Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-534/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh ASC "xxxx" Bankının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Məmmədi oğlunun cavabdeh ASC "xxxx" Bankına, İsmayıllı rayon İcra şöbəsinə və “X3” MMC-yə (Cavabdeh2 MMC-yə) qarşı “hərrac və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədi oğlu cavabdeh ASC "xxxx" Bankına, İsmayıllı rayon İcra şöbəsinə və “X3” MMC-yə (Cavabdeh2 MMC-yə) “hərrac və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə dair “X3" MMC tərəfindən 12 sentyabr 2017-ci il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 31/01 nömrəli protokolun etibarsız hesab edilməsi; İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən yeni verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-2020/2016 saylı 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Bank ASCnin iddiası qismən təmin olunmuş, onunla bank arasında bağlanmış 05.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 24320.32 manat əsas borc, 5282.61 manat qəpik faiz borcu, 214.92 manat cərimə, 30 manat dövlət rüsumu, ipoteka dövlət rüsumunun və 20 manat xidmət haqqının, 16 manat notariat xərci olmaqla, cəmi 29894.36 manat məbləğində pul ondan tutularaq "xxxx" Bank ASC-yə ödənilməsi; 29894.36 manat məbləğin tutulması ipoteka ilə yüklü edilmiş, İsmayıllı rayonu, İsmayıllı kəndində mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə, 0.06 ha həyətyanı toıpaq sahəsi ilə birlikdə açıq hərracda satılmaqla yönəldilməsi; İpoteka predmeti olan fərdi yaşayış evinin 0.06 hayətyanı torpaq sahəsi və yardımçı tikililərlə birlikdə hərracda ilkin satış qiyməti 61.000 manat müəyyən edilməsi; ipoteka qoyulmuş fərdi yaşayış evinin evinə tutma yönəldikdə və o satıldıqdan sonra yaşayış sahəsi ən geci bir ay ərzində tərk məcburi qaydada boşaldılması və sair qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün aidiyyatı üzrə İsmayıllı rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən “X3” MMC-yə ona məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılması üçün şifariş verilmişdir. Daşınmaz əmlakın ilkin satış qiyməti cəmi 61.000 manat müəyyən edilmişdir. Lakin, onun bunlardan xəbəri olmayıb. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasları iştirakı olmadan keçirilmişdir. Belə ki, həmin ərəfələrdə ailəsi ilə birlikdə işləmək üçün Rusiya Federasiyasında olmuşdur. Orada əldə etdiyi vəsaitin müəyyən hissəsini ayrı-ayrı vaxtlarda "xxxx" Bank ASC-yə olan kredit borcuma yönəltmişdir. Lakin, təəsüf ki, bankın əməkdaşları onu aldadaraq, xəbəri olmadan məni məhkəməyə vermiş və ipoteka ilə yüklü edilmiş əmlakımı dəyər-dəyməzə hərrac vasitə ilə mənimsəmişlər. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-2020/2016 saylı 07 dekabr 2016-cı il tarixli qətnaməsini aldıqdan sonra tərəfindən qətnamədən apellyasiya şikayət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-38/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, İsmayıllı rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi cavabdehdən tutulan laiz hissəsindi və daşınmaz əmkakın ilkin satış qiymətində dəyişdirilmişdir. Daha sonra isə həmin qətnamədən tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmişdir. Məlumdur ki, qanunvericilik tələblərinə uyğun olaraq ipoteka qoyan olaraq keçirilən hərracın keçirilməsi vaxtı və yeri barədə mənə rəsmi məlumat verilməli idi. Lakin, cavabdeh «X3» MMC qanunla üzərinə qoyulan vəzifəni icra etməyib. Keçirilən hərracların vaxtı və yeri barədə məlumatı olmadığı üçün hərracda iştirak edə bilməmişdir. Nəticədə ona məxsus olan daşınmaz əmlak dəyər-dəyməzə özgəninkiləşdirilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə dair keçirilmiş hərrac qanunsuz olaraq təşkil edildiyi üçün ləğv edilməlidir. Məhkəmə cavabdeh ASC "xxxx" Bankının nümayəndəsi Vəkil1 iddia tələbinin əsassız olduğunu bildirərək, hərracın qanunun bütün tələblərinə riayət olunmaqla keçirildiyini və tərəflərin hərracın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıldıqlarını qeyd etdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı və digər cavabdehlərin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi 19.01.2022-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı Mirzəyev Füzuli cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı, İsmayıl rayon İcra və Probasiya Şöbəsini üçüncü şəxs qismində qeyd etməklə, Cavabdeh2 MMC tərəfindən keçirilən 12.09.2017-ci il tarixli, 31/01 nömrəli hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi və onun əsasında verilən çıxarışın ləğv edilməsi”nə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən hərrac nəticələrini əks etdirən 12.09.2017-ci il tarixli protokolun etibarsız hesab edilməsi və mənzilə verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan protokol və müqavilə 12.09.2017-ci il tarixində imzalanmışdır, lakin iddiaçı protokol və müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 5 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin binasında keçirilməklə təyin edilmişdir. İddiaçı Mirzəyev Füzulinin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş edirlər. Həmçinin 16.02.2022-ci il tarixdə “X3” MMC məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə göndərərək bildirir ki, iddiaçı X4 cavabdehlər "xxxx" ASC və “X3” MMCyə qarşı, İsmayıllı rayon İcra Şöbəsini üçüncü şəxs qismində qeyd etməklə hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə dair “X3” MMC tərəfindən 12 sentyabr 2017-ci il tarixində keçirilən hərracın və onun nəticələri haqqında 12.09.2017-ci il tarixli, 31/1 saylı protokolun etibarsız hesab edilməsi, mənzilə verilmiş çıxarışın ləğv edilməsini və mənzilə mülkiyyət hüququnun bərpa edilməsini və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı hərrac təşkilatının qüsurları qismində ipoteka qoyana keçirilən hərracın vaxtı və yeri barədə məlumat verilmədiyini, bununla da hərrac təşkilatının qanunvericiliklə üzərinə qoyulan vəzifəsini icra etmədiyini qeyd etmişdir. Bununla bağlı aşağıdakı əsasları məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edirlər: İlk olaraq onu qeyd etmək istəyir ki, İsmayıllı rayon İcra Şöbəsinin 19 may 2017-ci il tarixli, 38606/2017-45-1 saylı sifariş məktubuna əsasən təşkilat tərəfindən hərrac keçirilmişdir. Əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən 61 000 manat müəyyən edilmişdir. Hərracın keçirilmə vaxtı 03 iyul 2017-ci il göstərilməklə, ilkin hərrac barədə 03 iyun 2017-ci ildə “Kaspi” qəzetində elan verilmiş, və 13/01 nömrəli bildiriş tərəflərə göndərilmişdir. Bildiriş “evdə yoxdur” qeydi ilə geri qayıtmışdır. Halbuki bildirişlər iddiaçının həmin vaxt icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir, hazırda da şəxs iddia ərizəsində ünvan olaraq həmin ünvanı qeyd etmişdir. Nəzərə çatdırmaq istəyir ki, hərrac təşkilatı sifarişçinin veridiyi məlumatlar əsasında bildirişləri göndərir. Hərrac baş tutmadığından ikinci hərrac keçirilmişdir. İkinci hərracın vaxtı 15 avqust 2017-ci il göstərilməklə, 15 iyun 2017-ci il tarixində “Kaspi” qəzetində elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 28 yanvar 2019-ci il tarixində 15% endirimlə (51850 manat) hərracın keçirilməsi ilə bağlı 13/01-1 nömrəli bildiriş icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. (müvafiq sənədləri iddiaçı özü iddia ərizəsinə əlavə etmişdir). 3. İkinci hərrac da baş tutmadığından ipoteka predmeti “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, 25% endirimlə ipoteka saxlayana təklif olunmuş və 38 887 manat 50 qəpiklə "xxxx" ASC-yə satılmışdır. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac təşkilatçısı qanunla nəzərdə tutulduğu qaydada ipoteka qoyanın icra vərəqəsində qeyd olunan ünvanına (həmçinin şəxsin hazırda iddia ərizəsində qeyd olunan) bildirişləri göndərmiş, “Kaspi” qəzetində elanları yerləşdirmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-2020/2016 saylı 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı ilə İddiaçı arasında bağlanmış 05.12.2014-cü il tarixli **********97914 saylı kredit müqaviləsi üzrə 24320 manat 83 qəpik əsas borc, 5282 manat 61 qəpik adi faiz borcu, 214 manat 92 qəpik cərimə, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 20 manat xidmət haqqı və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş manat olmaqla, cəmi 29894 (iyirmi doqquz min səkkiz yüz doxsan dörd) manat 36 (otuz altı) qəpik məbləği İddiaçı alınaraq Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına ödənilməsi, 29894 (iyirmi doqquz min səkkiz yüz doxsan dörd) manat 36 (otuz altı) məbləğinin tutulması ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq İsmayıllı rayonu İsmayıllı kəndində mülkiyyətdə olan 0,06 hektarı həyətyanı torpaq sahəsi və'həmin torpaq sahəsində yerləşən, mülkiyyət hüququ ilə, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 126 nömrəli vərəqində **********93-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 13.05.2011-ci ildə qeydə alınmış 315.2 kv.metr ümumi sahəsi, 152,3 kv.metr yaşayış sahəsi və 162,9 kv.metr yardımçı sahəsi olan 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə, 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə açıq hərracda satılmaqla yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № ******* saylı çıxarışdan görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi 18.10.2017-ci il tarixdə qeydiyyata alınmaqla, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.05.2021-ci il tarixli 2(107)-38/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(037)-2020/2016 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməsi, cavabdeh X1 alınıb Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına verilməli olan faiz borcunun məbləği 4851,84 manat, cəmi borcun məbləği 29463.59 manat və ipoteka predmeti olan fərdi yaşayış evinin 0,06 hə həyətyanı torpaq sahəsi ilə birlikdə hərracda ilkin satış qiyməti 62000 (altımış iki min) manat müəyyən edilməsi, Qətnamənin mübahisələndirilən diyər hissəsi dəyişdirilmədən saxlanılması ,aparılmış ekspertiza tədqiqatnın dəyəri olan 145 (bir yüz qırx beş) manat ASC "xxxx" Bankından alınıb dövlət büdcəsinə ödənilməsi, Qiymətləndirmənin xidmət haqqı kimi 300 (dörd yüz) manat ASC "xxxx" Bankından alınaraq “X5' MMC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan “Kaspi” qazetinin 15 iyul 2017-ci il tarixdə dərc edilmiş “X3” MMC Hərrac Mərkəzi tərəfindən məhkəmə qərarları əsasında açıq hərraca çıxarışlacaq borclulara məxsus daşınar və daçınmaz əmlaklar barədə elanlardan görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 315.2 kv m. yaşayış sahəsi 152.3 kv.m olan. 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış sahəsi barədə hərracın keçirilməsinə dair elan edilmişdir. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair bildirişlərin surətindən görünür ki, X2 ünvanlanmış məktubun surətindən görünür ki, X2 hərracın keçirilmə vaxtı və yeri barədə məlumatlar əldə edilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 31/1 nömrəli, 12.09.2017-ci il tarixli hərracın yekunları barədə protokolunda qeyd edilir ki, X2 məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 315.2 kv m. yaşayış sahəsi 152.3 kv.m olan. 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin ilkin hərrac qiyməti 61 000 manat,təkrar hərracdakı satış qiyməti 5 850 manat, “İpoteka Haqqında”Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiyməti 38 887 manat 50 qəpik qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. İş materiallarında olan 12.09.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, İddiaçı Məmmədi oğluna məxsus olan İsmayıllı rayonu, İsmayıllı kəndində 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 315.2 kv.m, yaşayış sahəsi 162.9 kv.m olan, 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi 38 887 ( otuz səkkiz min səkkiz yüz səksən yeddi) manat 50 qəpik qiymətində Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankına satılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2017-ci il tarixdə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göstərilən Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Sözügedən Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmədə müəyyən edilir ki, iddiaçı hərrac mərkəzinin 12 sentyabr 2017-ci il tarixli, № 31/1 nömrəli hərracla bağlı qərarının ləğv olunmasını tələb edərək, cavabdeh hərrac mərkəzi tərəfindən açıq hərraca çıxarılaraq satılması üçün əsassız qərarın qəbul olunduğunu bildirir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı Məmmədi oğluna məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 315.2 kv m. yaşayış sahəsi 152.3 kv.m olan. 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə bankın balansına keçirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla əsassız olduğu sübuta yetdiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddiaçının İsmayıllı rayonu, İsmayıllı kəndində 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 315.2 kv m. yaşayış sahəsi 152.3 kv.m olan. 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq çıxarışın verilməsi barədə tələblər ilkin tələblərdən törəmə olduğundan bu hissələrdə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələbini həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Məhkəmə sadalananlardan əlavə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə də eyni mövqedən çıxış edərək, əlavə hüquqi qiymət verməyə zərurət görmür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Məmmədi oğlunun cavabdeh ASC "xxxx"Bankına, İsmayıllı rayon İcra şöbəsinə və “X3” MMC-yə (Cavabdeh2 MMC-yə) qarşı “hərrac və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Məmmədi oğlunun cavabdeh ASC "xxxx" Bankına, İsmayıllı rayon İcra şöbəsinə və “X3” MMC-yə (Cavabdeh2 MMC-yə) qarşı “hərrac və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-534/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-534/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver