Məhkəmə qərarları › İş №2(005)-67/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-67/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-67/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh1 MMC, “xxxxxxxx” ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin və DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh1 MMC, “xxxxxxxx” ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin və DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək bankla cavabdeh İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 663 NSFFK nömrəli Kredit müqaviləsi üzrə bankdan alınmış əsas borc məbləği 620 000 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış 93 555 ABŞ dolları faiz borcu olmaqla, cəmi 713 555 ABŞ dolları məbləğində borcun Banka ödənilməsi və ödəmənin kreditin təminatı kimi rəsmiləşdirilmiş ipoteka predmetinə digər cavabdeh İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzillə yönəldilməsini, həmin ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti 880 000 manat olmaqla satılmasını, satışdan əldə edilmiş pul vəsaitinin Banka olan borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində mənzilin boşaldılması barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. Cavabdeh İddiaçı1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "Cavabdeh2” arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 663 NSFFK nömrəli Kredit müqaviləsinin etibarsiz saylması, onun banka olan borcunun cü il tarixli 307 NSFFK, xx.xx.2013-cü il tarixli 352 NSFFK, xx.xx.2013-cü il tarixli 377 NSFFK saylı kredit müqavilələri üzrə qəbul edilməsini, həmin kreditlər üzrəbanka faiz borcu olmadığından əsas borcu 302 451 manat təşkil etdiyindən Nəsimi rayon məhkəməsinin 2(Ü06)-7395/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə isə ilk iddia üzrə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı1 və X3rşı 713 555 ABŞ dolları məbləğində kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsinə dair iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı1 Cavabdeh2 ASC-ti ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 663 NSFFK nömrəli Kredit müqaviləsinin etibarsiz saylmasına dair iddia tələbi təmin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-7395\2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən Cavabdeh2 ASC-ti apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2016- ci il tarixli 2-1 (103)-2803/2016 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7395\2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə cavabdeh İddiaçı1 620 000 ABŞ dolları məbləğində əsas borc, 93 555 ABŞ dollari məbləğində faiz boru, cəmi 713 555 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması və tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzillə yönəldilməsi, həmin əmlakın 844 000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı2 qaytarılması, mənzil satıldıqdan sonra bir ay müddətində mənzilin boşaldılması və qarşılıqlı iddia üzrə xx.xx.2015-ci il tarixli, 663 NSFFK nömrəli Kredit müqaviləsinin etibarsiz saylması tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-ci il tarixli 2-1(103)-2803/2016 saylı qətnaməsindən İddiaçı1 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra vəziyyəti ilə bağlı həmin işdə cavabdeh olanhazırkı iddia üzrə İddiaçı1 xx.xx.2019-cu il tarixdə Nəsimi rayon icra şöbəsində olarkən ona bildirilmişdir ki, cavabdelı-ipoteka qoyan İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzil hərraca çıxarılmış, hərracada alıcı olmadığından iddiaçı “xxxxxxxx” ASC-nin mülkiyyətinə verilmiş, ipoteka predmeti Bankın adına keçirilmiş, artıq bankın mülkiyyətidir, mənzil boşaldıb təhvil versin. İddiaçının hərracın keçirilməsindən xəbəri olmamış, hərracda iştirak etməmişdir. İddiaçı hərracın protokolunu və alqı-satqı müqaviləsinin xx.xx.2019-cu il tarixdə - Cavabdeh1 MMC-dən aldıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə “X1” MMC tərəfindən iddiaçıya və arvadı Zəhra Səmədovuya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21- də yerləşən 6 otaqlı 215 saylı mənzil hərraca çıxarılmış, X2 157 saylı protokola əsasən ipoteka predmeti hərracda alınmadığından (ipoteka predmetiniıı qiyməti 15% və 25% endirilməklə) 538 050 manata cavabdeh “xxxxxxxx” ASC-nə satılmış və alqı-satqıaya dair xx xxxxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Hərracın keçirilməsindən və nəticəsindən iddiaçının xəbəri olmamış, bu barədə idiaçıya rəsmi qaydada məlumat verilməmiş, bildiriş göndərilməmiş, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iddiaçının iştirakı təmin edilməmiş, əmlak aşağı qiymətlə qiymətləndirərək Bankın mülkiyyətinə verilmiş, bununla iddiaçıya külli miqdarda zərər vurmuşdur. Hərraçın keçirilməsi ilə bağlı İddiaçı1 və İddiaçı2 xx xxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixli bildirişlərin göndərilməsi və bu bildirişlərin alınmasına dair qəbzlər təqdim edilsə də, faktiki iddiaçılar həmin bildirişləri almamış, bildirişlərin alınmasına dair qəbzlərdəki imzalar onlara məxsus deyildir. Bundan başqa, ipoteka predmeti ktrdit götürülərkən 2015-ci ildə ilkin olaraq 880 000 manata qiymətləndirilmiş, məhkəmə bu qiyməti 844 000 manat qeyd etmiş və bu qiymətlə də hərraca çıxarılmışdır. Faktiki olaraq ipoteka predmetinin dəyəri ******* manatdan yüksəkdir, ipotekanın ilkin qiymətləndirilməsindən 3 ildən artıq müddət keçmiş, daşinmaz əmlak bazarında mənzillərin qiymətləri dəfələrlə dəyişmişdir, ipoteka predmeti faktiki dəyərindən çox aşağı qiymətlə hərraca çıxarılmış və guya hərracda alıçı olmamış və mənzil Banka satılmışdır. İddiaçıların hərracda iştirak etməməsi bu şəraitin yaranmasına səbəb olmuşdur. Faktiki olaraq heç kim ipoteka predmetinə baxmamış, onu real qiymətləndirməmişdir. Hesab edir ki, qiymətləndirinə prossesində ipotekaya qoyulmuş mənzilin qiyməti düzgün qiymətləndirilməmiş, mənzilə baxmadan kor-təbii qiymət qoyulmuş, nəticədə yanlış qiymətləndirmə aparıldığından ipoteka predmetinin qiyməti onun real bazar satış qiymətindən çox-çox aşağı qiymətləndirilmiş, bununla da həm iddiaçıların mülkiyyət hüquqları pozulmuş, həm də onlara külli miqdarda maddi ziyan vurulmuşdur. Ona görə də hesab edir ki, “xxxxxxxx” ASC-ti Hərrac təşkilatı ilə əlaqəyə girərək qəsdən, bilə-bilə və aldatma yolu ilə iddiaçılara məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21də yerləşən 6 otaqlı 215 saylı mənzili hərraca çıxarılarkən qarşılıqlı qiymətləndirilməsini, ümumiyyətlə qiymətləndirilməsini təşkil etməmiş, 3 il əvvəl aparılmış qiymətləndirmə ilə mənzili hərraca çıxarmış və iki hərracda suni şəkildə mənzilin dəyərini 15% və 25% aşağı salmaqla iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzilin Hərraca çıxarılmasına dair xx xxxxxx 2018-ci il tarixli X2 157 saylı Protokolu və bu protokola əsasən xx xxxxxx 2018-ci il tarixli Hərracın Yekunları üzrə əmlakın alqı-satqı müqaviləsini, həmin mənzilin Bankı mülkiyyətində olmasına dair DƏDRX-dən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edib həmin mənzilin bugünkü bazar dəyərinin mütəxəssislər vasitəsi ilə müəyyən edilərək həmin əmlakın müəyyən olunmuş ilkin qiymətlə hərraca çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 və cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Eyni zamanda Cavabdeh1 MMC iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçıya ilkin hərracın keçirilməsi ilə bağlı xx xxxxxx 2018-ci il tarixində və təkrar hərracın keçirilməsi ilə bağlı xx xxxxxxx 2018-ci il tarixində Cavabdeh1 MMC tərəfindən bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və iddiaçının özünün iddia ərizəsindədə qeyd etdiyiünvana göndərilmişdir. Həmçinin xx xxxxxx 2018-ci il və xx xxxxxxx 2018-ci il tarixlərində “Kaspi" qəzetində keçirilən hərraclarla bağlı elanlar yerləşdirilmişdir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinin tələblərinə əsasən mülki işə iddiaçı və cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə “xxxxxxxx” ASC-nin nümayəndəsinin izahatlarını dinləyərək, mülki iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan X2 xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, İddiaçı2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzili ilkin satış qiyməti 844000 manat məbləğində müəyyən edilərək Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli X2 əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzili 538050 manata “xxxxxxxx” ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2018-ci il tarixli, 03/102-1 saylı və xx.xx.2018-ci il tarixli, 03/102 saylı bildirişlərin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7395/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qızma qarşı “kredit mcbləğinin geri Qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair'’ ilk iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh2 ASC ilə İddiaçı1 arasında bağlanmış 16 02.2015-ci il tarixli, 663 NSFFK saylı kredit müqaviləsi etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2803/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7395/20l5 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh İddiaçı1 620.000 (altı yüz iyirmi min) ABŞ dolları məbləğində əsas borc, 93.555 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 713555 ABŞ dolları (ödəniş günü manata məzənnə iiə) məbləğində kredit borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka 'predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat tutularaq “Cavabdeh2’' ASC-yə ödənilmiş, tutma cavabdeh İddiaçı1 oğiu ilə Cavabdeh2 ASC arasında bağlanmış 16 02.2015-ci il tarixli 663 NSFFK №-li kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş İddiaçı2 qızma məxsus oian Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində istifadədə olan 0.09927 ha torpaq sahəsində 21 nömrəli binada yerləşən 402.0 kv.m ümumi, 216.4 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı 215 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla mənzilin açıq hərracdan ilkin satış qivməii 844.000 manat müəyyən edilməsi və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı2 qaytarılması, ipoteka predmeti olan mənzil satıldıqdan sonra bir ay müddətində mənzilin boşaldılması, ilkin iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı1 qarşılıqlı iddia üzrə Cavabdeh2 ASC-nə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi təiəbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, «X5» MMC tərəfindən aparılmış tədqiqatın dəyərini təşkil edən 500 manatın İddiaçı1 tutularaq «X5» MMC-nin hesabına ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza. Mərkəzi tərəfindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın İddiaçı1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1642/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 11040/2017 nömrəli iş üzrə xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş “xxxxxxx” Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2020-ci il tarixli 13/575 №-li hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzil ******* manat məbləğində dəyərləndirilmişdir. İş materiallarına əlavə edilmiş “Kaspi” qəzetinin xx.xx.2018-ci il tarixli buraxılışında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 21-də yerləşən 6 otaqlı 215 saylı mənzilinin Cavabdeh1 MMC tərəfindən hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. Mülki işin araçdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçılar mənzilin açıq hərracda satılması barədə hərracın nəticələrinə dair əmlakın alqı-satqı protokolunun və alıcının adına verilmiş Çıxarışın ləğv edilməsini xahiş edir və öz xahişini onların hərracın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamaları, eyni zamanda əmlakın realizə edilməsinə dair qiymətinin hədsiz dərəcədə aşağı olması ilə əsaslandırırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi İddiaçı1 və İddiaçı2 hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmişdir. Digər tərəfdən, mübahisəli əmlakın ilkin satış qiyməti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2803/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş, kassasiya instansiyası məhkəməsi isə həmin qətnaməni qüvvədə saxlamışdır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh1 MMC, “xxxxxxxx” ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin və DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh1 MMC, “xxxxxxxx” ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin və DƏDRX-də aparılmış qeydiyyatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar