Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-660/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə üzrə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.200 (beş min iki yüz) manat məbləğində təhsil haqqı borcunun, gecikdirilmiş 304 (üç yüz dörd) gün üçün 219,44 (iki yüz on doqquz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı cəmiyyət ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 4-cü bəndinə əsasən, Cavabdeh təmsil etdiyi Shakhnazarov Georgiini 5-ci sinfə qeydə aldıraraq, 2019-2020-ci tədris ilinin qalan hissəsi üçün 8.200 (səkkiz min iki yüz) manat məbləğində təhsil haqqı ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında təhsil haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd edilməlidir ki, müqavilə üzrə Cavabdeh 3.000 (üç min) manat məbləğində təhsil haqqı ödəmişdir. Hal-hazırda Cavabdeh İddiaçınə olan borcu 5.200 (beş min iki yüz) manat məbləğində təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, pandemiya ilə bağlı işini itirmişdir və vaxtinda ödənişləri edə bilməmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı-məktəb ilə Shakhnazarov Georgii-şagird və Cavabdeh-təmsilçi arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilənin məzmunundan görünür ki, Cavabdeh təmsil etdiyi Shakhnazov Georgiini 5-ci sinfə qeydə aldıraraq, 2019-2020-ci tədris ilinin qalan hissəsi üçün 8.200 (səkkiz min iki yüz) manat məbləğində təhsil haqqı ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür (4-cü bənd). Təmsilçi öz növbəsində Shakhnazarov Georgii adından çıxış edərkən müqavilənin 4-cü maddəsində göstərilən qaydada onların təhsil haqqını vaxtı-vaxtında məktəbə ödəməyi öz öhdəsinə götürmüşdür (1.2-ci bənd). Tərəflərin razılığına əsasən, təhsil haqqı üzrə ilkin ödəniş müqavilənin imzalandığı tarixdə avans olaraq ödənilir. Ödənilən avans illik təhsil haqqının bir hissəsidir və ümumi məbləğdən çıxılır (4.5-ci bənd). Davamlı xatırlatma və xəbərdarlıqlara baxmayaraq, ödəniş gecikdirildiyi halda nümayəndə hər gicikdirilmiş gün üçün təhsil haqqının 0,5% miqdarında əlavə ödəniş həyata keçirməyə borcludur (4.9-cu bənd); İddiaçı müvafiq maliyyə arayışının məzmunundan görünür ki, şagird Shakhnazov Georgiinin 2019-2020-ci tədris ilinin qalan hissəsi üçün 8.200 (səkkiz min iki yüz) manat məbləğində təhsil haqqının 3.000 (üç min) manat məbləğində olan hissəsi ödənilmiş, 5.200 (beş min iki yüz) manat məbləğində borc qalığı qalmışdır; İddiaçı Cavabdeh ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, müvafiq cəmiyyətə borclu olduğu 5.200 (beş min iki yüz) manat məbləğində pul vəsaitinin 10 (on) gün ərzində ödənilməsi xahiş olunmuş, qeyd edilən pretenziya məktubuna 10 (on) gün ərzində cavab verilmədiyi təqdirdə və ya tələb yerinə yetirilmədikdə və bu halın davam edəcəyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh şəxs xəbərdar edilmişdir; Nərimanov RPİ tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı nümayəndəsi tərəfindən məhkəmədə müvafiq iddia tələbinin qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı-məktəb ilə Shakhnazarov Georgii-şagird və Cavabdeh-təmsilçi arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqaviləyə əsasən Cavabdeh təmsil etdiyi Shakhnazov Georgiini 5-ci sinfə qeydə aldıraraq, 2019-2020-ci tədris ilinin qalan hissəsi üçün 8.200 (səkkiz min iki yüz) manat məbləğində təhsil haqqı ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür (4-cü bənd). Təmsilçi öz növbəsində Shakhnazarov Georgii adından çıxış edərkən müqavilənin 4-cü maddəsində göstərilən qaydada onların təhsil haqqını vaxtı-vaxtında məktəbə ödəməyi öz öhdəsinə götürmüşdür (1.2-ci bənd). Tərəflərin razılığına əsasən, təhsil haqqı üzrə ilkin ödəniş müqavilənin imzalandığı tarixdə avans olaraq ödənilir. Ödənilən avans illik təhsil haqqının bir hissəsidir və ümumi məbləğdən çıxılır (4.5-ci bənd). Davamlı xatırlatma və xəbərdarlıqlara baxmayaraq, ödəniş gecikdirildiyi halda nümayəndə hər gicikdirilmiş gün üçün təhsil haqqının 0,5% miqdarında əlavə ödəniş həyata keçirməyə borcludur (4.9-cu bənd). İddiaçı müvafiq maliyyə arayışından göründüyü kimi şagird Shakhnazov Georgiinin 2019-2020-ci tədris ilinin qalan hissəsi üçün 8.200 (səkkiz min iki yüz) manat məbləğində təhsil haqqının 3.000 (üç min) manat məbləğində olan hissəsi ödənilmiş, 5.200 (beş min iki yüz) manat məbləğində borc qalığı qalmışdır. İddiaçı Cavabdeh xx xxxxxxx 2020-ci il tarixli pretenziya məktubu ünvanlayaraq, müvafiq cəmiyyətə borclu olduğu 5.200 (beş min iki yüz) manat məbləğində pul vəsaitinin 10 (on) gün ərzində ödənilməsini xahiş etmiş, qeyd edilən pretenziya məktubuna 10 (on) gün ərzində cavab verilmədiyi təqdirdə və ya tələb yerinə yetirilmədikdə və bu halın davam edəcəyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdeh şəxsi xəbərdar etmişdir. İddiaçı Cavabdeh qarşı “təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilə üzrə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.200 (beş min iki yüz) manat məbləğində təhsil haqqı borcunun, gecikdirilmiş 304 (üç yüz dörd) gün üçün 219,44 (iki yüz on doqquz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi tərəfindən məhkəmədə müvafiq iddia tələbinin qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı cəmiyyət iddia tələbini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5.200 (beş min iki yüz) manat məbləğində təhsil haqqı borcu və gecikdirilmiş 304 (üç yüz dörd) gün üçün 219,44 (iki yüz on doqquz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı cəmiyyətin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5.200 (beş min iki yüz) manat məbləğində təhsil haqqı borcu, gecikdirilmiş 304 (üç yüz dörd) gün üçün 219,44 (iki yüz on doqquz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-660/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-660/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver