Məhkəmə qərarları › İş №2(005)-653/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-653/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-653/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 iyul 2022-ci il tarixə 1301,46 (bir min üç yüz bir manat qırx altı qəpik) manat gecikdirilmiş əsas, 281,44 (iki yüz səksən bir manat qırx dörd qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 531,21 (beş yüz otuz bir manat iyirmi bir qəpik) manat dəbbə pulu, 1441,50 (bir min dörd yüz qırx bir manat əlli qəpik) manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 3555,61 (üç min beş yüz əlli beş manat altmış bir qəpik) manat borc və ödənilmiş 55.96 (əlli beş manat doxsan altı qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X3 arasında bağlanmış 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630559 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”-nin ayrılmaz tərkib hissəsi olan lizinq ödəniş cədvəlinə əsasən X3 illik 19 faiz hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,89 (üç yüz doxsan beş manat səksən doqquz qəpik) manat, ümumilikdə isə 14252 (on dörd min iki yüz əlli iki) manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14252 (on dörd min iki yüz əlli iki) manatın 10800 manatı əsas məbləğ təşkil edir. 24 noyabr 2020ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-2366 saylı “Öhdəlikərin ötürülməsi” müqaviləsi bağlanmış və 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 13 aprel 2022-ci il tarixdə 424 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 iyul 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən lizinq obyektinə 1441,50 (bir min dörd yüz qırx bir manat əlli qəpik) manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 iyul 2022-ci il tarixə ümumilikdə 2114,11 (iki min bir yüz on dörd manat on bir qəpik) manat gecikmə borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılması iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilmiş, (SMS bildiriş) məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cı il tarixli MAS-2366 nömrəli “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630559 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cı il tarixli MAS-2366 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli İddiaçı MMC Servisi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən olunmuşdur ki, lizinq obyektinə 1441,50 (bir min dörd yüz qırx bir manat əlli qəpik) manat məbləğində ziyan dəymişdir; xx.xx.2022-ci il tarixli İddiaçı MMC-nin Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, lizinq alana borcunu ödəməsi üçün xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Khazar LX minik markalı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli arayışın məzmunundan görünür ki, Cavabdeh 14 iyul 2022-ci il tarixə ümumilikdə 2114,11 (iki min bir yüz on dörd manat on bir qəpik) manat borcu yaranmışdır. 31 oktyabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 55.96 (əlli beş manat doxsan altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630559 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 14 iyul 2022-ci il tarixə ümumilikdə 2114,11 (iki min bir yüz on dörd manat on bir qəpik) manat borcu yaranmışdır. Digər tərəfdən, qüsur aktına əsasən lizinq obyektinə 1441,50 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdeh tərəf həmin məbləği mübahisələndirməmişdir. Məhkəmə 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili Lizinq” müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, müqavilə üzrə iddia tələbi əsas borc hissəsində tam təmin edilməlidir. Məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən ödənilmiş lizinq məbləğini, həmçinin aparılmış ödənişləri nəzərə alır və İddiaçı MMC-nin iddiasının 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 531,21 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə məbləği təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və Cavabdeh dəbbə pulu olaraq müqavilələrinə əsasən 50 (əlli) manat məbləğində pul tutulmalıdır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (1301,46+281,44+531,21+1441,50) 3555,61 manatın 3074,4 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 55.96 (əlli beş manat doxsan altı qəpik) manat dövlət rüsumunun 50,74 (əlli manat yetmiş dörd qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 iyul 2022-ci il tarixə 1301,46 (bir min üç yüz bir manat qırx altı qəpik) manat gecikdirilmiş əsas, 281,44 (iki yüz səksən bir manat qırx dörd qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 50 (əlli) manat dəbbə pulu, 1441,50 (bir min dörd yüz qırx bir manat əlli qəpik) manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 3074,4 (üç min yetmiş dörd manat qırx qəpik) manat borc və ödənilmiş 50,74 (əlli manat yetmiş dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13 may 2020-ci il tarixli MAS-2366 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 iyul 2022-ci il tarixə 1301,46 (bir min üç yüz bir manat qırx altı qəpik) manat gecikdirilmiş əsas, 281,44 (iki yüz səksən bir manat qırx dörd qəpik) manat gecikdirilmiş mükafat və 50 (əlli) manat dəbbə pulu, 1441,50 (bir min dörd yüz qırx bir manat əlli qəpik) manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 3074,4 (üç min yetmiş dörd manat qırx qəpik) manat borc və ödənilmiş 50,74 (əlli manat yetmiş dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar