Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-54/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı “cavabdehin qanunsuz hərərkətlərinə son qoyulması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı “cavabdehin qanunsuz hərərkətlərinə son qoyulması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulması, ünvan 1 ünvanın pəncərəsinin yanında tikilən tikintiləri öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə cavabdehin əsil cavabdeh ilə əvəz edilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı Cavabdeh2nə qarşı “cavabdehin qanunsuz hərərkətlərinə son qoyulması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təqdim edərək, Cavabdeh2 qanunsuz hərəkətlərinə son qoyulması, ünvan 1 ünvanın pəncərəsinin yanında tikilən tikintiləri öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Bundan sonra iddia ərizəsi icraata qəbul edilərək, məhkəmə tərəfindən müvafiq prosessual hərəkətlər edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1996-cı il tarixdən mülkiyyətində olan ünvan 1 (xx.xx.1996-cı il tarixli, Serya MH 049245 nömrəli, Mülkiyyət Hüquqların qeydiyyat vəsiqəsi) ünvanında ailəsi ilə birgə yaşayır. Cavabdeh2 Nərimanov rayonunda hündür binaların tikilişi ilə məşğuldur. ünvan 1 ünvanın iki otaqlı mənzilin bir pəncərəsi, otaqlara işıq düşən bir pəncərəsi vardır. Cavabdeh2 iki otaqlı mənzilin bir pəncərəsinin qabağından pəncərəni bağlayaraq ara məsafəsi qoymadan hündür mərtəbəli bina tikirlər. Onun ailəsinin həyatı təhlükədədir. Çünki, Cavabdeh2 tikinti normalarına və təhlükəsizlik normalarına əməl etmədən qanunsuz olarq işlər görürlər. Cavabdehə bu hərəkətlərinə son qoyulması üçün dəfələrlə müraciət ctsəkdə bizə məhəll qoymadan öz işlərinə davam etdirirlər. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək, bildirdi ki, iddia əsassız iddiadır. Belə ki, cavabdeh cəmiyyət tərəfindən idddiaçının hazırda yaşadığı mənzil də pilot layihəyə uyğun olaraq plana düşmüşdür. Cavabdeh gələcəkdə layihə təsdiqləndikdən sonra iddiaçıya yeni tikiləcək binada mənzil verməklə onun mülkiyyətindəki evi almaq fikrindədir. Habelə, məhkəməyə təqdim edilən sənədlərdən də göründüyü kimi, iddiaçının sökülməsini istədiyi tikili ətrafda tikilmiş binaları elektrik enerjisi ilə təmin edən, o cümlədən gələcəkdə tikintisi nəzərdə tutulan iddiaçının yaşayacağı binaya da xidmət edəcək mühüm əhəmiyyətə malik olan transformator məntəqəsidir. Bu səbəbdən də məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, ekspert rəyini rəyini tədqiq edərək, onların izahat və ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi MH seriyalı 049245 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 34 saylı evin, 15 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 584 nömrəli reyestr kitabında 87691 saylı səhifədə 30 N 28815 nömrə ilə xx.xx.1996-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, № 381 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir ki, aparılmış tədqiqatla yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 34 nömrəli ünvanda Cavabdeh2 MMC tərəfindən inşa edilən mübahisəli tikilinin inşaası zamanı tikililər arasında ara məsafəsi saxlanılmadıgından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədiyi müəyyən edilir. İş materiallarında olan 390 saylı, xx xxxxxxxx 2017-ci il tarixli Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospektinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh2 MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarını rəhbər tutaraq, Cavabdeh2 MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1,75.1 və 75.6-cı mddələrini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli xx/xx- 1523 və xx.xx.2016-cı il tarixli xx/xx-1632 nömrəli razılaşma məktubları, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2016-cı il tarixli 350 saylı və 18.012017-ci il tarixli 37 nömrəli sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 24124 nömrəli ekspertiza rəyini nəzərə alaraq: 1. T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Xətai prospektinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh2 MMC-yə yaşayış binalarının tikintisinə icazə verilsin. 2. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşaların müraciətləri iş şöbəsinə tapşırılsın. İş materiallarında olan 18.012017-ci il tarixli 37 nömrəli T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Xətai prospektinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara) habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydaları”nın 3.2 bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli xx/xx-1523 məktubu ilə razılaşdırılmış, T.Şıxəliyev küçəsi 6, Qarabağ küçəsi 30,32,34 və Xətai prospekti 29,31,33 saylı ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Xətai prospektinin ərazi planlaşdırma sənədləri təsdiq olunsun. İş materiallarında olan 13/16 nömrəli 2016-cı il tarixli istifadəyə( icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktının surətindən görünür ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti küçəsi cizgidə göstərilən sərhədlər daxilində 1.706 ha Yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh2 MMC verilib. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, xx/xx-01392 saylı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən istismar müddəti kemiş yaşayış evləri barədə rəy verilməsi ilə bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığınız xx xxxxxxx 2016-cı il tarixli 1/698 nğmrəli məktuba baxılmışdır. Bildiririk ki, Nazirliyin “ Azəriinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri yerli icra hakimiyyəti nümayəndələri ilə birlikdə Nərimanov rayonu T.Şıxəliyev 6 (ümumi həyət), Qarabağ 30,32,34 (ümumi həyət) Əhmədbəy Ağaoğlu və Xətai prospekti 29,31,33 (ümumi həyət) ünvanlarında yerləşən evlərinə vizual texniki baxış keçirərək xx.xx.2017-ci il tarixli müvafiq akt tərtib etmişlər. İş materiallarında olan “xxxx” ASC-nin Texniki Departamentinin xx.xx.2019-cu il tarixli SA-19/0124 saylı Arayışının surətindən görünür ki, verilir Cavabdeh2 MMC-yə (Nərimanov rayonu Xətai prospekti ilə T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksəkmərtəbəli yaşayış binaları) ondan ötrü ki, o həqiqətən “xxxx” ASC tərəfindən verilmiş TX-19/0730 saylı xx.xx.2019-cu il tarixli texniki şərtləri yerinə yetirmişdir. Cavabdeh2 MMC-yə məxsus yaşayış binası yeni transformator məntəqəsindən qidalanır. Mənzillərə sayğac quraşdırılmasına və qeydiyyata alınmasına etiraz etmirik. İş materiallarında olan “xxxx” ASC-nin Texniki Departamentinin xx.xx.2019-cu il tarixli BA-19/1059 saylı Arayışının surətindən görünür ki, verilir Cavabdeh2 MMC-yə (Nərimanov rayonu Xətai prospekti ilə T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksəkmərtəbəli yaşayış binaları) ondan ötrü ki, o həqiqətən “xxxx” ASC tərəfindən verilmiş TX-19/0730 saylı xx.xx.2019-cu il tarixli texniki şərtləri yerinə yetirmişdir. Obyektin şəbəkəyə qoşulmasına etiraz etmirik. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 17.1-cu maddəsinə əsasən Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2-cu maddəsinə əsasən, ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3-cu maddəsinə əsasən, ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. 17.5-cu maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. 57.2-ci maddəsinə görə, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 3 sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidri; istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbıəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika(səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; enerji resurlarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır; əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin yikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır(xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri). 64.1-ci maddəsinə əsasən, tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır: tikinti obyektinin təyinatına görə istismar şəraiti; (64.1.1. maddəsi) ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri;( 64.1.2. maddəsi) tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü.( 64.1.3. maddəsi) 69.1-ci maddəsinə görə, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.4-cü maddəsinə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5-ci maddəsinə görə ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: divar hündürlüyünün 0,6 hissəsi; 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 34 saylı evin, 15 saylı mənzili xx.xx.1996-cı il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və hazırda da mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, № 381 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 34 nömrəli ünvanda Cavabdeh2 MMC tərəfindən inşa edilən mübahisəli tikilinin inşaası zamanı tikililər arasında ara məsafəsi saxlanılmadıgından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilməyib. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 390 saylı, xx xxxxxxxx 2017-ci il tarixli binaların yerində Cavabdeh2 MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında sərəncamı ilə T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Xətai prospektinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Cavabdeh2 MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmışdır. 13/16 nömrəli 2016-cı il tarixli istifadəyə( icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktının surətindən görünür ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2016-cı il tarixli 350 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti küçəsi cizgidə göstərilən sərhədlər daxilində 1.706 ha Yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Cavabdeh2 MMC verilib. xx.xx.2017-ci il tarixli, xx/xx- 01392 saylı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, Qarabağ küçəsi, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində yerləşən istismar müddəti kemiş yaşayış evləri barədə rəy verilməsi ilə bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığınız xx xxxxxxx 2016-cı il tarixli 1/698 nğmrəli məktuba baxılmışdır. Bildiririk ki, Nazirliyin “ Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri yerli icra hakimiyyəti nümayəndələri ilə birlikdə Nərimanov rayonu T.Şıxəliyev 6 (ümumi həyət), Qarabağ 30,32,34 (ümumi həyət) Əhmədbəy Ağaoğlu və Xətai prospekti 29,31,33 (ümumi həyət) ünvanlarında yerləşən evlərinə vizual texniki baxış keçirərək xx.xx.2017-ci il tarixli müvafiq akt tərtib etmişlər. “xxxx” ASC-nin Texniki Departamentinin xx.xx.2019-cu il tarixli SA- 19/0124 saylı Arayışının surətindən görünür ki, verilir Cavabdeh2 MMC-yə (Nərimanov rayonu Xətai prospekti ilə T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksəkmərtəbəli yaşayış binaları) ondan ötrü ki, o həqiqətən “xxxx” ASC tərəfindən verilmiş TX-19/0730 saylı xx.xx.2019-cu il tarixli texniki şərtləri yerinə yetirmişdir. Cavabdeh2 MMC-yə məxsus yaşayış binası yeni transformator məntəqəsindən qidalanır. Mənzillərə sayğac quraşdırılmasına və qeydiyyata alınmasına etiraz etmirik. “xxxx” ASC-nin Texniki Departamentinin xx.xx.2019-cu il tarixli BA-19/1059 saylı Arayışının surətindən görünür ki, verilir Cavabdeh2 MMC-yə (Nərimanov rayonu Xətai prospekti ilə T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksəkmərtəbəli yaşayış binaları) ondan ötrü ki, o həqiqətən “xxxx” ASC tərəfindən verilmiş TX-19/0730 saylı xx.xx.2019-cu il tarixli texniki şərtləri yerinə yetirmişdir. Obyektin şəbəkəyə qoşulmasına etiraz etmirik. İddiaçı Cavabdeh2 qanunsuz hərəkətlərinə son qoyulması, ünvan 1 ünvanın pəncərəsinin yanında tikilən tikintiləri öz hesabına sökülməsini xahiş edir, cavabdeh isə iddia tələbini qəbul etmir. Yekunda araşdırmanın nəticəsi olaraq, mübahisələndirilən ərazidə Cavabdeh2nə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, T.Şıxəliyev küçəsi, Xətai prospekti göstərilən sərhədlər daxilində 1.706 ha Yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmışdır. Habelə, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin tərtib etdikləri xx.xx.2017-ci il aktdan da görünür ki, istismar müddəti keçmiş yaşayış binaları barədə rəy verilməsi üçün yerli icra hakimiyyəti nümayəndələri ilə birlikdə həmin yaşayış evlərinə vizual texniki baxış keçirilmişdir. Mülki iş materiallarından da görünür ki, iddiaçı tərəfindən yuxarıda qeyd edilən inzibati orqanın sərəncamları mübahisələndirilməyib, hazırki mərhələdə bu məsələlər həllini tapmayıb. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə yoxdur, başqa sözlə mülkiyyətdəki əmlakın qanunsuz olaraq zəbt olunması faktı müəyyən edilməyib, hazırda iddiaçı mübahisəli tikili ilə ona məxsus fərdi yaşayış evinin pəncərəsi arasındakı ara məsafəsinin qanunvericiliklə nəzərdə tutulmuş tələblərə əməl edilmədən inşa edildiyini, bu səbəbdən də mübahisəli tikilinin sökülməsini xahiş edir. Lakin mülki iş materiallarından göründüyü kimi, hazırda cavabdeh cəmiyyətə müvafiq ərazidə tikintinin aparılması üçün verilmiş icazələr, sərəncamlar qüvvəddədir, ləğv edilməyib, onların etibarsız hesab edilməsi ilə bağlı tələblər mövcud deyildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 76.3-cü maddəsinə görə, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95-ci maddəsinə görə, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: (95.1.1.) tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; (95.1.2.) bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; (95.2.) bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 97.2-ci maddəsinə görə, tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə görə, Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında əsasnamənin” 3.11.5-ci bəndinə görə, yerli icra hakimiyyəti orqanı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Sadalanan normalardan göründüyü kimi aparılmış tikintinin qanunsuz olmasının müəyyən edilməsi, həmin tikililərin sökülməsi ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir və hazırki işdən səlahiyyətli dövlət orqanları tərəfindən mübahisəli tikilinin sökülməsi ilə bağlı müvafiq tədbirlər görüldüyü müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki qanunverciliyin sadalanan normaları iddiaçıya müvafiq icazələr alınmaqla tikilmiş tikililərin sökülməsi ilə bağlı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının mülkiyyətinə birbaşa müdaxilə yaxud da iddiaçıya məxsus daşınmaz əmlakın bir hissəsində tikilinin inşa olunaraq ərazinin zəbt olunması faktı müəyyən edilmir, iddiaçı mübahisəli tikilinin inşasına icazə verən inzibati orqanın qərarlarını mübahisələndirməlidir, həmin qərarlar mübahisələndirilərkən tikililər arasındakı ara məsafəsinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalı və müvafiq qiymət verilməlidir. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, № 381 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir ki, aparılmış tədqiqatla yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 34 nömrəli ünvanda Cavabdeh2 MMC tərəfindən inşa edilən mübahisəli tikilinin inşası zamanı tikililər arasında ara məsafəsi saxlanılmadıgından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədiyi müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-nin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə cavabdeh tərəfindən inşa edilmiş tikili ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasındakı məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, bununla da məhkəmə iddiaçıya izah edir ki, iddiaçı Cavabdeh2nə qarşı mübahisəli tikililər arasındakı məsafəsini dövlət şəhərsalma norma və qaydalarına əməl edilməməsi ilə bağlı dəymiş ziyanın kompensasiya edilməsi hüququndan məhrum olmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu hər hansı tələb olmadığından iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq, 100 (yüz) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2nə qarşı “cavabdehin qanunsuz hərərkətlərinə son qoyulması və qanunsuz tikilinin sökülməsi”nə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 (yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-54/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-54/2021
26.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver