Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-545/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı mənzil tikinti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qlobal-SF MMC tərəfindən İddiaçı satılmış, dəyəri onun tərəfindən tam ödənilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina l,”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “Qlobal-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan binadan cavabdeh təşkilata müraciət edərək mənzil almışdır. Lakin, mənzil 6 ay sonra cavabdeh tərəfindən başqa şəxsə də satılmışdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (direktor Eldar Yusifov) ilə “Payçı" kimi İddiaçı arasında 06 mart 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1 ci bəndinə görə Cəmiyyət “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzili “Payçıya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödənilməsini öhdəsinə götürür. İddiaçı üzərinə düşən öhdəliyi icra edərək mənzilin müəyyənləşdirilmiş haqqını tam olaraq ödəmişdir. Bu hal Qlobal-SF MMC-nin 06 mart 2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan Qlobal - SF MMC-nə məxsus bina 1, "LF'bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin tikinti dəyərini tam ödəmişdir və Qlobal-SF MMpvvə borcu yoxdur. Lakin, cavabdeh Qlobal-SF MMC İddiaçı satdığı mənzili cinayət xarakterli qanunsuz hərəkətlər edərək 6 ay sonra başqa şəxsə də satmışdır. Belə ki, İddiaçı satılmış mənzillə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (direktor Nəriman İbrahimov) ilə “Payçı” kimi Cavabdeh1 arasında 21 sentybar 2021-ci il tarixdə kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanaraq ona da satılmışdır. Eyni maliyyə arayışını Cəmiyyət Cavabdeh1 də vermişdir. Beləliklə, cavabdeh təşkilat Qlobal-SF MMC bir mənzili iki nəfərə satmaqla cinayət tərkibli, qanunsuz hərəkətlər etmişdir. Belə olan halda, ikinci müqavilə cavabdehlər Qlobal SF MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə etibarsız sayılmalı və direktor Nəriman İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində xüsusi qərar çıxarılmalıdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinəə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək iddia tələbini əsassız hesab etdiyini bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 MMC-nin nümayəndəsi X4 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Tərəflərə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları X8 və X7 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış, notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizələrdən aydın olur ki, X8 və X7 Cavabdeh2 MMC ilə bağlanmış müqaviləyə əsasən onlara məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə etirazları olmamışdır. Cavabdeh2 MMC və “Payçı” X5 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 502 saylı mənzili “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödənilməsini öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, X5 “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 502 saylı mənzilin dəyərini tam ödəmişdir, onun Cavabdeh2 MMC-yə borcu yoxdur. X5 və onun arvadı X6 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış, notarial qaydada təsdiqlənmiş, xx.xx.2020-ci il tarixli ərizələrdən aydın olur ki, ərizəni yazanlar Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 502 saylı mənzilə olan hüquqlarından imtina etmişlər və həmin mənzilin başqa şəxsin adına özgəninkiləşdirilməsinə etiraz etməmişlər. Cavabdeh2 MMC və “Payçı” İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzili “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödənilməsini öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin dəyərini tam ödəmişdir, onun Cavabdeh2 MMC-yə borcu yoxdur. Cavabdeh2 MMC və “Payçı” Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədən müəyyən olunur ki, “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzili “Payçıya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödənilməsini öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 “Qlobal SF" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzilin dəyərini tam ödəmişdir, onun Cavabdeh2 MMC-yə borcu yoxdur. Bakı Şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubundan aydın olur ki, Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri barəsində Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 178.3.2, 309 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaq olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan bina 1, ”D" bloku 5-ci mərtəbə, sahəsi 140 m2 olan 30 saylı mənzil Cavabdeh2 MMC tərəfindən xx.xx.2020-ci il tarixdə X1. X5 mənzilin dəyərini ödəmiş və adına maliyyə arayışı verilmişdir. Hazırda baxılan mülki iş üzrə X2 həmin mənzilə olmuş mülkiyyət hüquqları mübahisələndirilməmişdir. xx.xx.2020-ci il tarixdə X5 və arvadı həmin mənzilə olan hüquqlarından imtina etmələri və mənzilin başqa şəxslərin adına özgəninkiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Cavabdeh2 MMC tərəfindən mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı satılmışdır və onun adına maliyyə arayışı verilmişdir. Daha sonra mübahisəlii mənzilin alqı-satqısına dair Cavabdeh2 MMC tə Cavabdeh1 arasında xx.xx.2021-ci tarixdə müqavilə imzalanmış və Cavabdeh1 Cavabdeh2 MMC-yə borcu olmamasın təsdiq edən eyni tarixli maliyyə arayışı verilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 28 MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin İddiaçı satılması barədə müqvilə qüvvədə olduğu halda həmin mənzil Cavabdeh2 MMC tərəfindən yenidən Cavabdeh1 satılmış, bununla da İddiaçı hüquqları pozulmuşdur. MM-nin 452.2-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə hesab edir ki, İddiaçı ilə müqavilə Cavabdeh1 ilə bağlanmış müqavildən da əvvəlki tarixdə bağlandığından Cavabdeh2 MMC tərəfindən İddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliklər icra olunmalı, Cavabdeh1 ilə bağlanmış müqavilə isə həmin müqavilə üzrə Cavabdeh2 MMC-nin hüquqi nəticə yaratmaq niyyəti olmadığından etibarsız hesab edilməlidir. Məhkəmə cavabdehin etirazları ilə bağlı qeyd edir ki, Cavabdeh1 ilə bağlanmış müqavilənin əsaslı və qanuni olduğunu, mənzilin əslində iddiaçıya deyil, Cavabdeh1 satıldığını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı ilə bağlanmış müqavilə və ona verilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanıb hüquqi şəxsin möhürü ilə təsdiq edildiyinə, cavabehin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığına görə, yəni, iddiaçı ilə cavabdeh aasında bağlanmış müqavilə ilə bağlı hər hansı bir dələduzluq faktı öz təsdiqini tapmadığından, cavadeh tərəfin etirazları əsassızdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 MMC və Cavabdeh1 arasında İddiaçı mülkiyyəti sayılan əmlakın alqı-satqısına dair müqavilə bağlamaqla İddiaçı hüquqları pozulduğundan, İddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina 1, ”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “Qlobal-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında inşa edilən bina 1, ”D” bloku, 5-ci mərtəbə, sahəsi 140 m2 olan, 30 saylı mənzillin yenidən satılması ilə bağlı cavabdehlər “Qlobal-SF“ MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2021-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-545/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-545/2023
31.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver