Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-64/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh Göyüş oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1,İddiaçı2 Cavabdeh qarşı "pəncərənin bağlanması, tikilinin əvvəlki vəziyətə qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçılar İddiaçı1, X7, İddiaçı2 Cavabdeh qarşı "pəncərənin bağlanması, tikilinin əvvəlki vəziyətə qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən ortaq divarında inşa edilmiş pəncərənin bağlanılmasına və tikilinin ilkin vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən ev iddiaçıların ata yurdudur. Mərhum atası dünyasını dəyişdikdən qeyd olunan ünvan bərabər paylı tam mülkiyyət hüququ ilə onların mülkiyyətinə keçmişdir.Qeyd edirlər ki, yan qonşuları - hazırki Cavabdeh ortaq divarını tamamilə zəbt edərək üzərində özbaşına tikili inşa etmişdir. Belə ki, ünvan 3 ünvanında yaşayan cavabdeh onların mənzildə olmamağından sui-istifadə edərək, 2018-ci ilin əvvəllərində iki yaşayış evinin həyətini ayıran divara birləşik evinin ikinci mərtəbəsini (hesab edirlər ki, qanunsuz olaraq) inşa etmiş və oradan həmin divara birləşik pəncərə qoymuşdur. Bundan xəbər tutduqdan sonra cavabdehə pəncərəsini bağlamasını, ümumiyyətlə ortaq divarda evin inşasının başa çatdırılmasının qanunvericiliyin tələblərinə zidd olduğunu bildirsələr də, cavabdeh ilk olaraq onlara yalan vədlər verərək pəncərənin yerini dəyişəcəyini bildirmiş, daha sonradan digər qonşular ilə də arasında münaqişələr yaranması səbəbilə pəncərəni tam bərpa etmişdir.Cavabdehin evinin pəncərəsi nəinki həyətinə, hətta hazırda onların evinin (otağının) içinə baxır. Belə ki,evləri iki mərtəbəlidir və hazırda evinin ikinci mərtəbəsində təmir işləri gedir, lakin, cavabdeh qanunvericiliyin tələblərini pozmaqla bərabər onların təmir işlərinizə ziyan vurmuş, mənzilini yararsız hala salmış, təbii işığın və təbii hava axınının qarşısını almışdır. Bundan başqa, cavabdeh və ailə üzvləri qərəzli şəkildə bütün gün pəncərədə dayanaraq onların ailə işlərinizə qarışır, qanunsuz evlərinə dair çəkilişlər aparır, təhqiramiz ifadələr işlədir.İddiaçılar qeyd edir ki,onlar böyük ailədilər və evlərində övladları, nəvələri böyüyür. Qonşularının qanuna zidd hərəkətlər hərəkətləri bütün ailə üzvlərinin psixologiyasına mənfi təsir göstərir, qanunvericliklə qorunan hüquqlarını tapdalayır. Qeyd edir ki, o, (İddiaçı1) birinci qrup əlildir və mütəmadi müalicə alır. Cavabdehlə aralarında olan münaqişə səbəbilə bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş olsalar da, heç bir tədbir görülməmiş və məsələ ilə bağlı faktiki olaraq heç bir nəticə əldə olunmamışdır.Buna görə məhkəməyə müraciət etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etmədiyini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. O qeyd etdi ki, əvvəllər X7 artıq analoji iddia tələbi ilə məhkəməyə müraciət etmiş və həmin tələb təmin edilməmişdir. İndi isə əslində o mənzildə yaşamayan bacısı və qardaşını öyrədib belə bir iddia qaldırmağa məcbur edib. Qonşu olaraq münasibətləri çox pisdir. Cavabdeh yox, əksinə iddiaçı tərəfindən qanunsuz tikililər aparılır. Keçən dəfəki məhkəmə prosesindən sonra pəncərələrdən biri bağlanılıb. Hazırda həmin evin yalnız bir pəncərəsi var, onun bağlanması qeyri mümkündür, iddiaçıya isə heç bir maneəşiliyi yoxdur. Bunu iki dəfə keçirilən ekspertiza rəyləri də təsdiq edir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbləri əsassızdır və aşağıdakı səbəblərə təmin edilməməlidir. Mülki işin materialları - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdraəsinin ******* nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin 1/3 hissəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdraəsinin ******* nömrəli çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin 1/3 hissəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il qeydiyyata alınmışdır. -AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilən 081228 seriyalı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətinə keçirilmişdir.xx.xx.1997-ci ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin fərdi yaşayış evinə dair Texniki pasportdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi ,b.5,m.17 İddiaçı1 və başqalarına məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin fərdi yaşayış evinə dair Texniki pasportdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi ,b.5,m.17 İddiaçı2 və başqalarına məxsusdur. - “Respublika Gigiyena və Epidemologiya Mərkəzi”PHŞ Tədqiqat obyektinə dair mütəxəssis rəyinə əsasən ünvan 5 ünvanında idiaçılar X5,İddiaçı2,İddiaçı1 məxsus mənzilin yaşayış otağında aparılmış müayinələrin göstəricilərinə əsasən,hava cərəyanının surəti normaya uyğundur,işiqlanma tələb olunn normadan azdır.Cavabdeh Göyüş oğluna məxsus ünvan 5 ünvanında tərəflərin həyətlərini ayıran ara divarda inşa edilən pəncərənin mövcudluğu iddiaçılar X5,İddiaçı2,İddiaçı1 məxsus fərdi yaşayış evinin istismarına hərhansı maneçilik törədilib-törədilməməsi barədə rəyin verilməsi “Respublika Gigiyena və Epidemologiya Mərkəzi”PHŞ səlahiyyətləri çərçivəsində deyil. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2(005)-358/2024 saylı,xx.xx.2023 tarixli mülki iş üzrə 1-ci sual üzrə rəyindən görünür ki, ünvan 5 saylı mənzildən 17 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən yaşayış otağına tərəf pəncərənin açılmadığı, lakin ümumi sahəsi 15,5 kv.m olan açıq eyvan tikilisinə tərəf isə 1 ədəd pəncərənin açıldığı müəyyən edilmişdir. “Respublika Gigiyena və Epidemologiya Mərkəzi”PHŞ-nin X3 həkim-laborantı,Abdullayeva Püstəxanım və xəbərdaredici sanitariya nəzarəti bölməsinin mühəndisi Kərimov Əziz tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 6 ünvanda iddiaçılar X2, İddiaçı2 və İddiaçı1a məxsus mənzilin yaşayış otağındaaparılmış müayinələrin göstəricilərinə əsasən, hava cərəyanının surəti normaya uyğundur, işıqlanma tələb olunan normadan azdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-29/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsini, pəncərəsinin bağlanması tələbinə dair iddia ərizəsi rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5918/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Mülki işə tətbiq olan hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır vədövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ-İİİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç birnövünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. - 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. - 171.1-ci maddəyə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. - 171.2-ci maddəyə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. - 171.3-ci maddəyə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: - 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. - 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar bacı və qardaşdır, və cavabdeh isə onlarla qonşudur. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən ortaq divarda inşa edilən pəncərə onun öz mülkiyyətindən istədiyi kimi sitifadə etməsinə maneə tördəir, hava axınının qarşısını alır və bu əbəbdəb bağlanmasını tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıların qardaşı Orucəliyev Elşad 2021-ci ildə oxşar tələblə məhkəməyə müraciət etmiş, tələbi təmin edilməmişdir. Hazırki mülki iş üzrə də ilkin olaraq iddiaçı olan Orucəliyev Elşada dair tələb üzrə icraata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar qərardadı xitam verilmiş, həmin qərardaddan şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. Məhkəmə tərəfindən təyin edilən 25 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən 16 saylı mənzildən 17 saylı mənzilin 2-ci mərtəbəsində yerləşən yaşayış otağına tərəf pəncərənin açılmadığı, lakin ümumi sahəsi 15,5 kv.m. olan açıq eyvan tikilisinə tərəf isə 1 ədəd pəncərənin açıldığı müəyyən edilmişdir. “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” PHŞ X4 mütəxəssis rəyinə əsasən ünvan 5 ünvanında idiaçılar X5, İddiaçı2, İddiaçı1 məxsus mənzilin yaşayış otağında aparılmış müayinələrin göstəricilərinə əsasən, hava cərəyanının surəti normaya uyğundur, işıqlanma tələb olunn normadan azdır. Məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə qeyd edir ki, əvvəlki mülki proses zamanı keçirilmiş 12 fevral 2021-ci il tarixli eksper rəyinə məhkəmə qərardadı ilə qoyulan 2-ci sualın cavabında qeyd edilmişdir ki, mütəxəssis rəyinə əsasən, 16 saylı mənzildə 17 saylı mənzilə tərəf mövcud olan 2 ədəd mübahisəli pəncərələrin digər qonşunun hüquqlarını pozmadığı, işıqlandırmanın qabağını almadığı antisanitariya şəraiti yaratmadığı müəyyənləşdirilmişdir. Eyni zamanda həmin pəncərələrin 17-ci mənzilin damına baxdığı, orda hərəkət olmadığı qeyd edilmişdir. Aydın olur ki, 2021-ci ildə pəncərə evin damına baxdığı halda, hazırda eyvana baxır. Mülki işin materiallarında olan 28 iyul 2023-cü il tarixli Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məktubundan görünür ki, X6sa tikintinin dayandırılması və tikilən 2-ci mərtəbənin sökülməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən, yaşayış otağında işıqlandırmanın az olması ilə cavabdehin evinin pəncərəsi arasında hər hansı asılılıq yoxdur. Belə ki, ekspert rəyi ilə müəyyən edilib ki, pəncərə evin eyvan tikilisinə tərəf baxır. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyi hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 3cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1- ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı). Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1,İddiaçı2 qarşı "pəncərənin bağlanması, tikilinin əvvəlki vəziyətə qaytarılması" tələbinə dair iddiası təmin edilməməlidirlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu səbəbdən də məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı "pəncərənin bağlanması, tikilinin əvvəlki vəziyətə qaytarılması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ**********0000003944, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-64/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-64/2025
04.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver