Məhkəmə qərarları › İş №2(005)-69/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-69/2022

03.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-69/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili-Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili-Vəkil2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi-X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvandakı çoxmənzilli yaşayış binasının 98-ci mənzilinə bitişik inşa edilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və həmin sahənin boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı 98 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir və buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. Əvvəllər mənzildə yaşamamışdır. Lakin kommunal ödənişləri vaxtlıvaxtında ödəmişdir. Mənzilə köçdükdən sonra binanın mərtəbələr üzrə layihəsində dəyişiklik aparılmasının və mənzilə bitişik olan yanğın çıxışının daşla hörülərək bağlandığının şahidi olmuş, (iddiaçı mənzili alarkən həmin hissələrin layihə üzrə mövcudluğuna xüsusi önəm vermiş və layihədə hər mərtəbədə mənzillər üçün yanğın çıxışının olmasını bəyənmişdir.) Bununla əlaqədar "xxxx" MMC-nin rəhbərliyinə müraciət etdikdə qeyd olunan mübahisə predmeti olan sahənin qonşu mənzilin sahibi yəni cavabdeh tərəfindən edildiyini bildirdilər. Cavabdeh öz mənzilinə bitişik olan eyni sahəni boş saxlasa da iddiaçının mənzilinə bitişik sahəsi zəbt edərək yanğın çıxışını mişar daşından hörməklə bağlamışdır. İddiaçı hesab edir ki, bu hal tikinti norma və qaydalarının pozulmasıdır və qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlinmişdir ki, həmin tikili özbaşına aparılmış tikinti kimi qiymətləndirilməli və cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi barədə qərar qəbul edilməlidir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqların və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Belə ki, görülmüş işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş "Təsdiqlənmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra Hakimiyyəti orqanları ilə razılaşdırılmasına zidd olaraq aparılmışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edirik ki, qeyd olunan tikili özbaşına tikintidir və cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi, sahənin boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması barədə qərar qəbul edilməlidir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dai ərizə təqdim edərək, Cavabdeh tərəfindən ünvan 3 ünvanındakı çoxmənzilli yaşayış binasının 98-ci mənzilinə bitişik inşa edilmiş tikilidən istifadəyə yaradılmış maneələrin kilidi açıq saxlamaqla aradan qaldırılması və tikilidən istifadəyə mane törədilməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin vəsatəti əsasənda "xxxx" MMC müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçı “İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrıayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə baxışı iclasında Cavabdeh nümayəndəsi və vəkiliVəkil2 iddianı qəbul etmədi və iddiaya etiraz ərizəsi təqdim edərək hesab edir ki, iddiaçının iddiası rədd edilməlidir. Mübahisənin predmeti olan sahə yanğın çıxışı olmamaqla “İnşaatçı-3" MMC-nin mülkiyyətində olan bir neçə kv.m sahədir ki, uzun müddət cavabdehin istifadəsində olmuşdur. İddiaçı mənzilinə köçəndən sonra həmin sahə onun mənzilinə gedən dəhlizə düşdüyü üçün özü divarda olan qapını hörülərək bağlanmış və ümumi sahəyə daxil olan dəhliz iddiaçi tərəfindən zəbt edilərək mənzilinin qapısını 5 metr qabağa çəkmişdir. Cavabdeh bundan sonra “İnşaatçı-3" MMC-nin razılığı ilə istifadəsində olan həmin sahənın qapısım iddiaçıya heç bir maneçilik tərətməyən, ona aidiyyəti olmayan hissədə açmışdır. Ekspert rəyində də bu fakt öz əksini tapmışdır. Mübahisəli sahə “İnşaatçı-3" MMC-nin mülkiyyətində olduğu və qeyd olunan sahə ümumi istifadədə olan sahəyə-meydançaya daxil olmadığı üçün iddiaçının ona qarşı həmin sahə ilə bağlı iddia qaldırmaq hüququ yoxdur. Ekspert rəyində sahənin ümumu istifadədə olan sahə kimi qiymətləndirilməsi səhvdir. Belə bir iddianı yalnız “İnşaatçı-3" MMC-nin qaldırmaq hüququ vardır. Belə bir iddia isə yoxdur. Mübahisə edilən sahə onun tərəfindən tikilməmişdir, ümumi lahiyəyə əsasən inşa edilməklə bütün mərtəbələrdə mövcud olmaqla ayrı-aırı şəxslərin fərdi istifadəsindədir.Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəməyə binanın layihəsini təqdim edərək bildirdi ki, iddia əsassızdır. Belə ki, iddiaçı evi aldıqdan sonra uzun müddət orada yaşamamışdır. Mübahisə olunan sahə nə özbaşına tikili nədə yanğın çıxışı deyildir. Həmin sahə boş sahə olmaqla MMC-nin razılığı əsasənda uzun müddətdir ki, cavabdehin istifadəsindədir və iddiaçının mənzilinə heç bir aidiyyatı yoxdur. İddiaçı mənzilinə köçəndən sonra ümumi sahəyə daxil olan dəhliz iddiaçi tərəfindən zəbt edilərək mənzilinin qapısını 5 metr qabağa çəkmişdir. Cavabdeh MMC-nin razılığı ilə istifadə etdiyi sahənin qapısını pilləkən meydançası tərəfdən açmışdır. Ona görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1, 97 saylı mənzilin kimin mülkiyyətində olması ilə bağlı xx.xx.2020-ci il tarixli 137 saylı sorğuya baxılmışdır. Bununla əlaqədar olaraq, ünvan 1, 97 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 98 saylı mənzil xx.xx.2010-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzil xx.xx.2011-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. xx.xx.2011-ci il, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 97 saylı mənzilini 100000 manata alıcı Cavabdeh satmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2020-ci il tarixli, 19702 saylı rəyinin nəticə hissəsindən görünür ki, “Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələrinin kısişməsində yaşayış kompleksi (5, 7 saylı yaşayış binaları və 10 saylı qeyri-yaşayış binası: dəyişikliklə əlaqədar)” üzrə tikinti layihəsi razılaşdırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2022-ci il tarixli 10/2102 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, 1-ci sual üzrə: ünvan 4 ünvanda yerləşən mübahisə edilən sahə (tikili anbar) lahiyədə öz əksini tapmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə: ünvan 5 yaşayış binanın layihəsində dəyişiklik edilərək mübahisə edilən sahəyə qapının quraşdırılması nəzərdə tutulmadığı müəyyən edilmişdir. 3-cü sual üzrə: ünvan 5 ünvanında yerləşən mübahisə edilən sahə (tikili anbar) tərəflərin ümümi istifadəsində olan pilləkan qəfəsəsinin ərazisində yerləşdiyi və həmin sahənin 98 saylı mənzilinin giriş çıxışına və mənzilindən istifadəsinə maneəçilik törətmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən mübahisəli sahəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin mənzili üzbəüz yerləşir. Evlərin istifadəsində olan liftin sağı və solunda şkaf (kladovka) yerləşir. Mübahisə olunan sahənin qapısı pilləkən tərəfdən qoyulmuş və onun iddiaçıya məxsus evə giriş-çıxışa maneəsi yoxdur. Digər mənzillərə müqayisədə müəyyən olundu ki, mübahisə olunan sahə boş sahədir. İddiaçı mənzilinin qapısını təxmini 4-5 metr qabağa çəkmişdir. Göründüyü kimi ünvan 1 ünvandakı çoxmənzilli yaşayış binasının 98 nömrəli mənzili İddiaçı, həmin evin 97 nömrəli mənzili Cavabdeh mülkiyyətindədir. Hazırda iddiaçı cavabdeh tərəfindən onun mənzilinə bitişik layihədənkənar özbaşına tikili olduğunu iddia edərək inşa edilmiş tikilidən istifadəyə yaradılmış maneələrin kilidi açıq saxlamaqla aradan qaldırılması və tikilidən istifadəyə mane törədilməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Məhkəmə araşdırması ilə və mübahisəli əraziyə yerli baxış keçirilən zaman müəyyən olundu ki, mübahisə olunan sahənin qapısı pilləkən tərəfdən qoyulmuş və onun iddiaçıya məxsus evə giriş-çıxışa maneəsi yoxdur. Eyni zamanda müəyyən olundu ki, MMC-nin şifahi razılığı əsasında həmin sahə uzun müddətdir ki, cavabdehin istifadəsində olmaqla, sahə özbaşına tikili deyil və binanın 2004-cü il tarixli layihəsində öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2022-ci il tarixli 10/2102 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, ünvan 5 ünvanında yerləşən mübahisə edilən sahə (tikili anbar) tərəflərin ümümi istifadəsində olan pilləkan qəfəsəsinin ərazisində yerləşir və həmin sahənin 98 saylı mənzilinin giriş çıxışına və mənzilindən istifadəsinə maneəçilik törətmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinin tələbinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinin tələbinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ünvan 3 ünvanındakı çoxmənzilli yaşayış binasının 98-ci mənzilinə bitişik inşa edilmiş tikilidən istifadəyə yaradılmış maneələrin kilidi açıq saxlamaqla aradan qaldırılması və tikilidən istifadəyə mane törədilməməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən hər hansı bir maneənin yaradılması sübuta yetirilməmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2022-ci il tarixli 10/2102 nömrəli ekspert rəyi ilə də sübuta yetirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar