Məhkəmə qərarları › İş №2(005)-548/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-548/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-548/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinə köçürülməsinə və Cavabdeh ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 saylı Sərəncamı ilə ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş X3 ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verilmişdir. Bir müddətdən sonra K.R.Nemətullayevin etibarnamə üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri 54 nömrəli Notariat Kontoru tərəfindən təsdiq edilmiş 08 sentyabr 2015-ci il tarixli “Fərdi yaşayış evinin ilkin alqı-satqısı müqaviləsi” əsasında X1 və sonuncu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Əmlakın ilkin sahibi K.R.Nemətullayevin Bakı şəhəri 13 nömrəli Notariat Kontoruna təqdim etdiyi 19 yanvar 2017-ci il tarixli 7E/230 reyestr nömrəli ərizəsi əsasında ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evi Nərimanov RİH başçısının 31 yanvar 2017-ci il tarixli 59 nömrəli Sərəncamı ilə X7 adına rəsmiləşdirilmişdir. Həmin fərdi yaşayış evinin X10 tərəfindən yüklü olması barədə notarial hərəkətlərdə müvafiq qeydiyyatların aparılmaması səbəbindən Nərimanov RİH-də hər hansı bir məlumat olmamışdır. 18 mart 2017-ci il tarixdə K.R.Nemətullayevin verdiyi etibarnamə əsasında ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin əsl sahibi X10 54 nömrəli Notariat Kontoru tərəfindən təsdiq edilmiş 18 mart 2017-ci il tarixli 3M-92 reyestr nömrəli Fərdi yaşayış evinin ilkin alqı-satqı müqaviləsi ilə həmin evi İddiaçı satmışdır. Daşınmaz əmlakın ilkin sahibi K.R.Nemətullayev tərəfindən verilmiş 29 noyabr 2019-cu il tarixli 1S- 6710 reyestr nömrəli və 19 avqust 2020-ci il tarixli 1S-6711 nömrəli etibarnamələrə əsasən sözügedən əmlak üzrə bütün səlahiyyətlər 18 dekabr 2013-cü il tarixli 589 nömrəli sərəncam ilə əlaqədar onu təmsil etməyi, sərəncamdan imtina etməyi və digər səlahiyyətləri İddiaçı vermişdir. Nərimanov RİH-ə təqdim edilmiş sənədlərə və araşdırılan faktlara əsasən Nərimanov RİH başçısının sözügedən daşınmaz əmlakın X8 adına sənədləşdirilməsi barədə 31 yanvar 2017-ci il tarixli 59 nömrəli Sərəncamın ləğv edilməsi, həmin əmlakın İddiaçı adına sənədləşdirilməsinə dair yeni Sərəncam verilməsi barədə müsbət Rəy verilmiş və Nərimanov RİH nəzdində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə ictimai komissiyanın 01 sentyabr 2020-ci il tarixli Rəyi təsdiq edilmiş, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin X8 adına sənədləşdirilməsi barədə 31 yanvar 2017-ci il tarixli 59 nömrəli Sərəncam ləğv edilmiş, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamı dəyişdirilmiş və ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində İddiaçı adına sənədləşdirilməsinə dair 03 sentyabr 2020-ci il tarixdə 164 nömrəli Sərəncam verilmişdir. Lakin həmin mənzil Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehə həmin evdən çıxması barədə dəfələrlə müraciət edilsə də, müraciətlərə əhəmiyyət verməmiş və həmin mənzildən anbar kimi istifadə edir. Onunla cavabdeh arasında baş verən mübahisələr Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində və BŞBPİ-də araşdırılmış və cinayət xarakterli olmadığı səbəbindən məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndələri vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu RPİ tərəfindən 22 may 2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamının surətindən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş X3 ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verilmiş və K.R.Nemətullayevə tövsiyə olunmuşdur ki, həmin mənzilin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsin. İş materiallarında olan X4 ilə İddiaçı arasında 18 mart 2017-ci il tarixdə bağlanmış Fərdi yaşayış evinin alqı-satqısına dair ilkin müqavilənin surətindən görünür ki, K.R.Nemətullayev adında və istifadəsində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evini 18 mart 2025-ci il tarixədək İddiaçı 20 000 manata satmağı öhdəsinə götürür. Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, İddiaçı mənzilin tam dəyəri olan 20 000 manat məbləğində pul vəsaitini X2 nümayəndəsi X9 tam ödəmişdir. Müqaviləni K.R.Nemətullayevin adından etibarnamə üzrə nümayəndəsi X10 imzalamışdır. İş materiallarında olan X4 tərəfindən 29 noyabr 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı Notariat Ofisində verilmiş Etibarnamənin surətindən görünür ki, K.R.Nemətullayev adına verilmiş ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamının dəyişdirilməsi ilə əlaqədar onu Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində təmsil etməyi, həmin sərəncamdan imtina etməyi, bununla bağlı sənədləşmə işlərini aparmağı, adından imza etməyi, ərizə yazmağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İş materiallarında olan X4 tərəfindən 19 avqust 2020-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində verilmiş Etibarnamənin surətindən görünür ki, K.R.Nemətullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamına əsasən ona məxsus olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə əlaqədar sənədləşmə işlərini aparmağı, bununla bağlı İcra Hakimiyyətində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, ASAN Xidmət Mərkəzlərində, notariat ofislərində, digər idarə və müəssisələrdə nümayəndəsi olmağı, sənəd təqdim etməyi, adından müxtəlif məzmunlu ərizələr verməyi, sənədləşdirmə işləri aparmağı, sənədləri imzalamağı, ona çatası sənədləri almağı, çıxarışı aldıqdan sonra əmlak üzərində sərəncam verməyi (satmağı, bağışlamağı, dəyişdirməyi, ipotek (girov) qoymağı və s.), buna dair müqavilələr imzalamağı, əmlakın satışından əldə olunmuş pul vəsaitini almağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətlər etməyi İddiaçı etibar etmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 03 sentyabr 2020-ci il tarixli 164 nömrəli Sərəncamının surətindən görünür ki, Nərimanov RİH-nin n əzdində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə ictimai komissiyanın 01 sentyabr 2020-ci il tarixli Rəyinin təsdiq edilməsi, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin X7 adına sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının 31 iyul 2017-ci il tarixli 59 nömrəli Sərəncamının ləğv edilməsi, fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamının dəyişdirilməsi, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmış və İddiaçı tövsiyə olunmuşdur ki, həmin mənzilin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsin. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sorğusuna cavab olaraq 28 dekabr 2020-ci il tarixdə verilmiş **********79 nömrəli Məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsi, 1 saylı evin İddiaçı adına qeydiyyatdan keçməsi haqqında məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sorğusuna cavab olaraq 12 fevral 2021-ci il tarixdə verilmiş ******* nömrəli Məktubdan görünür ki, Xəlilova X5 rayonu, N.Süleymanov küçəsi, ev 1 ünvanında qeydiyyatda olmamış və hal-hazırda ünvan 7 ünvanında qeydiyyatdadır. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 8 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış sahəsindən çıxarılmalı, həmin fərdi yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ünvan 8 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış sahəsindən çıxarılsın, həmin fərdi yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar