Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-611/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı vəkili və nümayəndəsi X14, Mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6, onun nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X17 və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X17 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X21 adından tərtib edilən və 1 saylı Bakı “ASAN Xidmət” mərkəzənin notariat ofsinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilən xx xxxx 2019-cu il tarixli vəsiyyətnamə imza və xəttin ona məxsus olmaması əsası ilə, həmçinin mərhumun öz hərəkətlərinin mənasını anlamaq, ölçüb biçmək və dərk etmək qabiliyyətində olmaması əsası ilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X31 xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X31 ilə onlar doğma bacı-qardaş olmuşlar. O, ailəli olmamışdır və övladı olmamışdır. Son illər ağır onkoloji xəstə olmuşdur. Xəstəlik anbaan inkişaf edirdi və son bir ildə ağır ağrıkəsicilər qəbul edirdi. Bunun nəticəsində öz hərəkətlərini ölçüb biçmək iqtidarında olmurdu. Həmin xəstəlik nəticəsində qardaşı xx xxxxxxx 2019-cu ildə Bakı şəhərində vəfat etmişdir. Qardaşı sağlığında yaşadığı evi və digər əmlakını onun oğluna vəsiyyət edəcəyini bildirirdi. O və həyat yolldaşı hamılıqla onun daimi qulluğunda durmuş, bütün həkimlərə məhz onlar aparmış, ona tam maddi və mənəvi dəstək olmuşlar. Qardaşı ilə birlikdə yaşayan qadın X11 qardaşının yas yerində xx xxxx 2019-cu il tarixli vəsiyyətnaməni onlara təqdim edərək tam hüquqlu vərəsə olduğunu bildirmişdir. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofsinin xüsusi notariusu X22 tərəfindən xx xxxx 2019-cu il tarixidə təsdiq edilmiş həmin vəsiyyətnaməyə əsasən qardaşı bütün əmlakını, o cümlədən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 6 nömrəli evin 66 nömrəli mənzili və “Azərbaycan Beynəlxalq Bankı” X1 pulunu X8 vəsiyyət edir. Həmin vəsiyyətnaməyə baxanda xəttin və imzanın qardaşına məxsus olmadığı görünür. Bundan əlavə daim ağır ağrıkəsicilər qəbul edən mərhum qardaşının psixoloji durumu buna imkan vermirdi. Hesab edir ki, həmin vəsiyyətnamə onun tərəfindən tərtib edilməmişdir və onun iradə ifadəsini əks etdirmir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, müqavilə, etibarnamə və vəsiyyətnamə etibarsız hesab edilməlidir. Həmin vəsiyyətnamə yuxarıda göstərilən əsaslarla etibarsız hesab edilməlidir. İddiaçı vəkili və nümayəndəsi X33 oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasında iddia tələbi ilə bağlı izahat verərəlk bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, o mərhum X31 ilə 2014-cü ildən tanış olmuşdur. 2017-ci ilin yay aylarında isə ailə üzvləri ilə birlikdə gəlib onu ailəsindən istəyiblər. Rəsmi nikahları olmayıb. Mütəmadi olaraq ailə kimi bir yerdə yaşamışlar. Həmişə mərhumun qulluğunda o durmuşdur. 2019-cu ilin iyul ayında Fuad həkim qeydiyyatına gedən zaman onkoloji xəstə olduğunu öyrənib. Bir neçə gün xəstəxanada yatmişdı. Ev şəraitində yeməyini dərmanlarını o verib, qulluğunda olmuşdur. İddiaçının iddia tələbi tam əsassızdır. İddiaçı bacı kimi qardaşı ilə maraqlanmayıb, həmişə soyuq münasibətləri olub. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X22 tərəfindən xx xxxx 2019-cu il tarixidə təsdiq edilmiş həmin vəsiyyətnaməyə əsasən mərhum bütün əmlakını, o cümlədən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 6 nömrəli evin 66 nömrəli mənzili və “Azərbaycan Beynəlxalq Bankı” X2 olan pulunu ona vəsiyyət edib. Həmin vəsiyyətnaməni rəsmiləşdirməyə özü tək gedib, özü öz dəsti xətti ilə yazıb. Yuxarıda qeyd edilənlərə görə iddia tələbləri tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin nümayəndəsinin iştirakı olmadan hazırkı məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X16 ifadəsində bildirmişdir ki, o, X11 ilə eyni binada qalır. Təxminən 2 ildir ki, qonşudurlar və hər gün işdən evə gələndə mərhum X31 ilə bir evdə yaşayırdılar. Mərhumun evinə başqa qohumların gəlib-getdiyini görməmişdir. Mərhum X21 hansı səbəbdən rəhmətə getdiyindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid kimi dindirilən X20 öz ifadəsində bildirdi ki, o, mərhum X26 və həyat yoldaşı X10 tanıyır. Ayrı-ayrı binalarda yaşayırlar, lakin onları tez-tez binanın həyətində görürdü. Uşağı xəstə olduğundan ərizə yazmaq formasını başa salması üçün mərhumun evinə 2 dəfə getmişdir. Rayonda olduğundan dəfn və yas mərasimində iştirak edə bilməmişdir. Məhkəmə iclasında şahid kimi dindirlən X4 ifadəsində bildirmişdir ki, X6 qonşusudur. Aptekdə qeyri-rəsmi işləyir və mərhum tez-tez aptekə gəlib-gedirdi. Bir-iki dəfə evlərində olub. Dəfn və yas mərasimi xərclərini Maya çəkib, hətta ondan dəfn xərclərinə görə Maya 1000 manat borc alımışdır. X29 Maya Rzaxanova ilə ailəli olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirlən X15 ifadəsində bildirmişdir ki, Maya onun xalasıdır və X36 ilə ər-arvad kimi 2017-ci ildən bir yerdə yaşayırlar. Rəsmi nikahlarının olmadığından xəbəri olmayıb. Arada evlərinə gedib-gəlirdi və dəfn mərasimində özü, xalası Maya və dayıları iştirak etmişdirlər. Dəfn mərasiminin bütün xərclərini xalası Maya çəkmişdir. Mərhumun bacısı və yoldaşını xəstəxanada 1 dəfə görmüşdür. Xəstəxanda hətta X36ə qan vermişdir. Mərhumun bacısı və yoldaşı dəfn mərasimində yad insan kimi kənarda oturmuşdurlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X31 harada yeləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək özünə məxsus olan əmlakları ünvan 1 ünvanında yaşayan X8 vəsiyyət etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X31 xx xxxxxxx 2019-cu il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmazlığından vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxx 2019-cu il tarixdə 1362 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və X3 Fuad Faiq oğlunun ******* №-li xəstəlik tarixindən çıxarış epikrizinindən görünür ki, xəstənin obyektiv statusu vəziyyəti ağır, huşu aydın, halı aktiv, bədən quruluşu normostenik tipli qeyd edilmişdir. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən imzaların həqiqiliyi təsdiq edilən, X12 və X16 tərəfindən tərtib edilmiş **********524 saylı ərizədən görünür ki, X11 2017-ci il tarixdən X31 ilə ünvan 2 ünvanında yaşamışdırlar və X31 2019-cu ilin oktyabr ayınd avəfat edəndən sonra X11 onun dəfn və yas mərasimi xərclərini ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4373 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, “X21 adından olan x xxxx 2019-cu il tarixli vəsiyyətnamənin əlyazma mətni və “Fuad Əliyev” sözlərinin önündəki imza- X31 tərəfindən icra olunmuşdur; Aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168 maddəsinə əsasən Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X31 ilə X11 2017-ci ildən faktiki nikaha daxil olmuşlar. Mütəmadi olaraq ailə kimi bir yerdə yaşamışlar. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X22 tərəfindən xx xxxx 2019-cu il tarixidə təsdiq edilmiş həmin vəsiyyətnaməyə əsasən mərhum bütün əmlakını, o cümlədən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, 6 nömrəli evin 66 nömrəli mənzili və “Azərbaycan Beynəlxalq Bankı” X2 olan pulunu ona vəsiyyət edib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4373 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, “X21 adından olan x xxxx 2019-cu il tarixli vəsiyyətnamənin əlyazma mətni və “Fuad Əliyev” sözlərinin önündəki imza- X31 tərəfindən icra olunmuşdur; Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə qənaətə gəlir ki, mülki iş materiallarında olan tərəflərin təqdim etdiyi, o cümlədən məhkəmə tərəfindən əldə edilən sübutlardan iddia tələblərinin təmin edilməli olduğu qənaətinə gəlmək mümkün deyildir. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən, şahid ifadələri və ekspert rəyindən müəyyən olunur ki, mübahisələndirilən vəsiyyətnamə məhz X31 tərəfindən tərtib edilmişdir. Belə olan halda iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, xx xxxx 2019-cu il tarixli vəsiyyətnamənin mərhum X31 tərəfindən tərtib edilmədiyi faktı mövcud sübutlar məhkəmədə araşdırılarkən öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu X17 və mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-611/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-611/2020
03.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver