Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-541/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X5, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə qarşı (açar sözlər: nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh X3 (Mamedov İlgar) nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X5 (Mamedov İlgar), Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər X5 (Mamedov İlgar), Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər, X7 ilə Cavabdeh3 arasında 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, gümüş rəngli, ban: KMHD35LE6DU137919, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, yeni verilmiş nəqliyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə 16 may 2008-ci il tarixdə rəsmi nikah daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 (iki) uşaqları var. Cavabdehlə birgə yaşadıqları dövr ərzində bir neçə daşınar əmlaklar almışlar, sonuncu avtomobili, yəni 2013-cü il buraxılışlı ''Hyundai Elantra" minik markalı, gümüş rəngli, BB266948 saylı şəhadətnaməsi, ban: KMHD35LE6DU137919, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Cavabdeh X7 ilə uzun illər birgə yaşayıb birgə təsərrüfat aparmışdır. Cavabdeh X7 ilə aralarında ardı kəsilməyən mübahisələrdən sonra, cavabdehlə aralarında olan nikahın pozulması, uşaqların öz yanında qalmaqları və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli, iş № 2(005)-3001/2023 nömrəli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, cavabdeh X7 aralarında xx.xx.2008-ci il tarixdə 1150 nömrəli akt qeydi ilə rəsmiləşmiş nikah pozulmuş, 22 aprel 2009-cu il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X6 iddiaçı (anaları) İddiaçı yanında saxlanılması, 22 aprel 2009-cu il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 (Mamedov İlqar) hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bu yaxınlıqda cavabdeh X7 tərəfindən məlum olmuşdur ki, o xüsusi mülkiyyətində olan, birgə yaşadıqları dövr ərzində daşınar sonuncu avtomobili, yəni 2013-cü il buraxılışlı ''Hyundai Elantra" minik markalı, gümüş rəngli, BB266948 saylı şəhadətnaməsi, ban: KMHD35LE6DU137919, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili satdığını ona bildirmişdir. Dərhal xx.xx.2023-cü il tarixli vəkil sorğusu ilə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yoı Polisi İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli, №3-13-16/2-107415/2023-cü nömrəli sorğuya əsasən cavab olaraq bildirilmişdir ki, sonuncu dəfə axırıncı aldıqları birgə dövr ərzində daşınar əmlak, yəni 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, gümüş rəngli, BB266948 saylı şəhadətnaməsi, ban: KMHD35LE6DU137919, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh X1 Elçin Fazil oğluna etibarnamə vermiş və sonuncu X3 adından çıxış edərək, Cavabdeh3 ilə alqı-satqı müqaviləsinə əsasən satmışdır. Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yoı Polisi İdarəsi cavabdeh X1 Elçin Fazil oğlunun adına etibarnamə verilməsini öz sorğuya cavabında bildirmiş, lakin kimin adına avtomobilin satılması və hazırda kimin mülkiyyəti olması barədə də məlumat verməmişdir. Şifahi bildirilmişdir ki, kimin mülkiyyətinə keçirilməsinə vəkil sorğusuna cavab verilmir, ancaq hüquq mühafiamma orqanlarına (polis, prokurorluq, məhkəmə və sair) rəsmi cavab verilir. Sadəcə olaraq, şifahi hazırda sözügedən mübahisəli avtomobilin kimi xüsusi mülkiyyətində olması barədə məlumat almışdır. Cavabdeh X7 ilə aralarında mübahisə başladıqdan və cavabdeh X5 onunla nikahın pozulmasına dair əvvəl mediasiya şurasına, sonra isə məhkəməsinə müraciət etdiyini ona bildirmişdir. Məhz bundan sonra, cavabdeh X7 onun xəbəri olmadan pərdələmək məqsədi ilə, vatxtı ilə, tərəfidən verilmiş etibarnamədən istifadə edərək, birgə nikah dövründə aldıqları və öz xüsusi mülkiyyətində olan 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, gümüş rəngli, BB266948 saylı şəhadətnaməsi, ban: KMHD35LE6DU137919, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməyə əsasən, Cavabdeh3 alqı-satqı müqaviləsinə əsasən sözügedən mübahisəli avtomobili satmışdır. Vaxtı ilə ailə olaraq, cavabdeh X5 etibarnamə verməmişdir ki, o xüsusi mülkiyyətində olan avtomobili satsın və ya kiminsə adına özgəniləşdirsin. Göründüyü kimi, cavabdeh X7 etibarnaməyə əsasən, pərdələmək məqsədi ilə Şahid etibarnamə vermiş, o da, cavabdeh X3 adından çıxış edərək, Şahid Cavabdeh3 xüsusi mülkiyyətimdə olan, birgə dövr ərzində əldə edilmiş daşınar əmlakını, yəni 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı,gümüş rəngli, BB266948 saylı şəhadətnaməsi, ban: KMFİD35LE6DU137919, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili alqı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdeh X5 etibarnamə versə belə, həmin sözügedən mübahisəli avtomobilinin satılmasına razılıq verməmişdir. Bu daşınar əmlak birgə nikah dövründən əldə edildiyindən və yeni qanunvericiliydə dəyişilik edildiyindən ailə münasibəti ilə bağlı Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01841 nömrəli ilkin Mediyasiya sessiyasında X7 iştirak edilməməsi barədə arayış verilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən cavabdeh X3 (Mamedov İlgar) nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh birgə nikah dövründə dəfələrlə xaricdən satmaq adı ilə avtomobillər gətirib. O, Rusiya Federasiyasının vətəndaşıdır, lakin pandemiyadan sonra Rusiya Federasiyası ilə əlaqələri kəsilir və sonuncu gətirdiyi avtomobili birgə nikah dövründə əldə olunmuş borcla gətirir. Elçin adlı şəxs tərəfindən həmin avtomobilin kimə satılması və ya bağışlaması barədə məlumatı yoxdur, lakin məhkəmə iclasından əvvəl digər cavabdeh bildirdi ki, Şahid həmin avtomobili artıq satıb və özünə məxsus olan vəsaiti götürüb. İddiaçı iddia ərizəsində qeyd edib ki, o, mənzili tərk edən kimi cavabdeh İlqar Mamedov avtomobili satıb. “Turbo.az” portalının çıxarışından görmək olur ki, 2022-ci ilin oktyabr ayında avtomobilin satılması üçün elan yerləşdirilib. Sadəcə maşının arxa tərəfi əzik olduğuna və onun qiymətini baha qoyduğuna görə maklerlər 15.000-16.000 manat pul verirdilər. Şahid pulunu tələb etdiyinə görə cavabdeh məcbur olub pulun əvəzi olaraq maşını ona verir və Elçin də avtomobili lizinq təşkilatına satıb. Baş etibarnamənin verilməsində məqsəd əmlakın özgəninkiləşdirilməsidir, çünki hər iki tərəf maddi cəhətdən əziyyət çəkirdilər və borcu qaytarmaq lazım idi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə mübahisələri çox olub. Dəfələrlə evi tərk etmişdir. Hər dəfə bağışlamış, cavabdeh bundan sui-istifadə etmişdir. Əvvəllər də avtomobilləri olub və bir neçə dəfə satıb, yeniləmişdirlər. Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olduğu üçün avtomobillər öz adına alınmışdır. O, avtomobilləri xarici ölkədən gətizdirib satır və xərclərini ödəyirdi. Sonuncu dəfə gətirilən maşının pulunu 3.000 manat məbləğini qardaşından borc almaqla, “lotoreya” oyunlarında iştirak etməklə, əvvəlki avtomobili və özünə məxsus qızıl-zinət əşyaları satmaqla əldə etmişlər. Bunlara dair bir sübutu yoxdur. Çünki bir neçə il əvvəl baş verib. Cavabdehə 2022-ci ildə avtomobilin idarə olunması üçün etibarnamə vermişdir. İş görməsi məqsədilə baş etibarnamə vermişdir, lakin həmin iş də alınmamışdır. Cavabdehin onun etibarından sui-istifadə edəcəyi ağlına gəlməmişdir. Bu səbəbdən etibarnaməni ləğv etdirməmişdir. Şahidlə cavabdeh arasında dəfələrlə telefon danışığı olub. Bilir ki, cavabdeh tərəfindən müəyyən məbləğlər götürülüb, lakin bu məbləğ 3.000 manatdan çox ola bilməz. Qeyd olunan əlavə məbləğlər barədə isə məlumatı olmayıb. Çünki evdə borc dəftərləri olub və orada Şahid o qədər borcun olması qeyd olunmayıb. 07 aprel tarixində evdən çıxmışdır. Bayramlardan sonra nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Nikah pozulduqdan sonra bu hadisələr baş vermişdir. Əgər həmin maşını hazırda cavabdehin sürdüyünü bilsə idi, heç məhkəməyə müraciət etməzdi, çünki evdən çıxanda iki dəst paltardan başqa özü ilə heçnə götürməmişdir. Burada olmağının əsl səbəbi İlgar Mamedov tərəfindən aldadılmağıdır. Birgə nikah dövründə əldə olunmuş avtomobilin bölünməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, işlədiyi “İnternational” BOKT Kredit Təşkilatıdır və avtomobil öz adına keçirilmişdir. Təşkilat olaraq müqavilə əsasında pul verirlər. Məbləğ ödənildikdən sonra avtomobili sahibinə qaytarırlar. Avtomobil Şahid adından keçib və qaytaranda da, ancaq həmin şəxsin adına qaytara bilirlər. Avtomobil adına keçir və o da sürmək üçün etibarnamə verir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə iddiaçının və digər cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı mərhələsində İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin baxılmamış saxlanılmasını və iş materiallarında olan sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh X3 (Mamedov İlgar) nümayəndəsi və vəkili Vəkil yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin ərizəsini, habelə işin məhkəmə baxış mərhələsində olmasını nəzərə alaraq işə mahiyyəti üzrə baxmışdır. III. İşin faktiki halları: İş materiallarında olan: - “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, etibar edən (mülkiyyətçi) İddiaçı xx.xx.2022-ci il tarixdə 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri vermişdir. Səlahiyyətlər digər şəxsə verilə bilər. Etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədəkdir. -ƏN-Vİİ 696260 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 31 mart 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı nümayəndəsi Mamedov İlgar 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Şahid etibar etmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əlavə eilmiş kompyuter çıxarışından görünür ki, 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, gümüş rəngli, BB266948 saylı şəhadətnaməsi, ban: KMHD35LE6DU137919, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Avtomobilə dair Mamedov İlgara və Şahid nəqliyyat vasitəsinə dair sərəncam hüququ verilmişdir. Avtomobil xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan çıxmışdır. -İddiaçı tərəfindən ünvan ünvanlanmış 15 may 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Mamedov İlgara reyestrdə 7E-7690 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə əizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 3001/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X7 (Mamedov İlqar) arasında xx.xx.2008-ci il tarixdə 1150 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 22 aprel 2009-cu il təvəllüdlü X9 və 23 iyun 2010-cu il təvəllüdlü X11 iddiaçı (anaları) İddiaçı yanında saxlanılması, 22 aprel 2009-cu il təvəllüdlü X9 və 23 iyun 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 (Mamedov İlqar) hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutalaraq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, "xxxx" MMMC Qeyri-Kommersiya təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Mamedov İlqar "xxxx" MMMC-nin balansında olan 2a binanın 52 №-li üç otaqlı mənzilində yaşayır. - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyata alıb qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. - Satıcı İddiaçı və alıcı Cavabdeh3 arasında bağlanmış 31 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı özünə məxsus 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili 15600 manata alıcıya satmışdır. - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh3 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyata alıb qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. - 14.12.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1984-cü il təvəllüdlü Şahid bildirmişdir ki, cavabdeh İlgar Mamedovu 6 il öncə tanımışdır, lakin yaxın münasibətləri 2020-ci ildən başlanıb. Əvvəllər meyvə işi ilə məşğul olmuşlar və aralarında pul münasibətləri olmuşdur. Cavabdeh dəfələrlə ondan borc almış və sonradan qaytarmışdır. Keçən il bildirmişdir ki, ABŞ-dan avtomobil gətirməlidir və bunun üçün Yasamal rayonu ərazisində 3.000 ABŞ dolları məbləğində ondan pul götürərək maşını sifarış etmişdir. Daha sonra mart ayında avtomobil gəmi ilə gələcək deyə yenidən 2.000 ABŞ dolları məbləğində pul götürmüşdür. İlqar Mamedov may ayında gömrük rüsumunun ödənilməsi üçün 7.000 manat pul götürmüşdür. Ona ümumilikdə 15.500 manat məbləğində pul vermişdir. Bildirmişdir ki, maşını satıb üstündə ona xeyir verəcəkdir və daha sonra Rusiya Federasiyasından taxta gətirib sataraq pulu qaytaracaqdır. Məsələ uzanandan sonra özünə pul lazım olmuşdur və 2021-ci ilin noyabr ayında maşını satmaq üçün “Turbo.az” saytına yerləşdirmiş, lakin sata bilməmişlər. Özü ticarətçi olduğuna görə cavabdehə təcili pul lazım olduğunu və onun əvəzinə maşını verməsini bildirmişdir. İlgar Mamedov mart ayında ona baş etibarnamə vermişdir və həmin ay maşını lizinq şirkətinə qoyaraq 10.000 manat məbləğində pul götürmüşdür. Maşın orada iki ay qalmış və şirkətdən 5.000 manat əlavə ödəniş almaq şərtilə özlərinə satmışdır. Maşını Cavabdeh3 satmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 15-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-ci maddəsinə müvafiq olaraq Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2023-cı il Qərarına əsasən: ”Konstitusiyada nəzərdə tutulmuş bu təminatların, hüquq və azadlıqların realizəsinə, mülki dövriyyə sahəsində münasibətlərin tənzimlənməsinə istiqamətlənmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) ilk maddəsində də Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu bəyan edilmişdir. X17 göstərilən müddəalarına uyğun olaraq mülki qanunvericilikdə mülki münasibətlərin tənzimlənməsinin hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı prinsiplərinə əsaslandığı müəyyən olunmuşdur (Mülki Məcəllənin 6-cı maddəsi).Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər.Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: -həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məhkəmə araşdırması zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh X7 (Mamedov İlgar) arasında xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-3001/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin birgə nikahı dövründə İddiaçı adına xx.xx.2022-ci il tarixdə "Hyundai Elantra" minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Həmin nəqliyyat vasitəsinə dair İddiaçı tərəfindən xx.xx.2022ci il tarixdə cavabdeh X5 (Mamedov İlgara), 31 mart 2023-cü il tarixdə X7 tərəfindən Şahid sərəncam hüququ verilmişdir. Avtomobil birgə nikah dövründə İddiaçı və Cavabdeh3 arasında bağlanmış 31 mart 2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, sonuncunun adına qeydə alınmışdır. Hazırda iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş nəqliyyat şəhadətnaməsinin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. - 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 222.3-cü maddəsinə əsasən isə, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. -359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. -362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. -366.1-ci maddəsinə əsasən, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. -366.2-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında Plenum qeyd etmişdir ki, ər-arvad ümumi əmlakları üzərində əşya hüquqlarını mülki qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun olaraq həyata keçirməlidirlər. Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Daşınmaz əşyalara dair ərin və ya arvadın bağladığı sərəncam əqdinin etibarlı olması üçün isə digər tərəfin (yəni müvafiq olaraq arvadın və ya ərin) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Birgə mülkiyyət qaydalarının pozulması ərin (arvadın) digər tərəf qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olur. “Q.İbadovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il Qərarı: İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Hazırki iş üzrə birgə nikah dövründə əldə olunmuş əmlak olduğu irəli sürülən "Hyundai Elantra" minik markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikahları dövründə əldə edildiyi işdəki mövcud sübutlarla təsdiq olunur. İddiaçı, həmin avtomobilin onun razılığı və məlumatı olmadan cavabdeh X7 (Mamedov İlgar) tərəfindən özgəninkiləşdirildiyini iddia edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı avtomobilin satılmasından xəbərsiz olduğunu, yaxın zamanlarda bu barədə məlumatı olduğunu bildirsə də, qeyd olunan avtomobillə bağlı üçüncü şəxslər qarşısında onu təmsil etməsi üçün cavabdeh Mamedov İlgara notarial qaydada etibarnamə verərək, sürücülük olduqda avtomobili idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və s. digər hərəkətlər etməyi sonuncuya etibar etmişdir. Yəni İddiaçı tərəfindən verilmiş etibarnamə ilə onun cavabdeh Mamedov İlgara münasibətdə iradə və maraqları müəyyən şəkildə ifadə olunmuşdur. Cavabdeh Mamedov İlgar xx.xx.2022-ci il tarixli etibarnamə üzrə səlahiyyətlərini Şahid ötürmüşdür. İddiaçı X5 (Mamedov İlgar) verdiyi əsas etibarnamədə avtomobilə dair sərəncam vermək və s. kimi səlahiyyətləri təmsil edənə - sonuncuya ötürmüş və etibarnamənin qüvvədə ola müddətini xx.xx.2023-cü ilədək müəyyən etmişdir. Mamedov İlgar tərəfindən Şahid verilmiş etibarnamənin məzmunu və ötürülən səlahiyyətlər əsas etibarnamənin məzmununa zidd olmamış, əsas etibarnamədəki səlahiyyətlərin həddini və etibarnamənin qüvvədə olma müddətini aşmamışdır. Hazırkı iş üzrə isə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, mübahisələndirilən əqd tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Əqd tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların həmin əqdi bağladiğı zaman və sonrakı icra mərhələsində davranışları və təqdim etdikləri sübutlarla müəyyən olunur. Belə ki, avtomobil İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi Şahid tərəfindən 31 mart 2023-cü il tarixdə Cavabdeh3 satılmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçının verdiyi etibarnamə qüvvədə olmuşdur. Şahid İddiaçı adından alqı-satqı müqaviləsini bağlayarkən etibarnamə üzrə ona verilmiş səlahiyyətlər həddində hərəkət etmişdir və hər hansı qanunsuzluğa yol verilməmişdir. İddiaçı istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv etməsi üçün real imkanı olduğu halda bunu etməmiş, etibarnaməni qüvvədə olduğu müddətdə onu mübahisələndirməmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Hazırki iş üzrə avtomobilin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh3 "Hyundai Elantra" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyata alıb qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. Nəticədə avtomobil Cavabdeh3 adına əmlak kimi qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı İddiaçı özü və yoldaşı Mamedov İlgarın əvvəllər də avtomobilləri bir neçə dəfə satıb-yenilədiklərini, cavabdeh Rusiya Federasiyasının vətəndaşı olduğu üçün avtomobillərin öz adına alındığını, avtomobilləri xarici ölkədən gətizdirib sataraq xərclərini ödədiklərini bildirmişdir. İş materiallarında olan İddiaçı adına olan nəqliyyat vasitələrinə dair çıxarışdan da görünür ki, iddiaçının adına müxtəlif tarixlərdə olmaqla başqa üç avtomobil qeyd alınmış, hər üç avtomobilə dair cavabdeh Mamedov İlgara etibarnamə verilmişdir. Avtomobillər müxtəlif tarixlərdə alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişdir. Mübahisəli "Hyundai Elantra" minik markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq iddiaçının adına qeydiyyata alınmış, daha sonra onun tərəfindən cavabdeh Mamedov İlgara verilmiş 27.10.202-ci il tarixli etibarnamə vasitəsilə Şahid olan borcun əvəzi kimi sonuncu tərəfindən Cavabdeh3 satılmışdır. Hazırda avtomobil Cavabdeh3 adına qeydiyatdadır. Bu hallar tərəflərin izahatları, iş materialları, habelə şahid ifadəsi ilə də təsdiq olunur. Qeyd olunanlar isə alqısatqı müqaviləsinin görünüş üçün bağlanmasını və tərəflərin həqiqi iradə ifadəsini əks etdirməməsini istisna edir. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi hazırda mübahisə predmeti olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hər-hansı bir əsas müəyyən edilməmişdir. Qeyd olunan müqavilə qüvvədə olan qanunvericiliyin imperativ şərtlərinə uyğun olaraq bağlanmış və hazırda qeyd olunan müqavilə əsasında tərəflərin götürdükləri öhdəliklər yerinə yetirilmişdir. Mübahisələndirilən müqavilə bağlanarkən əqdlərin etibarlılığına dair qanunda nəzərdə tutulmuş şərtlər gözlənilmiş və müqavilənin etibarsızlığı (müqavilənin görünüş üçün bağlanması və s.) üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər X5 (Mamedov İlgar), Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə qarşı “cavabdehlər, X7 ilə Cavabdeh3 arasında 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, gümüş rəngli, ban: KMHD35LE6DU137919, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, yeni verilmiş nəqliyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X5 (Mamedov İlgar), Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə qarşı “cavabdehlər, X7 ilə Cavabdeh3 arasında 2013-cü il buraxılışlı "Hyundai Elantra" minik markalı, gümüş rəngli, ban: KMHD35LE6DU137919, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, yeni verilmiş nəqliyyat şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-541/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-541/2024
21.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver