Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-56/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “mənzildən istifadə və sahibliyə, təmir işlərinin aparılmasına və kommunal sayğaclardan istifadəyə yaradılan maneələrin qadağan edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzildən istifadə və sahibliyə, təmir işlərinin aparılmasına və kommunal sayğaclardan istifadəyə yaradılan maneələrin qadağan edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi 972-ci məhəllədə inşa edilən çoxmərtəbəli binanın 80 saylı mənzilinə (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 54, M6, mənzil 4) cavabdeh "xxxx" MTK tərəfındən istifadə və sahiblik hüquqlarına yaradılan maneənin həmçinin həmin mənzildə aparılan təmir işlərinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi, kommunal sayğaclar, su, qaz və elektrik sayğaclarından istifadəyə yaradılan maneələrin cavabdehə qadağan edilməsi, mənzilindən istifadə etməyinə yaradılan maneələrə görə keçirdiyi mənəvi sarsıntıların əvəzi olaraq cavabdehdən 10000 manat məbləğində kompensasiyanın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MTK ilə atası X8 arasında xx.xx.2005-ci il tarixində “yaşayış binasının tikintisində birgə iştirakçılıq” barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh təşkilat Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirqasımov küçəsi 972-ci məhəllədə inşa edilən çoxmərtəbəli binanın 80 saylı mənzilini atasına satmışdır. Atası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2019-cu il tarixində həmin mənzilə dair öz adına Çıxarış almışdır. xx.xx.2020-ci il tarixində isə həmin mənzili ona bağışlamışdır. Bağışlama müqaviləsi əsasında Çıxarış almışdır. Mənzilin təmirinin demək olar ki, əksər hissəsi başa çatmışdır. Bütün bu təmir işləri ilə daim atası məşğul olmuş və MTK-nın əvvəlki komendantı və direktoru ilə olan maliyyə işlərini o həll etmişdir. Son 6 aydır ki, MTK-nın təzə komendantı və direktoru atasını və onu nəinki həmin mənzilə heç binanın həyətinə belə buraxmır. Təmir işlərinin son yekunlaşma işlərinin başa çatdırılmasına maneələr törədirlər. Əsas kimi isə guya mənzili təmir edən zaman liftdən istifadə etmişlər və buna görə də, borc yaranmışdır. Lakin mənzilin təmiri zamanı binanın hansı avadanlıqlarından istifadə etmişlərsə hamısının pulunu əvvəlcədən ödəmişlər. Liftlə yüklərin daşınması isə tamamilə yalandır. Bütün daşıma işlərini mənzili təmir edən şəxslər özləri fəhlərələr vasitəsi ilə etmişdilər. MTK-nın təzə rəhbərliyi və komendant onlardan əvvəl 2500 manat pul tələb etsələr də, sonradan 500 manat pul tələb etməyə başladılar. Yeni komendantın qanunsuz əməlləri nəticəsində son 6 ayır ki, o və atası mənzilə daxil ola bilmilər. MTK-nın yeni rəhbərliyi həmçinin mənzilin elektrik xəttini də kəsərək mənzilə elektirik verilməsinə mane olur. MTK ilə bağlanan xx.xx.2005-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin 8-ci yarımbəndinə əsasən “İcraçı” mərtəbələrdə elektrik lövhələri və sayğacların quraşdırılmasını öz öhdəsinə götürmüşdür. Lakin MTK tərəfindən qanunsuz olaraq bütün blokun elektrik sayğacları zirzəmidə quraşdırılmış və həmin otağa giriş bina sakinlərinə qadağan edilmişdir. Bu yolla MTK rəhbərliyi istədiyi şəxsin mənzilinə gedən elektrik verilişini istədiyi vaxt qanunsuz olaraq söndürür. Mənzilində yarımçıq qalan təmir işlərini görmək üçün elektrikə ehtiyac olsa da, istifadə edə bilmirlər. Mənzilə girməyi belə imkan verməyən bu şəxslərin qanunsuz əməlləri nəticəsində uzun müddədir ki, mülkiyyətdən məhrum olmuşlar. Atasının və onun qanunsuz olaraq mənzilə, binanın həyətinə buraxılmamağı ona olduqca pis təsir etmiş və mənəvi sarsıntılar keçirməyinə səbəb olmuşdur. Hər dəfə mənzilinə getmək istəyəndə bu şəxslərin onunla, atası ilə mübahisə etmələri, hədə qorxu gələrək binanın həyətinə belə buraxmamaq onların istər qonşuların yanında istərsə də, digər şəxslərin yanında təhqir olunmaq kimi qiymətləndirir. Bu cür münasibətdən sonra hərkəsdə elə təssəvvür yaranır ki, guya bilərəkdən MTK-a olan borcu ödərlər. Halbuki, onların MTK-ya heç bir borcları yoxdur. Əksinə həmin MTK-nın atasına borcu vardır. Atası həmin MTK-dan iki mənzil almış pulunu da tam ödəmişdir. Sonradan mənzillərin biri geri qaytarılsa da, bu günə kimi mənzilin dəyəri bizə geri ödənilməmişdir. Bununla bağlı əlavə iddialar qaldıracaqdır. Göründüyü kimi MTK qanunun ona verdiyi istifadə, sahiblik və sərəncam hüquqlarımı istifadə etməyə maneələr törədir, öz mülkiyyətinə buraxılmamağı konstitusyon hüquqlarının pozulmasına səbəb olur. Heç bir hüquqi əsası olmadan özünü qoçu kimi aparan MTK rəhbərliyi və özünü komendant kimi təqdim edən şəxslərin qanunsuz əməllərinin qarşısının alınmasına zərurət vardır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-588/2022 saylı qiyabi qətnaməsinə əsasən iddanın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi 972-ci məhəllədə inşa edilən çoxmərtəbəli binanın 80 saylı mənzilindən (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 54, M6, mənzil 4) istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə, həmin mənzildə aparılan təmir işlərinə, kommunal sayğaclar, su, qaz və elektrik sayğaclarından istifadəyə maneələrin yaradılması cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi, mənzilindən istifadə etməyinə yaradılan maneələrə görə keçirdiyi mənəvi sarsıntıların əvəzi olaraq cavabdeh "xxxx" MTK-dan 10000 manat məbləğində kompensasiyanın alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Cavabdeh "xxxx" MTK ərizə ilə məhkəməyə müraciət edərək Nərimanov Rayon Məhkəməsinin 2(005)-588/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-588/2022 saylı qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-588/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzildən və kommunal sayğaclardan istifadəyə yaradılan maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-588/2022 saylı mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş "xxxx" MTK-nın əsl cavabdeh olan Cavabdeh1 MMC ilə əvəz olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, Cavabdeh2 da cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin qanuni təmsilçisidir. İlkin olaraq mübahisənin yaranmasına Cavabdeh2 yaratdığı maneələr səbəb olmudur. Məhkəmə tərəfindən əlavə cavabdehin cəlb edilməsi barədə ərizə təmin edilərək, Cavabdeh2 cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbini mənəvi zərərin tutulması hissəsində müdafiə edərək mənzil barəsində yaradılmış maneələrin aradan qaldırıldığını, mənzilə qazın, işığın və suyun verildiyini, İddiaçı hazırda bu mənzildə yaşadığını və maneəsiz təmir işlərini apardığını bildirərək, hazırda cavabdehdən mənəvi zərərin qarşılığı olaraq 10000 manat pulun tutulmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin və Cavabdeh2 nümayəndəsi və vəkili Tağıyev X2 Aysel Ramizovnaya heç bir maneənin yaradılmadığını, iddiaçı tərəfin maneələrin nədən ibarət olduğunu sübut edə bilmədiyini, kommunal xəttlərin mənzildə yaşayış olmaması səbəbindən bağlandığını və hazırda xəttlərin açıq olduğunu bildirərək iddianın əsasının olmaması səbəbindən rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - "xxxx" MTK və X8 arasında bağlanmış xx.xx.2005-ci il tarixli yaşayış binasının tikintisində birgə iştirak barədə müqavilədən aydın olur ki, “icraçı” "xxxx" MTK ünvan 1 ünvanında tikilən binanın 80 nömrəli mənzilini “payçı” X5 təhvil verməyi, X8 isə həmin mənzili qəbul edərək dəyərini əvvəlcədən razılaşdırılmış mərhələlərlə "xxxx" MTK-ya ödəməyi vəd edir. - X8 və İddiaçı arasında bağlanmış daşınmaz əmlakın bağışlaması müqaviləsindən aydın olur ki, “hədiyyə verən” X8 Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi 972ci məhəllə, 80 nömrəli mənzilini “hədiyyə alan” İddiaçı bağışlamışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi, 972-ci məhəllə, ev-, məhəllə 80 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2020-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Nəsimi Rayon Polis İdarəsi 20-ci polis bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, binanın komendantı barəsində ünvalanmış ərizə araşdırılmış və Cavabdeh2 izahatı alınmışdır. O, izahatında bidlrmişdir ki, "xxxx" MTK yaşayış binasının icraçı direktoru vəzifəsində çalışır və mənzilin təmir ilə bağlı, bu günə qədər binanın yük liftindən istifadə olunması, kommunal borclarının yaranması və təhlükəsizlik baxımından mənzildə yaşayış olmadığı üçün, mənzilinizin işıq xətti avtomatdan söndürülmüşdür. Bu səbəbdən də, sizin ünvanladığınız ərizə tərəfimizdən daha ətraflı araşdırıldıqdan sonra məlum olmuşdur ki, ərizənizin xüsusatları mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etmək məqsədə müvafiqdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı atası X8 ünvan 1 ünvanında tikilən binanın 80 nömrəli mənzilini "xxxx" MTKdan satın almış, daha sonra bu mənzili İddiaçı bağışlamışdır. İddiaçı bu mənzil üzrəində olan mülkiyyət hüquqlarının təsdiqi olaraq çıxarış almışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən onun mənzildən istifadə hüquqlarına, mənzildə təmir işlərinin aparılmasına maneələr yaradıldığını, mənzilə suyun işığın və qazın verilməsinin dayandırıldığını bildirir və bu maneələrin aradan qaldırılmasını, həmçinin ona dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 hazırda heç bir maneənin qalmadığını,iddiaçının mənzildə yaşayaraq maneəsiz təmir işləri apardığını, lakin mənəvi zərərin əvəzinin ödənilməsini tələb etdiklərini bildirdi. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin “mənzildən istifadə və sahibliyə, təmir işlərinin aparılmasına və kommunal sayğaclardan istifadəyə yaradılan maneələrin qadağan edilməsi” hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi öz izahatında bildirmişdir ki,hazırda iddiaçının mənzildən istifadə və sahibliyi ilə bağlı yaradılan hər hansı mövcud deyil. Mülki işin materiallarında olan sənədlərdən də bu hal öz təsdiqini tapır. Məhkəmə tərəfindən iddiaçıya yaradılan maneələrin aradan qaldırıldığı təsbit edildiyinə görə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, AR MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə bu qənaətə gələrkən iddiaçının mənzildən istifadə və sahibliklə bağlı hüquqlarının təmin edildiyini nəzərə alır. Məhkəmə iddia tələbinin “mənəzi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Mülki işin materiallarından aydın olur ki, ilkin iddia ərizəsində cavabdeh qismində "xxxx" göstərilərək, maneələrin MTK-nın direktoru və komendantı tərəfidnən yaradıldığını bildirilmişdir. MTT(005)-28/2022 saylı müvəqqəti təminat tədbiri barədə qərardadın icrası ilə əlaqədar icra məmuru tərəfindən tərtib edilmiş aktdan görünür ki, qərardad "xxxx" MTKnın komendantı X7 tərəfindən icra edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, Cavabdeh1 MMC 15 noyabr 2021-ci il tarixə qeydiyyatdan keçmişdir. Təsisçisi Cavabdeh2dur. İddia ərizəsi isə 09 dekabr 2021-ci il tarixdə məhkəməyə təqdm edilərək, iddiaçı tərəfindən son altı ay ərzində onun mənzildən istifadə və sahiblik hüquqlarının məhdudlaşdırıldığı bildirilmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, maneələrin Cavabdeh1 MMC tərəfindən törədilməsi barədə iddiaçı tərəfindən konkret və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər Cavabdeh2 tərəfindən iddiaçının elektrik sayğacından istifadəsinə maneələrin yaradılması AR DİN-nin Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis X1 ünvanlanmış 13 noyabr 2021-ci il tarixli məktubu ilə müəyyən edilir. Lakin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın vurulması, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyət etməyə imkan verən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh1 MMC-yə qarşı mənzildən və kommunal sayğaclardan istifadəyə yaradılan maneələrin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “mənzildən istifadə və sahibliyə, mənzilin təmir edilməsinə, kommunal sayğaclardan istifadəyə yaradılan maneələrin qadağan edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-56/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-56/2023
11.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver