Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-58/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin və avtomobilin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı” MMC-nin mülkiyyətində olan “MASERATİ” markalı, "GRANTURİSMO” modelli **-AR-*** qeydiyyat nömrəli avtomaşının Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh "İddiaçı” MMC-nin xeyrinə 74080 (yetmiş dörd min səksən) manat əsas lizinq borcu, 28805 (iyirmi səkkiz min səkkiz yüz beş) manat lizinqdən istifadəyə görə faiz borcu, 18200 (on səkkiz min iki yüz) manat hesablanmış penya, cəmi 121085 (bir yüz iyirmi bir min səksən beş) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2017-ci il tarixli 1701/0353 saylı X4 əsasən, İddiaçı MMC Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1 -də göstərilən və ümumi dəyəri 130000(bir yüz otuz min) manat olan 1 ədəd “MASERATİ” markalı “GRANTURİSMO” modelli **-AR-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsinə əsasən 87100 (səksən yeddi min yüz) manat məbləğində borcu illik 30% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Lizinq müaviləsinə Əlavə №2-də (Lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 30% faiz mütəmadı olaraq hər ay ödəniş elməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Daha sonra iddiaçı iddia ərizəsinə yazılı əlavə təqdim edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “MASERATİ” markalı “GRANTURİSMO” modelli, **-AR-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMCyə qaytarılması, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 17.05.2021-ci il tarixə 74080 (yetmiş dörd min səksən) manat əsas lizinq borcu, 68500 (altmış səkkiz min beş yüz) manat lizinqdən istifadəyə görə faiz borcu, 193200 (bir yüz doxsan üç min iki yüz) manat hesablanmış penya, cəmi 335780 (üç yüz otuz beş min yeddi yüz səksən) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan mübahisəli avtomobil hazırda cavabdehin qanunsuz sahibliyindədir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20.11.2017-ci il tarixli, 1701/0353 saylı X4 əsasən Lizinq verən İddiaçı MMC 130.000 (yüz otuz min) manat dəyərində lizinq obyektini Lizinq alan Cavabdeh 36 ay müddətinə lizinqə (icarəyə) vermiş, Cavabdeh isə lizinq obyektini qəbul etməklə öhdəliyə uyğun olaraq 130.000 manat məbləğində pulu illik 30% lizinq mükafatı hesablanmaq şərti ilə 36 ay müddətinə İddiaçı MMC-yə ödəməsini öhdəsinə götürmüşdür; İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən 20.11.2017-ci il tarixli, 1701/0353 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə Cavabdeh 01.08.2019-cu il tarixinə 87100 manat əsas lizinq borcu, 28805 manat faiz borcu, 18200 manat hesablanmış penya, cəmi 121085 manat məbləğində borcu var; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20.11.2017-ci il tarixli, 1701/0353 saylı Daxili maliyyə lizinqi müqaviləsinin 1 saylı əlavənin surətinə əsasən Lizinq verən İddiaçı MMC 130.000 manat dəyərində lizinq obyekti olan “MASERATİ” markalı “GRANTURİSMO” modelli, **-AR-*** dövlət qeydiyyat nömrəli maşını Lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəyə vermişdir; Lizinq ödənişləri cədvəlinin surətinə (müqaviləyə əlavə) Cavabdeh 36 ay ərzində hər ay 3698 manat məbləğində ödəniş etməli idi; Nəqliyyat vasitəsinin AD seriyalı, 110891 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “MASERATİ GRANTURİSMO” minik markalı, (buraxılış ili – 2014, rəngi tünd boz metallik, ban – ZAMUH45B0********), **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur; Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2021-ci il tarixli, 9/623 saylı ekspert rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, aparılmış ödənişləri özündə əks etdirən cədvəl məlumatlarından göründüyü kimi (i.v 244) 20.11.2017-ci il tarixli 1701/0353 saylı daxili lizinq müqaviləsi üzrə ümumilikdə 26.450,00 manat məbləğində ödəniş aparılmışdır. Tərəflər arasında razılaşdırılmış ödəniş qrafikində göstərilən mükafatın 46.002,34 manat olduğu nəzərə alınmaqla, Cavabdeh 20.11.2020-ci il tarixə "İddiaçı” MMC-nə olan borcu 106.652,34 manat təşkil edir, o cümlədən: 74.079.97 manat əsas borcu, 32.572.37 manat faiz borcu. 5.3 bəndinə əsasən Lizinq verənin mükafatı Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 30% olmaqla gündəlik hesablama metodu ilə hesablandığı təqdirdə 13.10.2020-ci il: 30.1.2020-ci il və 20.11.2020-ci il tarixlərə Cavabdeh, 20 noyabr 2017-ci il tarixli 1701/0353 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə İddiaçı MMC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 13.10.2020-ci il tarixə (qərardadın tarixinə): 74.079,97 manat əsas borcu, 54.817,64 manat faiz borcu; 30.10.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas borcu 74.079.97 manat, faiz borcu 55.867,10 manat, 20.11.2020-ci il tarixə 74.079,97 manat, 57.101,77 manat faiz borcu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 20.11.2017-ci il tarixli, 1701/0353 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Lizinqverən İddiaçı MMC lizinq obyekti olan “MASERATİ GRANTURİSMO” minik markalı, (buraxılış ili – 2014, rəngi tünd boz metallik, ban – ZAMUH45B0********), **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili Lizinq alan Cavabdeh 36 ay müddətinə lizinqə (icarəyə) vermiş, lizinqalan Cavabdeh isə lizinq müqaviləsi ilə müəyyən edilmiş ödənişləri ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəməsi, habelə lizinq ödənişlərinin müqavilədə göstərilən müddətlərdə ödəmədiyinə görə hesablanacaq dəbbə pulu ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh 20.11.2017-ci il tarixli, 1701/0353 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, nəticədə onun iddiaçıya (lizinqverənə) borcu yaranmışdır. İddiaçı (lizinqverən) Cavabdeh 01.08.2019-cu il tarixinə 74080 manat əsas lizinq borcu, 28805 manat faiz borcu, 18200 manat hesablanmış penya, cəmi 121085 manat məbləğində borcunun yarandığını iddia edir, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı MMC-nin xeyrinə 74080 (yetmiş dörd min səksən) manat əsas lizinq borcu, 68500 (altmış səkkiz min beş yüz) manat lizinqdən istifadəyə görə faiz borcu, 193200 (bir yüz doxsan üç min iki yüz) manat hesablanmış penya, cəmi 335780 (üç yüz otuz beş min yeddi yüz səksən) manat borcu, eyni zamanda, lizinq obyekti olan «MASERATİ Granturismo” minik markalı, (buraxılış ili – 2014, rəngi tünd boz metallik, ban – ZAMUH45B0********), **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir. Göründüyü kimi, cavabdeh lizinqi müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da iddiaçı həmin daxili lizinqi müqaviləsi üzrə cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, 31.03.2021-ci il tarixli, 9/623 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 74079,97 manat manat əsas borc və 57101,27 manat faiz borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 20.11.2017-ci il tarixli, 1701/0353 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 193200 (yüz doxsan üç min iki yüz) manat hesablanmış penya borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 7408 (yeddi min dörd yüz səkkiz) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin tələbin lizinq obyektinin iddiaçıya qaytarılmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsində qismən əsaslıdır. Həmçinin iddia tələbi lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri alınması hissəsi əsaslıdır və təmin edilməldir. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış 20.11.2017-ci il tarixli, 1701/0353 saylı daxili lizinq müqaviləsinin 14.1-ci maddəsinə əsasən Lizinq verən Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüququna birtərəfli qaydada xitam verə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş qaydada lizinq obyektini geri ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, “MASERATİ Granturismo” minik markalı, (buraxılış ili – 2014, rəngi tünd boz metallik, ban – ZAMUH45B0********), **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməli, Cavabdeh 20.11.2017-ci il tarixli, 1701/0353 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə 74079,97 (yetmiş dörd min yetmiş doqquz) manat əsas lizinq borcu, lizinqdən istifadəyə görə 57101,27 (əlli yeddi min yüz bir) manat faiz borcu, 7408 (yeddi min dörd yüz səkkiz) manat hesablanmış penya borcu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “MASERATTİ «MASERATİ Granturismo” minik markalı, (buraxılış ili – 2014, rəngi tünd boz metallik, ban – ZAMUH45B0********), **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınsın İddiaçıMMC-yə verilsin. Cavabdeh 20.11.2017-ci il tarixli, 1701/0353 saylı Daxili maliyyə lizinqi müqaviləsi üzrə 74079,97 (yetmiş dörd min yetmiş doqquz) manat əsas lizinq borcu, lizinqdən istifadəyə görə 57101,27 (əlli yeddi min yüz bir) manat faiz borcu, 7408 (yeddi min dörd yüz səkkiz) manat hesablanmış penya və 30 (otuz) manat məbləğində dövlət rüsumu «İddiaçı” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-58/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-58/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver