Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-519/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair 21.09.1991-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onu ərizəçi X2 onun qəyyumu təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 21.09.2021 -cı il təvəllüdlü X9 onun, yəni Ərizəçi bacısı qızıdır. X1 19.04.2021-ci il tarixində “beyin ödemi” səbəbi ilə vəfat etmişdir. X3 11.09.2007-ci ildən orta dərəcəli əqli gerilik diaqnozundan əziyyət çəkir və həmin diaqnozla psixiatrik dispanserdə qeydiyyatdadır. Artıq 14 ildir ki, ev şəraitində və ambulator qaydada çoxsaylı müalicələr almışdır. Daimi qulluğa ehtiyacı var. Hayati vacib tələbatlarını yaxınlarının köməyi olmadan yerinə yetirə bilmir. O. hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarəetmək iqtidarında deyildir. Bakı şəhəri N.Nərimanov rayonu 8 saylı şəhər Poliklinikası tərəfindən verilmiş 4235 saylı kartdan qısa çıxarışdan məlum olur ki. Aydan Abdulova İİ dərəcəli müddətsiz əlildir və əlilin başqasının köməyinə ehtiyacı vardır. Qeyd olunmalıdır ki, Ərizəçi xəstəyə qulluq edir. Aydan Abdulova xəstəliyi ilə əlaqədar özünü sərbəst idarə edə bilmir, ona görə də hazırki ərizənin verilməsinə zərurət yaranmışdır. Ərizəçi Ərizəçi məhkəmə iclasında müvafiq ərizəsi müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Balakən rayon VVAQ şöbəsi tərəfindən verilmiş 06.08.2002-ci il tarixli, AZ-İ № 266479 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 21.09.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X14 - oğlu, anası X5 qeyd olunmuşdur. İş materiallarında olan Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ-JQ №315423 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X7 qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri N.Nərimanov rayonu 8 saylı şəhər Poliklinikasının Kartadan 16.11.2021-ci il tarixli qısa Çıxarışdan görünür ki, X9 11.08.2007-ci il tarixdən orta dərəcəli əqli gerilik diaqnozu ilə psixiatrın dispanser qeydiyyatındadır. Xəstə İİ qrup əlildir. İş materiallarında olan Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 01.05.2021-ci il tarixli, AZ-İİ 160228 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 19.04.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 3101 nömrəli 27.12.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 21.09.1991-ci il təvəllüdlü X6 orta əqli gerilik” davranış pozuntuları aşkar olunmuşdur. Psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 21.09.1991-ci il təvəllüdlü X9 qızının dayısıdır. X4 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 3101 nömrəli 27.12.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 21.09.1991-ci il təvəllüdlü X6 orta əqli gerilik” davranış pozuntuları aşkar olunmuşdur. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkələrini idarə etmək iqtidarında deyil. Buna görə də X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21.09.1991-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.09.1991-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-519/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-519/2022
19.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver