Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5681/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Əriəzçi “X3 Azərbaycan” QSC-nin Maraqlı şəxs1, Maraqlı şəxs2 cəlb edilməklə “barışıq razılaşması haqqında müqavilənin təsdiq edilməsi “ tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əriəzçi “X3 Azərbaycan” QSC-nin Maraqlı şəxs1, Maraqlı şəxs2 cəlb edilməklə “barışıq razılaşması haqqında müqavilənin təsdiq edilməsi “tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilməklə reyestrdə 3M-1999 № ilə qeyd edilmiş 16 dekabr 2025-ci il tarixdə tələbkar - "xxxx" QSC və borclular- Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 arasında bağlanmış “Barışıq razılaşması haqqında müqavilə”-ni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 2(l02)-2412/2020 saylı icra vərəqəsinə münasibətdə təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Hazırkı tələbin əsasını tərəflər arasında bağlanmış barışıq razılaşmasının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 2(l02)- 2412/2020 saylı icra vərəqəsinə münasibətdə təsdiq edilməsi tələbi təşkil edir. Belə ki, tələbin əsasında hər hansı mülki əqd dayanmır, münasibətlər mülki hüquq münasibətlər deyildir. Mübahisə tələbin mahiyyətinə, subyekt tərkibinə görə mülki hüquq münasibətlərindən yaranan tələb hesab edilə bilməz. Bu səbəbdən də həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, qüvvədə olan Mülki-Prosessual Məcəllədə yalnız mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinin xüsusi prosesduru nəzərdə tutulmuşdur. Hazırki barışıq sazişi isə mediasiya təşkilatında deyil, notariat ofisində bağlanmışdır.Digər tərəfdən tərəflərin icra mərhələsində hər hansı şəkildə razılığa gəlməsi mülki mühakimə icraatının deyil, icra icraatının predmetidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyətı üzrə səlahiyyətli olan məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əriəzçi “X3 Azərbaycan” QSC-nin Maraqlı şəxs1,Maraqlı şəxs2 cəlb edilməklə “barışıq razılaşması haqqında müqavilənin təsdiq edilməsi “tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçi “X3 Azərbaycan” QSC-yə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-5681/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5681/2025
30.12.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver