Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1091/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təmirə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7661/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdehndən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzilinin əsaslı təmiri üçün çəkilmiş xərclərin əvəzi olaraq 25729 manatın və mənəvi zərərin əvəzi olaraq 20000 manatın, ümumilikdə 45729 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonunda 1990-cı ildə orta məktəbi bitirərək Bakı Slavyan Universitetinin əyani şöbəsinə qəbul olub ali təhsil almaq üçün Bakı şəhərinə gəlmiş, Binəqədi rayon ərazisində yerləşən qızlar yataqxanasında tələbə kimi qeydə alınmışdır. 1990-cı ilin sentyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr. ərazisində yerləşən X2 Stansiyasında 10 gün ərzində ambulator müalicə alarkən orada onunla bərabər müalicə alan, milliyyətcə tatar olan, ahıl X1 tanış olmuş, xəstəxanaya təxminən eyni vaxtda gəldikləri üçün ünsiyyətləri alınmış, uzun və maraqlı söhbətdən sonra həmin ahıl şəxsin tək yaşadığı, çox az miqdarda pensiya aldığı, yaşayış şəraitinin ağır olduğu və Bakı şəhərində heç bir qohuməqrabasının olmadığı, bu üzdən əziyyət çəkdiyi barədə ətraflı danışmışdır. O da özünün yeni tələbə olduğunu, yataqxanada yaşadığını, uzaq dağ rayonu olan Kəlbəcərdən olduğu barədə ona məlumat vermişdir. Bu minvalla onla r təxminən eyni vaxtda 8-10 gün xəstəxanaya gəlmişlər və hər dəfə görüşdükdə söhbətləri daha da dərinləşirdi. Son müalicə günü ahıl kişi ona onun evində qalmağı, kirayə haqqı kimi ayda münasib bir qiymət ödəməyi təklif etdi. O, təxminən bir həftə sonra həmin mənzilə ahıl kişinin yanına gəldi. Bir çox xəstəliklərdən əziyyət çəkdiyi üçün vəziyyəti elə də yaxşı deyildi. Təkbaşına yaşamaq, özünə qulluq etmək onun üçün çox çətin idi. Yaşadığı mənzil baxımsızlıq üzündən çox pis vəziyyətə düşmüş, yaşayış üçün yararsız olmuş, sanitar normalara uyğun olmamışdır. O, mənzili sanitar normalara uyğun vəziyyətə gətirmək üçün xeyli əmək sərf etməli oldu. Bundan sonra həmin mənzildə yaşamağa, ona qulluq etməyə başladı. Mənzilə və ahıl kişiyə bütün qulluq onun tərəfindən göstərilirdi. Birgə təsərrüfatı o, təkbaşına idarə edirdi. O, aldığı tələbə təqaüdü, bir də rayondan ona göndərilən xərclik hesabına yaşayır, mənzili idarə edir, ahıl kişiyə qulluq edirdi. Mənzildə tədricən yaxşılaşdırma işləri apardı. O, birgə yaşayışdan sonra bir nəvəsi kimi ahılın qulluğunda durmuş, onun bütün zəruri ehtiyaclarını ödəmişdir. Bir müddət yaşadıqdan sonra ahıl kişi ona bildirdi ki, ona məxsus olan evin öldükdən sonra ona qalmasını istəyir. Kişi ondan xahiş etdi ki, bu məsələnin həlli yolunu öyrənsin və ona desin. Lakin bildirdi ki, hər ehtimala qarşı heç olmasa bir miqdar pul ona ödəsin ki, əlində ehtiyat pulu olsun. Razılaşdılar ki, 4000 manat pul ödəsin və ahılın həyatda olacağı müddətdə onun zəruri ehtiyaclarını ödəsin, öldükdən sonra dəfnini təşkil etsin. O, bu barədə rayonda yaşayan dayısı ilə məsləhət ləşdi və dayısı deyilən pulu ona gətirərək ahılla görüşdü və ona verdilər. Bu barədə qonşular və Bakıda yaşayan qohumlar xəbərdar idi. O, eyni zamanda onlara xidmət edən Mənzil İstismar Sahəsinin rəisini də xəbərdar etdi. Bundan sonra, Movnevi Muxammedoviçlə evin ona satılmasına dair öz aralarında müqavilə tərtib edib imzaladılar. 1991-ci ilin təxminən əvvəllərində notariat kontorunda “Şəxsi ömürlük saxlamaq şərti ilə evi özgəninkiləsdirmə müqaviləsi” imzaladılar. Müqavilənin şərtlərinə görə o, Mövnevi Muxammedoviçə ömrünün sonunadək baxmalı, qulluğunda durmalı və vəfat etdikdən sonra dəfn etməli idi. O, həqiqətən də üzərinə düşən öhdəliyi artıqlaması ilə yerinə yetirdi, ahıla qulluq etdi, 1995-ci ildə ahıl vəfat etdikdən sonra dəfnini təşkil etdi. O, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzilinə köçərkən mənzil yaşamağa tam yararsız olmuş, yaşadıqları illər ərzində bu mənzili əvvəllər 4 dəfə təmir etdirmiş, lakin üst mərtəbələrdən dəfələrlə mənzili su basmış, ev bərbad vəziyyətə düşmüş, suyun axması nəticəsində döşəmə şişmiş, nəmişlikdən həşaratlar əmələ gəlmiş, normal yaşamaq mümkün olmamışdır. Bu səbəbdən məcburən son il yarım ərzində isə (5ci dəfə) evi yüksək səviyyədə təmir edərək, döşəməni tamamilə dəyişmiş, Rusiyanın düyünsüz olan taxtasından paxlava yığdırmış, ev balkonsuz və çox balaca olduğundan mətbəxi yataq otağı, hamamı mətbəx, sanitar qovşağı isə koridordan qataraq bir yerdə düzəltdirmiş, koridorun, hamam tualetin, mətbəxin divarlarını kafel, yeri isə metlax döşətdirmiş, həmçinin hamam tualetin və otağı n özülünün dəmir borularını və otağın elektrik naqillərini beton divarlar qazılaraq divar içi çəkdirmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzilində yaşadıqları 25 il ərzində 5 dəfə mənzili təmir etdirmişdir. "xxxx" MMC-nin direktoru R.A.Miriyevin “Təmir xərclərinin dəyərinin müəyyən edilməsi barədə” 05.07.2019-cu il tarixli, R01/61A/2019 saylı ekspert rəyinə əsasən o, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzilinin təmirinə ümumilikdə 25729 manat məbləğində pul xərcləmişdir. 2 ay əvvəl İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəyverdi müəllim şəxsi 055 *** ** ** mobil nömrəsi ilə zəng edib ona bildirdi ki, İcra Hakimiyyəti onu dəvət edərək bildirir ki, mənzilin təhvil verilməsi üçün 10000-15000 manat məbləğində pul təklif edəcəklər. O, buna cavab olaraq bildirdi ki, mənzilin qiymətləndirmə sənədində göstərilən məbləğ tam olaraq ödəniləcəyi təqdirdə razılaşar. Lakin bu günə qədər də heç bir müsbət cavab ala bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 may 2021-ci il tarixli 2(006)-2472/2021 nömrəli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyi məlumdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mənzil Nəsi mi RİH-in balansında olmaqla dövlət mənzil fonduna aiddir. İddiaçı, habelə onun ailə üzvləri həmin mənzildə uzun müddət ərzində faktiki yaşamış və mənzilin gigiyenik tələblərə uyğunlaşdırılması, rahatlığın təmin edilməsi üçün mənzili təmir etməsi başa düşüləndir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən sözügedən mənzilə məhz 25729 manat məbləğində təmir xərci çəkilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Mənəvi zə rərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulduğunu bildirsə də, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087-ci, Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 81, 89.3, 119.1, 217.3, 217.4-cü maddələri və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov- sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 06.10.2021-ci il tarixli, 2(103)-7661/2021 saylı q ətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin təmirinə onun tərəfindən xərc çəkilməsini qəbul etsə də, bu xərci cavabdehdən tutmamış və bununla da iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzildə yaşadığı müddətdə orada öz rahatlığını təmin etmək məqsədilə hər hansı təmir işləri aparmasını normal hal kimi qəbul etmiş və hesab etmişdir ki, belə bir hal olmuş olsa da bu hal həmin təmirə çəkilən xərcin cavabdehdən tələb olunmasına əsas vermir. Digər tərəfdən, iddiaçı mübahisəli mənzildən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən çıxarılmışdır. Və nəhayət, məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində 4 saylı binada hər biri 2 otaqdan ibarət olan 10 və 11 nömrəli mənzillərlə təmin olunmuşdur (i.v.64). Hər kəsə məlum olduğu kimi, dövlət tərəfindən məcburi köçkünlərə verilən mənzillər bir qayda olaraq təmirli vəziyyətdə olur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessu al hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Cavabdeh isə əksinə, həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ciddi prossesual pozuntularla qəbul edilmişdir. Belə ki, mülki iş üzrə hazırlıq iclası keçirilmiş, hazırlıq iclasında iştirak etmişlər və iş üzrə məhkəmə baxışı iclası təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında onlar tərəfindən şifahi qaydada mübahisəli mənzildə təmir işlərinin aparılması və çəkilən xərclərin hesablanmasına dair məhkəmə ekspertizası keçirilməsi barədə vəsatət qaldırılmışdır. Baxmayaraq ki, mənzildə görülmüş təmir işlərinə dair ekspertiza rəyi əvvəlcədən əllərində olmuşdur. Məhkəmə vəsatətə məhkəmə baxışı zamanı qiymət veriləcəyini bild irmişdir. Lakin növbəti məhkəmə iclasına gəldikləri vaxt məlum olmuşdur ki, iş üzrə sədrlik edən R.Səmədov Covid-19 infeksiyasına yoluxmuş və bu səbəbdən də məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınmışdır. Məhkəmə iclasının keçirilməsinə bir saat qalmış iclas barədə sms gəlmiş və o, dərhal taksi ilə məhkəmə binasına gəlmişdir. O, məhkəməyə çatdıqda artıq məhkəmə qətnaməsi elan edilmişdi. Göründüyü kimi məhkəmə ciddi prosessual pozuntuya yol verməklə onu hüquqlarının müdafiəsindən məhrum etmişdir. Tərtib edilmiş məhkəmə qətnaməsi əsaslı deyil, formal mülahizələrə əsaslanmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, tərəf iddia ərizəsində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Görəsən tərəf harada istinad etdiyi halları sübut etməli idi? Keçirilməyən məhkəmə iclaslarındamı? Məhkəm ə qətnaməsinin 3-cü səhifəsində qeyd edilir ki, “iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05,07.2019-cu il tarixli “təmir xərclərinin dəyərinin müəyyən edilməsi" barədə ekspert rəyindən görünür kı, İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 28.60 kv.m sahədən ibarət mənzilin təmir xərclərinin 05.07.2019-cu il tarixinə dəyəri ümumilikdə 25729 manat olduğu müəyyən edildiÇox maraqlıdır ki, məhkəmə həmin səhifədə qeyd edir ki, “belə ki, sözügedən mübahisəli mənzilə təmir xərclərinin çəkildiyi məlumdur”. Lakin elə həmin səhifədə dərhal qeyd edilir ki, iş üzrə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin ziddiyy ətli qətnaməsini anlamaq çətindir. Məhkəmə mənzildə onun tərəfindən təmir aparılmasını, aparılmış təmirin dəyərini əks etdirən ekspert rəyini qəbul etdiyi halda nədən iddia tələbini rədd edir? Bu ziddiyyət məhkəmə qətnaməsində izah edilmir. Məhkəmə unudur ki, mübahisəli mənzil zəbt edilməyib. Mənzildə keyfiyyətli təmir işləri aparılmışdır. Bundan başqa məhkəmə həmin mənzilin yeni mülkiyyətçisi barəsində məlumat verir. Lakin məhkəmənin diqqətindən yayınır ki. həmin şəxs mübahisəli mənzilə Avropa məhkəməsinin qərarı əsasında yerləşdirilib. Əgər həmin mənzil təmırlı olmasaydı həmin şəxs mübahisəli mənzilə köçməyə razı olmayacaqdı. Məhkəmə bu halı diqqətindən yayındırır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmədən baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətini apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozulması ilə əsaslandırmamış, yalnız apelyasiya şikayətində göstərmiş olduğu halları eynilə kasasiya şikayətində qeyd etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası MPM-nin 416.1-ci maddəsində qeyd edildiyi kimi, kasasiya instansiyası məhkəməsi işə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı isə qeyd edildiyi kimi, apelyasiya kollegiyası tərəfindən hər hansı hüquq normasının pozuntusuna yol verilməsinə istinad edə bilməmiş, kasasiya yoxlaması nəticəsində də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gə lir ki, kasasiya şikayətində göstərilənlər apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7661/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1091/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1091/2022
22.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver