Məhkəmə qərarları › İş №2(005)-532/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-532/2023

14.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-532/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları 20 yanvar 1995-ci il tarixdə vəfat etmiş, X4 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab olunmaqla, müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ataları X10 20 yanvar 1995-ci il taixdə vəfat etmişdir. X2 22 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. Atasının mülkiyyətində Şəki Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 46 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi mülkiyyətinə verilmiş və bu barədə JN 088F seriyalı kod 40409005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Mərhum valideynlərindən qanun üzrə mirasdan məcburi pay almaq hüququ birinci növbəli vərəsələr olaraq onlara məxsusdur. Mərhum atalarının vəfatından sonra mirası qəbul etmək üçün notariat kontoruna müraciət etməli olduğu barədə məlumatları olmamışdır. 2022-ci ildə xüsusi notarius X6 bildirmişdir ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ötmüş, müddətin uzadılması üçün məhkəməyə müraciət etməlidirlər. Qanunvericilikdə nəzərdə tutulmuş 6 ay müddətində notariat ofisinə müraciət etməmələrinin səbəbi hüquqi savadları olmadığından vaxtında notariat kontoruna müraciət etməmişdirlər. Miras əmlak isə Şəki rayonu Baş Layıqsı İƏD Qumux kəndi ərazisində 0.10 ha torpaq sahəsindən ibarətdir. Göstərilənlərə əsasən, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən buraxılmış müddət üzrlü səbəbdən ötürüldüyündən mirasın qəbul edilməsi üçün məhkəmədən qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisi işə onların iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktını məhkəmənin mülahizəsinə buraxmışdırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş, 476376 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 25 mart 1995-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İ seriyalı, 456900 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1959-cu il tarixli nikah haqqında şəhadətnaməyə əsasən X10 ilə X9 xx.xx.1951-ci il tarixdə nikah bağlamışdırlar. Nikahdan sonra ərə Qocayev, arvada Qocayeva soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinin 15 sentyabr 2022ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarından görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X5 vərəsəlik işinin həlli ilə əlaqədar təqdim edilmiş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Bu səbəblə notariat orqanı iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. İş materiallarında olan Şəki Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli qərarı ilə verilmiş 0.10 ha ölçülü fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X7 şəhadətnamə verilmişdir. Məhkəmənin qənaətinə görə, iddia tələblərinə düzgün hüquqi qiymət verilməsi, ilk növbədə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilmədiyi məsələsinin aydınlaşdırılmasından asılıdır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun; Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada məhkəmə hesab edir ki, vərəsəlik hüququ üzrə müddətin üzürlü sayılmaqla uzadılması məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Yuxarıda da göstərildiyi kimi, mərhum X3 qalmış miras əmlak barədə İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 vərəsə olmaqları özlərinə çatası miras payından onun xeyrinə imtina etmədiklər işin mübahisəsiz halıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, işin hallarından mirasqoyanın digər qanun üzrə vərəsələrinin, yəni iddiaçıların məhrumun yas mərəsimində iştirakı, mübahisəli əmlakı gəlib-getmələri mirası qəbul etdikləri qənaətinə gəlməyə imkan verir. X10 vəfat etdikdən sonra iddiaçılar birinci dərəcə vərəsə kimi digər vərəsə ilə birgə miras əmlaka faktiki sahiblik etməyə və onun idarə edilməsində iştirak etməyə başlamışdır. Məhkəmə iddiaçıların mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpası tələbi ilə bağlı qeyd edir ki, iddia təmin edilməli, X4 miras qalmış əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi üzürlü hesab edilməklə uzadılmalıdır. Belə ki, iddiaçıların birinci növbəli vərəsələr kimi miras almaq hüququ birinci növbəli vərəsələrin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə mirası qəbul etməməsi nəticəsində yaranmışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçılar mirasının açıldığı məqamda miras əmlak onların istifadəsində olmuş və mirasqoyanın vərəsələri tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçıların atalarının mirasını vaxtında qəbul etməmələrini üzrlü səbəblərdən baş vermişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “ötürülmüş müddətin bərpa olunması” tələbinə dair iddia ərizəsi təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi təmin edilsin. 20 yanvar 1995-ci il tarixdə vəfat etmiş, X4 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab olunmaqla, müddət uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar