Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5360/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16.09.2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan sayılması və onun hüquq və məfaelərinin müdafiəsi üçün onun üzərində mənim qəyyum təyin edilməyim barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 16.09.2003-cü il təvəllüdlü oğlum X5 anadangəlmə kəmağıllılıq, nitq və davranış pozuntusu əlamətləri ilə müşahidə olunan “Daun sindiromu” aşkar edilmişdir. Bu xəstəlik səbəbindən o, öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətində deyildir. O, mütəmadi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Uşaq Ruhi-Əsəb Dispanserində və digər yerli və xarici tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. X1 aşkar olunmuş psixi qüsurlar aşağıdakı tibbi sənədlərlə təsdiq edilir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Uşaq Ruhi-Əsəb Dispanserin 933/02 nömrəli, 31.08.2012-ci il tarixli arayışı; 14 nömrəli Uşaq Poliklinikasının 08.12.2020-ci il tarixli arayışı; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X9 həkim-psixiatr komissiyasının 1495 nömrəli, 26.10.2021-ci il tarixli rəyi. X14 öz hərəkətlərini tam olaraq anlaya və idarə edə bilmədiyindən doğulduğu gündən onun nəzarəti altında olmuş, bir ana kimi o, daima ona qulluq etmiş, onun sağlamlığının qayşısına qalaraq müxtəlif tibb müəssisələrində onu müalicə etdirmişdir. Beləliklə də hesab edir ki, oğlu X7 psixi qüsurlarına görə öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətində olmadığından onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan sayılması və onun hüquq və mənafelərinin müdafiəsi üçün onun üzərində qəyyum təyin edilməyi məqsədəmüvafiqdir. Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında müvafiq ərizəsinə dəqiqləşmə verərək, 15.09.2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsin Qəyyumluq və Himayəçilik Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsin Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 11.03.2006-cı il tarixli, AZ-İ № 711899 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 16.09.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X8, anası Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan 14 №-li uşaqpoliklinikasının 08.12.2020-ci il tarixli arayışından görünür ki, 16.09.2003-cü il təvəllüdlü X7 anadangəlmə irsi xəstəliyi Daun sindromudur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X6 26.10.2021-ci il tarixli, 1/1913 №-li rəydən görünür ki, 16.09.2003-cü il təvəllüdlü X7 yüngül kəmağıllılıq, nitq və davranış pozğunluğu ilə Daun sindremu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 4267 nömrəli 17.12.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 16.09.2003-cü il təvəllüdlü X4 orta dərəcəli əqli gerilik” davranış pozuntuları ilə aşkar olunmuşdur. Psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 16.09.2003-cü il təvəllüdlü X3 anasıdır. X3 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının 4267 nömrəli 17.12.2021-ci il tarixli rəyindən müəyyən olunur ki, 15.09.2003-cü il təvəllüdlü X4 orta dərəcəli əqli gerilik” davranış pozuntuları ilə aşkar olunmuşdur. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkələrini idarə etmək iqtidarında deyil. Buna görə də X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 16.09.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16.09.2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5360/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5360/2021
28.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver