Məhkəmə qərarları › İş №2(005)-510/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-510/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-510/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X17 oglunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X14, Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və X18 Mərkəzinə "xxxx" MMC-yə Səbail rayon İcra Şöbəsinə və Cavabdeh3 BOKT ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Respublika Xammal və X18 Mərkəzinə "xxxx" MMC-yə Səbail rayon İcra Şöbəsinə və Cavabdeh3 BOKT ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC tərəfindən keçrilən hərracın qanunsuz hesab edilməsi və qərarın nəticələrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Finoko» BOKT ASC cavabdehlər X4 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25.02.2016-cı il tarixli 2016/00283-01 saylı kredit müqaviləsinə əsasən ona illik 28% dərəcəsi olmaqla 60 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badomdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilini ipoteka predmeti kimi Cavabdeh3 BOKT ASC və təqdim etmiş və bu harədjə 25.02.2016-cı ıl tarixli ipoteka müqaviləsi bağlanılmışdır. Həmin 25.02.2016-cı il tarixli 2016/00283- 01 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdeh X3 iddiaçının xeyrinə 29.05.2018-ci il tarixə yaranmış əsas boc üzrə 14156.2 ABŞ dolları, 840,13 ABŞ dolları faiz borcunun və ödənişlərin gecikdirilməsi ilə bağlı hesablanmış 2635 ABŞ dolları dəbbə pulunun, cəmi 17631.33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tələbin cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinə yönəldilməsinə, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdeh X2 bankın xeyrinə tutulmalı alan 17631.33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun ödənilməsi: ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra cavabdeh İddiaçı 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə əmlakdan çıxarılması barədə qətnamə qəbul edilməsinə dair Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(009)-2827/2018 saylı iş üzrə iddia qismən təmin edilmiş, X5 ilə Cavabdeh3 BOKT ASC arasında bağlanılmış 25.02.2016-cı il tarixli 2016/00283-01 saylı saylı kredit müqaviləsinə xitam verilməsinə, X3 Cavabdeh3 BOKT ASC-nin xeyrinə 25.02.2016-cı il tarixli 2016/00283-01 saylı saylı kredit müqaviləsinə əsasən 29.05.2018-ci il tarixə yaranmış 14156.20 ABŞ dolları əsas borc, 840,13 ABŞ dolları faiz borcu və 53,67 ABŞ dolları tərimə borcu, cəmi 15050 (on beş min əlli) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulmasına, X3 tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsinda yeri aşan 9 saylı evin 13 saylı mənzilinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 60000 (alımış min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi Hə satılsın və hankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılmasına, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılmasına və X1 Cavabdeh3 BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulmasına dair qətnamə qəbul edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(009)-2827/2018 saylı qətnaməsindən narazı qalan cavabdeh həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi dair apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 3471/19 saylı 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə X6nun apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2827/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetini təşkil edən cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin və mənzilin ilkin satış qiyməti 150.000 (biryüz əlli min) manat müəyyən edilməklə və qətnamə mübahisələndirilən diyər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3471/19 saylı 08 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il 2(102)-6793/19 saylı qərarı ilə cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin MK-nın 08 aprel 2019-cu il tarixli 2(103)-3471/19 saylı qətnaməsi ləğv edilərək, işin yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nm 2(103)-803/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X6nun apelyasiya şikayəti qismən təmin edilmiş və Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(009)-2827/2018 saylı qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, faiz borcunun məbləği 787.42 (yeddi yüz səksən yeddi ABŞ dolları 47 sent) ABŞ dolları əsas, faiz borcun və cərimənin cəmi isə 14997,29 (on dörd min doqquz yüz doxsan yeddi ABS dolları, iyirmi doqquz sent) ABŞ dollar (məzənnə üzrə manatla) müəyyən edilməsinə dair qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-803/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Yuxarıda göstərilən məhkəmələr tərəfindən qəbul edilən qətnamə və qərarların nəticəsinə məhəl qoymayan cavabdeh hər iddiaçının hüquqlarını pozaraq iddiaçıya məxsus əmlakı mənimsəmişlər. Belə ki, cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası, Respublika Xammal və X18 Mərkəzi "xxxx" MMC və "xxxx" BOKT ASC əlbir olaraq cavabdehə məxsus mənzil mənimsəmişlər. Bildirmişdir ki, məkəmə prosessləri başa çatmamış, yəni məhkəmə qətnamələri və qərarları qanuni qüvvəsini almamış cavabdehlər tərəfindən hərrac təşkil olunur və əmlak " x x x x " BOKT ASC-nin nümayəndəsinə satılır. Əlavə olaraq bildirmişdir ki, cavabdehlər tərəfindən təşkil olunan hərracların heç birindən iddiaçının xəbəri olmamışdır. Bir dəfə mənzilin boşaldılması ilə əlaqədar cavabdehlər top-tüfənglə iddiaçıya məxsus mənzilə gələrək bildirmişlər ki, mənzil boşaldılmalıdır. Həmin onlara bildirilmişdir ki, iş Ali Məhkəmənin icraatındadır və yazılı şəkildə Cavabdeh2nə müraciət edilmişdir. Daha sonra cavabdeh "xxxx" BOKT ASC tərəfindən mənzilin 60000 (altmış min) manata hərraca çıxarılmasına dair bildiriş göndərilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin vaxt iş Ali məhkəmənin icraatında ola-ola hərrac keçirilmişdir, işin Ali Məhkəmənin icraatında olmasından cavabdehlər xəbərdar olmuşlar. Həmçinin Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-3471/19 saylı 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə X6nun apelyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2827/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci iİ tarixli qətnaməsi ipoteka predmetini təşkil edən cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi və mənzilin ilkin satış qiyməti 150.000 (bir yüz əlli min) manat müəyyən edilməsinə baxmayaraq, necə olur ki, cavabdehlər 60000 (altmış min) manata satışa çıxararaq cavabdehin nümayəndəsinə satmışlar. Bildirmişdir ki, kassasiya şikayəti Ali Məhkəmənin icraatına 15 mart 2021-ci il tarixdən daxil olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, 2(102)-2992/2021 saylı iş üzrə Ali Məhkəmənin 02 avqust 2021-ci il tarixdə tamamlanmışdır. Cavabdeh Respublika Xammal və X18 Mərkəz "xxxx" MMC-ə keçrilmiş hərrac sənədlərinin təqdim olunmasına dair 03 avqust 2021-ci il tarixdə yazılı müraciət olunmuşdur və cavabdeh bugünədək keçirilmiş hərracın nəticələrinə dair sənədləri ona təqdim etməmişdir. Daha sonra bildirmişdir ki, dəfələrlə cavabdehlərdən hərracın yekunu barədə sənədlər tələb olunsada, cavabdehlər heç bir sənəd verməmişlər. Yuxarıda göstərilənlərə əsasən bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinə dair cavabdeh Azərbaycan Respublikası, Respublika Xammal və X18 Mərkəzi "xxxx" MMC tərəfindən keçrilən hərracın nəticələn ləğv edilməlidir. İddiaçı X6 12.01.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək, Respublika Xammal və X18 Mərkəzi "xxxx" MMC tərəfindən 09 aprel 2021-ci il tarixli 29/07 №-li X15 Protokolun və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi. Əziz Nəzərov küçəsi, ev 9, mənzil 13 saylı mənzilə dair 06 may 2021- ci il tarixli **********11-05301-093004 reyestr nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6, əsl İddiaçı ilə əvəz edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X16 13.01.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə verərək, Respublika Xammal və X18 Mərkəzi "xxxx" MMC tərəfindən 09 aprel 2021-ci il tarixli 29/07 №-li X15 Protokolun və 09 aprel 2021-ci il tarixli 29/07 №-li Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 9, mənzil 13 saylı mənzilə dair 06 may 2021-ci il tarixli **********11-05301-093004 reyestr nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X16 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda 09.12.2021-ci il tarixdə iddia ərizəsinə etiraz verərək etirazında bildirmişdir ki, iddiaçı X6nun Cavabdeh3 BOKT ASC-yə, “X19” MMC-yə və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsızlığı” tələbinə dair iddiası üzrə 2-(005)-5714/2021 saylı iş icraatdadır. Həmin iddiaya aşağıdakıları əsas gətirərək etiraz edir. İlk növbədə qeyd edir ki, iddiaçı mənzilin ilkin satış qiyməti ilə bağlı olan hissədə yanlış nəticəyə gəlmişdir. Belə ki, mülki iş üzrə qəbul edilmiş sonuncu məhkəmə aktı olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-803/2020 saylı 14.09.2020-ci il tarixli qətnaməsi ilə mübahisə predmenti olan mənzilin ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən edilmişdir. Belə ki, mülki iş üzrə məhkəmə araşdırması və qəbul edilən məhkəmə aktlarının mənzilin ilkin satış qiymətinə münasibətdə nəticəvi hissələri aşağıdakı kimidir: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 60.000 (altmış min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, mənzilin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə Z.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş və mənzilin ilkin satış qiyməti 150.000 (bir yüz əlli min) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli 2(102)-6793/19 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 aprel 2019-cu il tarixli, 2(103)-3471/19 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 803/2020 saylı 14.09.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X6nun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(009)- 2827/2018 saylı qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 787,42 (yeddi yüz səksən yeddi ABŞ dolları, qırx iki sent) ABŞ dolları, əsas, faiz borcun və cərimənin cəmi isə 14.997,29 (on dörd min doqquz yüz doxsan yeddi ABŞ dolları, iyirmi doqquz sent) ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilmiş, qətnamə X6nun apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, apellyasiya məhkəməsinin sonuncu qətnaməsi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(009)-2827/2018 saylı qətnaməsi yalnız faiz borcu hissəsində dəyişdirilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(009)-2827/2018 saylı qətnaməsi ilə mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən-yəni, 60000 manat olaraq saxlanılmışdır. Odur ki, qanuni hüquqi qüvvəyə minən sonuncu məhkəmə qətnaməsi ilə mənzilin ilkin satış qiyməti 60000 manat müəyyən olunduğundan, qətnamə icraya məhz bu formada yönləndirilmişdir. Bu səbəbdən də müvafiq icra orqanının hərəkətləri tamamilə qətnaməyə uyğun olmuşdur. Açıq şəkildə görünür ki, iddia tələbinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində əsaslandırması tamamilə yanlışdır. Bundan başqa, hərracın keçirilmə vaxtı ilə bağlı hərrac təşkilatı tərəfindən iddiaçı X6nun ünvanına bildirişlər göndərilmişdir. 26.02.2021-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı bildiriş 09 fevral 2021-ci il tarixində iddiaçının ünvanına göndərilmişdir. İddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadan çatdırılmışdır. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. 30.03.2021-ci il tarixdə Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən tələbkar Cavabdeh3 BOKT ASC-yə ipoteka predmetinin 30 təqvim günü ərzində əldə edilməsi ilə bağlı təklif məktubu ünvanlanmış və 06.04.2021-ci il tarixdə təklif məktubuna cavab rəsmi olaraq bildirilmişdir. Yalnız bundan sonra əmlak Cavabdeh3 BOKT ASC- nın balansına keçmişdir. Məktubun çatdırılınması haqqında qaimələrdən də göründüyü kimi, əmlakın keçmiş mülkiyyətçisi İddiaçı və iddiaçı X7 hərracın keçirilməsi barəsində məktubu şəxsən qəbul etmiş və ilkin hərracın keçirilməsindən xəbərdar olmuşlar. Odur ki, iddiaçı qətnamənin icraya yönəldildiyindən məlumatlı olmuş, buna baxmayaraq qəsdən buna münasibət bildirməmişdir. Belə ki, icraya yönəldilən məhkəmə qətnaməsindən verilən kassasiya şikayəti 15.03.2021-ci il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatına daxil olmuş olsa belə, iddiaçı qətnamənin icraya yönəldildiyindən xəbərdar olduğu halda cavabdeh Bakı şəhəri Cavabdeh2nə icra hərəkətlərinin dayandırılması barədə ərizə ilə müraciət etməmişdir. Sözügedən qurum isə bu haqda qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmadığı təqdirdə icra hərəkətlərini dayandıra bilməzdi. Qeyd olunanlardan görünür ki, iddiaçı X6nun iddia ərizəsindəki tələb tam əsassızdır, iddia ərizəsində göstərdiyi arqumentlər uydurmadır, yalandır. Əsassız iddialarla məhkəmələrə müraciət edərək, məhkəmə qətnaməsinin icrasına maneələr törədir. Etirazında qeyd etdiyi dəlillərə əsaslanaraq bildirir ki, hərracın nəticələrinə dair protokolun etibarsız sayılması üçün heç bir əsas yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Respublika Xammal və X18 Mərkəzinə "xxxx" MMC-yə Səbail rayon İcra Şöbəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin iddia ərizəsinə olan münasibətini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2827/2018 saylı, 13.09.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X6 ilə Cavabdeh3 BOKT ASC arasında bağlanılmış 25.02.2016-cı il tarixli 2016\00283-01 saylı saylı kredit müqaviləsinə xitam verilməsi, X3 Cavabdeh3 BOKT ASC-nin xeyrinə 25.02.2016-cı il tarixli 2016\00283-01 saylı saylı kredit müqaviləsinə əsasən 29.05.2018-cı il tarixə yaranmış 14156,20 ABŞ dolları əsas borc, 840,13 ABŞ dolları faiz borcu və 53,67 ABŞ dolları cərimə borcu, cəmi 15050 (on beş min əlli) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, X3 tululacaq pul məbləği ipoteka ilə yüklü edilmiş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, həmin əmlak ilkin satış qiymətinin 60000 (altmış min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılması, X3 Cavabdeh3 BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rusumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3471/2019 saylı, 08.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, X6nun apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2827/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetini təşkil edən cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin və mənzilin ilkin satış qiyməti 150.000 (bir yüz əlli min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6793/2019 saylı, 08.11.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh X6nun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 aprel 2019-cu il tarixli, 2(103)-3471/19 saylı qətnaməsinin ləğv olunması və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-803/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X6nun apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(009)-2827/2018 saylı qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, faiz borcunun məbləği 787,42 ABŞ dolları, əsas, faiz borcun və cərimənin cəmi isə 1499,29 ABŞ dolları müəyyən edilmiş, qətnamə X6nun apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza xərci 145 manat cavabdeh X3 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2992/2021 saylı, 02.08.2021-ci il tarixli qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-803/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 02 mart 2021-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinin 15% ilə 51000 (əlli bir min manat) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 17 mart 2021-ci il tarixə saat 11:00-17:00-dək növbəlilik əsasında təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keçirilməsinə dair 02 mart 2021-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinin ilkin satış qiyməti 60000 (altmış min manat) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 26 fevral 2021-ci il tarixə saat 11:00-17:00-dək növbəlilik əsasında təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 09.04.2021-ci il tarixli X15 29/07 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilinin ilkin satış qiyməti 60000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 51000 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 38250 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh3 BOKT ASC tərəfindən əldə edilmişdir. Buna dair 09.04.2021-ci il tarixdə X15 əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzili Cavabdeh3 BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 06 may 2021-ci il tarixdə qeydiyyata alınmışdır; X6 tərəfindən Bakı şəhəri Cavabdeh2 icra məmuru xanım Aynurə Bayramovaya ünvanlanmış və 06.03.2021-ci il tarixdə qəbul edilmiş ərizədən görünür ki, icraatda olan 2(103)-3471/2019 saylı icra üzrə iş hal-hazırda 2(102)-2992/2021 saylı mülki iş Ali məhkəmənin hakimi Aqil Abbasocun icraatındadır. Yuxarıda göstərilənlərlə əlaqədar icaatda olan 2(103)-3471/2019 saylı icra işinin müvəqqəti dayandırılmasını xahiş etmişdir. Məhkəmə qəbzindən görünür ki, X6 Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-803/2020 saylı, 14.09.2020-ci il tarixli qətnaməsini 24.12.2020-ci il tarixdə qəbul etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(009)-2827/2018 saylı iş üzrə iddia qismən təmin edilmiş, X8 ilə Cavabdeh3 BOKT ASC arasında bağlanılmış 25.02.2016-cı il tarixli 2016/00283-01 saylı saylı kredit müqaviləsinə xitam verilməsinə, X3 Cavabdeh3 BOKT ASC-nin xeyrinə 25.02.2016-cı il tarixli 2016/00283-01 saylı saylı kredit müqaviləsinə əsasən 29.05.2018-ci il tarixə yaranmış 14156.20 ABŞ dolları əsas borc, 840,13 ABŞ dolları faiz borcu və 53,67 ABŞ dolları tərimə borcu, cəmi 15050 (on beş min əlli) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulmasına, X3 tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsinda yeri aşan 9 saylı evin 13 saylı mənzilinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 60000 (alımış min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi Hə satılsın və hankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılmasına, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın və cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılmasına və X1 Cavabdeh3 BOKT ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulmasına dair qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3471/19 saylı 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə X6nun apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2827/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetini təşkil edən cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 13 saylı mənzilin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin və mənzilin ilkin satış qiyməti 150.000 (biryüz əlli min) manat müəyyən edilməklə və qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-3471/19 saylı 08 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2019-cu il 2(102)-6793/19 saylı qərarı ilə cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin MK-nın 08 aprel 2019cu il tarixli 2(103)-3471/19 saylı qətnaməsi ləğv edilərək, işin yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)- 803/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X6nun apelyasiya şikayəti qismən təmin edilmiş və Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(009)- 2827/2018 saylı qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, faiz borcunun məbləği 787.42 (yeddi yüz səksən yeddi AB.Ş dolları 47 sent) ABŞ dolları əsas, faiz borcun və cərimənin cəmi isə 14997,29 (on dörd min doqquz yüz doxsan yeddi ABS dolları, iyirmi doqquz sent) ABŞ dollar (məzənnə üzrə manatla) müəyyən edilməsinə dair qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-803/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Mülki iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-803/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. İş materiallarına əlavəə edilmiş ərizədən görünür ki, X6 Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-3471/19 saylı icra işi icraatın dayandırılmasını xahiş etmiş, qətnamədən verilmiş kassasiya şikayətinin hazırda Ali Məhkəmənin hakimi Aqil Abbasın icraatında olduğunu bildirmişdir. Hərrac isə 09.04.2021-ci il tarixdə keçirilmiş və əmlak açıq hərracdan Cavabdeh3 BOKT ASC-yə satılmışdır. İş üzrə Ali Məhkəmənin yekun qərarı isə 02.08.2021-ci il tarixdə qəbul edilmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, hərrac təşkilatı Respublika Xammal və X18 Mərkəzinə "xxxx" MMC tərəfindən əmlak hərraca çıxarılarkən qanunvericiliyin tələbləri pozulmuş, əmlak qanuni qüvvəsini almamış məhkəmə qərarı əsasında hərraca çıxarılmışdır. İcra haqqında Qanunun 17.1.7 maddəsinə əsasən - İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beç) faizi məbləğində beh ödəməlidir. Göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 9, mənzil 13 saylı mənzilə dair Respublika Xammal və X18 Mərkəzinə "xxxx" MMC tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla açıq hərrac keçirilmiş və mənzilə dair Cavabdeh3 BOKT ASC ilə 09 aprel 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki iş materiallarından göründüyü kimi hərracın keçirilməsinə əsas olmuş məhkəmə qətnaməsi qanuni qüvvəsini almamış hərrac keçirilmişdir. Bu halda belə nəticəyə gəlmək olur ki, hərrac həmin vaxt üçün qüvvədə olmayan məhkəmə qətnaməsi əsasında keçirilmişdir. Bu isə qanunvericiliyin tələblərinə birbaşa ziddir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Respublika Xammal və X18 Mərkəzi "xxxx" MMC tərəfindən 09 aprel 2021-ci il tarixli 29/07 №-li X15 Protokol və 09 aprel 2021-ci il tarixli 29/07 №-li Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməli və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 9, mənzil 13 saylı mənzilə dair 06 may 2021ci il tarixli **********11-05301-093004 reyestr nömrəli Çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Respublika Xammal və X18 Mərkəzi "xxxx" MMC tərəfindən 09 aprel 2021-ci il tarixli 29/07 №-li X15 Protokol və 09 aprel 2021-ci il tarixli 29/07 №-li Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə etibarsız hesab edilsin və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 9, mənzil 13 saylı mənzilə dair 06 may 2021-ci il tarixli **********11-05301- 093004 reyestr nömrəli Çıxarış ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar