Məhkəmə qərarları › İş №2(005)-629/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-629/2021

10.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-629/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********31000 nömrəli abonent koduna qaz sərfiyyatına görə tələb etdiyi 345 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, 7/19 saylı evin, 31 saylı mülkiyyətçisidir. 2018-ci ildə həmin mənzildə quraşdırılmış mexaniki tipli qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, istismar müddəti bitdiyi üçün qaz sayğacı çıxardılmışdır və əhali sektorunda istismarda olan mexaniki tipli qaz sayğacları dövlət yoxlanmasından keçirilmiş, sayğaca ümumi baxış keçirilən zaman sayğacın plombunun aşkar olunmadığı qeyd edilmişdir. Qaz sayğacının yoxlanılması barədə aktın əsasında, Cavabdeh İB-nin BRQS Departamenti tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 58/1139 nömrəli, xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda iddiaçı tərəfindən qənaətli su qızdırıcısının işlədildiyi qeyd edilmişdir. Mənzildə qənaətli su qızdırıcısı yoxdur, ümumiyyətlə yalnız üçgözlü qaz sobasından istifadə olunur, mənzilin istilik sistemi isə mərkəzi istilik sisteminə bağlıdır, isti su və digər avadanlıqlar elektriklə işləyir. Mənzilə baxış keçirilmədən akt tərtib olunub. İddiaçı aktın tərtib edilməsində iştirak etməmişdir və imza etməmişdir. Lakin, aktda iddiaçının adının qarşısında imtina qeydi aparılmışdır. Həmçinin iddiaçının həmin aktın tərtib edilməsindən ümumiyyətlə məlumatı olmayıb, yalnız 2020-ci ilin sentyabr ayında yenidən smart tipli sayğac mexaniki tipli sayğacla əvəz olunarkən 2018-ci ildə borc yazılmasından xəbər tutmuşdur. Abonent saldosuna nəzər yetirdikdə məlum olur ki, mənzilə aylıq qaz sərfiyyatı təxminən 1 manat dəyərindədir. İddiaçı yüksək qaz sərfiyyatı olmadığı halda qaz sayğacına hər hansı müdaxilənin həyata keçirilməsində marağının olması da mümkün deyildir. Azərbaycan Respublikası DNŞ Cavabdeh İB-nin BRQSD itirilmiş təbii qazın dəyərinin hesablanması komissyası tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamyəyə əsasən, ******* nömrəli, xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 1728 m3 qazın itkiyə getdiyi hesablanmışdır. Qaz paylayıcısı tərəfindən sayğacın yivli birləşməsinə vurulmuş plombun yerində aşkar edilməməsi qüsur kimi qeyd olunaraq, qaz sayğacına plomb vurulması tələbi qoyulmuşdur. Abonent saldosuna əsasən İddiaçı 345 manat borc hesablanmışdır. İddiaçı və ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə edilməmişdir, əgər hər hansı qaz itkisi faktiki aşkarlanıbsa iddiaçının təqsiri, hərəkət və ya hərəkətsizliyi ucbatından olmamışdır. Hər bir nasazlıq barədə Azərbaycan Respublikası DNŞ Cavabdeh əməkdaşlarına da məlumat verilmişdir. Əslində qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrə yol verilməməsi istehlakçının vəzifəsi deyildir. İddiaçı, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar olunan hallar barədə qaz paylayıcısına məlumat verilməldir. İddiaçı yaranmış problemin həlli üçün ilk öncə Cavabdeh İB-nə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli cavab məktubunda müraciətlə bağlı yazılmış 001407 nömrəli aktın ləğv olunması məqsədilə toplanmış materialların Cavabdeh İB-nin istehlakçılardan daxil olmuş müraciətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissyanın işçi qrupuna yönləndirildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası DNŞ Cavabdeh İB-nin BRQSD-nin xx.xx.2020ci il tarixli cavab məktubuna əsasən, abonent hesabında düzəliş olmasının məqsədəmüvafiq hesab edilmədiyi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixində Cavabdeh İB-nin BRQSD-nin nümayəndələri tərəfindən qaz sayğacına plomb vurulmuşdur, mənzildə qaz təchizatı dayandırlımışdır. Ona görə də İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını dinləyib, təqdim olunan sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərqiaz istehsalat birliyi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 1 nömrəli aktın məzmunundan görünür ki, İddiaçı A.Alı küçəsi ev 7/19 mənzil 31 ünvanında istehlakçı kodu 10**********310 olmaqla 337,3 (üç yüz otuz yeddi manat üç qəpik) manat borc olduğu üçün qaz təchizatı plombla dayandırlmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixdə 58/1138 nömrəli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, yaşayış ünvanında quraşdırılmış G tipli 1202AQ**********2 nömrəli sayğacın plombu yoxdur. Abonenet saldosunda qeyd edilmişdir ki, 03/2018-ci il tarixinə qalıq və aktlar üzrə 345,60 manat borc vardır. Bakı X3 Departamentinin xx xxxx 2018-ci il tarixli tərtib edilmiş aktından görünür ki, itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlər görülərək qaz sayğacına baxış keçirilərək plomb vurulsun. Qüsur olaraq qaz paylayıcısı tərəfindən sayğacın yivli birləşməsinə vurulmuş plomb (yerində aşkar olunmadı) qırıldığı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli müraciətə baxılması barədə məktubdan görünür ki, Cavabdehndən Bakı X3 Departamentinə daxil olmuş abonent hesabında yaranmış borcun araşdırılması barədə xx.xx.2020-ci il tarixli SOCAR **********30560046X11015 saylı ərizə müvafiq qaydada araşdırılmışdır. Nərimanov rayonu, Aşıq-Alı küçəsi, bina 7/19 mənzil 31 ünvanında olan mənzilə yazılmış 001407 nömrəli aktın ləğv olunması məqsədi ilə toplanmış materiallar Cavabdeh İstehsalat Birlyinin “İstehlakçılardan daxil olmuş müraciətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissya”nın işçi qrupuna yönləndirildiyi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli müraciətə baxılması barədə Cavabdehndən Bakı X3 Departamentinə daxil olmuş abonent hesabında yaranmış borcun araşdırılması barədə xx.xx.2020-ci il tarixli SOCAR **********30560046X11015 saylı ərizə araşdırılaraq Cavabdeh “İstehlakçılardan daxil olmuş müraciətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissya”sı tərəfindən baxılmış və Cavabdehndən Bakı X3 Departamentinə daxil olmuş xx.xx.2020-ci il tarixli SOCAR**********30560046X11923 saylı məktuba əsasən abonent hesabında düzəliş olunması məqsədəmüvafiq hesab edilmədiyi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə hesabda 337.30 (üç yüz otuz yeddi manat otuz qəpik) manat borc mövcuddur və ödənməli olduğu qeyd edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı aydın oldu ki, xx xxxx 2018-ci il tarixdə iddiaçıya məxsus olan Nərimanov rayonu, A.Alı küçəsində yerləşən 7/19 saylı evin 31 saylı mənzilində quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğaca ümumi baxış keçirilən zaman sayğacın plombunun aşkar olunmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin tərtib etdiyi Qaz sayğacının yoxlanılması barədə akta əsasən xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş aktda sayğacın plombunun aşkar olunmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 58/1139 nömrəli xx xxxx 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 1728 m³ qazın itkiyə getdiyi hesablanmışdır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evində quraşdırılmış sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 345,60 manat borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 345,60 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən 7/19 saylı evin, 31 saylı ünvan üzrə (abonent kodu **********31000) hesablanmış 345,6 manat borc silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar