Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-613/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X18, İddiaçı vəkili X10, Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika” X12 nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Bank Respublika” X17 və “X6 Mərkəzi” X4rşı “hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6 Mərkəzi” X5 xx xxxxxx 2016-cı il tarixli hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi vəonun əsasında “Bank Respublika” X13 verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lerik Rayon Məhkəməsinin xx xxxx 2013cü il tarixli qətnaməsi əsasında ona məxsus və ünvan 1 ünvanında yerləşən mənzili “X6 Mərkəzi” X5 xx xxxxxx 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında “Bank Respublika” X17 25.500 (iyirmi beş min beş yüz) manat qiymətə satılmışdır. “X6 Mərkəzi” X5 xx xxxxxx 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi həyata keçirilərkən saxtakarlığa yol verilmiş və nəticədə hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin həyata keçirilməsinə nail olmuşdur. Belə ki, Lerik Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin xx xxx 2014-cü il qətnaməsi ilə qismən-ünvan 1 ünvanında yerləşən mənzilə olan mülkiyyət hüquqlarına xitam verilməsi hissəsində ləğv edilmişdir. Buna görə də həmin “X6 Mərkəzi” X5 xx xxxxxx 2016-cı il tarixli hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi və “Bank Respublika” X17 verilmiş qeydiyyat vəsiqəsini ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. “Bank Respublika” X22 və “X6 Mərkəzi” X8 mülki iş üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X25 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X14 çıxışında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika” X12 nümayəndəsi X20 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1292/2018 nömrəli xx xxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “X6 Mərkəzi” X4rşı, “Bank Respublika” X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi eyni məzmunlu, yəni “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-8777/2018 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1292/2018 nömrəli xx xxx 2018-ci il tarixli qətnaməsi dəyidirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-8474/2018 nömrəli qərarı ilə İddiaçı və vəkili X2 şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-8777/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində qeyd olunan məsələlərə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə artıq hüquqi qiymət verilmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-62/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “Bank Respublika” X12 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və şəxsi əşyaların boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı “Bank Respublika” X17 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdeh tərəfindən həmin yaşayış sahəsinin şəxsi əşyalarla birlikdə boşaldılması qət edilmişdir. Məlum olduğu kimi, məhkəmə sübütların qiymətləndirilməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq həyata keçirir. Yəni sübutları qiymətləndirərkən məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara qiymət verir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq olunması və iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6 Mərkəzi” X1 müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6 Mərkəzi” X5 nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində xx xxx 2007-ci il tarixdə qeydiyyata alınmışdır; Lerik Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı, X23 və X24 ilə “Bank Respublika” X22 arasında bağlanmış xx xxx 2007-ci il tarixli 191 nömrəli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlərdən “Bank Respublika” X12 xeyrinə 25.808,54 (iyirmi beş min səkkiz yüz səkkiz manat əlli dörd qəpik) manat məbləğində kredit rorcu, 739,30 (yeddi yüz otuz doqquz manat otuz qəpik) manat məbləğində faiz borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 26.577,84 (iyirmi altı min beş yüz yetmiş yeddi manat səksən dörd qəpik) manat məbləğində borsun tutularaq ödənilməsi, cavabdeh X19 məxsus olan Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşfiq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, onun açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdehlərin “Bank Respublika” X3 borcunun kreditdən istifadəyə görə faizlər, dövlət rüsumu, həmçinin hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclərin ödənilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin, qalan hissədə cavabdehlər İddiaçı, X15 və X16 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi, cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evinə olan mülkiyyət hüquqlarına, həmin evdən istifadə edər şəxslərin isə sahiblik və istifadə hüquqlarına xitam verilməsi, sahənin boşaldılması və ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməsi qət edilmişdir; Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli 2(106)- 63/2014 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, Lerik Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunaraq, Lerik Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin ipoteka qaydasında yüklü edilmiş, iş üzrə cavabdeh İddiaçı məxsus olan və Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6, 7Ç nömrəli ünvanda yerləşən evin hərracdan satıldıqdan sonra əldə edilmiş pul vəsaiti yetərli olmazsa, çatışmayan məbləğin cavabdehlərin digər əmlakları hesabına ümumi qaydada icra edilməsi, cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evinə olan mülkiyyət hüquqlarına, həmin evdən istifadə edən şəxslərin isə sahiblik və istifadə hüquqlarına xitam verilməsi, sahənin boşaldılması və ixtisaslaşdırılmış hərrac təşkilatının sərancamına verilməsinə dair hissəsində ləğv edilməsi, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı alınaraq dövlət nəfinə köçürülməsi qət edilmişdir; “Sərraf-N” X5 xx xxxxxx 2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evi 40.000 (qırx min) manat məbləğində qiymətləndirilmişdir; Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “X6 Mərkəzi” X7 ünvanladığı xx xxx 2016-cı il tarixli məktubunun surətindən görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli 2(106)-63/2014 nömrəli müvafiq icra vərəqəsi üzrə ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti olaraq 40.000 (qırx min) manat müəyyən edilərək açıq hərracdan satılması üçün əmlak barədə hərracın keçirilməsi haqqında sifariş göndərilmişdir; “X6 Mərkəzi” X5 xx xxx 2016-cı il 2118 nömrəli və xx xxxx 2016-cı il tarixli 2304 nömrəli bildirişlərinin surətlərindən görünür ki, Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evi 40.000 (qırx min) manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı xx xxxx 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir; “X6 Mərkəzi” X5 xx xxxx 2016-cı il tarixli 2621 nömrəli və xx xxxx 2016-cı il tarixli 2848 nömrəli bildirişlərinin surətlərindən görünür ki, Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evi 34.000 (otuz dörd min) manat (40.000x15%=34.000) qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı xx xxxxxx 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir; “Smart Express” məktub və bağlamaların daşınması xidmətinin 010436 nömrəli xəbərnaməsinin surətindən görünür ki, göndərilmiş bildirişin surətini xx xxxx 2016-cı il tarixdə İddiaçı tərəfindən şəxsən imza edilməklə qəbul edilmişdir; “Bank Respublika” X12 “X6 Mərkəzi” X7 ünvanladığı xx xxxxxx 2016-cı il tarixli 3121/01 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evinin tələbkar bankın balansına götürülməsinə etiraz etməmişdir; “X6 Mərkəzi” Hərracın nəticələri haqqında xx xxxxxx 2016-cı il tarixli Y-379 nömrəli yekun protokolun surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evi 40.000 (qırx min) manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25.500 (iyirmi beş min beş yüz) manat dəyərində tələbkar, yəni “Bank Respublika” X22 tərəfindən əldə edilmişdir; “X6 Mərkəzi” X8-satıcı ilə “Bank Respublika” X12 nümayəndəsi X21-alıcı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evi 40.000 (qırx min) manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 25.500 (iyirmi beş min beş yüz) manat dəyərində alıcı tərəfindən əldə edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evi “Bank Respublika” X12 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 347 nömrəli reyestr kitabının 32462 nömrəli vərəqində xx xxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(009)-1292/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə İddiaçı cavabdeh “X6 Mərkəzi” X4rşı, “Bank Respublikas” X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, “hərracın nəticələri haqqında protokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 8777/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(009)-1292/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, müvafiq qətnamə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-8474/2018 nömrəli qərarının surətindən görünür ki, müvafiq qərarla Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-8777/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, müvafiq qətnamə dəyişdirilmədən saxlanılmışdır; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)-1869/2019 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh “Bank Respublika” X17 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “qeydiyyat vəsiqəsinin etibarsız sayılması” tələbinə dair iddiasımümkün sayılmamışdır. Belə ki, hazırkı iddiaçı sonradan “X6 Mərkəzi” X5 hərrac protokolunu mübahisələndirsə də, məhkəmə qərarı ilə onun iddiası təmin olunmamış və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda sözügedən fərdi yaşayış evinə dair “Bank Respublika” X12 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirir. Məhkəmə müvafiq qərardadında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində tələbini “qeydiyyat vəsiqəsinin etibarsız sayılması” kimi göstərsə də, məhkəmə bu halı formal xəta qismində qiymətləndirir və tələbi “reyestrdə qeydiyyatın mübahisələndirilməsi” kimi qəbul edir. Mübahisə ilə bağlı isə məhkəmənin mövqeyi belədir ki, iddiaçının mübahisələndirdiyi qeydiyyat hərrac protokolu əsasında aparıldığından, hətta həmin protokolun etibarsızlğı barədə iddianın təmin olunubolunmamasından asılı olmayaraq, mübahisə publik deyil, mülki xarakterlidir. Odur ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(003)-62/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Bank Respublika” X12 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və şəxsi əşyaların məcburi boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdeh İddiaçı “Bank Respublika” X17 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və cavabdeh tərəfindən həmin yaşayış sahəsinin şəxsi əşyalarla birlikdə boşaldılması, hazırkı qətnamənin qanuni qüvvəyə mindikdən sonra cavabdehin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması qət edilmişdir; xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 (otuz) təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 (on beş) təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi miqdarında beh ödəməlidir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Məhkəmə ümumilikdə iddia tələbləri ilə bağlı ilk növbədə edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki,Abşeron rayonu, Binə qəsəbəsi, M.Müşviq küçəsi, döngə 6-da istifadədə olan 0,00858 ha torpaq sahəsində yerləşən bir mərtəbəli üç otaqlı 40,3 kv.metr yaşayış, 18,4 kv.metr köməkçi sahədən ibarət 7Ç nömrəli fərdi yaşayış evi ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq poçt xəbərnaməsi mövcuddur. Nəticədə həmin hərracların keçirilməsi barədə İddiaçı şəxsən məlumatlandırılmışdır. Göründüyü kimi, “X6 Mərkəzi” X8 tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdur. İddiaçı iddia ərizəsinin “hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi” tələbi əsas tələb olduğundan, həmin tələbin dəlilləri öz təsdiqini tapmadığından əsassız hesab edilərək təmin edilmədiyindən, müvafiq iddia ərizəsinin “müvafiq protokol üzrə alqı-satqı müqaviləsinə əsasən “Bank Respublika” X12 adına verilmiş hüquqların dövlət qeydiyyatı barədə reyestrdən çıxarışın ləğv edilməsi” kimi tələb qeyd edilən əsas tələbdən törənmiş tələblər olduğundan təmin edilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd etməyi həmçinin zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərində göstərilən halların məhkəmə araşdırmasında heç bir sübutla öz həqiqi təsdiqini tapmamışdır. Həmin əqdin bağlandığı tarix (xx xxxxxx 2016-cı il) İddiaçı bəlli olmuşdur. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə həmin tarixdən 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsinin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 (bir) illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, məhkəmə İddiaçı tərəfindən hərracın yekunlarının və alqı-satqı müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürüldüyünü nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Bank Respublika” X17 və “X6 Mərkəzi” X4rşı “hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə iddia ərizəsi təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd edildiyi kimi hər iki iddia tələbi üzrə mübahisələndirilən hallarıın heç biri öz həqiqi və hüquqi təsdiqini məhkəmə araşdırması zamanı tapmadığından, iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Bank Respublika” X17 və “X6 Mərkəzi” X4rşı “hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Bank Respublika” X17 və “X6 Mərkəzi” X4rşı “hərracın yekunları üzrə protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-613/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-613/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver