Məhkəmə qərarları › İş №2(005)-615/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-615/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-615/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Qanuni nümayəndə qarşı “təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə üzrə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qanuni nümayəndə qarşı “təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qanuni nümayəndə 5.900 (beş min doqquz yüz) manat məbləğində təhsil haqqı borcunun, gecikdirilmiş 647 (altı yüz qırx yeddi) gün üçün 530,41 (beş yüz otuz manat qırx bir qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı cəmiyyət ilə cavabdeh Qanuni nümayəndə arasında xx xxxx 2019-cu il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 4-cü bəndinə əsasən, cavabdeh Qanuni nümayəndə təmsil etdiyi şagird Cavabdeh 6-cı sinfə qeydə aldıraraq, 2019-2020-ci tədris ili üçün illik 13.300 (on üç min üç yüz) manat məbləğində təhsil haqqının ödənilməsini öz üzərinə götürmüşdür. Tərəflər arasında təhsil haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur: avans şəklində-3.000 (üç min) manat, xx xxxxxxx 2019-cu il tarixədək 3.100 (üç min bir yüz) manat, xx xxxxxx 2019-cu il tarixədək 4.100 (dörd min bir yüz) manat və xx xxxxxx 2020-ci il tarixədək 3.100 (üç min bir yüz) manat. Müqavilə üzrə cavabdeh Qanuni nümayəndə 7.400 (yeddi min dörd yüz) manat məbləğində təhsil haqqı ödəmişdir. Hal-hazırda cavabdeh Qanuni nümayəndə İddiaçınə olan borcu 5.900 (beş min doqquz yüz) manat məbləğində təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Qanuni nümayəndə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qanuni nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı nümayəndəsi X1 izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı-məktəb ilə Cavabdeh-şagird və Qanuni nümayəndə-təmsilçi arasında bağlanmış xx xxxx 2019-cu il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilənin məzmunundan görünür ki, cavabdeh Qanuni nümayəndə təmsil etdiyi Cavabdeh 6-cı sinfə qeydə aldıraraq, 2019-2020-ci tədris ili üçün illik təhsil haqqı 13.300 (on üç min üç yüz) manat məbləğində təhsil haqqı ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür (4-cü bənd). Təmsilçi öz növbəsində Qanuni nümayəndə adından çıxış edərkən müqavilənin 4-cü maddəsində göstərilən qaydada onların təhsil haqqını vaxtı-vaxtında məktəbə ödəməyi öz öhdəsinə götürmüşdür (1.2-ci bənd). Təhsil haqqı həm birdəfəlik, həm də dörd hissəyə bölünərək (rüblük) hissə-hissə müqavilə imzalandığı gün ödənilir. Ödənilən avans illik təhsil haqqının bir hissəsidir və ümumi məbləğdən çıxılır (4.3-cü bənd). Hissə-hissə ödənişin həyata keçirilməsi qaydası: avans şəklində-3.000 (üç min) manat, xx xxxxxxx 2019-cu il tarixədək 3.100 (üç min bir yüz) manat, xx xxxxxx 2019-cu il tarixədək 4.100 (dörd min bir yüz) manat və xx xxxxxx 2020-ci il tarixədək 3.100 (üç min bir yüz) manat (4.4-cü bənd). Davamlı xatırlatma və xəbərdarlıqlara baxmayaraq, ödəniş gecikdirildiyi halda nümayəndə hər gicikdirilmiş gün üçün təhsil haqqının 0,5% miqdarında əlavə ödəniş həyata keçirməyə borcludur (4.10-cu bənd). Ödəniş ödəmə günündən 1 (bir) ay ərzində həyata keçirilmədikdə, məktəb müqaviləyə birtərəfli şəkildə xitam verə bilər (4.11-ci bənd); İddiaçı müvafiq maliyyə arayışının məzmunundan görünür ki, şagird Cavabdeh 2019-2020-ci tədris ili üçün 13.300 (on üç min üç yüz) manat məbləğində təhsil haqqının 7.400 (yeddi min dörd yüz) manat məbləğində olan hissəsi ödənilmiş, 5.900 (beş min doqquz yüz) manat məbləğində borc qalığı qalmışdır; İddiaçı Qanuni nümayəndə ünvanladığı xx xxxx 2020-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, müvafiq cəmiyyətə borclu olduğu 7.200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaitinin 10 (on) gün ərzində ödənilməsi xahiş olunmuş, qeyd edilən pretenziya məktubuna 10 (on) gün ərzində cavab verilmədiyi təqdirdə və ya tələb yerinə yetirilmədikdə və bu halın davam edəcəyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh şəxs xəbərdar edilmişdir; Nərimanov RPİ tərəfindən xx xxxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1969-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş Qanuni nümayəndə ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı nümayəndəsi tərəfindən məhkəmədə müvafiq iddia tələbinin qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı-məktəb ilə Cavabdeh-şagird və Qanuni nümayəndə-təmsilçi arasında bağlanmış xx xxxx 2019-cu il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqaviləyə əsasən cavabdeh Qanuni nümayəndə təmsil etdiyi Cavabdeh 6-cı sinfə qeydə aldıraraq, 2019-2020-ci tədris ili üçün illik təhsil haqqı 13.300 (on üç min üç yüz) manat məbləğində təhsil haqqı ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür (4-cü bənd). Təmsilçi öz növbəsində Qanuni nümayəndə adından çıxış edərkən müqavilənin 4-cü maddəsində göstərilən qaydada onların təhsil haqqını vaxtı-vaxtında məktəbə ödəməyi öz öhdəsinə götürmüşdür (1.2-ci bənd). Təhsil haqqı həm birdəfəlik, həm də dörd hissəyə bölünərək (rüblük) hissə-hissə müqavilə imzalandığı gün ödənilir. Ödənilən avans illik təhsil haqqının bir hissəsidir və ümumi məbləğdən çıxılır (4.3-cü bənd). Hissə-hissə ödənişin həyata keçirilməsi qaydası: avans şəklində-3.000 (üç min) manat, xx xxxxxxx 2019-cu il tarixədək 3.100 (üç min bir yüz) manat, xx xxxxxx 2019-cu il tarixədək 4.100 (dörd min bir yüz) manat və xx xxxxxx 2020-ci il tarixədək 3.100 (üç min bir yüz) manat (4.4-cü bənd). Davamlı xatırlatma və xəbərdarlıqlara baxmayaraq, ödəniş gecikdirildiyi halda nümayəndə hər gicikdirilmiş gün üçün təhsil haqqının 0,5% miqdarında əlavə ödəniş həyata keçirməyə borcludur (4.10-cu bənd). Ödəniş ödəmə günündən 1 (bir) ay ərzində həyata keçirilmədikdə, məktəb müqaviləyə birtərəfli şəkildə xitam verə bilər (4.11-ci bənd). İddiaçı müvafiq maliyyə arayışından göründüy kimi şagird Cavabdeh 2019-2020-ci tədris ili üçün 13.300 (on üç min üç yüz) manat məbləğində təhsil haqqının 7.400 (yeddi min dörd yüz) manat məbləğində olan hissəsi ödənilmiş, 5.900 (beş min doqquz yüz) manat məbləğində borc qalığı qalmışdır. İddiaçı Qanuni nümayəndə xx xxxx 2020-ci il tarixli pretenziya məktubu ünvanlayaraq, müvafiq cəmiyyətə borclu olduğu 7.200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaitinin 10 (on) gün ərzində ödənilməsi xahiş olunmuş, qeyd edilən pretenziya məktubuna 10 (on) gün ərzində cavab verilmədiyi təqdirdə və ya tələb yerinə yetirilmədikdə və bu halın davam edəcəyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh şəxs xəbərdar edilmişdir. İddiaçı cavabdeh Qanuni nümayəndə qarşı “təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qanuni nümayəndə 5.900 (beş min doqquz yüz) manat məbləğində təhsil haqqı borcunun, gecikdirilmiş 647 (altı yüz qırx yeddi) gün üçün 530,41 (beş yüz otuz manat qırx bir qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı cəmiyyət iddia tələbini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Qanuni nümayəndə 5.900 (beş min doqquz yüz) manat məbləğində təhsil haqqı borcu və gecikdirilmiş 647 (altı yüz qırx yeddi) gün üçün 530,41 (beş yüz otuz manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Qanuni nümayəndə iddiaçı cəmiyyətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Qanuni nümayəndə 5.900 (beş min doqquz yüz) manat məbləğində təhsil haqqı borcu, gecikdirilmiş 647 (altı yüz qırx yeddi) gün üçün 530,41 (beş yüz otuz manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar