Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-571/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Xammal və X19 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X19 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinə və Abşeron Rayon İcra və probasiya Şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Xammal və X19 Mərkəzi Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzilin açıq hərracda satılması barədə hərracın keçirilməsi barədə yekun protokolunun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı oglu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X2 və X1 müştərək qaydada “AccesBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17R000006395 nömrəli kredit razılşaması üzrə 42.440,54 (qırx iki min dörd yüz qırx dollar əlli dörd sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 11.475,07 (on bir min dörd yüz yetmiş beş dollar yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 5.347,51 (beş min üç yüz qırx yeddi dollar əlli bir sent) ABŞ dolları məbləğində cərimə borcu, 17K000000105 nömrəli kredit razılaşması üzrə isə 4.988,61 (dörd min doqquz yüz səksən səkkiz dollar altmış br sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 535,66 (beş yüz otuz beş dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 1.364,70 (bir min üç yüz altmış dörd manat yetmiş qəpik) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, hər iki razılaşma üzrə ümumilikdə 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti, məhkəməyə iddia qaldırmaq ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı “AccessBank” X9 xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilin aşıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X2 və X3 ümumi qaydada tutulması qət edilmişdir. X7, X10, X4, X8 və Eyyubova Şəlalə Rövşən qızına qarşı 42.698,90 (qırx iki min altı yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində əsas borc, 6.042,85 (altı min qırx iki manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 182,94 (bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 48.924,69 (qırx səkkiz min doqquz yüz iyirmi dörd manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun X5 alınaraq iddiaçı şəxsə ödənilməsi, tələbin X7 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanova küçəsi, dalan 12 ünvanda yerləşən 0,01605 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, ümumi sahəsi 133 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzildə qeydiyyatda olan cavabdehlərin və onların ailə üzvlərinin evdən çıxarılmaları, tutmanın evə yönəldilməsi, həmin mənzilin məcburi qaydada boşaldılaraq ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat müəyyən edilməklə açıq hərracda satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən məbləğlərin banka ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Apelyasiya məhkəməsinə şikayət verilsə də təmin edilməmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən iş icra edilməsi üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icrası zamanı ona məxsus əmlak üzərində hərracın keçirilinəsi üçün Respublika Xammal və Əmtəə Birjası Cavabdehnə göndərilmişdir. Lakin Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə ona yalnız “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə edilən təklifin surəti göndərilmişdir. Qeyd edilməlidir ki, hər hansı bir tarixdə keçirilmiş hərracla bağlı xəbərdar edilməmiş və hər hansı məlumatlandırma olmamışdır. Eləcə də bilərəkdən onun iştirakı təmin edilməmiş və evin qiyməti həddindən artıq aşağı salınaraq tələbkarın özünə satılması üçün təklif məktubu göndərilmişdir. Onun hərracın yekunları barədə protokolla bağlı şikayəti iki istiqamətdədir: hərracın keçirilməsi ilə bağlı ona lazımi qaydada məlumat verilməməsi və mənzilimin qat-qat aşağı qiymətə tələbkara satılması, dolayısıyla mənimsənilməsi. Bir daha qeyd edilməlidir ki, mübahisələndirdiyi hərracın keçirilməsi ilə bağlı ona rəsmi məlumat (bildiriş) verilməyib, hərrac prosesinin gedişindən yalnız bu yaxınlarda icra şöbəsində olarkən xəbərdar olmuşdur. İcra və Probasiya Şöbəsi tərəfindən onun mənzili qiymətləndirilməmiş və birbaşa olaraq hərraca çıxarılmışdır. Nəzəriyyəyə görə, daşınmaz əmlakın qiymətləndirilməsi prosesi konkret obyektin qiymətləndirilmənin keçirildiyi yaxud onunla bağlı əməliyyatın aparılacağı vaxt mövcud şəraitə uyğun olaraq əsaslandırılmış dəyər ekvivalentinin alınmış sifariş əsasında müəyyənləşdirilməsidir. Lakin hərrac prosesini aparan Məhdud Məsuliyyətli Cəmiyyəti onun mənzilinin dəyərini bilərəkdən aşağı salaraq tələbkarın istəyini yerinə yetirmiş və əmlakı tərəbkara satmışdır. Lakin hərracı həyata keçirən Məhdud Məsuliyyətli Cəmiyyəti yuxarıda sadalanmış hallara - konkret daşınmaz əmlak obyektinin xüsusiyyətlərini, əhatəsini, hansı ərazidə yerləşməsini, sosial-iqtisadi obyektlərə yaxınlığını, torpaq sahəsi üzərində inşa edilmiş əmlakın dəyərini nəzərə almamışdır. Bununla da hesab edir ki, həmin hərrac protokolu Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun deyildir. İddiaçı nümayəndəsi və vəkili Vəkil teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı təyin edilmiş məhkəmə prosesində iştirak edə bilməyəcəyindən, onun iştirakı olmadan məhkəmə iclasını keçirib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müvafiq teleqramı nəzərə alaraq mülki işə iddiaçı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Xammal və X19 Mərkəzi Cavabdehnə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Xammal və X19 Mərkəzi Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin iddia ərizəsinə olan münasibətini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cəbrayıl Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(072)-13/2018 nömrəli icra vərəqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X2 və X1 müştərək qaydada “AccesBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17R000006395 nömrəli kredit razılşaması üzrə 42.440,54 (qırx iki min dörd yüz qırx dollar əlli dörd sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 11.475,07 (on bir min dörd yüz yetmiş beş dollar yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 5.347,51 (beş min üç yüz qırx yeddi dollar əlli bir sent) ABŞ dolları məbləğində cərimə borcu, 17K000000105 nömrəli kredit razılaşması üzrə isə 4.988,61 (dörd min doqquz yüz səksən səkkiz dollar altmış br sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 535,66 (beş yüz otuz beş dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 1.364,70 (bir min üç yüz altmış dörd manat yetmiş qəpik) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, hər iki razılaşma üzrə ümumilikdə 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti, məhkəməyə iddia qaldırmaq ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı “AccessBank” X9 xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilin aşıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X2 və X3 ümumi qaydada tutulması qət edilmişdir; Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Respublika Xammal və Əmtəə Birjası Cavabdehnə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubunun təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(072)-13/2018 nömrəli icra vərəqəsinin icrasını təmin etmə məqsədilə tələbin girov predmeti olan İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinə yönəldilməsi 43.926,40 (üırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat qiymətə müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi xahiş olunmuşdur; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxx 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat - 15% = 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; FM Express məktub və bağlama daşınması xidmətinin 150027 nömrəli qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxx 2020-ci il tarixdə məlumatlandırılmışdır; “Birja yenilikləri” qəzetinin 19-xx xxxx 2020-ci il tarixli 214 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin xx xxxx 2020-ci il tarixə təyin edilmiş birinci hərracı baş tutmadığından müvafiq əmlakın 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat - 15% = 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 216 nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin xx xxxx 2020-ci il tarixə təyin edilmiş birinci hərracı baş tutmadığından müvafiq əmlakın 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir; FM Express məktub və bağlama daşınması xidmətinin 152241 nömrəli qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxxxx 2020-ci il tarixdə məlumatlandırılmışdır; “Atribut” qəzetinin 05-xx xxxxxxxx 2020-ci il tarixli 21 (364) nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli təklif məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Atribut” qəzetinin xx xxxxxxxx 2020-ci il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat qiymətə tələbkara təklif edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli hərracın yekunları barədə 30/05 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 37.337,44 (oruz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 tərəfindən əldə edilmişdir; Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxx 2020-ci il tarixli 02 nömrəli bildirişi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat - 15% = 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxx 2020-ci il tarixdə məlumatlandırılmışdır. “Birja yenilikləri” qəzetinin 19-xx xxxx 2020-ci il tarixli 214 nömrəli nömrəli buraxılışında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin xx xxxx 2020-ci il tarixə təyin edilmiş birinci hərracı baş tutmadığından müvafiq əmlakın 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 02 nömrəli bildirişi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat - 15% = 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “Birja yenilikləri” qəzetinin xx xxxxxx 2020-ci il tarixli 216 nömrəli buraxılışında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin xx xxxx 2020-ci il tarixə təyin edilmiş birinci hərracı baş tutmadığından müvafiq əmlakın 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi xx xxxxxxxx 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə xx xxxxxx 2020-ci il tarixdə məlumatlandırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, “Atribut” qəzetinin 05-xx xxxxxxxx 2020-ci il tarixli 21 (364) nömrəli buraxılışında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Habelə müəyyən edilmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli təklif məktubu ilə İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Atribut” qəzetinin xx xxxxxxxx 2020ci il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat qiymətə tələbkara təklif edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli hərracın yekunları barədə 30/05 nömrəli protokolu ilə İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 37.337,44 (oruz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 tərəfindən əldə edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Xammal və X19 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Accessbank” Qapalı Səhmdar Cəmiyyətinə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-571/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-571/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver