Məhkəmə qərarları › İş №2(005)-65/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-65/2022

05.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-65/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “real bölgünün aparılması, qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ümumi mülkiyyətdə olan evin “B” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı ev iddiaçının, Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 ümumi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi 3 yaşayış, yəni ‘"A”, “B” və “V" tikilisindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Çıxarışa əsasən həmin evin 1/6 hissəsi bərabər paylarla Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qızma, 4/6 hissəsi isə ona məxsusdur. Ümumilikdə bütün 3 tikilidən ibarət olan həmin həyət iddiaçının atasına məxsus olmuşdur. 1960-cı illərdə evin müəyyən hissəsi cavabdehin anası X1 satılmışdır. Cavabdehin anası X4 sağlığında evin “B” tikilisinin yanında, yəni ümumi mülkiyyətdə olan torpaq sahəsində onların razılığı olmadan onlar qanunsuz başqa ev inşa etmişlər. Hazırda isə həmin evi başqa şəxsə satmaq istəyir. Sonradan ilk iddiaçı iddia tələbinin həcmini artıraraq, ünvan 1 ünvanında yerləşən evdə və onun altında yerləşən torpaq sahəsində paylı mülkiyyət hüququ əsasında real bölgünün aparılması, Cavabdeh1 1/6 hissənin, Cavabdeh2 1/6 hissənin və ona, yəni İddiaçı 4/6 hissənin naturada verilməsi və Cavabdeh1 tərəfindən ümumi mülkiyyətdə olan evin “B” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə (iddia tələbinin dəqiqləşdirilməsi) yazılı ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin “V” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin təmin edilməməsinə, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı fərdi yaşayış evinin «A» literli tikilisinin ətrafında inşa edilmiş bütün qanunsuz tikililərin İddiaçı vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi əsassızdır, ərizədə qeyd edilənlər həqiqəti əks etdirmir, ərizəçi bu kimi məlumatlarla məhkəməni aldatmağa çalışır. İlk tələb üzrə iddiaçı paylı mülkiyyətdə olan əmlakın real bölgüsünün aparılmasını və onun tərəfindən inşa edilmiş tikilinin sökülməsini istəyir. O, öz iddia ərizəsində və ona əlavəsində qeyd edib ki, mübahisəli yaşayış evi üç ikilidən ibarətdir. Həmin ev onun atasına məxsus olub və 1960-cı illərdə evin müəyyən hissəsi onun anasına satılmışdır. İddiaçının anası evin «B» tikilisinin yanında qanunsuz başqa ev inşa etmişdir. Ümumi mülkiyyətdə olan evə dair real bölgü aparılmamışdır, bu səbəbdən mülkiyyətçilərin heç biri öz mülkiyyətindən maneəsiz istifadə edə bilmir və paylarının mülkiyyət hüquqlarına uyğun mütənasib şəkildə real ayrılmasına zərurət yaranmışdır. İlk iddia tələbinə münasibət bildirərək qeyd edib ki, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı evin 1/6 hissəsi onun, 4/6 hissəsi qarşılıqlı iddia tələbi üzrə cavabdehin, 1/6 hissəsi isə digər payçının mülkiyyətindədir. İddiaçının payı ona anasından qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Anası isə həmin əmlakdakı payı 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin vaxt əmlak üç tikilidən ibarət olmuş və anasına ümumi əmlakdan doqquzda bir hissə keçmişdir. Sonradan ona naməlum vaxtda və şəraitdə əmlakın «B» tikilisi 3/9 hissə kimi ümumi paylı mülkiyyətdən ayrılıb paylı mülkiyyətçilərdən birinin ayrıca mülkiyyətinə keçmişdir. Hazırda mübahisəli paylı mülkiyyət «A» və «V» tikilisindən və 6 hissədən ibarətdir. Onun payı hazırda əmlakın 1/6 hissəsini təşkil edir. Anası bu əmlakdan pay alıb yaşamağa başladığı vaxtdan onlar onun indiki istifadəsindəki iddiaçının qanunsuz adlandırdığı tikilidə yaşamışlar. Onların yaşadığı tikililər ora köçərkən onlar mövcud olub və hələ 1961-ci ildə çəkilmiş texniki pasportda qırmızı rənglə çəkilməklə öz əksini tapıb. Bu da təmin tikililərin onlar tərəfindən inşa edilmədiyini sübut edir. Anasının bu məsələlərdən anlayışının olmamasından məharətlə yararlanmış iddiaçının atası, anasının sahibliyinə və istifadəsinə əmlakdakı payının əvəzinə qanunsuz tikili vermişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair onun 1/6 hissədəki payının naturada ayrılması və sahəsi 33,8 kv.metr olan «V» literli tikili ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. Adı çəkilən qətnamədən görünür ki, onun mübahisəli ümumi paylı mülkiyyətdə olan payı naturada ayrılmış və «V» literli tikili iddiaçının ayrıca mülkiyyətinə verilmişdir. Lakin ilk iddiaçı həmin qətnamə və ondan verdiyi apellyasiya şikayəti barədə öz ərizəsində bir kəlmə də yazmamışdır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 153.2 və 153.2.4-cü maddələrinə əsasən hakim, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilmiş maddənin normasına görə ilk iddianın ona qarşı paylı mülkiyyət hüququ əsasında real bölgünün aparılması hissəsi yol verilməzdir və təmin oluna bilməz. Həmin tikili nə onun, nə də onun mərhum anası tərəfindən inşa edilməmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin tikili onlar oranı 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə edərkən mövcud idi və onun anasına əldə etdiyi əmlak kimi məhz həmin tikili təqdim edilmişdir. İlk iddiaçının məhkəmədən sökülməsini istədiyi tikililər 1961- ci ildə çəkilmiş texniki pasportda qırmızı rənglə çəkilməklə öz əksini tapmışdır. Həmin tikililərin onların inşa etdirdiklərinə dair ifadəsi tamamilə yalandır və məhkəməni aldatmaq xarakteri daşıyır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk və qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 saylı 0.03422 ha sahədən ibarət olan fərdi yaşayış evi İddiaçı 4/9 hissədə payı xx.xx.2012-ci il tarixdə, Cavabdeh2 1/9 hissədə, X6 3/9 hissədə payı xx.xx.2008-ci il tarixdə, X2 adına 1/9 hissədə qeydə alınmışdır. Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş, reyestrdə 2-V-3-1713 № ilə qeyd edilmiş, xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Mən, Bakı şəhərinin notariusu X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X8 vərəsəsi Bakı şəhəri, Rasim Muxtarov küçəsi, ev 51də qeydiyyatda olan İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak: AR DƏDRX tərəfindən xx.xx.2012ci ildə verilmiş 11/32142 arayışa və xx.xx.1988-ci il tarixdə verilmiş 233 reyestr kitabı, 15194 səhifə, 30/196 qeydiyyat vəsiqəsinə əsasən mərhum X9 məxsus olan ünvan 2 ünvanda yerləşən və 0,06309 ha torpaq sahəsində istifadədə olan doqquz otaqlı, yaşayış sahəsi 145.8 kv.m, ümumi sahəsi 251,8 kv.m olan fərdi yaşayış evinin 4/9 hissədən ibarətdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(005)-246/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdəki əmlakdan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair iddiaçı Cavabdeh1 1/6 hissədəki payı naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikili ümumi paylı mülkiyyətdən ayrılaraq iddiaçı Cavabdeh1 mülkiyyətinə verilməsi qət edilmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən ünvan 3 ünvanı Cavabdeh1 (1/6) və İddiaçı (5/6) mülkiyyətindədirlər. Qeyd olunan fərdi yaşayış evinə aid arxiv qovluğunda keçmiş Dzerjinski rayon ZXDSİK tərəfindən X10 torpaq sahəsinin ayrılması ilə bağlı 12 saylı, xx.xx.1995-ci il tarixli protokoldan çıxarış mövcuddur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 saylı ümumi sahəsi 188.70 kv.m olan fərdi yaşayış evi İddiaçı 5/6 hissədə payı xx.xx.2021-ci il tarixdə, Cavabdeh1 adına 1/6 hissədə payı xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən ünvan 3 ünvanı Cavabdeh1 (1/6) və İddiaçı (5/6) mülkiyyətindədirlər. Qeyd olunan fərdi yaşayış evinə aid arxiv qovluğunda keçmiş Dzerjinski rayon ZXDSİK tərəfindən X10 torpaq sahəsinin ayrılması ilə bağlı 12 saylı, xx.xx.1995-ci il tarixli protokoldan çıxarış mövcuddur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1417 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, 1-ci və 4-cü suallar üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********92-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 3 ünvanda 188,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli Texniki Pasportunda qeyd olunan ümumi sahəsi 177,9 kv.m, olan “A” literli fərdi yaşayış evi və T literli köməkçi tikili iddiaçının faktiki istifadəsində, Texniki Pasportunda qeyd olunan ümumi sahəsi 10,8 kv.m olan “V” literli yaşayış evi, “İV" literli köməkçi tikili isə cavabdehin faktiki istifadəsindədir. ünvan 3 ünvanda yerləşən 188,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli Texniki Pasportunda qeyd olunmayan ümumi sahəsi 197,4 kv.m olan yaşayış və yardımçı tikililər inşa edilmişdir. Həmin tikililərdən ümumi sahəsi 64 7 m2 yaşayış tikililəri (“V" tikilisinə bitişik inşa edilmiş əlavə tikililər) cavabdehin istifadəsində, 120,7m2 yaşayış tikililəri ("A” literli evə bitişik ikinci mərtəbədə 62,7 kv.m, birinci mərtəbədə 23,1 kv.m, həyətyanı sahədə 34,7 kv.m tikililər), 12 kv.m talvar tikilisi iddiaçının istifadəsindədir. 2-ci və 3-cü suallar üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********92-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 3 ünvanda 188,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin iki ayrı hissədən “A” və "V” tikililərindən ibarət olmasını və həmin tikililərin 5/6 və 1/6 paya uyğun olmadığını nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq əmlaka tənasübsüz zərər vurmadan naturada təcrid şəkildə ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; Məhkəmə tərəflər arasında yaranmış hazırkı mübahisələr ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk iddia ərizəsi üzrə iddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı ev onun, Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 ümumi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi 3 yaşayış, yəni ‘"A”, “B” və “V" tikilisindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Çıxarışa əsasən həmin evin 1/6 hissəsi bərabər paylarla Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2, 4/6 hissəsi isə ona məxsusdur. Ümumilikdə bütün 3 tikilidən ibarət olan həmin həyət iddiaçının atasına məxsus olmuşdur. 1960-cı illərdə evin müəyyən hissəsi cavabdehin anası X1 satılmışdır. Cavabdehin anası X4 sağlığında evin “B” tikilisinin yanında, yəni ümumi mülkiyyətdə olan torpaq sahəsində onların razılığı olmadan qanunsuz başqa ev inşa etmişlər. Hazırda ilk iddiaçı Cavabdeh1 tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin “V” tikilisinin yanında (həyətdə) qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qarşılıqlı iddiaçı , Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 saylı fərdi yaşayış evinin «A» literli tikilisinin ətrafında inşa edilmiş bütün qanunsuz tikililərin İddiaçı vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********92-10301 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 3 ünvanda 188,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli Texniki Pasportunda qeyd olunan ümumi sahəsi 177,9 kv.m, olan “A” literli fərdi yaşayış evi və T literli köməkçi tikili iddiaçının faktiki istifadəsində, Texniki Pasportunda qeyd olunan ümumi sahəsi 10,8 kv.m olan “V” literli yaşayış evi, “İV" literli köməkçi tikili isə cavabdehin faktiki istifadəsindədir. ünvan 3 ünvanda yerləşən 188,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli Texniki Pasportunda qeyd olunmayan ümumi sahəsi 197,4 kv.m olan yaşayış və yardımçı tikililər inşa edilmişdir. Həmin tikililərdən ümumi sahəsi 64 7 m2 yaşayış tikililəri (“V" tikilisinə bitişik inşa edilmiş əlavə tikililər) cavabdehin istifadəsində, 120,7m2 yaşayış tikililəri ("A” literli evə bitişik ikinci mərtəbədə 62,7 kv.m, birinci mərtəbədə 23,1 kv.m, həyətyanı sahədə 34,7 kv.m tikililər), 12 kv.m talvar tikilisi iddiaçının istifadəsindədir. İş materiallarından aydın olur ki, ünvan 3 ünvanda yerləşən 188,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin A” literli fərdi yaşayış evi ilk iddiaçıya, “V” literli yaşayış evi qarşılıqlı iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsusdur və iddiaçılar özlərinin faktiki istifadəsində olan lakin dövlət qeydiyyatına alınmayan tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Nəzərə alınmalıdır ki, “qanunsuz tikililərin sökülməsi” barədə iddiaçıların tələblərinin qanuni əsasını Mülki Məcəllənin 180.4-cü maddəsi təşkil edir, həmin maddi hüquq normasına görə isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hesab edir ki, iddiaçılar qanunsuz olduğunu iddia etdikləri tikilinin sökülməsini tələb etməkdə subyektiv hüquqlarının mövcudluğu baxımından da haqlı olmamışlar, çünkü tikili onların hüquqlarını pozmursa, onlar, Mülki Məcəllənin 180-ci maddəsində göstərilən maraqlı tərəf sayıla bilməzlər. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu mənada hər kəs, özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Ekspertizanın yuxarıda məzmunu şərh olunmuş rəyində göstərildiyi kimi, Texniki Pasportunda qeyd olunmayan ümumi sahəsi 197,4 kv.m olan yaşayış və yardımçı tikililər inşa edilmişdir. Həmin tikililərdən ümumi sahəsi 64 7 m2 yaşayış tikililəri (“V" tikilisinə bitişik inşa edilmiş əlavə tikililər) cavabdehin istifadəsində, 120,7m2 yaşayış tikililəri ("A” literli evə bitişik ikinci mərtəbədə 62,7 kv.m, birinci mərtəbədə 23,1 kv.m, həyətyanı sahədə 34,7 kv.m tikililər), 12 kv.m talvar tikilisi iddiaçının istifadəsindədir. İş üzrə aparılmış ekspertizanın nəticəsi olaraq, eləcə də iş üzrə keçirilmiş yerli baxış zamanı tərəflərin faktiki istifadəsində olan sahələrin birinin digərinə maneçilik törətməsi, təhlükə yaratması müəyyən edilməmişdir. Beləliklə, hazırkı mübahisə üzrə qiymət verilməli olan məsələ, qanunsuz olduğu iddia edilən tikinti və yenidənqurma işlərinin iddiaçıların mənafelərinə toxunub-toxunmadığıdır. Məhkəmə hesab edir ki, verilmiş hər iki iddia üzrə tərəflər subyektiv hüquqa malik olmadığından iddia tələbləri rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir, 103.1-ci maddəsinə görə isə məhkəmə üçün məcbur olmayan bu rəy Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri rədd edilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 100 manat İddiaçı, Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “real bölgünün aparılması, qanunsuz inşa edilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi” tələbinə dair ilk, İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri rədd edilsin. Tərəflərin ödədiyi dövlət rüsumları özlərinə aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat İddiaçı, Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar