə ödəniş edilməlidir.Hazırda Cavabdehin qanunsuz hərəkətsizliyi ucbatından mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından məhrum olmuşdur.Qeyd olunur ki, Cavabdehə son dəfə, 07 sentyabr 2021-ci il tarixli pretenziya ilə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Odur ki, pozulmuş hüquqlarımın müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iddiaçının nümayəndəsi və vəkilinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 29.10.2011cü il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmetini kooperativə ayrılmış ünvan 1 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 175 nömrəli mənzili təşkil edir (1.1-ci maddə). Kooperativ yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür (2.2-ci maddə). Mənzilin tikinti və hesablaşma sahəsi 188.65 kv.metrdir (2.4-cü maddə). Payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür (2.6-ci maddə); "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş müvafiq maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" Mənzil- Tikinti Kooperativinə məxsusdur. Bu binanın 3-ci girişi 10-cu mərtəbəsində ümumi sahəsi 188.65 kv.metr, yaşayış sahəsi 100.41 kv.metr olan 4 otaqlı 175 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun kooperativə borcu yoxdur; 04.03.2018-ci il tarixli, AZ-İİ 258316 nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, X1 ilə X2 arasında 04.03.2018-ci il tarixdə nikah bağlanmışdır; Nikahdan sonra arvada Mehdizadə siyadı verilmişdir. İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə ünvanlandığı pretenziya məktubunda göstərilmişdir: “Sizinlə bağladığımız 29.10.2011-ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən sizin tərəfindən inşa ediləcək binanın 3-cü girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 188,65 kv.m, yaşayış sahəsi 100,41 kv.m olan 4 otaqlı mənzili mənə təhvil verməyi öhdənizə götürmüsünüz. Həmin müqavilə üzrə mən həmin mənzil qarşısında öz öhdəmə düşən məbləği sizə ödəməli idim. Siz tərəfindən imzalanan və qəbul edilən maliyyə arayışından da göründüyü kimi mən öz öhdəmə düşən borcu yerinə yetirmişəm, mənzilin pay dəyərini tamamilə ödəyərək. Sizə heç bir borcum qalmamışdır. Qeyd etmək istərdim ki, mənzil bizə təhvil verilmiş olsa da mənzillə bağlı bizə heç bir sənədlər verilməmişdir. Belə ki, mən mənzili özəlləşdirmək istəyirəm. Mənzilin özəlləşdirilməsi ilə bağlı dəfələrlə sizə sənədləri bizə təqdim etməyinizlə bağlı şifahi müraciət etmiş olsam da, bu günədək müraciətimə heç bir cavab almamışam. Müqavilənin bəndlərinə də əsasən, hər bir tərəf öz öhdəsinə düşən öhdəliyi yerinə yetirməkdə borcludur. Üzərinizə düşən öhdəlikləri layiqincə yerinə yetirməyiniz zəruridir. Belə ki, mən həmin mənzili əldə etmək üçün bütün ödənişlərini tam etmişəm. Hal-hazırkı pretenziyamı problemin qarşılıqlı razılaşma ilə həll olunması üçün Sizə təqdim edirəm. Hesab edirəm ki, mənim pretenziyam əsaslı və qanunidir, və beləliklə Sizinlə aramızda bağlanan 29.10.2011 -ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləsi üzrə tərəflərin öhdəliklərini tam yerinə yetirmələri zəruridir. Göstərilənlərə əsasən Sizdən xahiş edirəm ki. Sizinlə bağladığımız 29.10.2011 -ci il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləsi üzrə öhdəliyinizi tam icra edəsiniz və mənzilin özəlləşdiirlməsi ilə bağlı Sizdən tələb etdiyim sənədləri mənə təqdim edəsiniz. Hazırkı pretenziyaya 5 gün müddətində cavab almadığım halda müvafiq qaydada qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməli olacağım barədə Sizi məlumatlandırmaq istərdim” Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin çıxarışının məzmunundan görünür ki, ********** VÖEN nömrəsi olan "xxxx" Mənzil-Tikinti Kooperativi 22 mart 2002-ci il tarixdə dövlət qeydiyyatına alınaraq, 20.000 (iyirmi min) manat məbləğində nizamnamə kapitalına malik olaraq, ünvan 2 ünvanı Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativ ilə İddiaçı arasında bağlanmış 29 oktyabr 2011-ci il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativi ünvan 1 ünvanında yaşayış binasını inşa etməyi və inşa ediləcək binanın 3-cü giriş, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 188,65 kv.m təşkil edən 4 otaqlı, 175 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı şəxs cavabdeh qarşısında üzərinə düşən öhdəliyini yerinə yetirmişdir, yəni mənzilin dəyərini tam şəkildə cavabdehə ödəmişdir. Bu səbəbdən cavabdeh tərəfindən verilmiş maliyyə arayışı ilə sözügedən mənzil üzrə cavabdehə borcunun olmaması öz təsdiqini tapmışdır. Bundan sonra, mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ötrü, müvafiq sənədlərin (mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və s.) verilməsini həm şifahi, həm də yazılı qaydada cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh həmin sənədlərin verilməsindən imtina etmiş və şifahi olaraq bildirmişdir ki, mənzilə görə əlavə ödəniş edilməlidir. Mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş və onun kooperativə borcu yoxdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında olan 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 188,65 kv.m təşkil edən 4 otaqlı, 175 saylı mənzil İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. İddiaçı cavabdeh tərəfi müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) sənədlərin verilməməsində günahlandırır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ünvan 1 ünvanında yaşayış binasını inşa etməyi və inşa ediləcək binanın 3-cü giriş, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 188,65 kv.m təşkil edən 4 otaqlı, 175 saylı mənzilə dair iddiaçı şəxs tərəfindən tam ödəniş edilmiş, lakin cavabdeh kooperativ iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və digər sənədləri (plan-sxem və s.) verməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı verməli olduğu mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və digər sənədləri (plan-sxem və s.) təqdim etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçınun hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan sənədlərin ona verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki 4 otaqlı, ümumi sahəsi 188,65 kv.m. təşkil edən 175 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) üçün tələb olunan "mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qəran"nın və digər müvafiq sənədlərin (plan-sxem və s) verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5074/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5074/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver