Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-658/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gülər oğlunun cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nə qarşı, üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə hərracın yekunları barədə protokolun və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gülər oğlu cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nə qarşı, üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə hərracın yekunları barədə protokolun və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokolunun və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “xxxx” ASC-nin adına verilmiş 20.02.2020-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC cavabdehlərə, yəni, ona, İddiaçı və İbrahimov Ağayar Güllər oğluna qarşı borcun ödənilməsi, tələbin ipoteka predmelinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, borcun əmlakın satılmasından əldə olunmuş vəsait hesabına ödənilməsi tələbinə dair iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində “xxxx” ASC-nin Masallı filialı ilə cavabdeh İbrahimov Ağayar Güllər oğlu arasında bağlanmış 08 may 2013-ci il tarixli, 7610/KTN saylı kredit müqaviləsinin ləğv edilməsi, İbrahimov Ağayar Güllər oğlundan 08 may 2013-cıi il tarixli. 7610/KTN saylı kredit müqaviləsi üzrə əsas borc 93815.93 manat, faiz borcu 18064.10 manat, dəbbə pulu 1204.50 manat olmaqla, ümumilikdə 113084.53 manatın tutularaq “xxxx” ASC-nə ödənilməsi, tələbin İddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 89.6 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 2b saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması, satılma nəticəsində əldə olunmuş vəsait hesabına “xxxx” ASC-nə olan borcun və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(011)-786/2018 saylı qətnaməsinə əsasən iddiaçı “xxxx” ASC-nin iddia tələbi qismən təmin olunmuşdur. Xətai Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(01 l)-786/2018 saylı qətnaməsindən narazı qaldığı üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada 29 mart 2019-cu il tarixdə tərəfindən apelyasiya şikayəti verilmişdir.Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6633/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 6633/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsini rəsmi qaydada 02 oktyabr 2020-ci il tarixdə əldə etmiş və hal-hazırda tərəfindən sözügedən məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməkdədir. Göründüyü kimi, iddiaçı “xxxx” ASC cavabdehlərə, yəni, İddiaçı və İbrahimov Ağayar Güllər oğluna qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, borcun əmlakın satılmasından əldə olunmuş vəsait hesabına ödənilməsi tələbinə dair məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdir. Lakin buna baxmayaraq, ona heç bir xəbərdarlıq edilmədən mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2b nömrəli fərdi yaşayış evi “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyri-qanuni şəkildə hərraca çıxarılmışdır. Bir daha qeyd edir ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokoluna əsasən evinin ilkin hərrac qiyməti 146800 manat, təkrar hərracda isə 124780 manat müəyyən edilmişdir. Sonda isə mülkiyyətində olan fərdi yaşayış evi onun xəbəri, iştirakı olmadan hərracda 93585 manata “xxxx” ASC-nə satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.12.2007-ci il tarixli, 1 ********* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, döngə 5 ünvanında olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2b nömrəli fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20.02.2020-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2b nömrəli fərdi yaşayış evi “xxxx” ASC-nin mülkiyyətinə keçmişdir. Hesab edir ki, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokolu və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “xxxx” ASC-nin adına verilmiş 20.02.2020-ci il tarixli, ********** nömrəli çıxarış əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus olan əmlakın onun xəbəri, icazəsi və razılığı olmadan qiymətləndirilməsi və sonradan hərrac yolu ilə özgəninkiləşdirilməsi onun mənafeyinə ziddir, mülkiyyət hüquqlarının pozulmasıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianın əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-ə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsini iştiraklını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx”ASC-nin nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-786/2018 saylı 04.12.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İbrahimov Ağayar Güllər oğlundan kredit müqaviləsi üzrə 96655.48 manat əsas, 4247.47 manat faiz borcu, 1120 manat cərimə olmaqla, ümumilikdə 102022.95 manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Qııluycv küçəsi, döngə 5-də olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2b nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 146800 manat müəyyən olunmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan bir ay müddətində İddiaçı Ağayar oğlu, X5 və X2 fərdi yaşayış evini boşaltmadıqları təqdirdə həmin evdən çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6633/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-786/2018 saylı ış üzrə 04 dekabr 2018-ci il tarixli qətnaməsi İbrahimov Ağayar Güllər oğlundan 4247,47 manat faiz borcunun qissəsində dəyişdirilmiş, İbrahimov Ağayar Güllər oğlundan “xxxx" ASC-nın xeyrinə tutulmalı olan faiz borcu 4066,97 müəyyənləşdirilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra və Porbasiya Şöbəsinin 12.10.2019-cu il tarixli məktubundan görünür ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, R. Quliyev küçəsi, döngə 5, ev 2 B açıq hərrac vasitəsilə ilə satılması və evin ilkin satış qiymətinin 146800 manat olması barədə tərəflərə məlumat verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövləti qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından (MH0103546) görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, döngə 5-də mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 89.6 kv.ııı yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 2b nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Giillər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 14.12.2007-ci il tarixdə 71 nömrəli reyestr kitabının 6348 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövləti qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, 20.02.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, döngə 5, ev 2b “xxxx” ASC-nin adına qeydiyyata alınmışdır. Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-nin hərracın keçirilməsinə dair bildirişlərindən görünür ki, tərəflərə hərracın keçirilmə yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. “Birja yenilikləri” qazetinin 22-28.11.2019-cu il il tarixli, 194 nömrəli buraxılışından görünür ki, ipoteka predmeti olan mübahisəli mənzilə dair hərracın keçililməsinin baş tutmaması barədə elan dərc olunmuşdur. “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-nin rəhbərliyinə FM Express xidməti tərəfindən göndərilmiş məktub və geri qayıtmış xəbərnamələrdən görünür ki, təşkilat tərəfindən sifariş verilmiş 13.12.2019-cu il tarixli 111521, 111525, 111526, 111527 və 27.12.2019-cu il tarixli 112001, 112002, 112003, 112004 saylı qaimə ilə məktublar kuryer vəzifəsində çalışan X9 tərəfindən qəbul edilmiş, lakin sözügedən məktublar kuryer tərəfindən vətəndaşlara çatdırılmamışdır. Səbəb isə ünvanın söküldüyü qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, döngə 5-də 2b nömrəli ev sökülməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quluyev küçəsi, döngə 5-də mülkiyyətində olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 89.6 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 2b nömrəli fərdi yaşayış evi açıq hərracda satılması baş tutmadığından tələbkara təklif edilmiş və “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokoluna əsasən ipoteka saxlayan ipoteka predmetini əldə etmişdir. Hərraçın keçirilməsi ilə bağlı bildirişlər iddiaçıya və digər 2(011)-786/2018 saylı mülki iş üzrə cavabdehlərə ünvan söküldüyü üçün çatdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 43.1-ci və 43.1.1-ci maddələrinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının 1.4.33- cü bəndinə görə, poçt göndərişinin çatdırılması haqqında xəbərnamə (çatdırma haqqında xəbərnamə) – qeydiyyatlı poçt göndərişinin verilməsi barədə verilmə tarixi və alıcının soyadı (fiziki xəbərnamədə həm də alıcının imzası) göstərilməklə göndəriciyə və ya onun səlahiyyət verdiyi şəxsə kağız və ya elektron şəkildə məlumatın ötürülməsidir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə görə, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 25 noyabr 2016-cı il tarixlı Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, “tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi (lazımi) qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur.” Məhkəmənin qənaətinə görə, qanunverici hərracın təşkili və keçirilməsi ilə bağlı imperativ normalar müəyyən etmişdir ki, burada konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir. Müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac isə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hazırki mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, hərracın keçirilməsi barədə bildirişlərin iddiaçıya çatdırılması müəyyən edilmiş normaların kobud pozuntusu ilə həyata keçirildiyindən hərracın nəticələri ləğv edilməlidir. Məhkəmə bildirişlərin çatdırılmaması səbəbini inandırıcı heab etmir və qeyd edir ki, iddiaçınin ailəsi ilə birlikdə mübahisəli mənzildə hal-hazırda da yaşaması şübhə doğurmur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 89.6 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 2b saylı fərdi yaşayış evinə dair “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokolu etibarsız hesab edilməli və həmin evə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “xxxx” ASC-nin adına verilmiş 20.02.2020-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 14 yanvar 2020-ci il tarixli, 03/02 saylı protokolu etibarsız hesab edilsin. ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 89.6 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 2b saylı fərdi yaşayış evə dair Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “xxxx” ASC-nin adına verilmiş 20.02.2020-ci il tarixli, ********** nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-658/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-658/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver