Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5129/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh2 Şikətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şikətinə qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şikətinə qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Fidan" Şirkəti ilə onun arasında Cavabdeh1 vasitəçiliyi və iştirakı ilə imzalanmış 05.01.2021-ci il tarixli üzləşmə aktının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Şikətinin nümayəndəsi X4 25.10.2021-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, 2(005)-5129/2021 saylı mülki işin Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-1021/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə hazırlıq iclasında iştirak etməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilməsinə dair ərizə göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddələrinə əsasən iddiaçının və digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-5129/2021nömrəli mülki iş Şirvan Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 Şikətinin cavabdeh İddiaçı qarşı “müqavilə öhdəliyinin icra edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də eyni tərəflərin, eyni tələbi bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə şin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, 2(005)-5129/2021 iş Şirvan Kommersiya Məhkəməsinin icraatında iddiaçı Cavabdeh2 Şikətinin cavabdeh İddiaçı qarşı “müqavilə öhdəliyinin icra edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə eyni növlü, eləcə də eyni tərəflərin eyni tələbi bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə e-2-2(121)-1021/2021 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şikətinə qarşı “qarşılıqlı üzləşmə aktının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)- 5129/2021 nömrəli qeydiyyat nömrəsində olan mülki iş Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-1021/2021 saylı nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin. Birləşdirilmiş iş üzrə e-2-2(121)-1021/2021 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-5129/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5129/2021
10.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver