Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-675/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X6, İddiaçı nümayəndəsi Quliyev Aftandil Böyükağa oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və Azərbaycan Respublikası Respublika Xammal və X16 və Daşınmaz Əmlakların Satışı X18nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “ipotekaya xitam verilməsi, hərrac protokolunun və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 58 mənzil 75 yerləşən mənzilin Cavabdeh1 BOKT qarşısında xx xxxx 2015ci il tarixli İstehlak kreditinin təminatı kimi həmin tarixdə Bağlanmış İpoteka müqaviləsi üzrə ipotekasına xitam verilməsini, hərracın yekunlarına dair protokolun Cavabdeh1 BOKT-un adına həmin mənzil verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Astara rayon Məhkəməsinin 2(018)- 08/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Quliyev Aftandil Böyükağa oğlu və ondan xx xxxx 2015-ci il tarixli 2015/00048-01 saylı İstehlak kredit müqaviləsi üzrə 71.755,44 ABŞ dolları məbləğində əsas borc, 9.682,48 ABŞ dolları məbləğində faiz borcu, 13.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 94.437 (doxsan dörd min dörd yüz otuz yeddi) ABŞ dolları, 92 (doxsan iki) sent (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh1 Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tutmanın iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 97.78 kv.m ümumi sahə, 76,18 kv.m yaşayış sahı və 21,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilə yönəldilməsi və həmin evi açıq hərracda satılaraq tələb edilən borca ödənilməsi, ünvan 2 ünvanında yerləşən 97.78 kv.m ümumi sahə, 76 18 kv.m yaşayış sahəsi və 21,6 kv yardımçı sahədən ibarət 4 otaqlı mənzilin ilkin satış qiymətinin 110.000 (bir yüz on min) manat məbləğində qiymətləndirilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan şəxsə qaytarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Quliyev Aftandil Böyükağa oğlu və İddiaçı xx xxxx 2015-ci il tarixli, 2015/00048-01 saylı İstehlak kredit müqaviləsi üzrə Cavabdeh1 Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin tələb etdiyi cərimə borcu azaldılaraq 13.000 (on üç min) ABŞ dolları məbləğində müəyyən olunması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmişdir. Belə ki, iş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X18” MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə, Quliyev Aftandil Böyükağa oğluna və X4, Xəzər rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019, xx.xx.2019-cu il tarixli, 01/2,02 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Astara Rayon Məhkəməsinin 2(018)-08/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayıl küçəsində 58 saylı evin, 75 saylı mənzilinə yönəldilməsi, hərracda 110000 manat ilkin, təkrar hərracda 93500 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın xx.xx.2019-cu il, saat 11:00-da, xx.xx.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Hərrac təşkilatının 50/03 nörməli, xx xxxx 2019-cu il tarixli hərracın yekunları barədə protokoluna əsasən ona məxsus mənzil Cavabdeh1 BOKT-a satılmışdır. Cavabdeh1 BOKT həmin əmlakı təkrar hərracın baş tutmamasından sonrakı 30 təqvim günü ərzində deyil, həmin müddəti ötürülməklə əldə etmiş lakin hərrac təşkilatı hərracın yekunlarına dair protokolu köhnə tarixə (əvvəlki tarixə) rəsmiləşdirmişdir. Hərrac təşkilatından hərracın xidmət haqqlarının ödənilməsinə dair ödəniş tapşırıqlarına və digər maliyə munasibatlıq sənədlərini əldə etdikdə məlum olacaqdır ki, əmlak 2019-cu ilin avqustun sonunda əldə edilmişdir. Hərracdakı iş üzrə materiallardan da görünür ki, Cavabdeh1 BOKT əmlakı həmin 30 təqvim günü ərzində təkrar hərracdakı satış qiymətindən 25 faiz endirimlə əldə etməsi üçün müraciət etməmişdir. Bununla bağlı Cavabdeh1 BOKT hər hansı bir məktubu və ya müraciət yoxdur. Belə ki, özümüzdə xx xxxxxx 2019-cu il tarixdən etibarən hərrac təşkilatına dəfələrlə müraciət etsə də, bizə hərracın yekunlarına dair protokolunun hazır olmadığını əsas gətirərək imtina edilmişdir. Bu bir daha təsdiq edir ki, xx xxxxxx 2019-cu il tarixədək əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair protokol mövcud olmamış Cavabdeh1 BOKT əmlakı xeyli sonradan əldə etmiş hərrac təşkilatı isə öz növbəsində rəsmiləşdirilməni köhnə tarixlə aparmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Quliyev Aftandil Böyükağa oğlu iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh1 BOKT ASC məhkəmənin dəftərxana vasitəsi ilə xx.xx.2020-ci il tarixdə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, “Cavabdeh1" BOKT ASC ilə Quliyev Aftandil Böyükağa oğlu arasında xx xxxx 2015- ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Verilən krediti təmin etmək üçün İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 58 saylı evin 75 nömrəli mənzili ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İddiaçı təşkilat qarşısında öz öhdəliyini lazımınca yerinə yetirməmiş və tərəfimizdən Astara rayon Məhkəməsinə müraciət edilmişdir. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia ilə Cavabdeh1 BOKT ASC-yə qarşı "hesablanmış faizlərin və cərimələrin ləğv edilməsi, borcun ABŞ dollarından borcu götürən dövrün kursu ilə Azərbaycan manatına çevrilməsinə” dair müraciət edilmişdirlər. Məhkəmə tərəfindən bütün xüsusatlar araşdırılmış və məhkəmə qətnaməsi qəbul edilmişdir. Astara rayon Məhkəməsinin 2(018)-08/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, ilkin iddia qismən təmin edilmiş, Quliyev Aftandil Böyükağa oğlundan və İddiaçı “Cavabdeh1" BOK T ASC-nin xeyrinə, cəmi 94437.92 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmalı, tələb ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 58 saylı evin 75 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 110.000 manat müəyyən edilməklə hərracdan satılmalı, satışdan əldə edilən pul vəsaiti hesabına cavabdehin “Cavabdeh1“ BOKT ASC-yə olan borcu ödənilməlidir. Qarşılıqlı iddia qismən təmin edilmiş, Quliyev Aftandil Böyükağa oğlundan və İddiaçı kredit müqaviləsi üzrə tələb edilən cərimə borcu azaldılaraq 13 000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Sözü gedən qətnamə Quliyev Aftandil Böyükağa oğlu və İddiaçı tərəfindən apellyasiya və kassasiva instansiyalarında mübahisələndirilmiş və nəticədə Astara rayon Məhkəməsinin 2(018)-08/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1905/2017 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə Quliyev Afiandil Böyükağa oğlu və İddiaçı Astara rayon Məhkəməsinin 2(018)- 08/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin x xxxxxx 2018-ci il tarixli 2(102)-6771/2018 saylı qərarı ilə Quliyev Aftandil Böyükağa oğlu və İddiaçı qızjnın Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1905/2017 saylı xx xxx 2018-cİ il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Astara rayon Məhkəməsinin 2(018)- 08/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri. Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 58 saylı evin 75 nömrəli mənzili satılması üçün açıq hərraca çıxarmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamış və xx.xx.2019-cu il tarixində ipoteka predmeti olan mənzil təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə Cavabdeh1 BOKT ASC-yə təklif edilmişdir. "Cavabdeh1" BOKT ASC tərəfindən xx.xx.2019-cu il tarixində təklifə cavab olaraq mənzilin təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə əldə olunmasına razılıq bildirilmişdir. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx xxxx 2019-cu il tarixli. 50/03 saylı protokola əsasən "Cavabdeh1" BOKT ASC tərəfindən 70.125 manata əldə edilmişdir. xx xxxx 2019-cu il tarixli. 50/03 saylı protokola əsasən "Cavabdeh1" BOKT ASC, sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. Hal-hazırda sözü gedən mənzil Cavabdeh1 BOKT ASC-nin mülkiyyətindədir. Xətai Rayon Məhkəməsinin 2(011)-8137/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 BOKT ASC-nin mülkiyyətində olan Bakı şəh.əri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 58 saylı evin 75 nömrəli mənzilindən əşyaları iloə birlikdə çıxarılması və həmin mənzilin boşaldılması qət edilmişdir. Qeyd olunan qətnamədən İddiaçı apellysiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3099/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmir, edilməmişdir. Quliyev Aftandil Böyükağa oğlu və İddiaçı cavabdehlər Maraqlı şəxs, “Daşınar və Daşınmaz Əmlakların Satışı X18” MMC, Cavabdeh1 BOKT ASC və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “ipoteka üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-5009/2019 saylı, xx.xx.2019 saylı qətnaməsi ilə Quliyev Aftandil Böyükağa oğlu və İddiaçı iddia tələbi təmin edilməmişdir. Quliyev Afiandil Böyükağa oğlu və İddiaçı Afiandil qızı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2640/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2640/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı və Quliyev Aftandil Böyü ka ğa oğlu daha əvvəl hərracın etibarsızlığı tələbinə dair iddia qaldırmış və iddia tələbi təmin edilməmişdir. İddiaçı eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə nəzərə almalıdır ki, həmin iddia üzrə Nərimanov rayon Məhkəməsi tərəfindən hərracın etibarsızlığı tələbi üzrə işə daha əvvəl baxılmış, məhkəmə qərarı çıxarılmış və qərar qanuni qüvvəsini almışdır. Hərrac qanunun tələblərinə əməl olunmaqla keçirildiyi üçün çıxarışın ləğv olunması üçün heç bir əsas yoxdur. Çünki çıxarış hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi əsasında verilmişdir. Çıxarışın verilməsinə səbəb olan protokol qanuni olduğu üçün çıxarış da qanuni hesab edilməlidir. İddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Cavabdehlər, habelə üçüncü şəxslər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh və üçüncü şəxslər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Daşınar və Daşınmaz Əmlakların Satışı X18” MMC-nin Cavabdeh1 BOKT ASC-yə, İddiaçı və Quliyev Aftandil Böyükağa oğluna və məlumat üçün Maraqlı şəxsnə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/2575 saylı təklifin surətinə əsasən Maraqlı şəxs xx/xx-15584-19/4933/17 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı Aflandil qızına qızma məxsus ipoteka yüklü Bakı ş, Xətai r, İ.İsmayılov küç., yerləşən 58 saylı evin 75 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 70125.00 (yetmiş min yüz iyirmi beş) manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka Məcəlləsi”-nin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunun 150.1.13 ,150.3-1 həmçinin 220.8 ,220.8.1 maddələrinə uyğun olaraq alıçı və ya ipoteka predmetini əldə edən yaşayış ,qeyri yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin surətinə əsasən İddiaçı qızına məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 58 saylı evin 75 saylı mənzil Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: “Daşınar və Daşınmaz Əmlakların Satışı X18” MMC tərəfindən tələbkar Cavabdeh1 BOKT Açıq Səhmdar Cəmiyyətinə (etibarnamə əsasında nümayəndəsi X12) 70125,00 manata satılmışdır; Azərbaycan Respublikası Respublika Xammal və X16 və Daşınmaz Əmlakların Satışı X18nin xx.xx.2019-cu tarixli, 01/1974 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 58 saylı evin 75 saylı mənzilin ilkin satış qiyməti 110000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 5500 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxx 2019-cu il tarixdə saat 11:00da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə İddiaçı, Quliyev Aftandil Böyükağa oğluna və məlumat üçün Maraqlı şəxsnə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və X16 və Daşınmaz Əmlakların Satışı X18nin xx.xx.2019-cu tarixli, 01/2106 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 58 saylı evin 75 saylı mənzilin ilkin satış qiyməti 110000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 5500 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxx 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə İddiaçı, Quliyev Aftandil Böyükağa oğluna və məlumat üçün Maraqlı şəxsnə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir; Azərbaycan Respublikası Respublika Xammal və X16 və Daşınmaz Əmlakların Satışı X18nin xx.xx.2019-cu tarixli, 01/2810 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 58 saylı evin 75 saylı mənzilin ilkin satış qiyməti 110000-15%=935000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4675 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxx 2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156 (20A) 1933-cü məhəllə ünvanında keçiriləcəyi barədə İddiaçı, Quliyev Aftandil Böyükağa oğluna və məlumat üçün Maraqlı şəxsnə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir; Hərracın yekunları barədə xx.xx.2019-cu-ci il tarixli, 50/03 nömrəli protokolunun surətinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-3284/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə, Astara rayon Məhkəməsinin 2(018)-08/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin, Maraqlı şəxs xx/xx-15584-19/4933/17 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və Cavabdeh1 BOKT ASC-nin müvafiq məktubuna əsasən ilkin hərrac qiyməti 110.000 (bir yüz on min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 93500 manat olan İddiaçı qızına məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 58 saylı evin 75 saylı mənzili 70125,00 manata ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi X12 əldə etmişdir; Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(018)-08/2018 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, Quliyev Aftandil Böyükağa oğlu və İddiaçı xx xxxx 2015-ci il tarixli, 015/00048-01 saylı istehlak kredit müqaviləsi üzrə 71755,44 ABŞ dolları mələğində əsas borc, 9682,48 ABŞ dolları mələğində faiz borcu, 13000 ABŞ dolları mələğində cərimə borcu olmaqla, cəmi 94437 (doxsan dörd min dörd yüz otuz yeddi) ABŞ dolları, 92 (doxsan iki) sent (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh1 Bank olmayan kredit təşkilatı ASC-yə verilməsi, tutma İddiaçı xüsusi mülkiyətində olan ünvan 4 ünvanında yerləşən 97,78 kv.m ümumi sahə, 76,18 yaşayış sahə və 21,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilə yönəldilməsi və həmin ev açıq hərracda satılaraq tələb edilən borc ödənilməsi, ünvan 1 ünvanında yerləşən 97,78 kv.m ümumi sahə, 76,18 yaşayış sahə və 21,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilin ilkin satış qiyməti 110000 (bir yüz on min) manat məbləğində qiymətləndirilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan şəxsə qaytarılması qət edilmişdir; Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1549/2018 nömrəli, xx xxx 2018-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Quliyev Aftandil Böyükağa oğlunun və X1 nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Quliyev Aftandil Böyükağa oğluna və X2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair" ilkin iddiası, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Quliyev Aftandil Böyükağa oğlunun və X1 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx" BOKT ASC-yə qarşı “hesablanmış faizlərin və cərimənin ləğv edilməsi, borcun ABŞ dollarından borcu götürən dövrün kursu ilə Azərbaycan manatına çevrilməsi tələbinə dair" qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-08/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Aftandil Quliyevin və İddiaçı nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(102)-6771/2018 saylı qərarının surətindən görünür ki, Quliyev Aftandil Böyükağa oğlunun kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan xx xxx 2018-ci il tarixli, 2(103)-1549/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-8137/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X3 iddiaçı Cavabdeh1 BOKT ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 58 saylı evin 75 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzili boşaldılması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3099/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdeh X1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-8137/2019 saylı qətnaməsi cavabdeh X1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-5009/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Quliyev Aftandil Böyükağa oğlunun və İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X18” MMC-yə, Bakı şəhəri Maraqlı şəxsnə, Cavabdeh1 BOKT ASC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhəri Ərazi İdarəsinə qarşı “ipoteka üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2640/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, iddiaçılar Quliyev Aftandil Böyükağa oğlu və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 97.78 kv.m olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 58 saylı evin 75 saylı mənzili xüsusi mülkiyyət hüququ kimi «Cavabdeh1 BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır; “Birja Yenilikləri” Qəzetinin 2019-cu ilə aid olan 173, 170 168 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasən X7 məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 58 saylı evin 75 saylı mənzilin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə hərraca çıxarılması barədə məlumatlar dərc edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(018)-08/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən İddiaçı xüsusi mülkiyətində olan ünvan 4 ünvanında yerləşən 97,78 kv.m ümumi sahə, 76,18 yaşayış sahə və 21,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilə yönəldilməsi və həmin ev açıq hərracda satılaraq tələb edilən borc ödənilməsi, ünvan 1 ünvanında yerləşən 97,78 kv.m ümumi sahə, 76,18 yaşayış sahə və 21,6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilin ilkin satış qiyməti 110000 (bir yüz on min) manat məbləğində qiymətləndirilməsi göstərilmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsi barədə məlumatlı olmadığını, onun faktiki yaşayış yerinə bildiriş göndərilmədiyini, hərracların keçirilməsi barədə bildirişləri almadığını və hərracın keçirilməsi barədə elanların dərc edilmədiyini bildirir və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsi, habelə mənzilin qiymətləndirilməsinin obyektiv olmadığını, yenidən qiymətləndirilməli olmasını tələb edir. Cavabdeh tərəf hərracla bağlı sənədləri məhkəməyə təqdim etmiş, hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş və hərrracın keçirilməsi və keçirilmiş hərracların baş tutmaması barədə elanlar dərc edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız həracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildirişlər göndərilmiş, eyni zamanda, qanunvericiliyi tələblərinə uyğun olaraq qəzetlərdə hərrac barədə zəruri məlumatlar yerləşdirilmişdir. Məhkəmə onu da vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun ozünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmiş və həmin ünvandan qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və Azərbaycan Respublikası Respublika Xammal və X16 və Daşınmaz Əmlakların Satışı X18nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “ipotekaya xitam verilməsi, hərrac protokolunun və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC-yə və Azərbaycan Respublikası Respublika Xammal və X16 və Daşınmaz Əmlakların Satışı X18nə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “ipotekaya xitam verilməsi, hərrac protokolunun və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-675/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-675/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver