Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-536/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 13 fevral 2018-ci il tarixli, AL-362 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA541922 ban, 0164 mühərrik nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 13 fevral 2018-ci il tarixli, AL-362 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 oktyabr 2020-ci il tarixə 3281.80 manat gecikdirilmiş əsas, 1071.86 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1639.08 manat dəbbə pulu, 14528 manat dəymiş zərər, ümumilikdə 20520.74 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2018-cu il tarixli AL-362 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, 10-PS- 761 dövlət qeydiyyat nişanlı, XWB5V319VEA541922 ban, 0164 mühərrik nömrəli, qara rəngli avtomobil 16000 manat məbləğinə “İddiaçı" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq" müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 421.13 manat, ümumilikdə isə 20214.56 manat məbləğində pulu "İddiaçı” MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “İddiaçı' MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 sentyabr 2019-cu il tarixdə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 14528 manat məbləğində ziyan dəymişdir. 17.01,2020-ci il tarixdə Cavabdeh ərizə ilə İddiaçı MMC-yə müraciət edərək avtomobili oz hesabına təmir edilməsini xahiş edərək lizinq ödənişlərini vaxtında ödəməsini bəyan etmişdir. Buna baxmayaraq 17.01.2020-ci il tarixdən bu günə kimi Cavabdeh tərəfindən ödəniş olunmamışdır.Eyni zamanda Cavabdeh saylı “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 oktyabr 2020-ci il tarixə 3281.80 manat geoikdirilmiş əsas, 1071.86 manat gecikdirilmış mükafat və həmin günə hesablanmış 1639.08 manat dəbbə pulu, cəmi 5992.74 manat borcu yaranmışdır.Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 17 yanvar 2020-cu il tarixdə 700 manat məbləğində olmuşdur. ‘Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən, lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.10-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir.Daxili Lizinq müqaviləsinin 6.5.3-cü bəndinə əsasən lizinq Alan lizinq Obyektini saz və işlək vəziyyətdə saxlamalıdır. Daxili Lizinq müqaviləsinin 7.1.1-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aprmalı, həmçinin onun saxlanması üzrə xərcləri ödəməlidir.Daxili lizinq müqaviləsinin 11.1 -ci bəndinə əsasən qəbul protokolu imzalandığı andan Lizinq Obyektinin təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq Alana keçir. Daxili lizinq müqaviləsinin 15.1 -ci maddəsinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 16.1 -ci bəndinə əsasən,lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2018-cu il tarixli AL-362 saylı “Daxili lizinq” müqaviləsininin surətindən görünür ki, 2013-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, 10-PS- 761 dövlət qeydiyyat nişanlı, XWB5V319VEA541922 ban, 0164 mühərrik nömrəli, qara rəngli avtomobil 16000 manat məbləğinə “İddiaçı" MMC-nin mülkiyyətinə alınmış və Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 13 fevral 2018-cu il tarixli AL-362 saylı “Daxili lizinq” müqaviləsinə 1 saylı əlavədən görünür ki, 2013-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, 10-PS- 761 dövlət qeydiyyat nişanlı, XWB5V319VEA541922 ban, 0164 mühərrik nömrəli, qara rəngli avtomobiliin ümumi dəyəri 16000 manat təşkil edir. İş materiallarında olan “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinin (Əlavə №3) surətindən görünür ki, Cavabdeh illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 421,13 manat, ümumilikdə isə 20214,22 manat məbləğində pulu İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 13 fevral 2018ci il tarixli AL-362 saylı “Daxili Lizinq" müqaviləsi üzrə 02.10.2020-ci il tarixə əsas borcu 3281,80 , mükafat borcu 1071,86 və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu 1639,08 manat, cəmi 5992,74 manat təşkil edir. İş materiallarında olan “xxxx”MMC-nin qüsur aktından görünür ki, 2013-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, 10-PS- 761 dövlət qeydiyyat nişanlı, XWB5V319VEA541922 ban, 0164 mühərrik nömrəli, qara rəngli avtomobilə ümumilikdə 14528 manat ziyan dəymişdir. İş materiallarında olan AC seriyalı 223155 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, 10-PS- 761 dövlət qeydiyyat nişanlı, XWB5V319VEA541922 ban, 0164 mühərrik nömrəli, qara rəngli avtomobil İddiaçınə məxsusdur. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı 08.10.2020-ci il tarixli pretenziya məktubundan müəyyən olur ki, borcu və lizinq obyektinə vurulmuş ziyanı 7 gün ərzində cavabdeh ödəmədiyi halda İddiaçı məhkəmə qaydasında müqavilənin ləğvi və yaranmış borcun ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2021-ci il tarixli, 9/1555-8/611 №-li ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx” MMC tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Daewoo Gentra» markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13722,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin məcəllənin 552.2-ci maddəsinə əsasən Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış 13 fevral 2018-cu il tarixli AL-362 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, 2013-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, 10-PS- 761 dövlət qeydiyyat nişanlı, XWB5V319VEA541922 ban, 0164 mühərrik nömrəli, qara rəngli avtomobil İddiaçı MMC-ə geri qaytarılmalı, həmin müqavilə üzrə cavabdehdən İddiaçı MMC şirkətinin xeyrinə əsas borc 3281,80 manat, mükafat borcu 1071,86 manat, ekspert rəyi nəzərə alınmaqla 13722 manat dəymiş zərər iddiaçı “İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Bununla yanaşı məhkəmə 3281,80 manat əsas borc üzrə 1639,08 manat məbləğində cərimənin hesablanmasını tənəsübsüz surətdə yüksək hesab edir və onun 100 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21. 13 fevral 2018-cu il tarixli AL-362 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA541922 ban, 0164 mühərrik nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılsın. Cavabdeh 13 fevral 2018-cu il tarixli AL-362 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 3281,80 manat əsas, 1071,86 manat mükafat, 13722 manat dəymiş zərər və həmin günə hesablanmış 100 manat dəbbə pulu, ümumilikdə 18175,66 (on səkkiz min yüz yetmiş beş, 66 qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-536/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-536/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver