Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-629/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və kirayə borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh ilə aralarında bağlanmış 25 mart 2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 50 ünvanda yerləşən 14 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 14 saylı mənzili tam olaraq xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bu barədə iddiaçıya AR ƏMDK yanında DƏDRX-i tərəfindən xx.xx.2012-ci il tarixdə RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Hazırda iddiaçı təqaüddədir. Bu səbəbdən 25 mart 2023-cü il tarixli “Kirayə müqaviləsi”nə əsasən iddiaçı mənzilini müvəqqəti olaraq vətəndaş Cavabdeh kirayəyə vermişdir. Kirayə müddəti xx.xx.2026-cı il tarixə kimi nəzərdə tutulmuşdur. Kirayə müqaviləsində aylıq kirayə ödənişi 500 manat nəzərdə tutulmasına baxmayaraq, iddiaçı cavabdeh tərəfindən hər ay 450 manat ödəniş edilməsinə etiraz etməmişdir. Cavabdeh mənzilə köçdükdən sonra dəfələrlə müqavilənin şərtlərini pozmuşdur. O gah aylıq kirayə məbləğini tam ödəməmiş, gah da ümumiyyətlə ödəniş etməmişdir. Ona görə də iddiaçı cavabdehə dəfələrlə müraciət və xəbərdarlıq etmişdir. Ancaq heç bir müsbət nəticəyə nail olmamışdır. İddiaçı bildirir ki, hazırda Cavabdeh mənzil kirayəsinə görə ona 1050 manat məbləğində borcu vardır. İddiaçı borcun ödənilməsini xahiş etdikdə ona müxtəlif bəhanələr gətirir, hədələyir və s. Sonuncu dəfə, xx.xx.2023-cü il tarixdə mənzildən 10 gün müddətində çıxması barədə ona rəsmi məktub göndərmişdir. Ancaq cavabdeh yenə də onun xahişinə məhəl qoymamış və bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu İcra və Probasiya şöbəsində qeydiyyatda olduğu üçün icra məmuru ona, iddiaçıya məxsus mənzildən çıxmağa icazə vermir. İddiaçı icra məmuru Aysel Həsənova ilə (tel: *** *** ** **) görüşmüşdür və ona bildirilib ki, cavabdeh onları xəbərdar etməklə Bakı şəhərində istədiyi ünvanda yaşaya bilər. İddiaçı bildirir ki, cavabdehin kirayədə yaşadığı mənzilinə hazırda onun özünün ehtiyacı var. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh ilə aralarında bağlanmış 25 mart 2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 50 ünvanda yerləşən 14 saylı mənzildən çıxarılması və mənzilin kirayə müqaviləsinə əsasən borclu olduğu 1500 manat məbləğində pul vəsaitinin ondan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 25 mart 2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehin və onun azyaşlı övladlarının mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 50/14 saylı mənzilindən çıxarılması, 25 mart 2023-cü il tarixli kirayə müqaviləsinə əsasən 25 avqust 2023-cü il tarixdən başlayaraq cavabdehin ödəmədiyi 2023-cü il sentyabr ayı üçün 200 manat və sonrakı hər ay üçün aylıq 500 manat məbləğində kirayə haqqının Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 50/14 saylı mənzildən çıxan günə qədər hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, qeyd edir ki, aralarında bağlanmış kirayə müqaviləsinə əsasən hər ay üçün iddiaçıya 500 manat pul ödəməli idi. Qarşılıqlı razılaşmaları əsasında iddiaçıya iyul ayına kimi 450 AZN tam ödəmişdir. Lakin 2023-cü ilin 25 avqust ayından başlayaraq ödəməli olduğu 500 manatın sonuncu dəfə 300 manatını 2023-cü ilin 17 sentyabr ayında ödəmiş (sonuncu Ödənilən qəbzi məhkəməyə təqdim edib) və digər aylıq kirayə haqqlarını ödəməmişdir. Məhkəmə icraatının uzanması, cavabdehin mənzildən çıxmaq fikrinin və niyyətinin olmaması iddia tələbinin dəyişdirilməsi zərurətini yaratmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 14 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** qeydiyyata alınmışdır. Bakı şəhəri 32 saylı Notariat ofisində təsdiq edilmiş “Kirayəyə verən” İddiaçı ilə “Kirayəçi” Cavabdeh arasında bağlanmış 25 mart 2023-cü il tarixli “Kirayə müqaviləsi”nin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 14 saylı mənzil kirayəyə verilmişdir. Müqaviləyə əsasən kirayə haqqı aylıq 500 manat, kirayə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh kirayə müqaviləsinin 13-cü bəndini əsas tutmaqla müqaviləyə xitam verilərək 10 gün müddətində evi təhvil verməyi xahiş olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(037)-4/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-adək yaşadığı ünvan 4i ünvanındakı evini tərk etməmək, Göyçay rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Cavabdeh cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməsi, Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması qət edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 300 manat pul məbləği İddiaçı bank hesabına köçürülmüşdür. Bakı Şəhər Probasiya İdarəsindən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, məhkum Cavabdeh xx.xx.2023-cü il tarixindən idarənin qeydiyyatına alınmışdır. Həmin tarixdə ATTENTİ markalı elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Çəkilməmiş qalan hissəsi 02 il 05 ay 13 gündür. Cəzasının sonu xx.xx.2026-cı ildir. Cəzasının 06 ay 17 gününü çəkmişdir. Bakı Şəhər Probasiya İdarəsindən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən 03 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş məhkum Cavabdeh barəsində olan məhkəmə hökmü xx.xx.2023-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Qeyd edilir ki, məhkum Cavabdeh yaşayış ünvanı Göyçay Rayon Məhkəməsinin 7(046)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ünvan 8 ünvanına dəyişdirilmişdir. Göyçay Rayon Məhkəməsinin 7(046)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsinə daxil olmuş, həmin tarixdə məhkum qeydiyyata götürülmüşdür. Cəzasının əvvəli xx.xx.2023-cü il, cəzasının sonu xx.xx.2026-cı il tarixə hesablanmışdır. xx.xx.2024-cü il tarixədək çəkilmiş cəzası 06 ay 27 gün təşkil edir. Məhkəmədə müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən 14 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Tərəflər arasında 25 mart 2023-cü il tarixdə Kirayə müqaviləsi bağlanmış, müqavilə Bakı şəhəri 32 saylı Notariat ofisində təsdiq edilmişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı bildirir ki, cavabdeh kirayə müqaviləsi üzrə müəyyən olunmuş kirayə haqqını uzun müddətdir ödəmir və iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, ona məxsus mənzildən çıxmır. Hazırda iddiaçı cavabdehin və onun övladlarının ona mülkiyyət hüququ ilə məxsus mənzildən çıxmasını, həmçinin ödənilməmiş aylar üçün yaranmış kirayə haqqı borcunun ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 675-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 692.2.1-ci maddəsinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasına təqsirli olduqda kirayə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. 690.1-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayə müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir (maddə 690.2). İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona müqavilə şərtinə riayət etməməsi ilə əlaqədar müqavilənin ləğv ediləcəyi barədə pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin yuxarıda qeyd edilən maddələrində müqavilənin ləğv edilməsinin əsasları kimi tərəflərin razılaşması Mülki Məcəllə və ya müqavilədə müəyyən edilmiş hallar nəzərdə tutulmuşdur. Tərəflərin iradəsinə əsasən bağlanılmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Pozuntu o zaman əhəmiyyətli sayılır ki, bunun digər tərəfə vurduğu zərər müqavilə bağlayarkən onun ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Öhdəliyin tamamilə icra edilməməsi yanaşı onun vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olar və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüququ nəticələrə səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda ünvan 3 ünvanında yerləşən 14 saylı mənzil İddiaçı mülkiyyətindədir. Nəticə etibarilə istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(037)-4/2023 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmçinin azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonu ərazisində çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00dan saat 06:00-adək yaşadığı ünvan 4i ünvanındakı evini tərk etməməsi hökm olunmuşdur. Bakı Şəhər Probasiya İdarəsindən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olundu ki, məhkum Cavabdeh cəza çəkməsi ünvanı Göyçay Rayon Məhkəməsinin 7(046)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ünvan 8 ünvanına dəyişdirilmiş, həmin qərar xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsinə daxil olmuş, həmin tarixdə məhkum qeydiyyata götürülmüşdür. Beləliklə, mülki işdən müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən ünvan 8 ünvanında yaşamış, lakin 25 mart 2023-cü il tarixli Kirayə Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla belə iddiaçı müqaviləyə xitam verilməsini əvvəl özünün və ailə üzvlərinin mənzilə ehtiyacının yaranması ilə əsaslandırsa da, məhkəmə araşdırmasının gedişatında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrdə cavabdeh tərəfindən kirayə haqqlarının ödənilmədiyini əsas gətirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı göstərilən iddia tələbini təkzib edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh bağlanmış kirayə müqaviləsi üzrə iddiaçıya hər ay kirayə pulu ödəməli olmasına dair vəzifələrin daşıyıcısıdır. Cavabdehin 2023-cü ilin avqust ayından başlayaraq kirayə haqqı ödəməməsi nəticəsində iddiaçı, müqavilə bağlanarkən hər ay əldə edəcəyini ümid etdiyi 500 manat kirayə haqqından məhrum olmuşdur. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı). Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Həmin norma ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü təsbit edir. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı). Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi bu hissələrdə qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 mart 2023-cü il tarixli kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh və onun azyaşlı övladları ünvan 3 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “kirayə müqaviləsi üzrə cavabdehin ödəmədiyi 2023-cü il sentyabr ayı üçün 200 manat və sonrakı hər ay üçün aylıq 500 manat məbləğində kirayə haqqının sözügedən mənzildən çıxan günə qədər hesablanaraq ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında 25 mart 2023-cü il tarixli Kirayə Müqaviləsinə əsasən, İddiaçı ünvan 3 ünvanında yerləşən 14 saylı mənzili cavabdeh (kirayəçi) Cavabdeh kirayəyə vermiş, cavabdeh isə həmin mənzilə görə iddiaçıya aylıq 500 (beş yüz) manat kirayə haqqı ödəməli olduğu halda bunu etməmişdir. (Müqavilənin 4cü bəndi) Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 25 mart 2023-cü il tarixli Kirayə Müqaviləsi üzrə öhdəliklərini tam icra edərək, mənzili kirayə üçün təhvil vermiş, lakin cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icra etməyərək, müqavilə şərtlərini pozmuşdur. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, tərəflər arasında 25 mart 2023-cü il tarixli Kirayə Müqaviləsinin tələbləri müqavilə üzrə tərəf olan Cavabdeh tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliyinin yerinə yetirilərək, ödənilməmiş kirayə haqqlarını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə bundan əlavə “kirayə haqqı borcunun cavabdehin mənzildən çıxan günə qədər hesablanaraq ödənilməsi” hissəsində isə iddia tələbini əsassız hesab edir. Belə ki, iddia tələbi qeyd olunan hissədə qeyri-müəyyəndir. Belə ki, iddiaçı tərəf qətnamə icra olunan günə qədər 500 manat kirayə haqqının hesablanıb ödənilməsini tələb etsə də, gələcəkdə qətnamənin icra edilməsi vaxtı qeyri-müəyyən olduğundan iddianın qeyd olunan hissəsi əsaslı sayıla bilməz. Buna görə də, məhkəmə kirayə haqqını 2023-cü ilin oktyabr ayından qətnamə çıxarıldığı günə qədər hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə tutulmasını əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehin 2023-cü il sentyabr ayında 300 manat ödəniş etməsini nəzərə alaraq, həmin ay üçün qalıq 200 manat və sonrakı ödəniş olunmayan 4 aylıq kirayə haqqı məbləği - 2200 manat (xx.xx.2023-cü il – xx.xx.2024-cü il tarixləri üçün 4 ay x 500 AZN + 200 AZN) məbləğində kirayə haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı məhkəmə, iddiaçıya kirayə əmlakı ona geri qaytarılmadığı müddət üçün ona dəymiş ziyanın ödənilməsi barədə iddia qaldırmaq hüququndan məhrum olmadığını izah edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tiutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 mart 2023-cü il tarixli kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh və onun azyaşlı övladları ünvan 3 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılsın. Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində kirayə haqqı və 100 manat dövlət rüsumu İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-629/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-629/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver