Məhkəmə qərarları › İş №2(005)-5963/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5963/2021

23.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5963/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “qalıq borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Şəmsəddin qızı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qalıq borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2017-ci il tarixli icra sənədi əsasından Sadıyeva Nuridə Şəmsəddin qızından 129,6 manat borc tutulması nəzərdə tutulmuşdur. Hazırkı iddia ərizəsində İddiaçı həmin pulu ödədiyini və borcunun qalmadığını iddia etməkdədir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının yenidən mübahisələndirilməs yalnız müstəsna hallarda mümkündür və birinci instansiya məhkəmələrinin iddia icraatı qaydasında bu tip işlərə baxmaq səlahiyyəti mövcud deyildir. Belə ki, hazırda iddia ərizəsində qeyd olunan qətnamə (Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(103)-6581/2017 saylı) icra mərhələsindədir və Azərbaycan Respublikası «İcra haqqında» Qanununun 20.1.3-cü maddəsinin tələbinə uyğun olaraq borcun tutulması hissəsində icra sənədinə xitam verilə bilər. İddiaçının iddia tələbində göstərdiyi hallarla bağlı müvafiq İcra Şöbəsinə müraciət etmək hüququ mövcuddur. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. İddiaçının borcun silinməsi ilə bağlı tələbi məhkəmədə iddia icraatı qaydasında mübahisələndirilə bilməz. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “qalıq borcun silinməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar