Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-508/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 cəlb edilməklə) “X12 ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “X12 etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh1 verilməsi barədə Cavabdeh2 MTK- nin növbədən kənar çağırılmış ümumi yığıncağının 19 aprel 2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilini 22 yanvar 2012-ci il tarixdə dəyəri İddiaçı tərəfindən tam ödənilərək alınmışdır. Həmin mənzil qeyd olunan tarixdən tam olaraq İddiaçı sahiblik və istifadəsindədir. Mənzil alınan tarixdən kirayəyə verilmiş və bu gün də həmin mənzildə kirayəşinlər yaşayır.19 aprel 2018-ci il tarixdə “Cavabdeh2" Mənzil Tikinti Kooperativinin İdarə X14 ilə qanunvericiliyin tələbləri pozularaq növbədənkənar ümumi yığıncağının iclası çağırılmış və həmin iclasın protokoluna əsasən Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzil və pay vətəndaş heç bir ödəniş edilmədən Cavabdeh1 verilmişdir. Belə ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzil və pay haqqı heç bir ödəniş edilmədən alqı-satqı qaydaları və Mülki Məcəllə ilə müəyyən edilmiş tələblər pozularaq Cavabdeh1 verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 iddiaçının gəlinidir. Hazırda Cavabdeh1 ailəsini tərk edərək Türkiyə Respublikasına getmişdir. Faktiki olaraq iddiaçının həmin mənzilə heç bir sahiblik və istifadə hüquqları yaranmamış, cavabdehin bu mənzilə dair heç bir mənəvi və hüquqi haqqı yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh1 bir gün belə olsun mübahisəli Bakı şəhəri, Nərimanov rayonu. S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilində yaşamamışdır. Cavabdeh1 iddiaçının evinə gəlin gəlmiş, bir neçə il orada yaşadıqdan sonra İddiaçı öz vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61,65 saylı mənzili 2013-cü ildə oğlu X5 adına almış, həmin tarixdən Cavabdeh1 öz həyat yoldaşı ilə bu mənzildə yaşamağa başlamışdır. Cavabdeh1 qeydiyyatı da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61,65 saylı mənzilədir. Hesab edir ki, qanunvericiliyin tələbləri pozulduğundan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh1 verilməsi barədə “Cavabdeh2" MTK-nın növbədən kənar çağırılmış ümumi yığıncağının 19 aprel 2018-ci il tarixli protokolunun etibarsız hesab edilməlidir. Birincisi, Mülki Məcəllənin 109-3cü maddəsinin tələbləri kobud şəkildə pozularaq X6 müraciəti və iradə ifadəsi olmadan, 19 aprel 2018-ci il tarixdə Cavabdeh2 Mənzil Tikinti Kooperativinin İdarə X14 ilə növbədən kənar ümumi yığıncağının iclası çağırılmış və Cavabdeh1 Cavabdeh2 Mənzil Tikinti Kooperativinin üzvlüyünə qəbul edilmişdir. Mülki Məcəllənin 112.1 -ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Belə ki, Mülki Məcəllənin göstərilən maddəsinə müvafiq olaraq əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə ona payının dəyəri ödənilməklə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda kooperativin digər üzvləri həmin payı (onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. İkincisi, Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən Mülki Məcəllənin 112.1-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, heç bir ödəniş etmədiyi halda İddiaçı kooperativ üzvlüyündən çıxarılmış, ona payının dəyəri ödənilməmiş və ya payına uyğun əmlak verilməmişdir. İddiaçının payı X8 verilmiş və Avsən Bayramova kooperativə üzv qəbul edilmişdir. Mülki Məcəllənin 111.8-ci maddəsinə əsasən Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. Üçüncüsü, kooperativə üzvlük münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, yaşayış sahəsinə subyektiv hüququn yaranması üçün kooperativə üzv qəbul edilməsi barədə müvafiq sənədlə yanaşı, digər hüquqi faktların məcmusunun yaranmasını tələb edir. Bu hüquqi faktlara kooperativ üzvünün payının ödənilməsi, konkret yaşayış sahəsinin kooperativ üzvünə təqdim edilməsi və s. aiddir. Göründüyü kimi, Mülki Məcəllənin 109-cu maddəsinin İ və İİ hissələrinin. Mülki Məcəllənin 111.7-ci maddəsinin Mülki Məcəllənin 111.8-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı çağırılmış, heç bir müraciəti olmadan və heç bir ödəniş etmədiyi halda Cavabdeh1 kooperativə üzv qəbul edilmiş və mübahisəli mənzilə pay hüququ tanınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-508/2021 saylı, 09.02.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. 23.02.2021-ci il tarixdə Cavabdeh1 nümayəndəsi və vəkili X17 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-508/2021 saylı, 09.02.2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-508/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “X12 etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə cavabdehin ərizəsi təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-508/2021 saylı, 09.02.2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilərək mülki işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. 07 aprel 2021-ci il tarixdə İddiaçı Bayram oğlunun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Bayram oğlu cavabdehlər Cavabdeh1 və “Cavabdeh2" MTK-ya qarşı "X12 etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh1 verilməsi barədə “Cavabdeh2'' MTKnın növbədən kənar çağırılmış ümumi yığıncağının 19 aprel 2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh1 verilməsi barədə Cavabdeh2 MTK-nın növbədən kənar çağırılmış ümumi yığıncağının 19 aprel 2018-ci il tarixli 05/18 saylı Protokolu Mülki qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunmuşdur. Belə ki, mübahisəli mənzilə dair pay hüququ ilə bağlı Cavabdeh1 hər hansı müraciəti və iradə ifadəsi olmamış, kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı qanunvericiliyin tələblərinə uyğun müəyyənləşdirilmiş qaydada və müddətlərdə çağırılmamış, kooperativin digər üzvlərinin üstünlük hüquqlarının təmin olunmamış, həmçinin iddiaçının kooperativdəki pay hüquqlarına xitam verilərkən ona payının müqabilində hər hansı ödəniş yaxud payına uyğun əmlak verilməmişdir. Cavabdeh1 tərəfindən mənzilə görə üzvlük payının ödənilməsi, o cümlədən mübahisəli mənzilə dair faktiki sahibliyi yoxdur. Göründüyü kimi, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh1 verilməsi barədə “Cavabdeh2" MTK-nın növbədən kənar çağırılmış ümumi yığıncağının 19 aprel 2018-ci il tarixli “protokolunun ləğv edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 etibarnamə ilə nümayəndəsi Vəkil2 tərəfindən etiraz ərizəsi daxil olmuşdur. İddia tələbinə etiraz onunla əsaslandırılır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nə qarşı iddia qaldıraraq məhkəmədən Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh1 verilməsi barədə Cavabdeh2 MTK-nin növbədənkənar çağırılmış ümumi yığıncağının 19 aprel 2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi barədə iddiası əsassızdır və odur ki təmin oluna bilməz. Əvvəla iddiaçının MTK-nin növbədənkənar iclas qərarını iclasın keçirilməsi prosedurunun pozulması və satın almaqda üstün hüququn gözlənilməməsi əsası ilə mübahisələndirməyə subyektiv hüququ yoxdur. Çünki, növbədənkənar iclasın keçirilməsi ilə bağlı həmin iclasda iştirak etməyə dəvət olunmalı şəxslərə iclas barədə bildirişin nə vaxt təqdim olunmasını və ya ümumiyyətlə təqdim olunub-olunmamasını mübahisələndirmək hüququ məhz həmin şəxsin özünə məxsusdur. Növbədənkənar iclas isə məhs İddiaçı özünün yazılı müraciət ərizəsi əsasında keçirilmişdir. O ki qaldı satın almaqda üstün hüququn gözlənilib-gözlənilməməsinə, bunu da mübahisələndirmək məhz həmin hüququn sahibinə məxsusdur və yalnız satın almaqda üstün hüququ pozulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Nəhayət, əgər hər kəsin MTK-nin iclas protokollarını mübahisələndirmək və iddia ərizəsində göstərilən əsaslarla iclas qərarının etibarsız hesab olunmasına nail olmaq imkanı olsaydı o zaman heç şübhəsiz ki, eyni əsasla bir çox oxşar qərarları və o cümlədən də mübahisəli mənzilin ilkin olaraq İddiaçı verilməsinə dair iclas qərarını da şübhə altına almaq mümkün olardı. Bundan başqa, İddiaçı sözügedən mənzili hər hansı kənar şəxsə deyil öz oğlunun arvadına vermiş və bu da əvəzsiz olmamış. Belə ki, Cavabdeh1 ilə X18 23.10.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bundan sonra ərlə arvad bir neçə il X3 öz oğluna verdiyi yaşayış sahəsində - Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilində yaşamışlar. Bir qədər sonra isə onlar Elmar Bayramovun da əmlak payı olan Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən 1127 A saylı əağ sahəsindəki fərdi yaşayış evinə köçmüşlər. 2018-ci ilin əvvəllərində Nürəddin Bayramovla iddiaçı Cavabdeh1 və Elmar Bayramov arasında əldə olunmuş razılaşmaya əsasən, Elmar Bayramov özünün Bakı şəhəri, Binəqədi rayonu, Görədil k, 1127 A saylı bağ evinə olan əmlak hüququnu atası X3 ötürməyi, Nürəddin Bayramov isə özünün Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa olunmuş çoxmənzilli yaşayış binasının 9-cu mərtəbəsində olan 3 otaqlı, 36 saylı mənzilinə olan hüquqlarını və payını gəlini Cavabdeh1 verməyi üzərlərinə öhdəlik götürmüşlər. Bundan sonra tərəflər razılaşmaya uyğun olaraq qarşılıqlı şəkildə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmişlər. Belə ki, ilk öncə X13 Bakı şəhəri 53 saylı notariat kontorunda olamaqla 15 mart 2018-ci il tarixli notarial təsdiq olunmuş ərizə tərtib edərək Cavabdeh2 MTK-ya ünvanladığı həmin ərizəsində göstərmişdir ki, ünvan 2 ünvanda, 9-cu mərtəbədə, 3 otaqlı, 36 saylı mənzilin və kooperativ payın gəlini Cavabdeh1 adına keçməsinə (rəsmiləşdirilməsinə) köməklik göstərəsiniz. O həmçinin ərizəsində bildirmişdir ki, “yuxarıda göstərilənlər iradə ifadəmdir və gələcəkdə bu barədə heç bir iddia və tələbim olmayacaqdır”. Növbəti olaraq, Cavabdeh1 10 aprel 2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində olmaqla notarial təsdiq olunmuş ərizə tərtib etməklə bildirmişdir ki, X9 məxsus olan ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən 4/18 hissə torpaq sahəsinin İddiaçı Əmrah oğluna bağışlanmasına etiraz etmir. X27 da bağ evində olan payını İddiaçı vermişdir. Mübahisəli mənzil Cavabdeh1 ilə əri Elmar Bayramovun birgə əmlaklarıdır. Və odur ki, iddia bilavasitə Elmar Bayramovun da hüquq və mənafeyinə toxunur. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzili Cavabdeh1 əri Elmar Bayramovun Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 1127A saylı bağ evinə olan payının İddiaçı ötürülməsi əvəzində verilmişdir.Nəhayət, İddiaçı mənzilin Cavabdeh1 verilməsi üzrə üzərinə öhdəlik götürmüşdür. Onun notarial təsdiq olunaraq Cavabdeh2 MTK-nə təqdim etdiyi 15.03.2018-ci il tarixli ərizəsi iradə ifadəsi olmuş və bu ərizə birtərəfli əqd kimi qiymətləndirilməlidir. Çünki məhz həmin ərizə ilə mənzilə olan hüquqlar Cavabdeh1 ötürülmüşdür. Əqdin səbəb olduğu nəticənin onu ifadə etmiş şəxs tərəfindən birtərəfli qaydada ləğv etməsi hüquqi müəyyənlik prinsipinə ziddir və üçüncü şəxslərin hüquq və mənafeyinin pozulması ilə nəticələnir. Beləliklə, Cavabdeh2 MTK-nin Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin Cavabdeh1 verilməsi barədə növbədənkənar çağırılmış ümumi yığıncağının 19 aprel 2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi ilə bağlı əsaslar mövcud deyildir və odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarmasını xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə ilə nümayəndəsi və vəkili Vəkil2, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı, Cavabdeh2nə və üçüncü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmədə baxılmış və tədqiq edilmiş 22.01.2012-ci il tarixli müqavilədən görünür ki, Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh2 MTK, İdarə Heyətinin X2 şəxsində (sonradan «Kooperativ» adlandırılacaq) bir tərəfdən, Bakı şəhəri, Ə.Əlizadə küç, ev. 61, m.65 ünvanda yaşayan vətəndaş X13 (şəxsiyyət vəsiqəsi: AZE № 13598021, 05.03.2013-cü il tarixdə, Nərimanov RPİ tərəfindən verilib) (sonradan «Payçı» adlandırılacaq) digər tərəfdən, aşağıdakılar barədə razılığa gələrək bu müqaviləni imzaladılar: 1.1 Bakı Şəhər İH-nin 1318 saylı, 28.12.98-ci il tarixli sərəncamına əsasən «Cavabdeh2-FK» Ltd şirkəti tərəfindən ünvan 5 ünvanda 17 mərtəbəli yaşayış binaları kompleksinin tikintisi layihələndirilmişdir. Həmin tikinti «Cavabdeh2-FK» Ltd şirkətinin nəzdində yaradılmış Cavabdeh2 MTK-nın üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyala keçirilir və bu vəsaitlərin həcmini təşkii edən məbləğə uyğun kooperativ üzvlərinə mənzilər verilməlidir. 1.2.Müqavilənin «1.1» bəndində göstərilənlərə əsaslanaraq ünvan 6 ünvanda, 22 mərtəbəli yaşayış tikintisi başa çatdıqdan sonra həmin binanın, 9-cü mərtəbəsində yerləşən və ümumi sahəsi faktiki olaraq 121,0 m2 təşkil edən 3 otaqlı. 36 saylı mənzili «Kooperativ» «Payçı» ya (mənzilin tarn dəyərini müqavilədə müəyyən ediimiş həcm və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzilləri qəbul etməyi öz öhdələrinə götürürlər. İş materiallarında olan 19 aprel 2018-ci il tarixli 05/18 saylı Cavabdeh2 İdarə X14 X15 X12 surətindən görünür ki, İddiaçı ərizəsi əsasında Cavabdeh2 MTK-ya məxsus olan Bakı şəhəri, N.Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 11, 1 girişli binanın 9-cu mərtəbəsində, 36 saylı mənzil və pay vətəndaş Cavabdeh1 verilməsi qərara alınmışdır. İş materiallarında olan 13 yanvar 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 7 ünvanda tikilən kooperativ yaşayış binası Cavabdeh2 MTK-ya məxsusdur. ünvan 8 ünvanda tikilən kooperativ yaşayış binasının 9-cu mərtəbəsində, 3 otaqlı, 36 saylı mənzilin dəyəri İddiaçı tərəfindən ödənildiyinə və 13.01.2020-ci il tarixli protokola əsasən həmin mənzildən İddiaçı Cavabdeh2 MTK-ya heç bir borcu yoxdur. İş materiallarında olan 15.03.2018-ci il tarixli Bakı şəhəri, Binəqədi ray., Göradil k, 1127 A saylı bağ evində qeydiyyatda olan İddiaçı tərəfindən Cavabdeh2 MTK-nın İH sədrinə ünvanlanmış əriəsindən görünür ki, Cavabdeh2 MTK tərəfindən inşa olunan mənzilin və kooperativ payın gəlini Cavabdeh1 adına keçməsinə (rəsmiləşdirliməsinə) köməklik göstərilməsini xahiş etmiş və yuxanda göstərilənlər iradə ifadəsi olduğunu, gələcəkdə bu barədə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan Cavabdeh1 ilə “xxxx” MMM arasında bağlanmış kommunal xidmət haqqı borcları barədə 01 may 2019-cu il tarixli müqavilədən görünür ki, keçmiş sakin Cavabdeh1 ünvan 9 ünvanı üzrə 1200 manat kommunal xidmət haqqı borcunun olduğunu qəbul edir və 2019-cu ilin 19 iyul tarixinə kimi hissə-hissə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan nağd pulun mədaxil qəbzlərindən görünür ki, Cavabdeh1 tərəfindən 2019-cu il ərzində ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1216/2020 saylı, 13.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Nikah Evi tərəfindən verilmiş AZ-T 019716 nömrəli, 11.07.2019-cu il tarixli nikah şəhadətnaməsindən müəyyən olunur ki, X18 ilə X11 23.10.2007-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3329 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-1216/2020 saylı, 13.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK, İddiaçı qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 cəlb edilməklə ümumi yığıncağın qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsində yerləşən 11 saylı evin 36 saylı mənzilinin İddiaçı verilməsi barədə Cavabdeh2 MTK-nın ümumi yığıncağının 13.01.2020ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qətnamədən görünür ki, iş materiallarında olan X1 Sistemindən Çıxarışa əsasən Cavabdeh1 9 saylı notariat kontorunda təsdiqlədiyi ərizəsində göstərmişdir ki, X10 məxsus olan ünvan 10 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən 4/18 hissə torpaq sahəsinin İddiaçı bağışlanmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Bütün məsuliyyəti öz üzərinə götürür. AR MM-nin 324.3-cü maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 326-cı maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, X10 məxsus olan ünvan 10 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən 4/18 hissə torpaq sahəsinin İddiaçı bağışlanması qarşılığında İddiaçı tərəfindən Cavabdeh2 MTK tərəfindən inşa olunan mənzilin və kooperativ payın gəlini Cavabdeh1 adına keçməsinə (rəsmiləşdirliməsinə) razılıq vermiş, gələcəkdə bu barədə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının müraciəti və razılığı əsasında cavabdehin adına rəsmiləşdirildiyindən həmin qərarın ləğv ediməsi üçün əsas yoxdur. Məhkəmə iddia tələbinin kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı qanunvericiliyin tələblərinə uyğun müəyyənləşdirilmiş qaydada və müddətlərdə çağırılmaması, kooperativin digər üzvlərinin üstünlük hüquqlarının təmin olunmaması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, iddiaçının kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı qanunvericiliyin tələblərinə uyğun müəyyənləşdirilmiş qaydada və müddətlərdə çağırılmaması, kooperativin digər üzvlərinin üstünlük hüquqlarının təmin olunmaması tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı qanunvericiliyin tələblərinə uyğun müəyyənləşdirilmiş qaydada və müddətlərdə çağırılmaması, kooperativin digər üzvlərinin üstünlük hüquqlarının təmin olunmaması əsası ilə ümumi yığıncağın iclasının protokolunun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, bu hüquq yalnız kooperativ üzvlərinə məxsusdur. Cavabdeh1 tərəfindən mənzilə görə üzvlük payının ödənilməsi faktı isə məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri, o cümlədən mübahisəli mənzilə dair kommunal xidmət haqlarının ödənilməsi barədə müqavilə ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ərizəsi əsasında Cavabdeh2 MTK-ya məxsus olan Bakı şəhəri, N.Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 11, 1 girişli binanın 9-cu mərtəbəsində, 36 saylı mənzil və pay vətəndaş Cavabdeh1 verilməsi qərara alınmışdır. Məhz həmin ərizənin əsasında mübahisəli mənzilə dair Cavabdeh1 kooperativin ümumi yığıncağının qərarı ilə o, kooperativə üzv qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 111-ci maddəsində kooperativin fəaliyyətinə aid bütün mühüm məsələlərin onun üzvlərinin ümumi yığıncağı tərəfindən həll edilməsi müəyyənləşdirilmişdir. Həmin Məcəllənin 109-3-cü maddəsinə əsasən kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Həmin Məcəllənin 111.3.3-cü maddəsində kooperativin ali idarəetmə orqanı olan onun üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətləri sırasında kooperativ üzvlərini qəbul etmək və çıxarmaq səlahiyyəti göstərilmişdir. Mülki qanunvericiliyin göstərilən normalarında kooperativ üzvlərini qəbul etmək və çıxartmaq kooperativin digər idarəetmə orqanlarının (idarə heyəti və s.) deyil, imperativ qaydada kooperativ üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsində mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə görə şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Beləliklə, kooperativə üzvlük münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, yaşayış sahəsinə subyektiv hüququn yaranması üçün kooperativə üzv qəbul edilməsi barədə müvafiq sənədlə yanaşı, digər hüquqi faktların məcmusunun yaranmasını tələb edir. Bu hüquqi faktlara kooperativ üzvünün payının ödənilməsi, konkret yaşayış sahəsinin kooperativ üzvünə təqdim edilməsi və s. aiddir. Göründüyü kimi Cavabdeh1 Cavabdeh2nə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. İddiaçı İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar Cavabdeh2 19 aprel 2018-ci il tarixli X12 ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “X12 ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “X12 ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-508/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-508/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver