Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5252/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus **********00110 nömrəli abonent koduna qaz sərfiyyatına görə tələb etdiyi 460,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən 20 saylı evin 11A saylı mənzilinin mülkiyyətçisi olmuşdur. Həmin bina 2018-ci ildə sökülmüşdür. Zümrüd Residence yaşayış kompleksi inşa edilmişdir, iddiaçı İ.X2 yaşayış kompleksində yerləşən 1-ci binanın 1-ci girişinin 53 saylı mənzilinin mülkiyyətçisidir. 05.04.2018-ci il tarixində Yəhya Bakuvi küçəsində yerləşən 20 saylı evin 11A saylı mənzilində quraşdırılmış G-6 markalı, itron tipli qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən söküntü ilə əlaqədar çıxardılmışdır və bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 05.04.2018-ci il tarixli akt tərtib edilmişdir. AR DNŞ “Azəriqaz" İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsi tərəfindən 17.05.2018-ci il tarixində əhali sektorunda istismarda olan qaz sayğacları dövlət yoxlanmasından keçirilmiş, sayğaca ümumi baxış keçirilən zaman sayğacın sağ metrologiya və element plombu yuvaya kip otuzdurulmayıb. plomb yuvalarının ətrafında əzik izləri aşkar olunduğu və klapanının işlək olmadığı qeyd edilmişdir, nəticədə istismara yararsız hesab edilmişdir. Qaz sayğacının yoxlanılması barədə aktın əsasında, ‘"Azəriqaz" İB-nin BRQS Departameti tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması" haqqında ******* nömrəli, 25.05.2018-ci il tarixli akt tərtib edilmişdir. Qeyd etmək zəruridir ki, iddiaçı aktın tərtib edilməsində iştirak etməmişdir və imza etməmişdir. AR DNŞ “Azəriqaz" İB-nin BRQSİ) İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən ******* nömrəli, 25.05.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 2304 kub metr qazın itkiyə getdiyi hesablanmışdır və itirilmiş qazın dəyəri olaraq 460.80 manat borc qeyd edilmişdir. Qeyd etmək zəruridir ki. İddiaçı və ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə edilməmişdir, əgər hər hansı qaz itkisi faktı aşkarlanıbsa iddiaçının təqsiri, hərəkət və ya hərəkətsizliyi ucbatından olmamışdır. Hər bir nasazlıq barədə AR DNŞ Cavabdeh əməkdaşlarına da məlumat verilmişdir. Əslində qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrə yol verilməməsi istehlakçının vəzifəsi deyildir. İddiaçı, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar olunan hallar barədə qaz paylayıcısına məlumat verməlidir. Lakin qaz idarəsinin əməkdaşı nəinki vəziyyətin əsl səbəbini araşdırmağa səy göstərməmiş, hətta qulaq asmaq belə istəməmişdir. İddiaçı yeni mənzilə köçdükdən sonra mənzillərin sayğacı yenidən quraşdırılmışdır, lakin iddiaçıya borcunun olduğu və ödəmədiyi halda ona sayğac quraşdırılmayacağı bildirilmişdir. Yaranmış problemlə əlaqədar iddiaçı Azəriqaz İB- nə ərizə ilə müraciət etmişdir. 21.09.2021-ci il tarixli cavab məktubunda məsələyə dair qarşılıqlı anlaşmanın mümkün olmadığı üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də, İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 05 aprel 2018-ci il tarixli aktın məzmunundan və surətindən görünür ki, Yəhya Bakuvi küçəsində yerləşən 20 saylı evin 11A saylı mənzilində quraşdırılmış G-6 markalı, itron tipli qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən söküntü ilə əlaqədar çıxardılmışdır və bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 05.04.2018-ci il tarixli akt tərtib edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 may 2020-ci il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 2304 kub metr qazın itkiyə getdiyi hesablanmışdır və itirilmiş qazın dəyəri olaraq 460.80 manat borc qeyd edilmişdir. Kodu **********00110 olan İddiaçı abonentin saldosundan görünür ki, 460,80 (dörd yüz altmış manat, səksən qəpik) manat borc məbləği hesablanmışdır; Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən 20 saylı evin 11A saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin bina 2018-ci ildə sökülmüşdür. Zümrüd Residence yaşayış kompleksi inşa edilmişdir, iddiaçı İ.X2 yaşayış kompleksində yerləşən 1-ci binanın 1-ci girişinin 53 saylı mənzilinin mülkiyyətçisidir. 05.04.2018-ci il tarixində Yəhya Bakuvi küçəsində yerləşən 20 saylı evin 11A saylı mənzilində quraşdırılmış G-6 markalı, itron tipli qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən söküntü ilə əlaqədar çıxardılmışdır və bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 05.04.2018-ci il tarixli akt tərtib edilmişdir. AR DNŞ “Azəriqaz" İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsi tərəfindən 17.05.2018-ci il tarixində əhali sektorunda istismarda olan qaz sayğacları dövlət yoxlanmasından keçirilmiş, sayğaca ümumi baxış keçirilən zaman sayğacın sağ metrologiya və element plombu yuvaya kip otuzdurulmayıb. plomb yuvalarının ətrafında əzik izləri aşkar olunduğu və klapanının işlək olmadığı qeyd edilmişdir, nəticədə istismara yararsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551-ci maddəsinə əsasən bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir; 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “X1 Qaydaları”nın: 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür; 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hesablanmış borc məbləği 2010-2018-ci ili əhatə etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinin tələbləri rəhbər tutulmaqla, bütün tələblər on il (adi müddət) keçdikdən sonra, eyni zamanda vaxtaşırı ödənişlər haqqında tələblər üç il keçdikdən sonra qüvvəsini itirir. (MM 373 maddəsi) Bu baxımdan qeyd edilən borc məbləğinin cavabdeh təşkilat tərəfindən tələb edilməsi müddət baxımından qüvvəsini itirmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən borc məbləğinin formalaşdığı dövrdən, yəni müvafiq borcun müəyyən edilməsi ilə bağlı 2010-cu il tarixdən cavabdeh təşkilat tərəfindən abonentdən, başqa sözlə deyilsə iddiaçı şəxsdən 11 il ərzində həmin borcun ödənilməsi ilə bağlı heç bir hüquqi tədbir görülməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məişət abonenti tərəfindən X1 zamanı pozuntu aşkar edildiyi, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Göründüyü kimi, belə bir aktın mövcudluğu iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı kiçik iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 460,80 (dörd yüz altmış manat, səksən qəpik) manat məbləğində borc vəsaiti abonent kodu **********00110 olan İddiaçı hesabından silinsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5252/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5252/2021
22.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver