Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-678/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X8 İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cinayət xarakterli hərəkətlərinə hüquqi qiymət verərək barəsində xüsusi qarardad qəbul edilməsi, Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan 18.02.2009-cu il təvəllüdlü X3 və 17.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Nərimanov Rayon məhkəməsinin 2(005)-1102/2019 saylı 08.02.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş hər ay hər uşağa tutulan minimum yaşayış meyarı miqdarında olan 160,0 manat olamqla, iki uşağa hər ay cəmi 320 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək cavabdehin əmək haqqının (4.166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment təyin edilməsi, cavabdeh Məmmədov X7 Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli məhkəmə iclasında alimentin miqdarının dəyişdirilməsinə dair 2(005)-1722/2017 saylı işə baxılan zaman, 01.02.2017-ci il tarixindən işlədiyini və 4166,67 manat məbləğində əmək haqqı aldığını gizlətdiyi və məhkəməyə saxta sənəd təqdim etdiyi üçün Nərimanov Rayon Məhkəməsinin 2(005)-1722/2017 saylı 03.03.2017-ci iltarixli Qətnaməsi ilə yetkinlik yaşına çatmayan 18.02.2009cu il təvəllüdlü X3 və 17.08.2010-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədar saxlanması üçün minimum yaşayış meyarı olan 273,0 manat sabit pul məbləğində tutulan alimentin miqdarını dəyişdirilərək, əvvəlki dövr üçün -cavabdehin işlədiyi 01.02.2017-ci il tarixindən əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında hesablanaraq cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, keçmiş arvadı İddiaçı 16 dekabr 2021-ci il tarixli iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan qızları 18.02.2009-cu il təvəllüdlü X5 və 17.08.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq onun əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında təyin edilməsi və 01.02.2017-ci il tarixindən başlayaraq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında hesablanaraq ondan tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin digər tələbi, yəni məhkəmə tərəfindən onun barəsində xüsusi qərardad qəbul edilməsidir. Hesab etmişdir ki, iddiaçının hüquqi biliklərinin kifayət qədər olmaması və yaxud hissə qapılaraq hüquq normalarının məzmununun yanlış şərhi ilə əlaqədardır. Məsələnin mahiyyəti ilə əlaqədar aşağıda göstərilən halları məhkəmənin nəzərinə çatdırırıq: İddia ərizəsində göstərildiyi kimi, Nərimanov Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli 2(005)-2214/2013 saylı qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan doğulmuş qızları analarının, yəni hazırki işdə iddiaçı olan İddiaçı yanında saxlanılmışıdır. Həmin vaxt heç yerdə işləmədiyi üçün uşaqlarına ödəməli olduğu aliment sabit pul məbləğində müəyyən edilmişdir. Aliment tələbi barədə iddia ərizəsi hələ nikah pozulmazdan əvvəl, yəni 10.01.2013-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Ona görə də aliment tutulması barədə qətnamə 08.05.2014-cü il tarixdə qəbul edilsə də, alimentin hesablanması və tutulması iddianın məhkəməyə təqdim edildiyi 10.01.2013-cü il tarixdən başlanmışdır. 2017-ci ildən başlayaraq sonrakı illərdə hər təqvim ili başlayan kimi iddiaçı alimentin artırılması barədə iddialar vermişdir. 31.01.2017-ci il tarixli iddia ərizəsi üzrə Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli, 09.01.2018-ci il tarixli iddia ərizəsi üzrə 16.02.2018-ci il tarixli, 10.01.2019-cu il tarixli iddia ərizəsi üzrə 08.02.2019-cu il tarixli ödənilməsi barədə saziş üzrə əvəllər ödənilməmiş alimentdən söhbət getmişdir. Aralarında belə saziş və yaxud alimentin gəlirin 1/3 hissəsində tutulması barədə məhkəmə qətnaməsi yoxdur. Məhkəmədən aliment miqdarının dəyişdirilərək qətnamənin qanuni qüvvəsini aldığı gündən aliment miqdarının əmək haqqının və digər gəlirlərinin 1/3 hiissəsi miqdarında müəyyən edilməsini, alimentin keçmiş dövr üçün yəni 01.07.2017-ci il tarixdən qətnamə qəbul edilər günədək əməmk haqqının digər gəlirlərinin 1/3 hiissəsi miqdarında hesablanaraq ondan tutulması hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, cavabdehin etirazını nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli, 2(005)-2214/2013 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» və İddiaçı Cavabdeh qarşı «nikah pozulduqdan sonra uşaqların öz himayəsində saxlanılması» tələbinə dair iddialarının təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 iyun 2008-ci il tarixdə 795 nömrə ilə Bakı şəhəri Xəiai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından 18 fevral 2009-cu il tarixdə anadan olmuş X9 və 17 avqust 2010-cu il tarixdə anadan olmuş X10 anası İddiaçı yanında qalması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2014-cü il tarixli, 2(004)-132/2014 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 18.02.2009-cu il təvəllüdlü X11 və 17.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 175 manat miqdarında olmaqla cəmi 350 manat sabit pul məbləğində İddiaçı xeyrinə aliment tutulması, alimentin tutulması 11 yanvar 2013-cü il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 25.09.2014-cü il tarixli, 2(103)-5415/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinin təmin olunmaması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-132/2014 saylı 08 may 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.04.2015-ci il tarixli, 2(006)-2144/2015 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməməsi, “AZEL” X17 Cəmiyyətinin üzərinə Bakı şəhər 16 saylı hüquq Məsləhətxanasının vəkil M.Q.Baxışovun 1 aprel 2014-cü il tarixli “10" saylı sorğusunda tələb olunan məlumatların - Salavat ömərxan oğlunun 21 iyun 2008-ci ildən 2014-cü ilə qədər müddətdə əmək haqqı və əlavə gəlirləri barədə müvafiq arayışın İddiaçı verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06.04.2015-ci il tarixli, 2(102)-1344/15 nömrəli qərarından görünür ki, Məmmədova Mərziyə Yusif qızının kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 25 sentyabr 2014-cü il tarixli qətnaməsinin alimentin miqdarı hissəsində dəyişdirilməsi, Cavabdeh 18.02.2009-cu il təvəllüdlü X3 və 17.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 103 manat miqdarında olmaqla cəmi 206 manat sabit pul məbləğində İddiaçı xeyrinə aliment tutulması, aalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli, 2(005)-1722/2017 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, 18.02.2009-cu il təvəllüdlü X3 və 17.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 136,60 manat, cəmi 273,20 manat sabit sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, artırılmış aliment məbləğinin tutulmasının 03.03.2017-ci il tarixdən hesablanması, qətnamənin dərhal icraya yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli, 2(005)-1102/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-1284/2018 saylı, 16.02.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 18.02.2009-cu il təvəllüdlü X3 və 17.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 20 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materillarında olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh 01.02.2017-ci il tarixdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində satış üzrə nümayəndə (İKT) vəzifəsində çalışır. Aylıq əmək haqqı 4166,67 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı alimentin məbləği ilə bağlı belə qənaətə gəlir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və qanunun uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddi ilə bağlı tələblərinin təmin edilməsi baxımından alimentin məbləği də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda müəyyən edilməlidir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Cavabdeh 01.02.2017-ci il tarixdən etibarən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində satış üzrə nümayəndə (İKT) vəzifəsində çalışır. Aylıq əmək haqqı 4166,67 manat təşkil edir. Hazırda cavabdehin daimi iş yeri, o cümlədən müntəzəm və sabit qazanca malik olması müəyyən edilmişdir. Bu səbəbdən aliment məbləğinin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür. Məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(005)-1102/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment müəyyən edilməlidir. Məhkəmə 01.02.2017-ci il tarixdən 1/3 hissədə aliment tutulması hissəsində qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əvvəlki dövrə aliment tutulması yalnız iddiaçının məhkəməyə müraciətlər etdiyi, lakin cavabdehin aliment ödəməkdən boyun qaçırdığını sübuta yetirməsi halında mümkündür. Hazırkı iddia tələbi üzrə təqdim edilmiş iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında alimentin tutulmasına dair çoxsaylı məhkəmə mübahisələri olmuş, Cavabdeh tərəfindən daimi iş yerinin olması gizlədilmişdir. Bu səbəbdən aliment sabit pul məbləği ilə tutulmuşdur. İddiaçının isə həmin müddətə məhkəməyə alimentlə baglı müraciəti olmuş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli, 2(005)-1722/2017 saylı qətnamə qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhz 03.03.2017-ci il tarixdən başlayaraq hesablanmaqla Cavabdeh onun qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan aliment məbləğindən, məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan fərq məbləgi İddiaçı ödənilməlidir. Ailə Məcəlləinin 100.3 maddəsinə əsasən- Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(005)-1102/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 18.02.2009-cu il təvəllüdlü X3 və 17.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. 03.03.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh onun qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan aliment məbləğindən, məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan aliment məbləği İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-678/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-678/2022
17.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver