Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-531/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” X20 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” X20 Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunlarına dair əmlakın alqı-satqısı barədə müqavilənin və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oglu cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında protokolun və onun nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul edilmiş hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı oglu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinini xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinin ona və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən, onun qarşılıqlı iddia ərizəsi isə qismən təmin edilmişdir. Belə ki, qətnaməyə əsasən hazırkı iş üzrə iddiaçı şəxsdən və cavabdeh X6 müştərək qaydada ilkin iddia tələbi üzrə iddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinin xeyrinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 149.328,68 (bir yüz qırx doqquz min üç yüz iyirmi səkkiz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 13.066,46 (on üç min altmış altı dollar qırx altı sent) ABŞ dolları məbləğində faiz borcu, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması qət edilmişdir. Tələb ipoteka predmeti olan hazırkı iş üzrə iddiaçı şəxsə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinə yönəldilməklə, açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdeh şəxslərin banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilərək tutma evə yönəldikdə və ev satildiqda, ən geci bir ay ərzində həmin yaşayış sahəsindən İddiaçı və X4 çıxarılması müəyyən edilmişdir. Qətnamə ilə həmçinin ilk iddia tələbinin qalan hissədə rədd edilməsi, onun qarşılıqlı iddia tələbinin qismən təmin edilməklə, onunla “xxxx” X20 Səhmdar Cəmiyyətinin arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 77 VKƏ/14 nömrəli əlavə kredit müqaviləsinin xx xxxxxx 2015-ci tarixdən ləğv edilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilmişdir. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin də cavabdeh şəxslərdən müştərək qaydada tutulmaqla dövlət hesabına keçirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən-qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə, onun iddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinə qarşı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli 77 VKƏ/14 nömrəli əlavə kredit müqaviləsi xx xxxxxx 2015-ci il tarixdən ləğv edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsini qismən ləğv edərək, işə həmin hissədə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilmiş və faiz borcu 70.335,49 (yetmiş min üç yüz otuz beş dollar qırx doqquz sent) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin 7018-101459/17 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sifariş məktubu ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinə yönəldilməklə, açıq hərracda satılması üçün müraciət etmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxxx 2020-ci il tarixdə 29/01 nömrəli X12 təsdiqləmişdir. Cavabdeh “xxxx” X9 tərəfindən hərracın keçirilməsi proseduru ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. xx xxxx 2005-ci il tarixdən qüvvəyə minmiş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 (otuz) təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 (on beş) təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi miqdarında beh ödəməlidir. Hər hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona ən geci 30 (otuz) gün qabaqcadan xəbərdar edilməmiş, yazılı bildiriş göndərilməmiş, hərracların onun iştirakı olmadan keçirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü və 415.2-ci maddələrinin tələblərinin pozulmasıdır. Bundan əlavə qeyd edilməlidir ki, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evi həm bank, həm də məhkəmə tərəfindən qiymətləndirilən zaman (hal-hazırda qüvvədən düşmüş) çıxarışda göstərilmədiyi üçün yarımzirzəmi və onun qarşısında yerləşən bağlı eyvan nəzərdə tutulmamışdır. Bu səbəbdən də, ona məxsus evin qiyməti həqiqi dəyərindən çox aşağı qiymətləndirilmişdir. Qüvvədən düşmüş çıxarışa əsasən hərrac keçirilmiş, halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərarına əsasən o həmin fərdi yaşayış evinə yeni çıxarış almış və yeni çıxarışa əsasən onun evinin ümumi sahəsi 150,6 kv.metr yox, 234,5 kv.metr qeydə alınmışdır. Bununla əlaqədar nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. İddiaçı nümayəndəsi və vəkili X10 “hərracın nəticələri haqqında protokolun və onun nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12 K nömrəli fərdi yaşayış evinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə xx xxxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticələrinin ləgv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” X20 Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ümumi sahəsi 150,6 kv.metr olan (yaşayış sahəsi 110,9 kv.metr və yardımçı sahəsi 39,7 kv.metr) 7 otaqlı 2 mərtəbəli 12K nömrəli fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 256 nömrəli reyestr kitabının 23781 nömrəli vərəqində xx xxxxxxxx 2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-65/2017 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə iddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı, X8 və X11 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və X6 müştərək qaydada ilkin iddia tələbi üzrə iddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinin xeyrinə 149.328,68 (bir yüz qırx doqquz min üç yüz iyirmi səkkiz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 13.066,46 (on üç min altmış altı dollar qırx altı sent) ABŞ dolları məbləğində faiz borcu, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə məbləğinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 300.000 (üç yüz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən İddiaçı və X5 çıxarılması, ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və X6 müştərək qaydada tutularaq dövlət hesabına keçirilməsi, İddiaçı cavabdeh “xxxx” X20 Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə “xxxx” X20 Səhmdar Cəmiyyəti arasında bağlanmış 77BK/14 nömrəli, xx xxxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 77 BKƏ/14 nömrəli əlavə kredit müqaviləsinin xx xxxxxx 2015-ci il tarixdən ləğv edilməsi qət edilmişdir; Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-6344/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh “xxxx” X20 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-65/2017 nömrəli qətnaməsinin qismən-qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsi, İddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinə qarşı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 77 BKƏ/14 nömrəli əlavə kredit müqaviləsinin xx xxxxxx 2015-ci il tarixdən ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1382/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərar ilə iddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaen Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “xxxx” X20 Səhmdar Cəmiyyəti) qarşı “fərdi yaşayış evinə mövcud vəziyyətdə faktiki ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və onun əsasında yeni texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin altındakı yarızirzəmi sahə üzərində mülkiyyət hüquqları “xxxx” X20 Səhmdar Cəmiyyətinin xeyrinə yülkü olmaqla, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, dövlət reyestrindən vahid əmlak şəklində çıxarışın və onun əsasında yeni texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(102)-6531/18 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərar ilə ilkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə İddiaçı Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-6344/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinasının qəbul edilməsi və həmin iş üzrə kasasiya icraatına xitam verilməsi, ilkin iddia tələbi üzrə iddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-6344/2019 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə, ilkin iddianın faiz borcunun tutulması tələbinə dair hissəsində ləğv edilməsi, işə həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır; Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2- 1(103)-2745/2018 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərar ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “xxxx” X20 Səhmdar Cəmiyyəti) “fərdi yaşayış evinin altındakı yarımzirzəmi sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1382/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1382/2018 nömrəli xx xxxxxx 2018- ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2-1(102)-1056/2019 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (“xxxx” X20 Səhmdar Cəmiyyəti üçüncü şəxs olmaqla) qarşı “fərdi yaşayış evinə mövcud vəziyyətdə faktiki ölçülər daxilində daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və onun əsasında yeni texnki pasportun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2745/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin İnzibatı-İqtisadi Kollegiyasının 2-1(103)-2745/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilmişdir, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin altındakı yarızirzəmı sahə üzərində mülkiyyət hüquqları “xxxx” X19 Səhmdar Cəmiyyətinin xeyrinə yüklü olmaqla, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən vahid əmlak şəklində çıxarışın və onun əsasında yeni texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ümumi sahəsi 234,50 kv.metr olan 12K nömrəli fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxxx 2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır; Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)- 601/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh “xxxx” X20 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-65/2017 nömrəli qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər İddiaçı və X6 müştərək qaydada ilkin iddia tələbi üzrə iddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinin xeyrinə 149.328,68 (bir yüz qırx doqquz min üç yüz iyirmi səkkiz dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 70.335,49 (yetmiş min üç yüz otuz beş dollar qırx doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 2.000 (iki min) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 221.664,17 (iki yüz iyirmi bir min altı yüz altmış dörd dollar on yeddi sent) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatı məzənnəsi ilə manatla, habelə iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-65/2017 nömrəli qətnaməsinin qarşılıqlı iddia ərizəsinin təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı “xxxx” X20 Səhmdar Cəmiyyətinə qarşı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2014-cü İl tarixli, 77 BKƏ/14 nömrəli əlavə kredit müqaviləsinin xx xxxxxx 2015-ci il tarixdən ləğv edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, habelə apelyasiya şikayəti verilərkən ödənilmiş 15 (on beş) manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və X6 müştərək qaydada tutularaq “xxxx” X20 Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaitinin cavabdehlər İddiaçı və X6 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)- 1944/2020 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, müvafiq qərar ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-601/2019 nömrəli qətnaməsindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10590/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxxx 2020-ci il tarixli 01 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-601/2019 nömrəli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evi ilə bağlı 300.000 (üç yüz min) manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Bununla bağlı müvafiq elan “Atribut” qəzetinin 05-xx xxxxxxxx 2020-ci il tarixli 21 (364) nömrəli buraxılışında elan dərc edilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2020-ci il tarixli 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-601/2019 nömrəli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evi ilə bağlı 255.000 (iki yüz əlli beş min) manat məbləğində (300.000- 15%=255.000) açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Bununla bağlı müvafiq elan “Atribut” qəzetinin 02-xx xxxxxxx 2020-ci il tarixli 27 (370) nömrəli buraxılışında elan dərc edilmişdir; “Birja Yenilikləri” qəzetinin xx xxxxxxx 2020-ci il tarixli 218 nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin təkrar hərracı baş tutmamışdır; Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə və “xxxx” X20 Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx xxxxxxx 2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 191.250 (bir yüz doxsan bir min iki yüz əlli) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2020-ci il tarixli 29/01 nömrəli hərracın yekunları barədə protokolun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin tam dəyəri 300.000 (üç yüz min) manat qiymətə açıq hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti 255.000 (iki yüz əlli beş min) manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 191.250 (bir yüz doxsan bir min iki yüz əlli) manat qiymətə tələbkar “xxxx” X20 Səhmdar Cəmiyyətinə təklif edilmiş və müvafiq əmlak qeyd edilən qiymətə tələbkar tərəfindən qəbul edilmişdir; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxxx 2020-ci il tarixli müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evi 191.250 (bir yüz doxsan bir min iki yüz əlli) manat qiymətə tələbkar “xxxx” X20 Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir; 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evi banka yüklü edilərkən onun ümumi sahəsi 150,6 kv.m olmuşdur. Məhkəmə qətnaməsi əsasında borc həmin evə yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2-1(102)-1056/2019 nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinin altındakı yarızirzəmı sahə üzərində mülkiyyət hüquqları “xxxx” X19 Səhmdar Cəmiyyətinin xeyrinə yüklü olmaqla, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, dövlət reyestrindən vahid əmlak şəklində çıxarışın və onun əsasında yeni texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır; Daha sonra əmlakın hüquqi vəziyyətində dəyişiklik olmuş, iddiaçının adına yeni çıxarış verilərək əmlakın ümumu sahəsi 234.50 kv.metr təşkil etmişdir. Məhkəmə araşdırması zamani müəyyən olundu ki, yaşayış evi qüvvədə olmayan çıxarışla hərraca çıxarılmışdır, halbuki yeni çıxarışla onun ümumi sahəsi dəyişmişdir. Həmçinin əmlakın ümumi sahəsi dəyişdikdən sonra onun naturada bölgüsü aparılmamış, Unubank ASC-yə onun 150,6 kv.m olan hissəsi girov qoyulmuşdur. Əmlakın qüvvədə olmayan çıxarışla hərraca çıxması, lakin onun hüquqi vəziyyətində dəyişiklik olması, hərracdan sonra əmlaka bankın hazırki kv.m göstərilməklə çıxarış alması iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, girov qoyulmayan hissənin naturada ayrılması da müəyyən olunmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı şəxs iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərd yaşayış evinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə xx xxxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun nəticələri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 12K nömrəli fərdi yaşayış evinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə xx xxxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun nəticələri ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-531/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-531/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver