Məhkəmə qərarları › İş №2(102)-3776/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3776/2022

27.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3776/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətdən istifadəyə yaradılan maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2022-ci il tarixli, 2(103)1608/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Nəriman ov rayonu, Həsənoğlu küçəsi, 14 saylı yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra iddiaçı) istifadəsindədir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, e-2(005)3728/2021 saylı qətnaməsi ilə Cavabdeh MTK-nin iddiası təmin edilərək, İddiaçı tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 1 evin 6 saylı ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 60 kv.metrdən ibarət olan mənzilin boşaldılaraq Cavabdeh MTK-nə təhvil verilməsi; həmin mənzilin Cavabdeh MKT tərəfindən sökülməsi; Cavabdeh MTK tərəfindən həmin mənzilin əvəzinə yeni tikiləcək binada 72 kv.metr ölçüdə təmirli mənzilin iki il müddətində İddiaçı təhvil verilməsi; sökülməsi nəzərdə tutlan mənzilin Cavabdeh MTK-nə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 500 manat kirayə haqqının ödənilməsi qət edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı “mülkiyyətdən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması və pul“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsində söküntü-tikinti işlərin həyata keçirmələrini, əmlakının məhv etmələrini, binaya daxil olmasının, gediş-gəlişini çətinləşdirməsini, binaların bünövrələrini zədələməsini, mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə mane olmalarını, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı evin 6 saylı mənzilin sökülmə sinin, onlarla müqaviləni zorla bağlamağı tələb edən, hədə-qorxu təşkil edən hərəkətlərinin qadağan edilməsi öhdəliyinin qoyulması və vurulmuş mənəvi ziyana görə cavabdehdən 100.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, cavabdeh yaşadıqları binanı hasara alaraq ərazidə söküntü işlərinə başlayıb. 17 may 2021-ci ildə cavabdeh mənzil mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə elmədən, sakinləri tam köçürmədən söküntü-tikinti işləri aparmağa başlayıb. Belə ki, cavabdeh tərəfindən 20 may 2021-ci ildə onun adına bildiriş göndərərək, ofisə yaxınlaşıb müqavilə bağlanılmasını tələb ediblər. Hazırda cavabdeh tərəfindən heç bir texniki təhlükəsizlik qaydalarına əməl etmədən, həyatı ciddi təhlükə altında olmaqla, sökünt ü işləri aparılmasına başlanıb. Üstəlik cavabdehin əməkdaşları onu hədələməklə, təhdid etməklə, zorla gəlib müqavilə bağlamağı tələb edirlər. Hesab edir ki, ərazidə olan yaşayış və qeyri-yaşayış sahələri tam köçürülmədən, mülkiyyətçilərlə müqavilələr bağlanmadan, tikintidə təhlükəsiz qaydalarına əməl etmədən insanların əmlaklarını məhv etmək, gediş-gəlişini çətinləşdirmək, binaların bünövrələrini zədələmək, söküntü-tikinti işləri mövcüd tikinti-təhlükəsizlik, şəhərsalma normalarına zidd aparmaq, sakinləri yazılı qaydada hədələmək kimi qanunsuz hallara son qoyulmalı, cavabdeh tərəfindən mübahisəli ərazidə söküntü-tikinti işləri dərhal, qeyd-şərtsiz dayandırılmalı, pozulmuş hüquqları bərpa edilməlidir. O cümlədən, cavabdehin əməkdaşları tərəfindən ona və ailə üzvlərinə gəldikləri hədə-qorx uya, yaşadıqları iztirab, əsəb, gərginliyə, habelə sağlamlığına vurduqları mənəvi ziyana görə cavabdehdən onun xeyrinə 100.000 manat pul tutulmalıdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 14 saylı evin 6 saylı mənzilinə cavabdeh tərəfindən maneə yaradılması, hər hansı müdaxilə olunmasına dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Məhkəmə araşdırılması zamanı hazırki vəziyyətdə iddiaçının yaşadığı mənzildə heç bir riskli və təhlükəli hal aşkar edilməyib. Göründüyü kimi iddiaçının mənzildən istifadə hüququ pozulmayıb və mənzilə giriş-çıxışda hər hansı m aneə yaradılmayıb. İddia ərizəsinin “mənəvi zərərin ödənilməsi” tələbi “maneələrin aradan qaldırılması” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, iddia tələbi “100 000 manat mənəvi zərərin tutulması” hissəsində də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 16.1, 152.6, 560.1, 560.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2022-ci il tarixli qətn aməsi ilə (hakimlər Azad.İmanov sədrlik edən, məruzəçi, Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 16.1, 152.6, 560.1, 560.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbu l edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə cavabdehin söküntü-tikinti işləri aparmaq üçün hüquqları olduğunu göstərsə də, bununla razılışmır. Belə ki, işə baxan məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş normaların tələblərinə əhəmiyyət verməyib. Qanunverici tikintiyə icazə verən “xüsusi nişan”ın verilməsini şərtləndirmişdir ki, həmin nişan verilmədən tikinti işlərinə başlanıla bilməz. Məhkəmə bu məsələyə qiymət verməyib. Əgər tikintinin başlanması üçün icazə yoxdursa, cavabdehin söküntü-tikinti işləri aparması qanunsuz hesab edilməli və onun irəli sürdüyü iddia təmin olunmalı idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. Tətbiq edilən hüq uq Azərbaycan Respublikası Konstitusiyasının 13-ci maddəsinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifad ə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şik ayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 12 aprel 2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 evin ümumi sahəsi 60 kv.metr olan 06 saylı mənzili iddiaçının xüsusi mülkiyyətində olub. Fövqəladə Hallar Nazirliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınmaqla, Bakı şəhər İHB-nın 11 mart 2020-ci il tarixli sərəncamı ilə köhnə tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binasının və qeyri yaşayış sahəsinin inşaası üçün 2.7520 ha torpaq sahəsi 49 il müddətinə cavabdehin icarəsinə verilib. Bundan sonra, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, e-2(005)-3728/2021 saylı qətnaməsi ilə Cavabdeh MTK-nin iddiası təmin edilərək, İddiaçı tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 1 evin 6 saylı ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 60 kv.metrdən ibarət olan mənzilin boşaldılaraq Cavabdeh MTK-nə təhvil verilməsi; həmin mənzilin Cavabdeh MKT tərəfindən sökülməsi; Cavabdeh MTK tərəfindən həmin mənzilin əvəzinə yeni tikiləcək binada 72 kv.metr ölçüdə təmirli mənzilin iki il müddətində İddiaçı təhvil verilməs i; sökülməsi nəzərdə tutlan mənzilin Cavabdeh MTK-nə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 500 manat kirayə haqqının ödənilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı onun xüsusi mülkiyyətində olan sözügedən mənzildən istifadə etməsinə cavabdeh tərəfindən maneə yaradılması və ya hər hansı müdaxilə edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansi yası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, işdən görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin boşaldılaraq cavabdehə təhvil verilməsi və həmin mənzilin cavabdeh tərəfindən sökülməsi barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Konstitusiyanın 29-cu maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan on un dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1 -ci maddəsinəəsasən "hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”. 1 saylı Protokolun 1 -ci maddəsi üç müx təlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hü ququna görə, müdaxilə- “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətinə edilən müdaxilə hər üç qiymətləndirmə meyarı baxımından əsaslı olub. Belə ki, Mülki Məcəllənin 16.1 -ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməy ə borclu olduqları, 152.6- cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71 –ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Əksinə, hazırki vəziyyətdə iddiaçı öz hüquqlarından sui-istifadə edərək, Nərimanov rayonu, Həsənoğlu küçəs i 14 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir. Halbuki, Mülki Məcəllənin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb müəyyən etmişdir ki, hazırki vəziyyətdə iddiaçının yaşadığı mənzildə heç bir riskli və təhlükəli hal aşkar edilməyib, onun mənzildən istifadə hüququ pozulmayıb və onun mənzilə giriş-çıxışında hər hansı maneələrin olmadığı müəyyən edilib. İddi a ərizəsinin “mənəvi zərərin ödənilməsi” tələbi “maneələrin aradan qaldırılması” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, iddia tələbi “100 000 manat mənəvi zərərin tutulması” hissəsində də təmin edilməməsi barədə gəlmiş olduğu qənaətini qanuni və əsaslı olub. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassa siya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2022-ci il tarixli, 2(103)-1608/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar