Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-585/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-nə hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, «2(006)-1666/2015» saylı icra sənədinə əsasən ondan, yəni borclu İddiaçı tələbkar «xxxxxxx» ASC-nin xeyrinə 73694,91 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ödənilməsi, tələbin mülkiyyətində olan 10- V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskavatora yönəldilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Əmlak «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərfındən 70.000 manat dəyərində qiymətləndirilmiş və ilkin satış qiyməti də 70.000 manat müəyyənləşdirilmişdir. Hərracın nəticələrinə dair tərtib olunmuş protokoldan görünür ki, əmlak keçirilmiş hərraclar zamanı satılmamış və bu səbəbdən əmlakın dəyəri müvafiq olaraq 15 və 25 faiz düşməklə son qiymət 44.625 manat olmaqla tələbkarın özünə, yəni «xxxxxxx» ASC-yə təklif olunmuş və həmin qiymətə tələbkarın mülkiyyətinə keçmişdir. Bütün bu olanlardan ümumiyyətlə heç bir məlumatı və xəbəri olmamışdır. Əmlakının bu qədər ucuz qiymətə satılmasına qətiyən razı deyil. Hesab edir ki, cavabdeh tərəfindən mübahisəli əmlakın satılması məqsədilə hərracın təşkili və keçirilməsi qaydaları pozulmuşdur və buna görə də hərracın nəticələrinə dair protokollar məhkəmə qaydasında etibarsız sayılaraq ləğv edilməlidir. Belə ki, göstərilən əmlak uzun illər onun mülkiyyəti və istifadəsində olmuş və hal-hazırda da onun istifadəsindədir.Belə olan halda hesab edir ki, əmlak hərraca çıxarılarkən onun bir istifadəçi və mülkiyyətçi kimi hərracın keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatım olmalı idi və ilkin alıcı üstünlüyünə malik olan şəxs kimi birinci dəfə ona təklif olunmalı idi. Lakin bu edilməmişdir. Hərracın keçirilmə yeri və vaxtı barədə müvafiq bildiriş ünvan 1 mənzil 141 ünvanına göndərilsə də faktiki olaraq həmin ünvanda yaşamır, yuxarıda göstərilən ünvanda, yəni Nəsimi ray, Q.Quliyev küçəsi, ev 41, mənzil 47 ünvanında yaşayır və bu səbəbdən də bildiriş ona çatmamış və hərracın keçirilmə yeri və vaxtı barədə heç bir məlumatı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər tərəfindən hərrac qanunvericiliyin tələblərinə uyğun keçiilməmiş, onun bir faktiki istifadəçi kimi hüquqları pozulmaqla, hərracın keçirilməsindən xəbəri olmamış, əmlakın faktiki istifadəçisi kimi ilk olaraq ona təklif olunmamış, nəticədə hərrac formal keçirilmişdir ki, bu da tamamilə əsassız və qanunsuzdur, ona görə də hərracın nəticələrinə dair tərtib edilmiş müvafiq protokol məhkəmə qaydasında etibarsız hesab edilərək ləğv olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq, mülkiyyətində və faktiki istifadəsində olan 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskovatorun açıq hərracdan satılmasına dair Cavabdeh MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə dair xx xxxxxxx 2019-cu il tarixli, «49/1» saylı protokolunun və onun nəticələrinin, eləcədə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə olan eyni tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MMC-nə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda Cavabdeh MMC xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək ərizəsində bildirmişdir ki, Nəsimi rayon İcra və Probasiya şöbəsinin xx/xx- 11736/11 saylı xx.xx.2018-ci il tarixli sifarişinə əsasən İddiaçı mülkiyyətində olan 10-V-187 dövlət qeydiyyat nişanlı, “Hyundai-290 NCL” markalı tırtırlı ekskavatorun açıq hərracda satılmasına dair Nəsimi rayon Məhkəməsinin 2(006)-1666/2015 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsi "Cavabdeh" MMC-yə göndərilmiş və əmlakın ilkin satış qiyməti 70000 (yetmiş min) manat məbləğində müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 10-V-187 dövlət qeydiyyat nişanlı, “Hyundai-290 NCL” markalı tırtırlı ekskavatorun xx.xx.2018-ci il tarixdə keçirilmiş ilkin hərracı təyin edilmiş, lakin Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən "Cavabdeh" MMC-yə daxil olan 17/7011736/11 saylı xx.xx.2018-ci il tarixli məktuba əsasən hərracın keçirilməsi dayandırılmışdır. Nəsimi rayon İcra və Probasiya şöbəsinin 12615-130657/16-5-7 saylı xx.xx.2019- cu il tarixli təkrar sifariş məktubuna əsasən xx.xx.2019-cu il tarixində ilkin hərracda ilkin satış qiymətilə, xx.xx.2019-cu il tarixində təkrar hərracda 15% endirimlə hərraca çıxarılmış, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə banka təklif olunmuşdur. Cavabdeh MMC- xx xxxxxxx 2019cu il tarixli, 49/1 nömrəli protokola əsasən əmlak 44625 manata tələbkar “xxxxxxx” ASC-yə satılmışdır. İddiaçıya hərracın keçirilmə vaxtı və yeri barədə xx xxx 2018-ci il tarixli ilkin hərracın keçirilməsi ilə bağlı və xx xxxx 2019-cu il tarixli ilkin hərracın, xx xxxxxx 2019- cu il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvana göndərilmişdir. Həmçinin xx xxx 2018-ci il tarixli, xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019- cu il tarixli -‘Kaspi” qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinn tələblərinə əsasən mülki işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, mülki iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskavator ilkin satış qiyməti 70000 manat məbləğində, 15% endirimlə olan qiyməti 59500 manat, 25% endirimlə satış qiyməti isə 44625 manat məbləğində müəyyən edilərək Cavabdeh MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə əmlakın alqısatqı müqaviləsindən görünür ki, 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskavator 44625 manata “xxxxxxx” KB ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, 03/126-1 saylı bildirişin surətindən görünür ki, İddiaçı hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, 03/43 saylı bildirişin surətindən görünür ki, İddiaçı hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2018-ci il tarixli, 03/45 saylı bildirişin surətindən görünür ki, İddiaçı hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin xx xxxxxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli, xx xxx 2018-ci il tarixli buraxılışlarında 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskovatorun Cavabdeh MMC tərəfindən müvafiq olaraq hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Məhkəmə tərəfində mübahisəli əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx 2” MMC-nin xx.xx.2020-ci il tarixli QR 295M №-li rəyindən görünür ki, 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskavatorun 65000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli BQM-10 №-li rəyindən görünür ki, 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskovatorun 97000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “X1 ” MMC-nin xx.xx.2020-ci il tarixli 208 №-li rəyindən görünür ki, 10-V-187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskovatorun 95000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli QXM/8 №-li rəyindən görünür ki, 10-V- 187 dövlət qeydiyyat nişanlı, «Hyundai-290NCL» markalı tırtırlı ekskovatorun 92000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Qiymətləndirici hərracın keçirildiyi tarixə daşınmaz əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-585/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-585/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver