Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-628/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “X5 üzrə borcun ödənilməsi və lizinq obyektinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “X5 üzrə borcun ödənilməsi və lizinq obyektinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan “Hyundai Sonata” markalı **-PB-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçınə qaytarılması, Cavabdeh İddiaçı xeyrinə 11.930 (on bir min doqquz yüz otuz) manat məbləğində əsas lizinq borcu, 2.470 (iki min dörd yüz yetmiş) manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu, 2.050 (iki min əlli) manat məbləğində hesablanmış penya borcu olmaqla, cəmi 16.450 (on altı min dörd yüz əlli) manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-ci il tarixli 1901/0638 nömrəli X4 əsasən, İddiaçı Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən və ümumi dəyəri 17.700 (on yeddi min yeddi yüz) manat məbləğində olan 1 ədəd “Hyundai Sonata” markalı **-PB-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh onun müvəqqəti sahibliyi və istifadəsinə vermişdir. Cavabdeh isə 12.390 (on iki min üç yüz doxsan) manat məbləğində borcu illik 27% hesablanmaqla, 36 (otuz altı) ay müddətinə İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh lizinq müaviləsinə 2 nömrəli əlavədə (lizinq ödənişləri cədvəli üzrə) 36 (otuz altı) ay müddətinə illik 27% olaraq mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər lizinq təşkilatı tərəfindən Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə İddiaçınə iddia qaldırılan günə 11.930 (on bir min doqquz yüz otuz) manat məbləğində əsas lizinq borcu, 2.470 (iki min dörd yüz yetmiş) manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu, 2.050 (iki min əlli) manat məbləğində hesablanmış penya borcu olmaqla, cəmi 16.450 (on altı min dörd yüz əlli) manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, o müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. xx xxxxxxxx 2019-ci il tarixli 1901/0638 nömrəli X3 14.1-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər: 14.1.3.lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirmişdir. İddiaçı nümayəndəsi X2 xx xxxxxx 2021-ci il tarixdə iddia ərizəsinə əlavə verərək, İddiaçı mülkiyyətində olan “Hyundai” markalı “Sonata” modelli **-PB-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçınə qaytarılması, Cavabdeh İddiaçı xeyrinə 11.930 (on bir min doqquz yüz otuz) manat məbləğində əsas lizinq borcu, 3.436,16 (üç min dörd yüz otuz altı manat on altı qəpik) manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu, 3.856 (üç min səkkiz yüz əlli altı) manat məbləğində hesablanmış penya borcu olmaqla, cəmi 19.222,16 (on doqquz min iki yüz iyirmi iki manat on altı qəpik) manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı nümayəndəsi X1 izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-ci il tarixli 1901/0638 nömrəli X3 müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən İddiaçı Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən və ümumi dəyəri 17.700 (on yeddi min yeddi yüz) manat məbləğində olan 1 ədəd “Hyundai Sonata” markalı **-PB-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh onun müvəqqəti sahibliyi və istifadəsinə vermişdir. Cavabdeh isə 12.390 (on iki min üç yüz doxsan) manat məbləğində borcu illik 27% hesablanmaqla, 36 (otuz altı) ay müddətinə İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür; İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-ci il tarixli 1901/0638 nömrəli X3 ayrılmaz hissəsi olan 2 nömrəli əlavənin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh 36 (otuz altı) ay ərzində hər ay 506 (beş yüz altı) manat (sonuncu ay 497 (dörd yüz doxsan yeddi) manat) məbləğində pul vəsaitini İddiaçı xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür; İddiaçı tərəfindən təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli lizinq borcu haqqında arayışın məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-ci il tarixli 1901/0638 nömrəli X5 üzrə xx xxxxxxx 2020-ci il tarixə cavabdeh şəxsin iddiaçı təşkilata 11.930 (on bir min doqquz yüz otuz) manat məbləğində əsas lizinq borcu, 2.470 (iki min dörd yüz yetmiş) manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu, 2.050 (iki min əlli) manat məbləğində hesablanmış penya borcu olmaqla, cəmi 16.450 (on altı min dörd yüz əlli) manat məbləğində borcu yaranmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Qeydiyyat və İmtahan İdarəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş AD seriyalı 587440 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı “Hyundai Sonata minik” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçınə məxsusdur; ASAN 1 tərəfindən xx xxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1978ci il tarixdə Ermənistanın Quqark rayonunda anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbinin qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir; 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İddiaçı nümayəndəsi X1 izahatı və təqdim olunmuş sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-ci il tarixli 1901/0638 nömrəli X4 əsasən, İddiaçı Cavabdeh ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə göstərilən və ümumi dəyəri 17.700 (on yeddi min yeddi yüz) manat məbləğində olan 1 ədəd “Hyundai Sonata” markalı **-PB-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh onun müvəqqəti sahibliyi və istifadəsinə vermişdir. Cavabdeh isə 12.390 (on iki min üç yüz doxsan) manat məbləğində borcu illik 27% hesablanmaqla, 36 (otuz altı) ay müddətinə İddiaçınə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh lizinq müaviləsinə 2 nömrəli əlavədə (lizinq ödənişləri cədvəli üzrə) 36 (otuz altı) ay müddətinə illik 27% olaraq mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər lizinq təşkilatı tərəfindən Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdə İddiaçınə iddia qaldırılan günə 11.930 (on bir min doqquz yüz otuz) manat məbləğində əsas lizinq borcu, 3.436,16 (üç min dörd yüz otuz altı manat on altı qəpik) manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu, 3.856 (üç min səkkiz yüz əlli altı) manat məbləğində hesablanmış penya borcu olmaqla, cəmi 19.222,16 (on doqquz min iki yüz iyirmi iki manat on altı qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı Cavabdeh qarşı “X5 üzrə borcun ödənilməsi və lizinq obyektinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan “Hyundai Sonata” markalı **-PB-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçınə qaytarılması və qeyd edilən borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinin 3.856 (üç min səkkiz yüz əlli altı) manat məbləğində hesablanmış dəbbə borcunun cavabdeh şəxsdən iddiaçı təşkilatın xeyrinə tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən lizinq obyekti üzrə ödənilməli olan əsas məbləğin qalığının çox olmamasını, həmçinin aparılmış ödənişləri nəzərə alır və İddiaçı iddia tələbinin 3.856 (üç min səkkiz yüz əlli altı) manat məbləğində hesablanmış dəbbə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və Cavabdeh dəbbə pulu olaraq 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı təşkilat iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan “Hyundai” markalı “Sonata” modelli **-PB-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçınə qaytarılmalı, Cavabdeh İddiaçı xeyrinə 11.930 (on bir min doqquz yüz otuz) manat məbləğində əsas lizinq borcu, 3.436,16 (üç min dörd yüz otuz altı manat on altı qəpik) manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu, 500 (beş yüz) manat məbləğində hesablanmış penya borcu olmaqla, cəmi 15.866,16 (on beş min səkkiz yüz altmış altı manat on altı qəpik) manat məbləğində borc tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan “Hyundai” markalı “Sonata” modelli **-PB-*** qeydiyyat nömrəli avtomaşın Cavabdeh qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçınə qaytarılsın. Cavabdeh 11.930 (on bir min doqquz yüz otuz) manat məbləğində əsas lizinq borcu, 3.436,16 (üç min dörd yüz otuz altı manat on altı qəpik) manat məbləğində lizinqdən istifadəyə görə faiz borcu, 500 (beş yüz) manat məbləğində hesablanmış penya borcu olmaqla, cəmi 15.866,16 (on beş min səkkiz yüz altmış altı manat on altı qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-628/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-628/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver