Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5598/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, mərhum X17 adına verilmiş AZE seriyalı, 01970351 nömrəli şəxsiyyət vəsiqəsinin, AZ-İ seriyalı, 534818 nömrəli 17 aprel 2012-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin Torpağa mülkiyyət hüququna dair J seriayalı 210 nömrəli (kod ********) dövlət aktında qeyd edilən mərhum anası X18 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bildirir ki, anası - mərhum X22 10 oktyabr 1939-cu il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Onun ata soyadı "Bayramova” olmaqla 06 aprel 1963-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Rəmbək kənd sovetliyində nikahlarını rəsmi surətdə qeyd etdirməklə 1928-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Babacan kəndində anadan olmuş atası X9 ilə evlənmişdir. (Nikah şəhadətnaməsi: nömrə 726380) Onların birgə nikahından Ərizəçi-xx xxxxxx 1965-ci ildə Ermənistan Respubluikasının Basarkeçər rayonunun Babacan kəndində anadan olub. (Doğum şəhadətnamə 772751) X2 20 aprel 1963-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Babacan kəndində anadan olmuşdur.(Doğum şəhadətnaməsi:nömrə 604586) Bacısı X13 07 avqust 1973-cü ildə Ermənistan Respublikasının (Vardenis) Basarkeçər rayonunun Babacan kəndində anadan olmuşdur.(Doğum şəhadətnaməsi 358515) X5 13 iyul 1978-ci ildə Ermənistan Respublikasının (Vardenis) Basarkeçər rayonunun Babacan kəndində anadan olmuşdur.(Doğum şəhadətnaməsi:nömrə 313351) Ərizəçinin soyadı .habelə X5nın, X2nın, bacısı X1 doğum haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində düzgün olaraq "İlyasov, İlyasova" yazılmışdır. Doğum haqqında şəhadətnamələrində anasının soyadı İlyasova adı Səmayə, ata adı Hüseyn kimi dəqiq yazılmışdır. Lakin Ermənistan Respublikasında anası X15 öz adına verilmiş şəxsiyyətini müəyyən edən sənədlərində sovadı,adı və atasının adı təhrif olunmuş şəkildə yazıldığından Azərbaycana gələndən sonra burada da onun adına verilən sənədlərdə səhv yazılmışdır. Belə ki, Nikah haqqında şəhadətnamədə anasının soyadı "Bayramova" ər soyadı ilə uyğunlaşdırıldıqdan sonra “İlyazova" yazılmışdır. Əslində isə “İlyasova” yazılmalı idi. Anasının sağlığında adına verilmiş şəxsiyyət vəsiqəsində səhvən soyadı Elyazova adı Samaya, ata adı Soyin kimi yazılmışdır. (Şəxsiyyət vəsiqəsinin surətini əlavə edir). Anası 14 aprel 2012-ci il tarixdə vəfat etmiş və bu barədə AZ-İ seriyalı 524818 nömrəli “Ölüm haqqında şəhadətnamə" almışlar. Şəhadətnamədə oıuın soyadı onun şəxsiyyət vəsiqəsinə istinad edilərək səhvən Elyazova adı Samaya, atasının adı isə Soyin yazılmışdır. Anasının adına verilmiş "Ölüm haqqında şəhadətnamədə" yol verilmiş şəhvlərin düzəldülməsi xahişi ilə Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etsə də təqdim etdiyi sənədlərdə ziddiyyət olması səbəb göstərilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"ı istinad edilərək düzəlişi mümkünsüz hesab etmiş və müraciətlə əlaqədar məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Bu cür yanlışlıqlar isə anasının ölümündən sonra mülki vərəsəlik və əmlak hüquqlarının həyata keçirilməsində ailə üzvlərinə maneçilik yaradır. Belə ki, anası X15 adına Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli 09 nömrəli qərarı ilə 1.88 ha torpaq sahəsi ayrılmış və Torpağa mülkiyyət hüququna dair 1 seriyalı,-210 nömrəli (kod ********) dövlət aklı verilmişdir. Həmin aktda anasının adı düzgün olaraq Səmayə,soyadı İlyasova.ata adı da Hüseyn yazılmışdır. Anasının vəfatından sonra torpaqdan ərizəçiyə və digər bacılarına vərəsəlik qaydasında düşə biləcək pay sahəsinin bölünməsi, torpağa mülkiyyətə dair adına dövlət aktı alınması və s. hüquqi prosesləri həyala keçirmək üçün anasının adına yazılmış "ölüm haqqında şəhadətnamə" də yol verilmiş yanlışlıqların, səhvlərin düzəldilməsi zəruridir. Qeyd edilən faktın hüquqi əhəmiyyət kəsb etməsini və sənəddəki yanlışlığın başqa yolla düzəldilməsi mümkün olmadığından belə hesab edir ki, bu işə məhkəmə qaydasında baxılmaqla müvafiq qətnamə çıxarılmalıdır Daha sonra Ərizəçi tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs kimi cəlb edilməklə mərhum X15 adına verilmiş Torpağa mülkiyyət hüququna dair J N - 210 nömrəli (kod ********) dövlət aktının mərhum anası X19 məxsus olması hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi oğlu məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmək Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ermənistan SSR Vardenis rayon Pəmbək kənd soveti tərəfindən verilmiş 07.08.1973-cü il tarixli, İ-SL № 358615 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 07.08.1973-cü il tarixdə Vardonis rayonunun, Babacan kəndində anadan olmuşdur. X3, anası X22. İş materiallarında olan Ermənistan SSR Basarkeçər rayon Pəmbək kənd soveti tərəfindən verilmiş 25.01.1965-ci il tarixli, İ-ZJ № 772751 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1965ci il tarixdə Basarkeçər rayonunun, Babacan kəndində anadan olmuşdur. X3, anası X22. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş 23.07.2004-cü il tarixli, AZE 01970351 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 15.10.1939-cui il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair J N - 210 nömrəli (kod ********) dövlət aktının surətindən görünür ki, Daşkəsən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 03 iyun tarixli 09 №-li qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1.88 ha torpaq sahəsi X15 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin 239 saylı, 16.11.2021-ci il tarixli məktubundan görünür ki, Nərimanov rayon qeydiyyat şöbəsi 16.11 2021-ci il tarixli 239 saylı ərizənizə cavab olaraq bildirir ki, 15.10.1939-cu il təvəllüdlü ananızın Nərimanov rayon qeydiyyat şobəsı tərəfindən qeydə alınmış 295 saylı 17.04 2012-ci il tarixli ölüm haqqında akt qeydində soyadı “Elyazova” yox “İlyasova” ata adı “Soyin!' kimi yox “Hüseyn” kimi qeyd olunması ilə bağlı müraciətinizə baxılmışdır. Lakin sizə bildiririk ki, sizin müraciətiniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı və təsdiq edilmiş 'Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Lakin sizin təqdim etdiyiniz sənədlərdə ziddiyyət olduğu üçün müraciətinizin tərəfimizdən icra olunması qeyri mümkündür. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəməyə müraciət etməyinizi məsləhət görürük. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci maddəsinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, mərhum X15 adına verilmiş 20 dekabr 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair J N - 210 nömrəli (kod ********) dövlət aktının X19 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 dekabr 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair J N - 210 nömrəli (kod ********) dövlət aktının X19 məxsus olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-5598/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5598/2021
28.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver