Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-652/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi ev 2 mənzil 95 (abonent kodu **********950:********) ünvanına hesablanmış 117.92 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi, ev 2, mənzil 95-də qeydiyyatdayam və yaşayıram. xx.xx.2015-ci il tarixdən Nərimanov rayon Sukanal idarəsi qeydiyyatda olduğum mənzilə 121.96 azn (yüz iyirmi bir manat 96 qəpik) borc yazılmışdır. xx.xx.2022-ci il tarixdə borcun silinməsi barədə Sukanal idarəsinə müraciət etsəm də həmin idarə 19 oktyabr 2022-ci il tarixdə Ə.Dəmirçizadə küçəsi ev 2 mənzil 95 ünvanında su təchizatı və tullantı sularının axıdılmasına görə 117.92 azn (yüz on yeddi manat doxsan iki qəpik) borc olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azərsu ASC”-nin nümayəndəsi X2 bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, hesablanmış borc istehlak etdiyi xidmətlər üzrə olduğundan iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan; Cavabdeh ASC Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01-01/324 nömrəli məktubundan görünür ki, mənzilə xx.xx.2022-ci il tarixində quraşdırılmış CSS-20 markalı, 21158406 nömrəli suölçən cihazın göstəricisi 1 m3 təşkil edir. Lakin mənzilinizdən sökülmüş MİNOL-1 markalı ******* nömrəli suölçən cihazın son göstəricisinə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabınızda 117.92 manat borc yaranmışdır. İş materiallarına əlavə edilmiş **********950 abonentə dair xx.xx.2022-ci il tarixli Abonent Kratından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi ev 2 mənzil 95 (abonent kodu **********950:********) ünvanına dair ümumilikdə qeyd olunan tarixə çirkab suları axıdılması və sudan istifadə edilməsi üzrə borcu 119.92 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında çirkab suyun axıdılması və içməli su istehlakı barədə müqavilə bağlamışlar. İddiaçıya Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi ev 2 mənzil 95 (abonent kodu **********950: ********) ünvanına dair hesablanmış borc məbləği mübahisələndirilmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehə müraciət edilsədə, cavabdeh tərəfindən qeyd olunan borcun iddiaçının istehlak etdiyi xidmətə dair yaranması bildirmişdir. Bununla razılaşmayan iddiaçı qeyd olunan borcun daha əvvəlki tarixlərə aid olması səbəbindən, həmin borcun silinməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş " Sudan istifadə Qaydalarının" 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayma uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. "Su təchizatı və tullantı suları haqqında" Qanunun 61-ci maddəsinin 1-ci bəndinə görə "Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır". "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı vo kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının" 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Hazırki iş üzrə iddiaçının cavabdeh tərəfindən ona hesablanmış borca iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Eyni Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). İş materiallarına əlavə edilmiş abunə kartından görünür ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən borcun 2019-cu ildən əvvəlki tarixə hesablandığı müəyyən edilmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən 2015-2019-cu illər üçün istifadə etdiyi xidmətlərə görə yaranmış borcun ödənilməsini tələb edir. Qanunvericilik normalarına əsasən isə müvafiq tələblər üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı müvafiq ardıcıllığa uyğun olaraq 2019-cu ilədək olan müddətdə qədər hesablanmış borclara tətbiq edildiyi zaman qüvvədə olan qanunverciliyin imperativ tələbinə əsasən tələb etmə müddətinin ötməsi səbəbindən məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi ev 2 mənzil 95 (abonent kodu **********950:********) ünvanına hesablanmış 117.92 manat borc silinməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsi ev 2 mənzil 95 (abonent kodu **********950:********) ünvanına hesablanmış 117.92 (yüz on yeddi manat doxsan iki qəpik) manat borc silinməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-652/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-652/2023
03.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver