Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5515/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1972-ci il tarixdə verilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyət sənədində qeyd olunmuş X1 xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi olması faktının müəyyən edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1940-cı ildə Ucar rayonunda anadan olmuşdur. Atası Məmmədov X7, anası isə X3 olmuşdur. 1972-ci ildə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini öz adına alaraq mülkiyyətinə keçirmişdir. Bununla bağlı həmin yaşayış sahəsinin mülkiyyətində olmasına dair mülkiyyət sənədi vardır. Həmin tarixdən bu günədək sözügedən ünvanda qeydiyyatda olmaqla yaşayır. AR İqtisadiyyat Nazirliyi yanında ƏMKD yanında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saydı Bakı Ərazi İdarəsinə müraciət edərək, ona məxsus daşınmaz əmlaka dair sənədlər əsasında yeni çıxarış təqdim edilməsini xahiş etmiş, lakin bildirilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyət sənədində onun adı texniki səhvlik olaraq X4 qeyd olunmuşdur. Nəticədə isə mülkiyyətində olan əmlaka dair yeni çıxarış ələ bilməmişdir. Onun Ərizəçi Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyət sənədində qeyd olunmuş X4 ilə eyni şəxs olmağı faktı məhkəmə qaydasında öz təsdiqini tapmalıdır. Eyni şəxs olmağını isə ona məxsus sənədlər, həmçinin qohumları təsdiq edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məktubla məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 30 saylı MKİS-in arayışından görünür ki, Ərizəçi H.Mirzəyev küçəsi, 17 nömrəli evin 12 saylı mənzilində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Ərizəçi doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, adı Mirzə Hüseyn, soyadı Məmmədov, ata qrafasında Məmmədov X7 qeyd edilmişdir. Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibinin kartoçkasının notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Ağa Neymətulla küçəsi, döngə 2, 17 saylı mənzilin sahibi X5 qeyd edilmişdir. Azərbaycan Respublikası 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə məhkəmə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə məhkəmə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibinin kartoçkasında Bakı şəhəri, Ağa Neymətulla küçəsi, döngə 2, 17 saylı mənzilin sahibi yanlışlıqla Ərizəçi adı “X5” kimi qeyd edilmişdir. Lakin ərizəçinin digər təsdiq olunmuş sənədlərindən görünür ki, onun adı “Mirzə Hüseyn”dir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən 1972-ci il tarixdə verilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyət sənədində qeyd olunmuş X1 xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1972-ci il tarixdə verilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyət sənədində qeyd olunmuş X1 xx.xx.1940-cı il təvəllüdlü Ərizəçi olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-5515/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5515/2021
22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver