Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5926/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı X1 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, üçüncü şəxslər “Nikoil” İKB-yə, Səbail rayon İcra Şöbəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, üçüncü şəxslər “Nikoil” İKB-yə, Səbail rayon İcra Şöbəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə “X1 iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı X3 tərəfindən iddia ərizəsinə dövlət rüsumunun düzgün ödənilməsi barədə müvafiq sübut əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, müvafiq iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlansa da, iddiaçı X1 iddia ərizəsinə əlavə etdiyi 06 dekabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun təyinatı Bakı şəhəri Səbail Rayon Məhkəməsi olmuşdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun düngün ödənilməməsini nəzərə alıb hesab edir ki, iddiaçı X1 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, üçüncü şəxslər “Nikoil” İKB-yə, Səbail rayon İcra Şöbəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, üçüncü şəxslər “Nikoil” İKB-yə, Səbail rayon İcra Şöbəsinə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı X2 qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5926/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5926/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver