Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-680/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sayğacın dəyəri kimi iddiaçıdan tələb etdiyi 64.68 manat və qaz sərfinə görə əsassız müəyyən etdiyi 5.70 manat məbləğində borcların silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində 110 saylı binada 131 nömrəli mənzil iddiaçının mülkiyyətindədir və tək yaşayır. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç vaxt müdaxilə olunmamışdır. xx.xx.2021-ci il həmin ünvanda mənzilin qaz xətti üzrə quraşdırılmış sayğacın blokdan oğurlanması ilə bağlı həmin tarixdə DİN-in 102 xidmətinə müraciət etmişdir. Oğurluq faktı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2021-ci il tarixdə verdiyi Arayışla təsdiqini tapıb. Bununla əlaqədar xx.xx.2021-ci il tarixdə Cavabdehnə qaz xəttinə baxış keçirilməsi üçün müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli Akt tərtib edilib və daha sonra oğurlanan sayğacın əvəzinə G-4 markalı **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin sayğacın oğurlanması faktı təsdiq olunsa da, Cavabdeh İB Bakı Regional QİS yeni quraşdırılan sayğacın dəyəri kimi 64.68 manat iddiaçının ödəməyini tələb edir. Halbuki burada iddiaçının təqsiri olmadığına görə sayğac təsisatçı tərəfindən ödənişsiz quraşdırılmalı idi. Buna görə də cavabdehin iddiaçıdan 64.68 manat tələb etməsi tamamilə qanunsuzdur. Bundan başqa Bakı Regional QİS məktubunda bildirmişdir ki, guya köhnə sayğac dövlət yoxlamasına göndərilmiş və aparılan müayinə nəticəsində sayğac göstəricilərinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmiş və bununla əlaqədar, uçota alınmayan 57 m3 qaz sərfinə, dəyəri 5,70 manat olmaqla hesabat aparılaraq iddiaçının hesabına borc yazılmışdır. İddiaçı bildirir ki, halbuki oğurlanması faktı təsdiq edən və tapılmayan necə müayinədən keçirilə və hesabat aparıla bilərdi. Buna görə də cavabdehin iddiaçıdan 5.70 manat tələb etməsi də tamamilə qanunsuzdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 110, mənzil 131; abonent kodu: **********01310) 2023-cü ilin noyabr ayına Cavabdehnə 64.68 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh, istehlakçı isə İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 110 ünvanında yerləşən 131 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubda qeyd olunur ki, araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanın qaz xətti üzərində quraşdırılmış öncədən ödənişli, G-4 markalı, **********1 nömrəli qaz sayğacı xx.xx.2021-ci il tarixində yeni qaz sayğacı ilə əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının aktına əsasən, sayğacın yararsız olduğu barədə rəy verilmişdir. Nəzərinizə çatdırırıq ki, “Qazdan istifadə Qaydalarının 4.3-cü bəndinə uyğun olaraq G-4 markalı, **********1 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar müəyyən edilmiş uçota alınmayan 57 m3 qaz sərfinə, dəyəri 5,70 manat olmaqla hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubda qeyd olunur ki, araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilin qaz xətti üzərində quraşdırılmış sayğac oğurlandığı üçün xx.xx.2021-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunaraq sonradan ödənişli G-4 markalı **********0 qaz sayğacı quraşdırılmışdır. Nəzərinizə çatdırırıq ki, sayğacın dəyərinə görə xx.xx.2023-cü il tarixdə istehlakçı hesabına 539 m3 qaz sərfi olmaqla 64,68 manat məbləğində hesabat aparılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* nömrəli aktının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 110 ünvanında yerləşən 131 saylı mənzildə quraşdırılmış qaz sayğacı oğurlandığı üçün yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan AR DİN Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 04 noyabr 2021-ci il tarixli ***-**** №-li arayışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 110 ünvanında yerləşən 131 saylı mənzilə məxsus qaz sayğacı xx.xx.2021-ci il tarixdə blokdan oğurlanmışdır. Oğurluq faktı təsdiqin tapmışdır. İş materiallarında olan AR DİN Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət təqibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlığın surətindən görünür ki, İddiaçı 72.42 AZN borcu olduğu bildirilmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktın surətində qeyd edilir ki, qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı müəyyən edilmişdir. Məhkəmə iclasında iş materialları və iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 110 ünvanında yerləşən 131 saylı mənzil İddiaçı mülkiyyətindədir. AR DİN Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 04 noyabr 2021-ci il tarixli ***-**** №-li arayışına əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 110 ünvanında yerləşən 131 saylı mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacı xx.xx.2021-ci il tarixdə blokdan oğurlanmış, oğurluq faktı təsdiqini tapmışdır. Sözügedən ünvanda yerləşən mənzilin qaz xətti üzərində quraşdırılmış sayğac oğurlandığı üçün xx.xx.2021-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunmuş, sonradan ödənişli G-4 markalı **********0 qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB tərəfindən sayğacın dəyərinə görə xx.xx.2023-cü il tarixdə istehlakçı hesabına 539 m3 qaz sərfi olmaqla 64,68 manat məbləğində hesabat aparılmışdır. Hazırda iddiaçı sayğacın dəyəri kimi ondan tələb olunan 64.68 manat və qaz sərfinə görə 5.70 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə yerləşdirilən qaz sayğacı oğurlanmış, bu səbəbdən də cavabdeh Birlik tərəfindən həmin mənzilə yeni qaz sayğacı quraşdırılmışdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən müəyyən edilir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının yenisi ilə əvəz edilməsi qaz paylayıcısının, yəni mülki iş üzrə Cavabdeh vəsaiti hesabına həyata keçirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, oğurlanmış qaz sayğacının yenisi ilə əvəz olunması cavabdehin öhdəliyində olduğundan, cavabdehin sayğacın dəyəri kimi iddiaçıdan tələb etdiyi 64.68 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı 5,70 manat borcun silinməsini tələb edərkən, qazın sərfiyyatı üçün ödəməli olduğu pul vəsaitinin də əsassız olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı bu halı təsdiq edən sübutları təqdim etmişdir. Belə ki,18-ci PŞ-nin xx.xx.2021-ci il tarixli arayışından göründüyü kimi, iddiaçının qaz sayğacı xx.xx.2021-ci il tarixdən oğurlanmış, bu səbəbdən də oğurlanmış sayğacın cavabdeh tərəfindən dövlət yoxlamasından keçirilməsi və həmin sayğacda iddiaçı tərəfindən qaz sərfiyyatının olması ağlabatan deyil. Məhkəmə qeyd olunanların kontekstində mübahisəyə qiymət verəndə hesab edir ki, həmin hissədə də iddia tələbi əsaslıdır və 5,70 manat qazın sərfiyyatına görə hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, cavabdeh tərəfindən qaz sərfinə görə müəyyən edilən 5,70 manat məbləğində borc əsassızdır və silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsasını əsassız hesablanmış borcun silinməsi təşkil etdiyindən, həmin iddia tələbi qiymətləndirilən iddialar kateqoriyasına aid edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********01310 saylı abonent koduna sayğacın dəyərinə görə hesablanmış 539 m³ qaz sərfiyyatı üzrə 64,68 manat və uçota alınmayan 57 m³ qaz sərfinə görə aparılmış hesabat üzrə hesablanmış 5,70 manat borc silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-680/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-680/2024
08.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver