Məhkəmə qərarları › İş №2(005)-552/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-552/2024

15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-552/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 17 saylı Dövlət Notariusu və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasportda göstərilən ata adının (Muradəli oğlu) həmin şəxsə məxsus digər sənədlərdə göstərilən ata adı (Muratoviç) ilə düz gəlmədiyinə görə qeyd olunan sənədlərin eyni şəxsə məxsus olması, eləcə də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasportun X9 məxsus olması faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 17 saylı Dövlət Notariusu və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasportun X26 məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2 xx.xx.1987-ci ildə vəfat etmişdir. O, X5 yeganə vərəsəsidir. Müraciətinə əsasən Bakı şəhəri 17 saylı Notariat ofisi vərəsələrin dairəsinin müəyyən edilməsi ilə əlaqədar DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu vermişdir. 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya verdiyi 01 fevral 2023-cü il tarixli cavab məktubunda göstərilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 və X4 adına 1962-ci il tarixli texniki pasport mövcuddur. Qeyd olunduğu kimi evin texniki pasportunda atasının adı Eyyub, soyadı Abbasov, ata adı “Muradəli” kimi qeyd edilmişdir. Lakin, atasına məxsus digər sənədlərdə - ölüm şəhadətnamədə atasının ata adı- “Muratoviç”, nikah haqqında şəhadətnamədə ata adı Muratoviç, onun doğum haqqında şəhadətnaməsində atası haqqında məlumat qrafasında ata adı “Muratoviç” qeyd edilmişdir. Bu səbəbə görə yəni, atasına məxsus olan texniki pasportda onun ata adı “Muradəli” kimi qeyd olunduğu halda, atasına aid olan digər sənədlərdə atasının ata adında ziddiyyət olduğunu əsas gətirərək DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 17 Saylı Notariat ofisinə texniki pasportu təqdim etməmişdir. Halbuki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda atasının doğma bacısı X4 yəni onun bibisinin ata adı “Muradəli” kimi qeyd olunmuşdur, beləliklə atasına məxsus olan və yaxud aidiyyəti olan müxtəlif sənədlərdə atasının ata adı ziddiyyətli yazıldığından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasportdaki ata adı ilə düz gəlmədiyinə görə (X15) hazırda ona vərəsəlik hüququnu həyata keçirməklə bağlı maneə yaradır. Halbuki, atasının ata adının müxtəlif sənədlərdə fərqli yazılması obyektiv səbəblərlə bağlıdır. Belə ki, atasına məxsus olan sənədlərin verildiyi dövrdə atasının vətəndaşı olduğu Azərbaycan SSR Sovet İttifaqının tərkibində olmuşdur. Həmin dövrdə bir qisim respublikalarda olduğu kimi Azərbaycanda da ana dili ilə yanaşı rus dili ikinci rəsmi dil kimi işlənirdi və rəsmi yazışmalarda sənədlərin tərtibatında rus dilindən də istifadə olunurdu. Bəzi sənədlərdə atasının ata adı rus dilinə tərcümə olunaraq “Muratoviç” kimi yazılmışdır. Eyni zamanda hamıya məlumdur ki, sovet dövründə dövlət və hökumət idarə, müəssisə və təşkilatlarında işləyən əməkdaşların müəyyən bir qismi rus dilli idi. Məhz yuxarıda göstərilən bu obyektiv səbəblərə görə atasına və ona məxsus olan bir qisim sənədlərdə yuxarıda qeyd olunduğu kimi ata adı “Muratoviç” və “Muradəli oğlu” kimi qeyd olunmuşdur. Beləliklə hazırda atasının yeganə vərəsəsi olduğu halda qeyd etdiyi kimi evin texniki pasportunda və atasına məxsus olan digər sənədlərdə atasının ata adında fərqliliklər olduğuna görə vərəsəlik hüququnu həyata keçirə bilmir. X1 aid olan sənədlərdə atasının ata adının yazılışında ziddiyyətlərə yol verilməsinə baxmayaraq həmin sənədlərdə göstərilən X15, X29, X39, X29, X22 eyni şəxs olduğundan məhkəmənin göstərilən sənədlərdəki şəxsin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan X15 ilə eyni şəxs olduğunun və texniki pasportun həmin şəxsə məxsus olmasının təsdiq edilməsi zəruridir. Maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi məhkəməyə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X23 ərizədə göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasportun arxiv nüsxəsindən görünür ki, ev sahibi qrafasında “X19” qeyd edilmişdir; - НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, X33 Azərbaycan SSR Lenin rayon hərbi komissarlığı tərəfindən xx.xx.1965-ci il tarixdə hərbi bilet verilmişdir; - X38 2/686 saylı qərarının surətindən görünür ki, X16 Maştağa qəsəbəsi, döngə 1, Alimanova, ev 9 ünvanında yerləşən 50.16 kv.m olan evin damının təmirinə və 20 kv.m sahəsi olan əlavə tikilinin aparılmasına icazə verilmişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X5 və X4 adı ilə bağlı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair idarənin arxiv əsaslarında 1962ci il tarixli texniki pasport mövcuddur. X5 adı ilə bağlı vərəsəliyin dairəsinin müəyyən edilməsi ilə əlaqədar notariat orqanı tərəfindən təqdim olunmuş sənəd sorğuya əlavə olunduğu təqdirdə müvafiq sənədlərin təsdiq edilmiş surətinin verilməsi mümkündür; - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Maştağa kənd məscidinin 1915-1919-cu illərə dair doğum aktlarının qeydiyyat kitablarında X10 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) arxiv fondu üzrə 1981-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə X20 barədə heç bir məlumat yoxdur; - Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X29 və X6 nikahları 06 avqust 1956-cı il tarixdə tərtib olunmuşdur. Nikah Sabunçu rayon Maştağa qəsəbə icra nümayəndəliyində qeydə alınmışdır. Nikahdan sonra arvada Abasova soyadı verilmişdir; - Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X17 (ərizəçinin qardaşı) xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. X2, anası X7r; - Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X21 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X29, anası X11r; - Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X29 xx.xx.1987-ci il tarixdə ölmüşdür; - Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X17 xx.xx.2022-ci il tarixdə ölmüşdür; - Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X18 və X12 nikahları xx.xx.1978-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ələkbərova soyadı verilmişdir; - Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasportda X15, Ərizəçi Sabunçu rayonu Maştağa qəsəbə icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1957-ci il tarixli 339 doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında “X29” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara müvafiq olaraq X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsinə, kifayət qədər əsaslar olmadığında müraciəti qeydiyyat şöbəsində icrası mümkün deyildir. “X29” ilə “X15”nun eyni şəxs olması və yuxarıda qeyd edilən texniki pasportun “X29”ə mənsub olması barədə faktın təsdiqi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir; - X3 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abbasovun xx.xx.1956-cı ildə Sabunçu rayon qeydiyyat şöbəsində tərtib olunmuş nikahı haqqında akt qeydində onun adı ‘‘X43”, ölümü haqqında akt qeydində “X37”, Ərizəçi doğumu haqqında bərpa akt qeydində isə “X39” kimi yazılmışdır. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimanov küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportda isə onun adı “X15” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Məsələ ilə bağlı oğlu Anar Ələkbərovla əlaqə saxlanılaraq qanunvericiliyin tələbləri izah olunmuş və Ərizəçi doğumu, atası isə nikahı haqqında akt qeydində onun soyadının “Abbasov”a və adının “Eyyub”la dəyişiklik edilməsi ilə bağlı Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra xx.xx.2023-cü ildə ərizə əsasında sözügedən qurum tərəfindən müvafiq akt qeydlərinə zəruri düzəlişlər edilmişdir. Xahişi nəzərə alınaraq “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimanov küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasportun X31 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən hazırlanmış və təqdim olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasport X19 və X8 məxsus olmuşdur. Ərizəçi X14 vərəsəsidir (qızıdır). Ərizəçinin xahişi əsasında X3 Reyestri Xidməti tərəfindən ərizəçinin doğum haqqında şəhadətnaməsində və atasının nikah haqqında akt qeydində atasının soyadı və adına düzəliş edilmiş, soyadı “Abbasov”, adı “Eyyub” olaraq qeyd edilmişdir. Atasına məxsus sənədlərdə adı, soyadı, ata adı müxtəlif formalarda yazılmışdır.Hazırda ərizəçi qeyd edilən halın onun vərəsəlik hüququnu həyata keçirməsinə maneəçilik törətdiyini əsas gətirərək, 1962-ci il tarixli texniki pasportun ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-in 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, X3 Reyestri Xidməti, eləcə də Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli imtina məktubları ilə onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin Qərarın 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş texniki pasporta başqa qaydada düzəliş edilməsi və yaxud ölən şəxsə məxsus olmasının müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarından göründüyü kimi, Ərizəçi və onun atası X22 şəxsiyyətini müəyyən edə bilmək üçün kifayət qədər sübutlar (şəxsiyyət vəsiqələri, doğum, ölüm, nikah haqqında şəhadətnamələr və s.) məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçinin atasının ata adı nikah, ölüm haqqında şəhadətnamədə, eləcə də ərizəçinin doğum haqqında şəhadətnaməsində, hərbi biletdə “Muratoviç” olaraq qeyd edilmişdir. Eyni zamanda texniki pasportda ərizəçinin atasının ad, soyad və ata adı müvafiq olaraq “X19”, X38 qərarında “X24” olaraq qeyd edilmişdir. Göründüyü kimi, şəxsin, adı, soyadı, atı adı müxtəlif sənədlərdə müxtəlif cür yazılmışdır. Məhkəmə tədqiq edilmiş sübutlar əsasında belə qənaətə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimanov küçəsi, döngə 1, 9 saylı fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasport X27 və X8 məxsusdur. Texniki pasportda yanlışlıqla “X29” əvəzinə X19” göstərilmişdir. Texniki pasport hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin düzəldilməsi başqa qaydada mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin adının texniki pasportda səhv göstərilməsi iş materiallarında olan digər sənədlərlə sübuta yetirilmişdir. Həmçinin qeyd olunduğu kimi, şəxsin ata adı, soyadı, adı müxtəlif sənədlərdə müxtəlif cür yazılsa da, sonradan qeydiyyat orqanı tərəfindən müvafiq sənədlərə düzəliş edilmiş, mərhumun adı Eyyub, soyadı Abbasov kimi qeyd edilmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş 07.1981-ci il tarixli X38 məktubundan görünür ki, X16 həmin ünvanda yerləşən evə dair əlavə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Göstərilənlərə əsasən, texniki pasportun ərizəçiyə məxsus olmasının müəyyən edilməsi barədə ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasportun X27 (və X8) məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci il tarixli texniki pasportun X27 (və X8) məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar