Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5260/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, Ərizəçi, onun vəkili Vəkil Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Azərbaycan Respublikası Dövlət Arxivinə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının Reyestri Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “hüquqi faktların müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X10 1918-ci ildə, X11 1945-ci ildə vəfat etmə faktının təsdiq olunması, X17 ilə X11 (qohumluq) atalarının - X29 hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonunda xx.xx.1956-cı il tarixində anadan olmuşdur. Atası - X13 10.05.1915-ci il tarixində ünvan 1 ünvanda anadan olmuş və 03.11.1968-ci ıl tarixində Bakı şəhəri Nərimanov rayonunda vəfat etmişdir. Anası - X12 1929-cu il tarixində anadan olmuş və 20.02.2001-ci ıl tarixində Bakı şəhəri Nərimanov rayonunda vəfat etmişdir. Atası və anasının nikahları 1952-ci ıl tarixində bağlanmışdır. Birgə nikahdan 3 övladları olmuşdur. Babası (atasının atası) X17 1918-ci il tarixində (anadan olduğu tarix məlum deyil) atasının 3 yaşı olanda ünvan 3 ünvanda və çox keçmədən nənəsi - X20 da vəfat etmişdir. Atası öz xətti ilə yazdığı tərcümeyi-halında göstərmişdir ki, valideynlərinin vaxtsız ölümləri nəticəsində onlara, X3nun qardaşı - X18 baxmışdır, O, da 1945-ci ildə vəfat etmişdir. Hər ikisi Lənkəran şəhəri, «Kiçik bazar» qəbiristanlığında dəfn olunmuşdur. Yuxarıda adı çəkilən ünvanda miras qalmış mülkün bir hissəsi ərizəçinin, digər hissəsi isə digər qohumlarının istifadəsindədir. Həmin mülkə dair vərəsəlik şəhadətnaməsi almaq üçün ölüm və doğum şəhadətnaməsinin olmamasına görə notariat kontoruna müraciət etmək mümkün olmamışdır. Qohumluq və ölüm faktına dair sənədlərin alınması ilə əlaqədar tərəfindən yuxarıda göstərilən orqanlara müraciət etməsinə baxmayaraq ona həmin sənədlərin verilməsinə dair problemlər yaranmışdır. Belə ki, məhkəmə sorğusu olmadan həmin sənədləri ərizəçiyə verməkdən imtina edirlər. Ölüm və doğum şəhadətlərinin olmamasına görə notariat kontoru vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmiş, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülkün 1/2 hissəsi ərizəçiyə məxsusdur, lakin qohumluq və ölüm faktlarını təsdiq edən sənədin olmaması səbəbindən Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi qeyri-mümkün olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahat verərək bildirmişdir ki, o, Ərizəçi bacanağıdır. X13 ərizəçinin atasıdır, anası X7r. X10 qardaşı - X18 olub. Şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, ərizəçinin anası onun xalasıqızıdır. . X13 ərizəçinin atasıdır, anası X7r. Eşitdiklərinə görə, Ərizəçi babası X14r. X18 1945ci ildə, X17 isə 1918-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 03.03.2001-ci il tarixli AZ №103101 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 20 fevral 2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 05.11.1968-cı il tarixli İİ-İE seriyalı №311828 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 03.11.1968-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan İE seriyalı № 171180 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X12 28.08.1952-ci il tarixdə nikaha daxil olmuşlar. Ərə Qafarov, arvada Mayılova soyadı verilmişdir. İş materiallarında olan İE seriyalı №650832 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 10.05.1915-ci il tarixdə Lənkəranda anadan olmuşdur. X3, anası X16r. İş materiallarında olan AZ seriyalı №506183 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Hacı-ağa oğlu xx.xx.1956-cı il tarixdə Bakıda anadan olmuşdur. Atası X13, anası X7r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 01.04.2021-ci il tarixli sorğuya cavab məktubunun məzmununda “bildiririk ki, qeyd olunan məlumat əldə edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının Reyestri Xidmətinə müraciət etməyiniz məqsədəmüvafiqdir” göstərilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 06.04.2021-ci il tarixli sorğuya cavab məktubunun məzmununda “(vətəndaş Qafar “Qafarov” Ağalar Hacıağa oğluna hüquqi yardım göstərilməsinə münasibətdə) ünvan 5 ünvanında (keçmiş S. M. Kirov küçəsi 48) mərhum şəxslər atası X15, babası X17 və atasının əmisi X11 adına daşınmaz əmlakın dövlət reyestrində mövcud olan hər-hansı bir qeydiyyatla əlaqədar (həmin əmlakların hüquqi rejimi barədə) məlumatın verilməsi barəsində təkrar müraciətinizə tərəfimizdən baxılmışdır. Hazırki müraciətin icrası olaraq tərəfimizdən aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, barələrində qeyd olunan şəxslərdən yalnız müraciət sahibinin atasının əmisi X11 adına arxiv statuslu ilkin hüquqmüəyyənedici sənəd qismində 13 iyul 1939-cu il tarixli, 860 nömrəli “Torpaq Qeydi” mövcuddur.” göstərilmişdir. İş materiallarında məhkəmənin sorğusuna cavab olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs1 23 fevral 2021-ci il tarixli 205 saylı məktubunun məzmununda “X8 aid 14.08.1951-ci il tarixdə Maraqlı şəxs1ndə qeyd edilmiş 956 saylı bərpa doğum akt qeydində valideynlər barədə məlumat qrafasında valideynlərin təvəllüdləri barədə məlumat qeyd edilməmişdir. X1 ölümü haqqında akt qeydinin aşkar olunmaması barədə arayışı ünvanınıza göndəririk” göstərilmişdir; Maraqlı şəxs1 23.02.2021-ci il tarixli arayışdan görünür ki, X17 barəsində Maraqlı şəxs1ndə 1918-ci ilə aid ölüm haqqında akt qeydi aşkar olunmamış, arxiv məlumatları Maraqlı şəxs1ndə 1945-ci ildən saxlanılır; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 10.11.2021-ci il tarixli məktubun məzmununda “sözügedən arxivlərdə araşdırma aparılmış və X10 1918-ci ildə, X11 isə 1945-ci ildə vəfat etmələrini təsdiq edəcək vətəndaşlıq vəziyyəti akt qeydi və ya hər hansı məlumat aşkar edilməmişdir” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının Reyestri Xidmətinin 14.12.2021-ci il tarixli məktubun məzmununda “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci və 59.1.6-cı maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti) inzibati orqan kimi işə cəlb oluna bilmədiyindən maraqlı şəxs kimi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı təmin olunacaqdır. Bu barədə qeydiyyat şöbəsinə müvafiq tapşırıq verilmişdir” göstərilmişdir; Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qohumluq faktının müəyyən edilməsi ərizəçinin bəzi hüquqi və sosial problemlərin həll edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında hüquqi əhəmiyyəti olduğundan, lakin Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsi şəxslər barəsinə akt qeydinin arxivdə mövcud olmaması səbəbindən imtina etməsi nəticəsində ərizəçi qohumluq münasibətlərini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 Ağababa Qafar oğlunun və X11 atasıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, X4 Ağababa Qafar oğlunun və X11 atası olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla, şahid ifadələri ilə müəyyən edilmişdir ki, X2 Ərizəçi babası, X18 onun babasının qardaşıdır. Ərizəçi ünvan 7 ünvanında qeydiyyatdadır. X18 1945-ci ildə və X17 isə 1918-ci ildə vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X10 və X11 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X11 1945-ci il tarixdə və X10 1918-ci il tarixdə ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, X4 Ağababa Qafar oğlunun və X11 atası olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X19 - X10 və X11 atası olması (qohumluq) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X10 1918-ci il və X11 1945-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-5260/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5260/2021
22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver