Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-564/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tapşırıq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Cavabdeh qarşı tapşırıq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tapşırıq müqaviləsi üzrə ona ödənilməli olan 9455 manat gömrük ödənişi, avtomobilin dəyəri isə 14000 ABŞ dolları (23800 manat ekvivalenti), cəmi 33255 manatın və 190 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2019-cu il tarixdə ona AR-İ seriyalı 841275 nömrəli etibarnamə verərək, Almaniyadan avtomobil gətirməsini tapşırıq vermişdir. İlkin olaraq oğlu Məmmədov Fərminin adına Hollandiyadan Ban nömrəsi WDD2073481F220793 olan Mersedes Benz E200 avtomobil alaraq, xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən verilmiş etibarnaməyə əsasən gömrük olunmuş və cavabdehə müvafiq olaraq texpasport verilmişdir. Həmin avtomobilə görə o xx.xx.2019-cu il tarixli Gömrük Bəyannaməsinə əsasən 9455 manat gömrük ödənişi, avtomobilin dəyəri isə 14000 ABŞ dolları (23800 manat ekvivalenti) ödəniş etmişdir. Cavabdeh tapşırıq müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, razılaşdırılmış muzdu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 9 ünvanında qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli, AR-İ 841275 nömrəli etibarnamənin surətindən görünür ki, “etibar edən” Cavabdeh “etibar edilən” İddiaçı - etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar edir, buna müvafiq olaraq butun hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanuni icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qovmaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, poçt, teleqraf, qiymətli və digər hər cur məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda adımdan ərizə verməyi, işləri aparmağı, o cümlədən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklarda və onların filiallarında nümayəndəsi olmağı, bütün bank əməliyyatlarını aparmağı, adına hesablaşma və valyuta hesabı açmağı, ona məxsus hesabdan istifadə etməyi, həmin hesabların üzərində sərəncam verməyi, həmin hesab ardan istədiyi məbləğdə pul çıxarmağı, həmin hesablara pul qoymağı, digər hesablara pul köçürməyi, faizi götürməyi, hesablar, bağlamağı, bank kartım və çek kitabçasını almağı, buna dair imza etməyi, ona çatası məbləği olmağı, aldığına dair imza etməyi, faizləri və ödənişlər, ödəməyi, mədaxil/məxaric əməliyyatlarını yerinə yetirməyi, çıxarışlar almağı, bank müqavilələri bağlamağı, müqaviləni ləğv etməyi, o cümlədən Azərbaycan Respublikasının bütün Gömrük oraqanlarında, Bakı Baş Gömrük idarəsində, Avto- Nəqliyyat Gömrük İdarəsində, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, AR Kənd Təsərrüfatı Nazirliyi yanında X1 Xidmətində, istənilən gömrük postlarında. "xxxx" MMC-nin “GHC” filialında (SWGH), Bakı şəhəri aeroportunda Gargo AG Terminalında və digər terminallarda onun nümayəndəsi olmağı, bütün Gömrük əməliyyatlarını aparmağı, adına gəlmiş yükü qəbul etməyi, almağı, göndərməyi, aldığına dair imza etməyi gömrük qeydiyyatından keçirməyi, sənədləşmə işlərini aparmağı, adından ərizə verməyi, imza etməyi, rüsum ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2029-cu il tarixədək qüvvədə olması qeyd edilmişdir. xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, “mülkiyyətçi” X2 “etibar edilən” İddiaçı – istənilən Avropa ölkələrindən adına istənilən qiymətə və şərtlər əsasında, istənilən markalı avtomaşını almağı, sürücülük hüququ olduğu halda onu Azərbaycan Respublikasına sürüb gətirməyi, adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini almağı, bu tapşırıqların yerinə yetirilməsi üçün onu, istənilən Avropa ölkələrinin, Azərbaycan Respublikasının və digər xarici dövlətlərin bütün dövlət orqanlarında, təşkilat və idarələrində, o cümlədən Azərbaycan Respublikası DİN DYPİ RQİŞ-də və digər qurum və təsisatlarda təmsil etməyi, adından sənədləşmə işlərini aparmağı, onu sərhəd gömrük məntəqələrində təmsil etməyi, gömrük işlərini rəsmiləşdirməyi, alınan avtomaşını satmağı, buna dair müqavilə bağlamağı, sənədləşmə işlərini aparmağı, dövlət rüsumlarını, gömrük rüsumlarını və digər xərcləri ödəməyi, sənədləri, arayışları almağı və təhvil verməyi, adından imza atmağı və bu tapşırıqların yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədə olması qeyd edilmişdir. Gömrük bəyannaməsinin surətindən görünür ki, 9455 manat gömrük ödənişi, avtomobilin dəyəri isə 14000 ABŞ dolları (23800 manat ekvivalenti) ödəniş edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, nəqliyyat vasitəsinin sahibi olaraq Cavabdeh qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tələbindən “tapşırıq müqaviləsi üzrə yaranmış borc”un tutulmasını xahiş etsə də, tərəflər arasında əsassız varlanmadan yaranan öhdəlik münasibətləri mövcud olmuşdur. Məhkəmə izah edir ki, prosessual qanunvericilikdə mövcud olan “Məhkəmə qanunları bilir” prinsipinə əsasən iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etməli və həmin münasibətlərə uyğun olaraq maddi hüquq normalarını tətbiq etməlidir. Belə ki, mülki iş materiallarından aydın olur ki, iddiaçı hazırda Cavabdeh mülkiyyətində olan Mersedes Benz E200 markalı avtomobili oğlu Məmmədov Fərminin adına tapşırıq müqaviləsi əsasında gətirdiyini və 9455 manat gömrük ödənişi, avtomobilin dəyəri isə 14000 ABŞ dolları (23800 manat ekvivalenti) ödəniş etdiyini bildirir. İddiaçı tərəfindən tapşırıq müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Lakin tərəflər arasında əsassız varlanmadan yaranan öhdəlik münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 29103)-7731/2020 saylı qətnaməsindən göründüyü kimi, Cavabdeh sözügedən avtomobilin ona bağışlanıldığını öz apelyasiya şikayətində göstərmiş, beləliklə həmin avtomobilin iddiaçı tərəfindən alındığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 668.1.2-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Cavabdeh əmlakın ona bağışlandığını bildirsə də, notarial qaydada təsdiqlənmiş bağışlama müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı aldığı məbləğin qarşılığında öhdəliyini icra etməmişdir və bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 30 000 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 30 000 (otuz min) manat borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-564/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-564/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver